Məhkəmə qərarları › İş №e-2(006)-2363/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2363/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2363/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Lenovo İdeapad üçün 1470 (bir min dörd yüz yetmiş) manat ödənilməmiş hissə, 441 (dörd yüz qırx bir) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X5qlıq, Apple Watch üçün 1751 (bir min yeddi yüz əlli bir) manat ödənilməmiş hissə, 490 (dörd yüz doxsan) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********01737 Samsung Galaxy S21 markalı telefon üçün 1734.8 (bir min yeddi yüz otuz dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 518.2 (beş yüz on səkkiz manat iyirmi qəpik) manat dəbbə, ümumilikdə 6405 (altı min dörd yüz beş) manat borc və 84.05 (səksən dörd manat beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh Lenovo İdeapad, X5qlıq, Apple Watch və İmei kodu **********01737 Samsung Galaxy S21 markalı telefon almış və nəticədə 6405 (altı min dörd yüz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1760 (bir min yeddi yüz altmış) manat (24 ay x 70 manat + 80 manat ilkin ödəniş), Lenovo İdeapad üçün ümumilikdə 1911 (bir min doqquz yüz on bir) manat olmaqla, ondan 1470 (bir min dörd yüz yetmiş) manat ödənilməmiş hissə, 441 (dörd yüz qırx bir) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2249 (iki min iki yüz qırx doqquz) manat (18 ay x 109.5 manat + 278 manat ilkin ödəniş), X5qlıq, Apple Watch üçün ümumilikdə 2241 (iki min iki yüz qırx bir) manat olmaqla, ondan 1751 (bir min yeddi yüz əlli bir) manat ödənilməmiş hissə, 490 (dörd yüz doxsan) manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3103.8 (üç min yüz üç manat səksən qəpik) manat (12 ay x 144.6 manat + 1368.6 manat ilkin ödəniş), İmei kodu **********01737 Samsung Galaxy S21 markalı telefon üçün 2253 (iki min iki yüz əlli üç) manat olmaqla, ondan 1734.8 (bir min yeddi yüz otuz dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 518.2 (beş yüz on səkkiz manat iyirmi qəpik) manat miqdarında dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2157 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin, iddiaçı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının tələbinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdeh tərəfindən ödəniş edilmədiyini bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22472831 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “Lenovo İdeapad” markalı məhsulu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Lenovo İdeapad” markalı məhsulu tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23048398 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “Apple Watch” və “X7” markalı məhsulları Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Apple Watch” və “X7” markalı məhsulları tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23266317 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “Samsung Galaxy S21 Ultra” markalı məhsulu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Samsung Galaxy S21 Ultra” markalı məhsulu tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-ciü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1470 manat ödənilməmiş məbləğ, 441 manat dəbbə borcu olmaqla, cəmi 1911 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1751 manat ödənilməmiş məbləğ, 490 manat dəbbə borcu olmaqla, cəmi 2241 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1734.8 manat ödənilməmiş məbləğ, 518.2 manat dəbbə borcu olmaqla, cəmi 2253 manat olmaqla, ümumilikdə 6405 manat borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 84.05 (səksən dörd manat beş qəpik) manat məbləğində rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22472831 nömrəli, xx.xx.2021-ci il tarixli 23048398 nömrəli və xx.xx.2021-ci il tarixli 23266317 nömrəli müqavilələrə əsasən iddiaçı “Lenovo İdeapad”, “Apple Watch”, “X7” və “Samsung Galaxy S21 Ultra” markalı məhsulları cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə müvafiq olaraq xx.xx.2021ci il tarixli müqavilə üzrə 24 ay, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almış, yəni iddiaçı öz öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri tam icra edilməmiş, belə ki, cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2157 manat olmuş, nəticədə onun iddiaçıya ümumilikdə 6405 (altı min dörd yüz beş) manat borcu yaranmışdır. Hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilələr üzrə yaranmış borcun ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq, əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, işin halları əsasında müəyyən edilir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş, lakin cavabdeh edilən xəbərdarlığa baxmayaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı əsas borc tələbində tam, dəbbə borcu tələbində isə qismən haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia tələbinin cərimənin (dəbbə pulunun) ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2021-ci il tarixli 22472831 nömrəli müqavilə üzrə 441 manat, xx.xx.2021-ci il tarixli 23048398 nömrəli müqavilə üzrə 490 manat və xx.xx.2021-ci il tarixli 23266317 nömrəli müqavilə üzrə 518.2 manat dəbbənin (cərimənin) miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 90 (doxsan) manat, 100 (bir yüz) manat və 100 (bir yüz) manat məbləğinədək azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2021-ci il tarixli 22472831 nömrəli müqavilə üzrə 1470 (bir min dörd yüz yetmiş) manat ödənilməmiş məbləğ, 90 (doxsan) manat cərimə borcu, cəmi 1560 (bir min beş yüz altmış) manat; - xx.xx.2021-ci il tarixli 23048398 nömrəli müqavilə üzrə 1751 (bir min yeddi yüz əlli bir) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat cərimə borcu, cəmi 1851 (bir min səkkiz yüz əlli bir) manat; - xx.xx.2021-ci il tarixli 23266317 nömrəli müqavilə üzrə 1734.8 (bir min yeddi yüz otuz dörd manat səksən qəpik) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat cərimə borcu, cəmi 1834.8 (bir min səkkiz yüz otuz dörd manat səksən qəpik) manat olmaqla, ümumilikdə 5245.8 (beş min iki yüz qırx beş manat səksən qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 84.05 (səksən dörd manat beş qəpik) manat dövlət rüsumunun 69 (altmış doqquz) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 15.05 (on beş manat beş qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1470 (bir min dörd yüz yetmiş) manat ödənilməmiş məbləğ, 90 (doxsan) manat cərimə borcu, cəmi 1560 (bir min beş yüz altmış) manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1751 (bir min yeddi yüz əlli bir) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat cərimə borcu, cəmi 1851 (bir min səkkiz yüz əlli bir) manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1734.8 (bir min yeddi yüz otuz dörd manat səksən qəpik) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat cərimə borcu, cəmi 1834.8 (bir min səkkiz yüz otuz dörd manat səksən qəpik) manat olmaqla, ümumilikdə 5245.8 (beş min iki yüz qırx beş manat səksən qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 84.05 (səksən dörd manat beş qəpik) manat dövlət rüsumunun 69 (altmış doqquz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 15.05 (on beş manat beş qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar