Məhkəmə qərarları › İş №e-2(006)-2347/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2347/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2347/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, ********** №-li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton" mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 15 noyabr 2018-ci il, 19 mart 2019-cu il və 29 mart 2020-ci il tarixlərində “Alğı-satqı" müqavilələri bağlanmışdır. Cavabdeh 15 noyabr 2018-ci il tarixli, SMEK4606142 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2204 (iki min iki yüz dörd) manat olan 1 ədəd “Akyaka" künc divanı almış, ilkin ödəniş olaraq 116 (bir yüz on altı) ödəniş etmiş, nəticədə 2088 (iki min səksən səkkiz) manat borc yaranmışdır. 15 noyabr 2018-ci il tarixli, SMEK4606143 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1160 (bir min yüz altmış) manat olan 1 ədəd “Goreme" markalı masa, 6 ədəd “Goreme" markalı stul almış, ilkin ödəniş olaraq 84 (səksən dörd) manat ödəniş etmiş, nəticədə 1076 (bir min yetmiş altı) manat borc yaranmış, 19 mart 2019-cu il tarixli, SMEK4606263 saylı ümumi dəyəri 3240 ( üç min iki yüz qırx) manat olan 1 ədəd “Kemef” yataq dəsti almış, ilkin ödəniş olaraq 10 (on) manat ödəniş etmiş, nəticədə 3230 (üç min iki yüz otuz) manat borc yaranmış və 29 mart 2020-ci il tarixli, ECK5866218 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1360 (bir min üç yüz altmış) manat olan 1 ədəd “Веко” markalı paltaryuyan, 1 ədəd “Braun” markah blender almış, ilkin ödəniş olaraq 40 (qırx) manat ödəniş etmiş, nəticədə 1320 (bir min üç yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh tərəfindən sonuncu dəfə 15 noyabr 2018-ci il tarixli, SMEK4606142 saylı müqavilə üzrə 14.10.2020-ci il tarixində 50 (əlli) manat, 15 noyabr 2018-ci il tarixli, SMEK4606143 saylı müqavilə üzrə 04.05.2021-ci il tarixində 50(əlli) manat, 19 mart 2019-cu il tarixli, SMEK4606263 saylı müqavilə üzrə 07.05.2019-cu il tarixində 180 (bir yüz səksən) manat və 29 mart 2020-ci il tarixli, ECK5866218 saylı müqavilə üzrə 04.05.2021-ci il tarixində 55 (əlli beş) manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımı qaydada icra edilməmiş və SMEK4606142 saylı müqavilə üzrə alğı-satqı qiyməti ümumi dəyəri 2204 (iki min iki yüz dörd) manat olan 1 ədəd “Akyaka” künc divanı üçün ümumilikdə 1060 (bir min altmış) manat ödənilməmiş hissə, 318 (üç yüz on səkkiz) manat faiz borcu, SMEK4606143 saylı müqavilə üzrə ümumi dəyəri 1160 (bir min yüz altmış) manat olan 1 ədəd “Goreme” markalı masa, 6 ədəd “Goreme” markalı stul üçün ümumilikdə 346 (üç yüz qırx altı) manat ödənilməmiş hissə, 104 (bir yüz dörd) manat faiz borcu, SMEK4606263 saylı müqavilə üzrə ümumi dəyəri 3240 ( üç min iki yüz qırx) manat olan 1 ədəd “Kemer” yataq dəsti üçün ümumilikdə 3050 (üç min əlli) manat ödənilməmiş hissə, 918 (doqquz yüz on səkkiz) manat faiz borcu və ECK5866218 saylı müqavilə üzrə ümumi dəyəri 1360 (bir min üç yüz altmış) manat olan 1 ədəd “Веко” markalı paltaryuyan, 1 ədəd “Braun” markalı blender üçün ümumilikdə 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 182 (bir yüz səksən iki) manat faiz borcu yaranmışdır. 3.Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı xeyrinə SMEK4606142 saylı müqavilə üzrə 1060 (bir min altmış) manat əsas borc, 318 (üç yüz on səkkiz) manat faiz borcu, SMEK4606143 saylı müqavilə üzrə 346 (üç yüz qırx altı) manat əsas borc, 104 (bir yüz dörd) manat faiz borcu, SMEK4606263 saylı müqavilə üzrə 3050 (üç min əlli) manat əsas borc, 918 (doqquz yüz on səkkiz) manat faiz borcu və ECK5866218 saylı müqavilə üzrə 660 (altı yüz altmış) manat əsas borc, 182 (bir yüz səksən iki) manat faiz borcu, 87 (səksən yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 6725 (altı min yeddi yüz iyirmi beş) manat tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iclasların onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 6.Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, İddiaçı 1 ədəd “Akyaka” künc divanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş 116 manat etməklə hissə-hissə 18 ay müddətinə hər ay 116 manat ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2018ci il tarixli, ******* saylı müqavilədən görünür ki, İddiaçı 1 ədəd “Goreme” markalı masa, 6 ədəd “Goreme” markalı stulu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş 84 manat etməklə hissə-hissə 18 ay müddətinə 14.12.2018-ci il tarixindən 14.04.2020-ci il tarixinədək 60 manat, 14.05.2020-ci il tarixində 56 manat ödəməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2019cu il tarixli, ******* saylı müqavilədən görünür ki, İddiaçı 1 ədəd “Kemer” yataq dəstini Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş 10 manat etməklə hissə-hissə 18 ay müddətinə 18.04.2019-cu il tarixindən 18.08.2020-ci il tarixinədək 180 manat, 18.09.2020ci il tarixində 170 manat ödəməyi öhdəsinə götürmüşdür.

11. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2020-ci il tarixli, ECK5866218 saylı müqavilədən görünür ki, İddiaçı 1 ədəd “Braun markalı blender”, “Beko” markalı paltaryuyanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş 40 manat etməklə hissə-hissə 24 ay müddətinə hər ay 55 manat ödəməyi öhdəsinə götürmüşdür.

12. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 15.12.2021-ci il tarixli bildirişlərdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 15 noyabr 2018-ci il tarixli, ******* saylı, 15 noyabr 2018-ci il tarixli, ******* saylı, 19 mart 2019-cu il tarixli, ******* saylı, 29 mart 2020-ci il tarixli, ECK5866218 saylı alğısatqı müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən İddiaçı əşyaları Cavabdeh qızna vermişdir. Cavabdeh müqavilələrdə göstərilmiş müddətdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun hazırkı tarixədək İddiaçı 15 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə alğı-satqı qiyməti 2204 manat olan 1 ədəd “Akyaka” markalı künc divan üçün ümumilikdə 1060 manat ödənilməmiş hissə, 318 manat faiz borcu, 15 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə alğı-satqı qiyməti 1160 manat olan 1 ədəd “Goreme” markalı masa, 6 ədəd “Goreme” markalı stul üçün ümumilikdə 346 manat ödənilməmiş hissə, 104 manat faiz borcu, 19 mart 2019-cu il tarixli, ******* saylı müqavilə üzrə alğı-satqı qiyməti 3240 manat olan 1 ədəd “Kemer” yataq dəsti üçün ümumilikdə 3050 manat ödənilməmiş hissə, 918 manat faiz borcu və 29 mart 2020-ci il tarixli, ECK5866218 saylı müqavilə üzrə alğı-satqı qiyməti 1360 manat olan 1 ədəd “Beko” markalı paltaryuyan, 1 ədəd “Braun” markalı blender üçün ümumilikdə 660 manat ödənilməmiş hissə, 182 manat faiz borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

15. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

16. Eyni Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

17. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

18. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 87 (səksən yeddi) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır.

22. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 15 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 1060 (bir min altmış) manat ödənilməmiş hissə, 318 (üç yüz on səkkiz) manat faiz borcu, 15 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 346 (üç yüz qırx altı) manat ödənilməmiş hissə, 104 (bir yüz dörd) manat faiz borcu, 19 mart 2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 3050 (üç min əlli) manat ödənilməmiş hissə, 918 (doqquz yüz on səkkiz) manat faiz borcu, 29 mart 2020-ci il tarixli, ECK5866218 saylı müqavilə üzrə 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 182 (bir yüz səksən iki) manat faiz borcu olmaqla, ümumilikdə 6638 (altı min altı yüz otuz səkkiz) manat borc və 87 (səksən yeddi) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Eyni 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. 15 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 1060 (bir min altmış) manat ödənilməmiş hissə, 318 (üç yüz on səkkiz) manat faiz borcu, 15 noyabr 2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 346 (üç yüz qırx altı) manat ödənilməmiş hissə, 104 (bir yüz dörd) manat faiz borcu, 19 mart 2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 3050 (üç min əlli) manat ödənilməmiş hissə, 918 (doqquz yüz on səkkiz) manat faiz borcu, 29 mart 2020-ci il tarixli, ECK5866218 saylı müqavilə üzrə 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 182 (bir yüz səksən iki) manat faiz borcu olmaqla, ümumilikdə 6638 (altı min altı yüz otuz səkkiz) manat borc və 87 (səksən yeddi) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar