Məhkəmə qərarları › İş №e-2(006)-2349/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2349/2022

08.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2349/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X10, həmçinin X12 və X6 qanuni nümayəndəsi X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı və X16 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X17, Bakı şəhəri 14 saylı Notariat ofisinə, X13 qarşı (X33, X30 və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs, həmçinin Melnikova Marianna X1 və X6 qanuni nümayəndəsi kimi cavabdeh X21 tərəfindən 3-cü şəxs qismində cəlb edilməklə) «vərəsəlik şəhadətnaməsini və onun hüquqi nəticələrinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X31 cavabdeh Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X17 qarşı (X33, X30, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) «vərəsəlik şəhadətnaməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X26 tərəfindən V-216/2021 saylı vərəsəlik işi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V- 12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələrin hüquqi nəticələrinin, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı və X31 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən bir neçə dəfə ərizə ilə məhkəməyə müraciət edərək, ən son verdikləri ərizələrində X10 cavabdeh, X3 isə X12 və X6 qanuni nümayəndəsi kimi cavabdeh X21 tərəfindən 3-cü şəxs qismində işə cəlb edilməsini, həmçinin Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X26 tərəfindən V-216/2021 saylı vərəsəlik işi üzrə tərtib edilmiş X27, X21, X28 və X8 hüquq verən xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V- 12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələrin hüquqi nəticələrinin, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X18 həyat yoldaşı və İddiaçı atası X34 uzun sürən xəstəlikdən sonra xx.xx.2021-ci ildə Türkiyə Respublikasında vəfat etmişdir. F.A.Əliyev vəfat etdikdən sonra, onun vətəndaşı olduğu Rusiya Federasiyasının Moskva şəhərində, Şəhər Notariat dairəsinin notariusu L.V.Moiseyeva tərəfindən xx.xx.2021-ci il tarixdə 95/2021 nömrəli vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılması üçün müraciət, mərhumun övladları X33 və X30 tərəfindən edilmişdir. Bundan bir müddət sonra, xx.xx.2021-ci il tarixində iddiaçı X31 həmin notariusa müraciət edərək, notariat işinin qanun üzrə vərəsəlik əsasında deyil, vəsiyyətnamə əsasında aparılmasını xahiş etmişdir. Belə ki, mərhum Əliyev F.A. xx.xx.2000-ci il tarixdə 26-15653 reyestr nömrəli 77A ******* saylı blank nömrəli Vəsiyyətnamə tərtib edərək bütün əmlakını həyat yoldaşı X22 miras qoymuşdur. Həmin vərəsəlik işi hal-hazırda notariusun icraatındadır. Vərəsəlik işinin Moskva notariusunun icraatında olduğu zaman, mirasqoyanın əmlaklarının müəyyən edilməsi zamanı mərhumun mülkiyyətində olmuş Şamaxı rayonu Çuxurdyurd kəndinin ərazisində olan **********95 reyestr nömrəli 0,23 ha, **********91 reyestr nömrəli 0,12 ha, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən **********63 reyestr nömrəli 0,2650 ha torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik şəhadətnaməsi əsasında dəyişdiyi müəyyən edilmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisinin vəkil sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2022-ci il tarixli 748 saylı məktubuna əlavə edilən xx.xx.2021 -ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X14, X28, X21 və X15 hər birinə miras əmlaklar üzrə 1/5 pay hüququ müəyyən edilmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu E.Əliyev tərəfindən aşılmış 2V-611 saylı vərəsəlik işi üzrə verilmiş xx.xx.2021 -ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən ləğv edilməlidir. Belə ki, AR ƏN 1 saylı Bakı Asan xidmət Mərkəzində Qeydiyyat şöbəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 05/1602/69 nömrəli arayışa əsasən X23 (xx.xx.1958) ailə üzvləri həyat yoldaşı olan X31 (xx.xx.1962), oğlu X33 (xx.xx.1981), oğlu X30 (xx.xx.1986) və qızı İddiaçı ibarətdir. Nikahın bağlanması haqqında İİ JQ № 339097 saylı şəhadətnaməyə əsasən müəyyən edilir ki, X34 xx.xx.1980-ci il tarixdə Əliyeva (Abdullayeva) Mahirə Həmid qızı ilə nikaha daxil olmuş və həmin nikah ləğv edilməmişdir. İddia ərizəsinə əlavələrdə olan xx.xx.2000-ci il tarixli 26- 15653 reyestr nömrəli 77A ******* saylı blank nömrəli vəsiyyətnamənin mətnindən göründüyü kimi mərhum bütün əmlakını həyat yoldaşı X22 vəsiyyət etmişdir. Beləliklə, Notarius tərəfindən aşağıdakı maddi hüquq normaları pozulmaqla vərəsəlik işi açılmış və şəhadətnamələr tərtib edilmişdir. Notarius vərəsəlik işinin açılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətləri pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (Mirasın qəbul edildiyi müddət) əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddia ərizəsinə əlavə edilən sənədlərdən göründüyü kimi 2V-611 saylı vərəsəlik içi xx.xx.2021-ci il tarixdə və 2v- 12,13 saylı vərəsəlik işi isə xx.xx.2022-ci ildə açılmış və həmin günlərdə də yekunlaşmışdır. Mirasqoyanın xx.xx.2021-ci il tarixində vəfat etdiyini nəzərə alaraq, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş 3 aylıq müddət xx.xx.2021-ci il tarixdə və 6 aylıq müddət isə xx.xx.2021-ci il tarixində bitmişdir. Mirasqoyanın vəsiyyətnaməsi olduğu halda, miras əmlak üzrə qanun üzrə vərəsəlik barədə şəhadətnaməsi verilmişdir. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən isə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1149-cu maddəsinə (Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer) əsasən xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır. Yuxarıda qeyd edildiyi kimi, xx.xx.2000-ci il tarixli 26-15653 reyestr nömrəli 77A ******* saylı blank nömrəli vəsiyyətnaməyə əsasən mərhum bütün əmlakını həyat yoldaşı X22 vəsiyyət etmişdir. F.A.Əliyev vəfat etdikdən sonra isə onun vətəndaşı olduğu Rusiya Federasiyasının Moskva şəhərində, Şəhər Notariat dairəsinin notariusu L.V.Moiseyeva tərəfindən xx.xx.2021-ci il tarixində 95/2021 nömrəli vərəsəlik işi açılmışdır. Notarius vərəsəlik işi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada vərəsəlik hüququ olan varislərin hamısını işə cəlb etməmişdir. Belə ki, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq etdiyi Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 19-cu bəndinin 2-ci abzasına əsasən notariat hərəkətlərinin aparılmasından əvvəl notarius «Elektron notariat» informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi, eləcə də müqavilələrin bağlanılmasına əvvəlcədən verilmiş razılığın təsdiqi və ya razılıqdan imtina edilib-edilməməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. Həmin təlimatın 83-cü bəndinə əsasən «Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir». İddia ərizəsinə əlavə edilən 1 saylı Bakı Asan xidmət Mərkəzində Qeydiyyat şöbəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 05/1602/69 nömrəli arayışdan da göründüyü kimi X23 (xx.xx.1958) ailə üzvləri həyat yoldaşı olan X31 (xx.xx.1962), oğlu X33 (xx.xx.1981), oğlu X30 (xx.xx.1986) və qızı İddiaçı ibarətdir. Notarius tərəfindən miras əmlakın pay bölgüsü aparılarkən iddiaçı X22 məxsus əmlak da pay bölgüsünə daxil edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, «Nikahın bağlanması haqqında» İİ-JQ № 339097 saylı şəhadətnaməyə əsasən müəyyən edilir ki, X34 xx.xx.1980-ci il tarixində Əliyeva (Abdullayeva) Mahirə Həmid qızı ilə nikaha daxil olmuş və həmin nikah ləğv edilməmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Göründüyü kimi, notarius tərəfindən hər hansı bir sorğu verilmədən, araşdırma aparılmadan, vəfat etmiş şəxsin nikah vəziyyətini müəyyən etmədən vərəsəlik işi aparılmışdır. Sadaladığımız hallar Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X26 tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla V-216/2021 saylı vərəsəlik işi açılmasını, həmçinin həmin iş üzrə vərəsəlik şəhadətnamələrinin tərtib edilməsini təsdiq (sübut) edir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X10, həmçinin X12 və X6 qanuni nümayəndəsi X3 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçılar İddiaçı və X31 cavabdehlər Cavabdehna və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı (X33, X30 və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) «vərəsəlik şəhadətnaməsini və onun hüquqi nəticələrinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi ilə ləğv edilməsi tələb olunan şəhadətnamə hüquqlarını müdafiə etdiyi X27 (d/t xx.xx.2001), X21 (d/t xx.xx.2004), X28 (d/t xx.xx.2011), X14 (d/t xx.xx.2014) adlı şəxslərin adına verilmişdir. Hesab edir ki, göstərilən əsaslara görə hüquqlarını müdafiə etdiyi şəxslər məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər qismində məhkəmə prosesinə cəlb edilməlidirlər. İddia ərizəsində qeyd olunur ki, Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu E. Əliyev tərəfindən açılmış 2V-611 saylı vərəsəlik işi üzrə verilmiş xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyindən ləğv edilməlidir. İddia ərizəsinə əlavələrdə olan xx.xx.2000-ci il tarixli 26-15653 reyestr nömrəli 77A ******* saylı blank nömrəli vəsiyyətnamənin mətnindən göründüyü kimi mərhum bütün əmlakını həyat yoldaşı X22 vəsiyyət etmişdir. Notarius vərəsəlik işinin açılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətləri pozmuşdur. İddia ərizəsinə əlavə edilən sənədlərdən göründüyü kimi 2V-611 saylı vərəsəlik işi xx.xx.2021-ci il tarixində və 2v-12, 13 saylı vərəsəlik işi isə xx.xx.2022-ci ildə açılmış və həmin günlərdə də yekunlaşmışdır. Mirasqoyanın xx.xx.2021-ci il tarixdə vəfat etdiyini nəzərə alaraq, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş 3 aylıq müddət xx.xx.2021-ci il tarixdə və 6 aylıq müddət isə xx.xx.2021-ci il tarixdə bitmişdir. Mirasqoyanın vəsiyyətnaməsi olduğu halda, miras əmlak üzrə qanun üzrə vərəsəlik barədə şəhadətnaməsi verilmişidr. Hesab edir ki, bu tələblər əsassızdır və məhkəmə tərəfindən qəbul oluna bilməz. Belə ki, hazırkı etiraza əlavə olunmuş və qarşı tərəfin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 2V-611 nömrəli notariat işinin materiallarına əlavə olunan, X27, X21, X28 və X14 ataları X19 miras qalmış Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən ümumi sahəsi 0.2654 hektar olan torpaq sahəsindən ibarət əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələri ilə Bakı şəhərinin 14 saylı notariat ofisinə, iddia ərizəsində qeyd olunduğu kimi deyil, məhz xx.xx.2021-ci il tarixdə, yəni atalarının ölümündən 6 aylıq müddət ötmədən müraciət etmişlər. Eynilə 2v-12, 13 nömrəli notariat işinin materiallarına əlavə olunan, X27, X21, X28 və X14 ataları X19 miras qalmış Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0.23 hektar və Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0.12 hektar olan torpaq sahəsindən ibarət əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələri ilə Bakı şəhərinin 14 saylı notariat ofisinə, iddia ərizəsində qeyd olunduğu kimi deyil, məhz xx.xx.2021-ci il tarixdə, yəni atalarının ölümündən 6 aylıq müddət ötmədən müraciət etmişlər. Eyni zamanda hazırkı etiraza əlavə olunmuş 14 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4250 nömrəli məktubunun notarial qaydada təsdiq olunmuş surətində belə qeyd olunur ki, 15 may 2021-ci il tarixdə vəfat etmiş X24 qalmış miras əmlakın qəbul edilməsi ilə bağlı vərəsələri X14, X28, X27 və X10 adından, etibarnamə əsasında tərəfinizdən edilmiş müraciət ərizələrinə əsasən, 30 sentyabr 2021-ci il tarixdə V- 216 qeydiyyat nömrəsi ilə vərəsəliyin uçotu kitabında qeydə alınaraq, Bakı şəhəri 14 saylı Notariat ofisində F.Əliyevin adına vərəsəlik işi açılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinin tələbi tərəfimizdən sizə izah edilmiş və altı ay müddətin gözlənilməsi tövsiyyə edilmişdir. Nəzərinizə çatdırırıq ki, miras qoyan F.Əliyevin digər oğlu, X30 miras qoyanla bir ünvanda qeydiyyatda olduğundan, qanunvericiliyin tələbinə əsasən mirası faktiki idarə edərək qəbul etmiş vərəsə kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin «Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət» başlığı altında gedən 1322-ci maddəsinin tələbinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhz qanunvericiliyin qeyd olunan tələbinə əsasən də, iddia ərizəsində qeyd olunduğu kimi, reyestrdə 2V-611 nömrəsi ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2021-ci il tarixində, reyestrdə 2v-12 və 2v- 13 nömrələri ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr isə xx.xx.2022-ci il tarixində, yəni qanunun tələb etdiyi kimi, mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilmişlər. Yəni bu şəhadətnamələrin verildiyi tarix heçdə ona dəlalət etmir ki, hüquqlarını müdafiə etdiyim vərəsələr həmin tarixdə notariat orqanına müraciət etmişlər, əksinə, onların notariat orqanına müraciətindən sonra notarius tərəfindən qanunla tələb olunan altı aylıq müddət gözlənilmiş və yalnız bu müddət keçdikdən sonra vərəsələrə qeyd olunan şəhadətnamələr verilmişdir. Eyni zamanda hazırkı etiraza əlavə olunmuş Fikrət Əliyevin vətəndaşı olduğu Rusiya Federasiyasının Moskva şəhərində, şəhər Notariat dairəsinin notariusu L.V.Moiseyeva tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 1149 nömrəli arayışda belə qeyd olunur ki, 27 oktyabr 2021-ci il tarixinə olan duruma görə, X14, X28, X27 və X21, hansı ki, etibarnamə ilə adlarından çıxış edir X9, həmçinin, X30, X33 və X31 - hamısı notariusa müraciət etmiş vərəsələrdir. Bu arayışdan da göründüyü kimi, hüquqlarını müdafiə etdiyi şəxslər atalarının vətəndaşı olduğu Rusiya Federasiyasının ərazisində də qanunla müəyyən olunmuş müddəti keçirmədən notariusa müraciət etmiş vərəsələrdir. İddia ərizəsinə əlavə olunan xx.xx.2000-ci il tarixli 26-15653 reyestr nömrəli 77A ******* saylı blank nömrəli, X23 bütün əmlakının həyat yoldaşı X22 vəsiyyət etməsi barədə vəsiyyətnaməyə gəldikdə, hesab edirlər ki, bu sənəd saxtadır, yəni bu sənədin saxta olmamağına əsaslı şübhələr vardır. Belə ki, X23 onlarda olan işgüzar həyatda icra etdiyi imza nümunələri məhkəməyə təqdim olunan vəsiyyətnamədəki imzadan fərqlidir. Yuxarıda qeyd olunanların nəzərə alınmasını və MPM-nin 47 və 154-cü maddələrinə əsasən iş üçün əhəmiyyətli hallar barədə məlumat verə biləcək etiraza əlavə olunmuş yazılı sübutların mülki iş materiallarına əlavə olunaraq, iş üzrə qətnamə çıxarılarkən həmin sübutlara istinad olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X17, Bakı şəhəri 14 saylı Notariat ofisinə və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar və nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə həmin şəxslərin və nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və cavabdeh X10, həmçinin X12 və X6 qanuni nümayəndəsi X3 nümayəndəsi və vəkili Nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası DƏDRX-nin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi X23 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 0,2650 ha fərdi yaşayış məqsədli istifadə növü olan torpaq sahəsi xüsusi mülkiyyət kimi X23 adına daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 18319 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Moskva dövlət notariat palatası Notariat-dairəsi Moskva şəhəri notarius X11 tərəfindən verilmiş 02 oktyabr 2021-ci il tarixli 1096 saylı arayışdan və tərcüməsindən görünür ki, X31, X30 və X33 tərəfindən verilmiş ərizələrinə əsasən 15 may 2021-ci il tarixdə vəfat etmiş X23 əmlakına 31 avqust 2021-ci il tarixdə 95/2021 nömrəli vərəsəlik işi açılmışdır. Qəbul edilmiş miras mirasın açıldığı gündən vərəsəyə məxsus olduğu hesab edilir. Mirasın qəbulu mirasın açıldığı yerdə vərəsə tərəfindən mirasın qəbulu haqqında ərizənin, yaxud vərəsə tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi haqqında ərizənin notariusa verilməsi yolu ilə həyata keçirilir. Mirasın açıldığı yer miras qoyan şəxsin axırıncı yaşayış yeridir (RF Mülki Məcəlləsinin aidiyyatı maddi hüquq normalarına istinad edilir). 02 oktyabr 2021-ci il tarixinə vəziyyəti üzrə X31, X30 və X33 notariusa müraciət etmiş bütün vərəsələrdir. - Bakı şəhəri 14 saylı Notariat ofisinin 16 noyabr 2021-ci il tarixli 4250 saylı məktubundan görünür ki, X23 ölümü ilə əlaqədar adına, vərəsəlik işinin açılıb-açılmaması, vərəsəlik işinin açıldığı təqdirdə vərəsələrinin dairəsi barədə məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı Notariat ofisinə daxil olmuş müraciətə baxılmışdır. Bildirilmişdir ki, 15 may 2021-ci il tarixdə vəfat etmiş X19 qalmış miras əmlakın qəbul edilməsi ilə bağlı, vərəsələri X14, X28, X27 və X10 adından, etibarnamə əsasında vəkil Nümayəndə tərəfindən edilmiş müraciət ərizələrinə əsasən, 30 sentyabr 2021-ci il tarixdə, V-216 qeydiyyat nömrəsi ilə vərəsəliyin uçotu kitabında qeydə alınaraq, Bakı şəhəri 14 saylı notariat ofisində F.Əliyevin adına vərəsəlik işi açılmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinin tələbi ona izah edilmiş və altı ay müddətin gözlənilməsi tövsiyə edilmişdir. Nəzərə çatdırılmışdır ki, miras qoyan F.Əliyevin digər oğlu, X30 miras qoyanla bir ünvanda qeydiyyatda olduğundan, qanunvericiliyin tələbinə əsasən mirası faktiki idarə edərək qəbul etmiş vərəsə kimi nəzərə alınmışdır. - Moskva dövlət notariat palatası Notariat-dairəsi Moskva şəhəri notarius X11 tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli 1149 saylı arayışdan və tərcüməsindən görünür ki, X28, X14, X10 adından hərəkət edən X3, X30, X33, X31 tərəfindən verilən 20 sentyabr 2021-ci il tarixli ərizə əsasında 15 may 2021-ci il tarixdə vəfat etmiş X23 əmlakına dair 95/2021 saylı miras işi açılmışdır. 27 oktyabr 2021-ci il tarixə olan vəziyyətə görə adlarından etibarnamə üzrə X4 hərəkət etdiyi X21, X28, X14, X30, X33, X31 notariusa müraciət etmiş bütün varislərdir. - 23 iyun 2000-ci il tarixli vəsiyyətnamədən görünür ki, Moskva şəhəri Beqovaya küçəsi ev 11 mənzil 80 ünvanda yaşayan vətəndaş X35 nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, onun ölüm gününə kimi ona məxsus olacaq əmlakı, o cümlədən mülkiyyət hüququ üzrə ona məxsus səhmləri ("xxxx" ASC-nin və "xxxx" ASC-nin) X22 vəsiyyət etmişdir. X16 ondan qabaq ölməsi, yaxud onun tərəfindən mirasın qəbul edilməməsi halında, onun əmlakını o, X29, İddiaçı və X25 bərabər payda vəsiyyət etmişdir. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli 2V- 12 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 15 may 2021-ci il tarixdə vəfat etmiş Fikrət Əliyevin vərəsələri X14, X28, X21, X20r və onların hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,23 ha torpaq sahəsidir. Göstərilən miras əmlakın 1/5 hissəsi açıq saxlanılır. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli 2V- 13 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 15 may 2021-ci il tarixdə vəfat etmiş Fikrət Əliyevin vərəsələri X14, X28, X21, X20r və onların hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsidir. Göstərilən miras əmlakın 1/5 hissəsi açıq saxlanılır. - X31 tərəfindən Moskva dövlət notariat palatası Notariat-dairəsi Moskva şəhəri notarius X7 yazdığı 20 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, 15 may 2021-ci il tarixdə vəfat etmiş əri X23 ölümündən sonra qalmış mirası bütün vərəsəlik əsasları üzrə qəbul etdiyini bildirmişdir. - Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli 2V- 611 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 15 may 2021-ci il tarixdə vəfat etmiş Fikrət Əliyevin vərəsələri X14, X28, X21, X20r və onların hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 0,2654 ha torpaq sahəsidir. Göstərilən miras əmlakın 1/5 hissəsi açıq saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1149-ci maddəsinə əsasən xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır. Mülki Məcəllənin 1150-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır. İş materiallarından göründüyü kimi, X2 RF-də X16 adına 23 iyun 2000-ci il tarixdə vəsiyyətnamə tərtib etmiş, X34 15 may 2021-ci il tarixdə vəfat etmiş, X23 ölümündən sonra miras RF-də açılmışdır. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1149-cu maddəsinə əsasən xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır. İş materiallarından göründüyü kimi, yuxarıda adı qeyd olunan xx.xx.2000-ci il tarixli vəsiyyətnaməyə əsasən mərhum X2 bütün əmlakını həyat yoldaşı X22 vəsiyyət etmiş, Fikrət Əliyev vəfat etdikdən sonra vətəndaşı olduğu Rusiya Federasiyası Moskva şəhərində, Şəhər Notariat dairəsinin notariusu L.Moiseyeva tərəfindən xx.xx.2021-ci il tarixdə 95/2021 nömrəli vərəsəlik işi açılmışdır. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu vərəsəlik işi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada vərəsəlik hüququ olan varislərin hamısını işə cəlb etməmişdir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 05/1602/69 nömrəli arayışdan göründüyü kimi X23 ailə üzvləri həyat yoldaşı X31, oğulları X33, X30 və qızı İddiaçıdır. Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 19-cu bəndinin 2-ci abzasına əsasən notariat hərəkətlərinin aparılmasından əvvəl notarius «Elektron notariat» informasiya sistemi vasitəsilə əqdlərin, o cümlədən etibarnamələrin və vəsiyyətnamələrin layihələrinin hazırlanması, təsdiqi və ya ləğv edilməsi, eləcə də müqavilələrin bağlanılmasına əvvəlcədən verilmiş razılığın təsdiqi və ya razılıqdan imtina edilib-edilməməsi, habelə vərəsəlik işinin açılıb-açılmaması, mülkiyyət və vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilib-verilməməsi barədə müvafiq məlumatları yoxlamalıdır. Təlimatın 83-cü bəndinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu tərəfindən yuxarıda qeyd olunan miras əmlakın pay bölgüsü aparılarkən iddiaçı X22 məxsus əmlak da pay bölgüsünə daxil edilmişdir. Halbuki, X34 ilə Əliyeva (qızlıq soyadı Abdullayeva) Mahirə Həmid qızı xx.xx.1980-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, həmin nikah qeydi ləğv edilməmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Göründüyü kimi, mübahisələndirilən şəhadətnamələr verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. İddia tələbi əsaslıdır, mübahisələndirilən şəhadətnamələr, həmçinin şəhadətnamələrin hüquqi nəticələri, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlər ləğv edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X26 tərəfindən V-216/2021 saylı vərəsəlik işi üzrə tərtib edilmiş və X27, X21, X28 və X8 hüquq verən xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli; 2V-611 saylı vərəsəlik işi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V- 12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin hüquqi nəticələri, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlər ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X26 tərəfindən V-216/2021 saylı vərəsəlik işi üzrə tərtib edilmiş və X27, X21, X28 və X8 hüquq verən xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. 2V-611 saylı vərəsəlik işi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin hüquqi nəticələri, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlər ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar