Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2439/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «silinməli olan dondurulmuş qalıq borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «silinməli olan dondurulmuş qalıq borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024 tarixdə Sumqayıt Novxanı bağ massivi bağ 824 ünvanındakı bağı satdığına görə adında olan işıq **********02119 kodu alıcı X2 adına keçirilməlidir. Aygün xanımın adına olan çıxarışın ərizə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********76-11301. Asan Kommunaldakı Azərişıq addan-ada keçirmək istəmir. Yaşamağa pulsuz icazə verdiyi qaçqınların işlətdiyi işığın borcunu (5.047,55 manat) Azərişıq ASC ona yox, qaçqınlara ya da Qaçqınkoma ödətdirilməliydi. O da olmursa da, ən azından 2016-cı ilin borcunu niyə indi istəyirlər? O da işığın kodunu alqı-satqı müqaviləsi əsasında addan-ada keçirtmək istəyəndə ondan tələb etdilər. Halbuki, 2018-ci ildə işıq kodunu addan-ada keçirəndə onlardan borcu ödəməyi tələb etmədilər. 2016-cı ildən bugünə kimi 8 il keçib, 2018-ci ildən isə bugünə kimi 6 il keçib. Odur ki, qeyd edilənlərə əsasən İddiaçı yazılmış **********02119 saylı işıq kodu üzrə borcda düzəliş olunaraq (dondurulmuş qalıq 5.047,55 manat) borcun silinməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 13-13/2-2/18-M-14895/8-5/2024 nömrəli cavab məktubundan görünür ki, tikinti obyektlərinin qeydə alındığı abonent kodlarının ad məlumatlarının dəyişdirilməsi, vətəndaşlar tərəfindən reqlamentdə qeyd olunan sənədləri daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal” regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müvafiq sənədlər təqdim etməklə müraciətləri əsasında həyata keçirilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin mövcud qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, abonent kodunda hesablanmış borc (müraciət etdiyi günə) olmadığı halda müraciət təmin edilir. Mövcud reqlamentə uyğun olaraq abonent kodlarında ad məlumatlarının dəyişdirilməsi üçün təqdim olunacaq sənədlər: müraciət edən şəxsin (mülkiyyətçi və ya etibarnamə üzrə şəxsin) şəxsiyyət vəsiqəsi; mülkiyyəti təsdiq edən sənəd (qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, mülkiyyətə dair şəhadətnamə, notarial qaydada təsdiq olunmuş alqı-satqı, bağışlama, icarə müqaviləsi və ya vərəsəlik şəhadətnaməsi). Nəzərə çatdırılır ki, sözügedən yaşayış sahəsinin abunə kodunun ad məlumatlarının dəyişdirilməsi ilə bağlı məsələyə mülkiyyətçinin müvafiq sənədləri təqdim etməklə müraciəti əsasında baxılacaqdır. Nəzərə alınması xahiş edilmişdir. 7.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli, 13-13/2-2/18-M-208/7-5/2025 nömrəli cavab məktubundan görünür ki, “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”un 8.1.4-cü maddəsində göstərilən tələblərə əsasən Cəmiyyət tərəfindən “təkrar müraciətlərə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda” müraciətlər baxılmamış saxlanılır. Nəzərə alınması xahiş edilmişdir. 8.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən abunə haqqında xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, abunə kodu **********02119, Novxanı bağları ünvanında yerləşən və İddiaçı Oqtay qızına aid sayğac üzrə 5047,55 manat məbləğində ödənilməmiş borc qeydə alınmışdır. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən İddiaçı ünvanlanan 18 dekabr 2024-cü il tarixli, 3-15-2-3/2-M-348-5-994/2024 nömrəli cavab məktubundan görünür ki, fərdi yaşayış evi enerjitəchizatı müəssisəsinin informasiya məlumat bazasında xx.xx.2009-cu ildə **********02119 abonent kodu ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bildirildiyinə görə sözügedən fərdi yaşayış evində 1993-cü ildən 2018-ci ilə qədər məcburi köçkünlər məskunlaşmışlar. Abonent dövriyyəsi təhlil olunarkən xx.xx.2016-cı il tarixində hesabdan 5047,55 manat qaçqın borcu məbləğinin silinməsi barədə qeydin olması müəyyən edilmişdir. Lakin evin alqı-satqı zamanı borcunun olmaması barədə arayışın alınması və abonent kodunun evin yeni sahibinin adına keçirilməsi üçün tərəflərindən “Asan Kommunal” mərkəzinə müraciət olunarkən qaçqın borcu məbləğinin silinməsi nəzərə alınmamış, “Asan kommunal” mərkəzinin nümayəndələri tərəfindən bu məbləğin hesabdan çıxarılmadığı bildirilmiş və ad dəyişməsi üçün ödənişin tam şəkildə həyata keçirilməsi tələb edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilı təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.21-ci bəndinin tələbinə uyğun olaraq elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqına tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd edilənləri nəzərə alaraq yaranmış mübahisəli məsələ ilə bağlı enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən İddiaçı ünvanlanan 24 dekabr 2024-cü il tarixli, 3-15-2-3/2-M-5-1024/2024 nömrəli cavab məktubundan görünür ki, bildirildiyinə görə sözügedən fərdi yaşayış evində 1993-cü ildən 2018-ci ilə qədər məcburi köçkünlər məskunlaşmışlar. Abunə vərəqi təhlil olunarkən xx.xx.2016-cı il tarixində hesabdan 5047,55 manat qaçqın borcu məbləğinin silinməsi barədə qeydin olması müəyyən edilmişdir. Lakin evin alqı-satqı zamanı borcunun olmaması barədə arayışın alınması və abonent kodunun evin yeni sahibinin adına keçirilməsi üçün tərəflərindən “Asan Kommunal” mərkəzinə müraciət olunarkən qaçqın borcu məbləğinin silinməsi nəzərə alınmamış, “Asan kommunal” mərkəzinin nümayəndələri tərəfindən bu məbləğin hesabdan çıxarılmadığı bildirilmiş və ad dəyişməsi üçün ödənişin tam şəkildə həyata keçirilməsi tələb edilmişdir. Yaranmış problemin həlli ilə bağlı "xxxx" ASC-yə məktubla müraciət olunmuşdur. "xxxx" ASC-nin cavab məktubunda **********02119 nömrəli abunə kodu üzrə fərdi yaşayış evinin elektrik enerjisi hesabatı haqqında abunə vərəqinin təhlil olunduğu, məcburi köçkün limitindən artıq istehlak edilmiş 5047,55 manat borc məbləğinin xx.xx.2016-cı il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyi və qeyd olunan borcların ödənişinin yalnız abunə vərəqəsinə aid ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış tələb edildiyi bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq yaranmış mübahisəli məsələ ilə bağlı enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. 11.Mülki işin materiallarında olan satıcı İddiaçı və alıcı X4 arasında bağlanan 31 oktyabr 2024-cü il tarixli müqavilədən görünür ki, satıcı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 824 ünvanında yerləşən, ümumi sahəsi 313.9 kv/m olan bağ evinin və 0.065 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcının mülkiyyətinə verməyi, alıcı isə 67000 manat məbləğində ödənişi satıcıya verməyi öhdələrinə götürmüşlər. 12.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 824 xüsusi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********). 13.Mülki işin materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanan pretenziya məktubundan görünür ki, İddiaçı yazaraq bildirmişdir ki, Sumqayıt Novxanı bağ massivi bağ 824 ünvanındakı bağı satmışdır. Buna görə də adında qalan işıq kodunu, su kodunu, qaz kartını sayğacını, əmlak torpaq vergisini təsdiq edən bələdiyyə kodunun alıcı X2 adına keçirilməsini xahiş etmişdir. 14.Mülki işin materiallarında olan çıxarışdan xx.xx.2016-cı il tarixdə iddiaçıya məxsus hesabdan 5047,55 manat qaçqın borcu məbləğinin silinməsi barədə qeydin olduğu görünür. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 15.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Sumqayıt Novxanı bağ massivi bağ 824 ünvanındakı bağ evi daha əvvəl iddiaçıya məxsus olmuş, daha sonra həmin bağ evi iddiaçı tərəfindən 31 oktyabr 2024-cü il tarixdə üçüncü şəxsə satılmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli abunə haqqında məlumatın surətinə əsasən abunə kodu **********02119, Novxanı bağları ünvanında yerləşən və İddiaçı Oqtay qızına aid sayğac üzrə 5047,55 manat hesablanmış və həmin borcun xx.xx.2016-cı il tarixdə qaçqın borcu kimi silinməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 17.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 18.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 20.Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 21.«Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir 22.İş materiallarından göründüyü kimi, Sumqayıt Novxanı bağ massivi bağ 824 ünvanda İddiaçı adına olan abunə koduna (**********02119) 31 dekabr 2016-cı il tarixədək hesablanmış 5047,55 manat elektrik enerjisi borcu qaçqın borcu kimi tələb edilməyən borclar siyahısına daxil edilmişdir (silinmişdir) və həmin borcun abunə kodunun addan-ada keçirilməsi zamanı tələb edilməsi əsassızdır. 23.Tələb edilməyən borclar siyahısına daxil edilmiş həmin borcun mövcudluğu iddiaçının hüquqlarını pozduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. 24.Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 25.«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 27.«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. 28.Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də 70,48 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir 29.Beləliklə də məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 5047,55 (beş min qırx yeddi manat, əlli beş qəpik) manat məbləğində borc (dondurulmuş) **********02119 nömrəli abunə hesabından silinməli və cavabdeh "xxxx" ASC-dən 70,48 (yetmiş manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. 30.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 31.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 5047,55 (beş min qırx yeddi manat, əlli beş qəpik) manat məbləğində borc (dondurulmuş) **********02119 nömrəli abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 70,48 (yetmiş manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2439/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2439/2025
14.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver