Məhkəmə qərarları › İş №e-2(006)-2408/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2408/2023

10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2408/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair ilk; Cavabdeh İB-nin İddiaçı qarşı «debitor borcun ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən onun adına (Xəzər rayonu Şağan qəsəbəsi Əzizbəyov küçəsi 101, Abunəçi kodu **********00000) hesablanmış 3.389 manat 86 qəpik məbləğində borcun silinməsi, borcun silinməsi vəzifəsinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ona məxsus olan Xəzər rayonu Şağan qəsəbəsi Əzizbəyov küçəsi 101 ünvanda yerləşən fərdi yaşayış evində (Abunəçi kodu **********00000) Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacı yenilənmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən qaz sərfiyyatı barədə bildiriş təqdim edilən zaman 3389.86 manat borc yazıldığını müəyyən etmişlər. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən qaz sərfiyyatı barədə verilmiş bildirişdə 128,64 manat borcları olmuşdur və qeyd olunan borc tam olaraq ödənilmişdir. Qeyd olunan 3.389,86 manat borc ilə bağlı araşdırma aparmışlar və Cavabdeh İB-nin hesabatların aparılması şöbəsi tərəfindən guya ki, qaz sayğaclarının xx.xx.2023-cü il tarixdən etibarən işləmədiyi və qeyd olunan 3.389,86 manat borc məbləğinin 2022-ci ilin yanvar və fevral aylarında olmuş hesabatlar üzrə təxmini olaraq hesablandığını bildirmişdir. Əlavə olaraq, Cavabdeh İB-nin əməkdaşları tərəfindən onlara heç bir məlumat vermədən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində akt tərtib edilmiş və 2022-ci ilin arxiv məlumatlarından istifadə edərək, yanvar ayı üçün 1.590,11 manat, fevral ayı üçün isə 1.799,75 manat borc məbləği müəyyən edilmişdir. Qeyd olunan aktlar barədə heç bir məlumatları olmamasına baxmayaraq, həmin aktlarda abonentin imza etməkdən imtina etdiyi qeyd olunmuşdur. Qeyd edir ki, həmin qaz sayğac onun evinin içərisində yox, çölündə yerləşir və onun tərəfindən qaz sayğacına hər hansısa bir müdaxilə olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, 2023-cü ilin yanvar və fevral aylarında onlar Xəzər rayonu Şağan qəsəbəsi Əzizbəyov küçəsi 101 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evində yaşamamışlar. Qeyd olunan halı 2023-cü ilin yanvar və fevral aylarında "xxxx" ASC-nin həmin ünvana olan borc qəbzləri də təsdiq edir. Qeyd etdiyi məsələlər barədə Cavabdeh İB-yə şikayət etməsinə baxmayaraq müracəitinə münasibət bildirilməyib. Ona görə də, çarəsiz qalıb məhkəməyə müraciət etmişdir. Hesab edir ki, yazılan borc əsassızdır, qanunsuzdur, əsassız borc yazıldığı üçün silinməlidir. Cavabdeh İB İddiaçı qarşı «debitor borcun ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Cavabdehnə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 4.675,36 manat pulun və 66,76 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4.742,12 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********99********) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 1872-06-17 nömrəli «Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə ELSTER G-65 RVG EK-230 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Bildirirlər ki, Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş «Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında» xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1590,11 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1.799,75 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 342 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 426,75 manat, cəmi 4.158,61 manat məbləğində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyat borcu olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilmişdir). Həmçinin cavabdehin ödənilməmiş 2023-cü ilin aprel ayı üzrə 516,75 manat sərfiyyat borcu qalmışdır (4.158,61+516,75=4675,36 manat). Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 4.675,36 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclaslarında iştirak etmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, şahid X2 ifadəsində bildirdi ki, həmin bağda nəzarətçi kimi fəaliyyət göstərir. Evin sahibi 2023-cü ilin yanvar və fevral aylarında evdə yaşamamışdır. Həmin tarixdə evdə yalnız o yaşamışdır. Onun yaşadığı yerdə yalnız kombi və dörd göz qaz işlədilmişdir. Ev sahibi bağa mart ayının sonu köçmüşdür. Həmin bağ Mərdəkan, Məşədi Əzizbəyov küçəsi, ev 141 ünvanda yerləşir. Onun yaşadığı evdə kombi 28-lik kombidir. Ev sahibinin evindəki kombi 90-lıq kombidir. Həmin tarixlərdə əsas evdə kombi fəaliyyət göstərməyib. Ev sahibi evdə olmayanda kombi fəaliyyət göstərmirdi. Bu il qış ayılarında orada yaşayış olmamışdır. Əvvəlkindən az işıq pulunun yazılması evdə yaşayış olmasa da, həyətin işıqlanması ilə bağlıdır. Həyətin sahəsi 80 sotdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, paylayıcı Cavabdeh ilə istehlakçı İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 1872-06-17 saylı müqavilə bağlanmışdır. Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 31 yanvar 2023-cü il tarixli ******* saylı, 28 fevral 2023-cü il tarixli ******* saylı (Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında) qeyd olunmuşdur ki, abonent İddiaçı yaşadığı ünvanda sərf olunan təbii qazın həcmini hesablayan sayğac işləmir. Arxiv məlumatlarına əsasən sayğacın işləmədiyi dövr üçün əlavə qaz sərfiyyatı həcmi hesablanmışdır. Aktların abonent İddiaçı tərəfindən imza edilməsindən imtina olunduğu qeyd edilmişdir. 06 iyul 2018-ci il tarixli ******* saylı aktdan görünür ki, öncələr də, zavod nömrəsi 75096491 olan, korrektorunun nömrəsi ******* olan qaz sayğacı qaz xəttindən açılaraq, yerdə süzgəclə birlikdə yuyulub təmizlənmiş, işlək vəziyyətə gətirilmiş və yenidən qaz xəttinə quraşdırılmışdır. Qaz sayğacı abonentin cavabdehlik daşımadığı ərazidə (evdən və torpaq sahəsindən kənarda) quraşdırılmışdır. Abonentin saldosundan və təqdim edilmiş digər sənədlərdən göründüyü kimi, ilk iddia üzrə iddiaçıya yuxarıda qeyd edilən iki akt üzrə cəmi 3.389 manat 86 qəpik məbləğində əlavə qaz sərfiyyat hesablanmışdır. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşin faktiki hallarından görünür ki, sayğaca ilk iddia üzrə iddiaçı tərəfindən müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının ilk iddia üzrə iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Sayğac ilk iddia üzrə iddiaçının cavabdehliyi sərhəddində baş verməmişdir. Sayğacın işlək vəziyyətdə olmaması məlum olduğu dövrdə (cari ilin yanvar və fevral ayları) ilk iddia üzrə iddiaçı həmin ünvanda yaşamamışdır. Abonentin ünvanında işlədilən təbii qazın sərfiyyatı əvvəlki dövrlərdə olduğu həcmdə olmamışdır. Qeyd olunan ünvanda əsas yaşayış evindən başqa kiçik ölçülü tikili mövcuddur ki, həmin tikilidə mühafizəçi və onun ailə üzvü yaşayır, mətbəxdə yemək bişirmək və s. üçün adi qaz plitəsindən, evin isidilməsi üçün isə kiçik həcmli kombidən istifadə edilir ki, həmin kiçik evdə qaz sərfiyyatı aktlarda qeyd olunandan dəfələrlə az həcm təşkil etmişdir. Bu səbəbdən, abonentə aktlar üzrə 3.389 manat 86 qəpik məbləğində əlavə qaz sərfiyyatı yazılması əsassız olmuşdur. Digər tərəfdən, qaz sayğacının işlək vəziyyətdə olmaması birinci dəfə aşkar edildiyi dövrdən sonrakı aktlar tərtib olunan dövrədək qaz paylayıcısı (təchizatçısı) tərəfindən uzun müddət ərzində hərəkətsizlik nümayiş etdirilmiş, qaz sayğacının yerində təmiri, yaxud bu mümkün deyildisə, yenisi ilə əvəz edilməsi təmin edilməmişdir. Göründüyü kimi, ilk iddia əsaslı olmaqla təmin edilməlidir. Qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair ilk iddiası təmin edilməli, Cavabdeh əməkdaşları tərəfindən ünvan 2 ünvanda İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar əsassız hesab edilməklə ləğv edilməli, həmin aktlar əsasında hesablanmış 3.389 manat 86 qəpik borc silinməli və borcun silinməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. Cavabdeh İddiaçı qarşı «debitor borcun ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən ünvan 2 ünvanda İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar əsassız hesab edilməklə ləğv edilsin. Həmin aktlar əsasında hesablanmış 3.389 manat 86 qəpik borc silinsin və borcun silinməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdeh İddiaçı qarşı «debitor borcun ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar