Məhkəmə qərarları › İş №e-2(006)-2331/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2331/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2331/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 1913.04 manat ödənilməmiş hissə, 572.46 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 788.94 manat ödənilməmiş hissə, 232.26 manat dəbbə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 740.52 manat ödənilməmiş hissə 219.38 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 591.46 manat ödənilməmiş hissə, 176.54 manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 433.85 manat ödənilməmiş hissə, 156.65 manat dəbbə; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən 39.4 manat ödənilməmiş hissə, 11.5 manat dəbbə; ümumilikdə 5876 manat borc, 78.76 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ POCO X3 markalı telefon, SAMSUNG WATCH 4 QOL SAATİ, HUAWEİ WATCH GT 3 QOL SAATİ, XİAOMİ REDMİ NOTE 11 markalı telefon, PALTARYUYAN SAMSUNG, SAMSUNG GALAXY A03 markalı telefon, PA HUAWEİ FREEBUDS 4İ QULAQLİQ almış və nəticədə 5876 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1913.04 manat (18 ay x 106.28 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ POCO X3 markalı telefon, SAMSUNG WATCH 4 QOL SAATİ üçün ümumilikdə, 2485.5 manat olmaqla ondan, 1913.04 manat ödənilməmiş hissə, 572.46 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 788.94manat (18 ay x 43.83 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH GT 3 QOL SAATİ üçün ümumilikdə, 1021.2 manat olmaqla ondan, 788.94 manat ödənilməmiş hissə, 232.26 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 785.52 manat (18 ay x 43.64 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə, 959.9 manat olmaqla ondan, 740.52 manat ödənilməmiş hissə, 219.38 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1187.46 manat (18 ay x 65.97 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN SAMSUNG üçün ümumilikdə 768 manat olmaqla ondan, 591.46 manat ödənilməmiş hissə, 176.54 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 522.9 manat (18 ay x 29.05 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG GALAXY A03 markalı telefon üçün ümumilikdə 590.5 manat olmaqla ondan, 433.85 manat ödənilməmiş hissə, 156.65 manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 236.4 manat (12 ay x 19.7 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ FREEBUDS 4İ QULAQLİQ üçün ümumilikdə 50.9 manat olmaqla ondan, 39.4 manat ödənilməmiş hissə, 11.5 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 927.05 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddiaçıya borcunun olmasını etiraf etməklə izahatında bildirdi ki, ərinin vəfat etməsi səbəbindən həmin borcu qaytara bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 03691527 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən XİAOMİ POCO X3 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 106.28 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 03691521 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən HUAWEİ WATCH GT 3 QOL SAATİ Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 43.83 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 03691520 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən XİAOMİ REDMİ NOTE 11 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 43.64 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ******* saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən PALTARYUYAN SAMSUNG Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 65.97 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 10721097 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən SAMSUNG GALAXY A03 markalı telefon Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 29.05 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 23226135 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən PA HUAWEİ FREEBUDS 4İ QULAQLİQ Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 19.7 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 03691527 saylı müqavilə üzrə 1913.04 manat ödənilməmiş hissə, 572.46 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 03691521 saylı müqavilə üzrə 788.94 manat ödənilməmiş hissə, 232.26 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 03691520 saylı müqavilə üzrə 740.52 manat ödənilməmiş hissə, 219.38 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 591.46 manat ödənilməmiş hissə, 176.54 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli 10721097 saylı müqavilə üzrə 433.85 manat ödənilməmiş hissə, 156.65 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli 23226135 saylı müqavilə üzrə 39.4 manat ödənilməmiş hissə, 11.5 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən məişət əşyaları almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə ödənilməyən əsas borcların cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1913.04 manat məbləğində əsas borca münasibətdə 572.46 manat dəbbə (cərimə), xx.xx.2022-ci il tarixli müqavilə üzrə 788.94 manat məbləğində əsas borca münasibətdə 232.26 manat dəbbə (cərimə), xx.xx.2022-ci il tarixli müqavilə üzrə 740.52 manat məbləğində əsas borca münasibətdə 219.38 manat dəbbə (cərimə), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 591.46 manat məbləğində əsas borca münasibətdə 176.54 manat dəbbə (cərimə), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 433.85 manat məbləğində əsas borca münasibətdə 156.65 manat dəbbə (cərimə), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 39.4 manat məbləğində əsas borca münasibətdə 11.5 manat dəbbə (cərimə) borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2022-ci il tarixli 03691521 saylı müqavilə üzrə 40 manat, xx.xx.2022-ci il tarixli 03691520 saylı müqavilə üzrə 40 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2021ci il tarixli müqavilə üzrə 3 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflərə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 66.9 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 11.86 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03691527 saylı müqavilə üzrə 1913.04 manat əsas, 50 manat cərimə, xx.xx.2022-ci il tarixli 03691521 saylı müqavilə üzrə 788.94 manat əsas, 40 manat cərimə, xx.xx.2022-ci il tarixli 03691520 saylı müqavilə üzrə 740.52 manat əsas, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 591.46 manat əsas, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli 10721097 saylı müqavilə üzrə 433.85 manat əsas, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli 23226135 saylı müqavilə üzrə 39.4 manat əsas, 3 manat cərimə cəmi 4690.21 manat və dövlət rüsumuna görə ödənilmiş 66.9 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 78.76 manatın qalan 11.86 manatı iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-38, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03691527 saylı müqavilə üzrə 1913.04 manat əsas, 50 manat cərimə, xx.xx.2022-ci il tarixli 03691521 saylı müqavilə üzrə 788.94 manat əsas, 40 manat cərimə, xx.xx.2022-ci il tarixli 03691520 saylı müqavilə üzrə 740.52 manat əsas, 40 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 591.46 manat əsas, 30 manat cərimə, xx.xx.2021-ci il tarixli 10721097 saylı müqavilə üzrə 433.85 manat əsas, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli 23226135 saylı müqavilə üzrə 39.4 manat əsas, 3 manat cərimə cəmi 4690.21 manat və dövlət rüsumuna görə ödənilmiş 66.9 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 78.76 manatın qalan 11.86 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar