Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2441/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı («Era Electronics» mağazası) Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı («Era Electronics» mağazası) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə xx.xx.2021-ci il tarixli, 31704 saylı alqısatqı müqaviləsinə əsasən 299.99 manat əsas, 30 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli, 35932 saylı alqı-satqı müqaviləsinə əsasən 1564 manat əsas, 150 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, 35933 saylı alqı-satqı müqaviləsinə əsasən 1131.99 manat əsas, 100 manat cərimə borcu olmaqla ümumilikdə 3275.98 manat məbləğində borcun və 58 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 3333.98 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 31704 saylı alqısatqı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 719.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 60 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi, xx.xx.2022-ci il tarixli, 35932 saylı alqı-satqı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 1760 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 98 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi və xx.xx.2022-ci il tarixli, 35933 saylı alqı-satqı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 1356.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 113 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” arasında bağlamış olduğu xx.xx.2021ci il tarixli, 31704 saylı, xx.xx.2022-ci il tarixli, 35932 saylı və xx.xx.2022-ci il tarixli, 35933 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERA Electronics”-ə olan borcunu 3 aydan çox müddətdir ki ödəməmişdir. Hazırkı müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1 (bir) aydan çox gecikdirdikdə, satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsi müəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. Borclu sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 210 manat məbləğində ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu 299.99 manat əsas, 30 manat cərimə borcu, 1564 manat əsas, 150 manat cərimə borcu və 1131.99 manat əsas, 100 manat cərimə borcu olmaqla ümumilikdə 3275.98 manat təşkil edir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ümumi dəyəri 719.99 manat təşkil edən məişət avadanlığını hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair 31704 saylı müqavilə, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 1760 manat təşkil edən məişət avadanlığını hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair 35932 saylı müqavilə, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 1356.99 manat təşkil edən məişət avadanlığını hissəhissə ödəmək şərti ilə alqı-satqısına dair 35933 saylı müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən alıcı tərəfindən aylıq ödənişlər gecikdirildiyi halda satıcı tərəfindən alıcıdan hər gün üçün 1% dəyərində əlavə cərimə tələb oluna bilər. İddiaçının müqavilələr üzrə tələb etdiyi cərimə borcları müvafiq olaraq 30 manat, 150 manat və 100 manat təşkil edir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 31704 saylı alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy A525 (128 GB) Black” markalı mobil cihaz tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 35932 saylı alqı-satqı müqaviləsi üzrə məişət əşyası tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 31704 saylı alqı-satqı müqaviləsi üzrə “Samsung SM A736 (128 GB) Gray” markalı mobil cihaz tam qüsursuz halda təhvil verilmişdir. 15 aprel 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2021ci il tarixli, 31704 saylı alqı-satqı müqaviləsinə əsasən 299.99 manat əsas, 30 manat cərimə borcu olmaqla ümumilikdə 329.99 manat, xx.xx.2022-ci il tarixli, 35932 saylı alqısatqı müqaviləsinə əsasən 1564 manat əsas, 150 manat cərimə borcu olmaqla ümumilikdə 1714 manat və xx.xx.2022-ci il tarixli, 35933 saylı alqı-satqı müqaviləsinə əsasən 1131.99 manat əsas, 100 manat cərimə borcu olmaqla ümumilikdə 1231.99 manat məbləğində borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın hissə-hissə ödəmə şərti ilə alqı-satqısına dair müqaviləsiə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 15 aprel 2023-cü il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 31704 saylı alqı-satqı müqaviləsinə əsasən 299.99 manat əsas, 30 manat cərimə borcu olmaqla ümumilikdə 329.99 manat, xx.xx.2022-ci il tarixli, 35932 saylı alqı-satqı müqaviləsinə əsasən 1564 manat əsas, 150 manat cərimə borcu olmaqla ümumilikdə 1714 manat və xx.xx.2022-ci il tarixli, 35933 saylı alqı-satqı müqaviləsinə əsasən 1131.99 manat əsas, 100 manat cərimə borcu olmaqla ümumilikdə 1231.99 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli, 31704 saylı alqı-satqı müqaviləsi üzrə 15 manat, xx.xx.2022-ci il tarixli, 35932 saylı alqısatqı müqaviləsi üzrə 100 manat, xx.xx.2022-ci il tarixli, 35933 saylı alqı-satqı müqaviləsi üzrə 80 manat məbləğində cərimənin tutulması daha ağlabatan və ədalətlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 31704 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 299 (iki yüz doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpik, cərimə borcu üzrə 15 (on beş) manat, xx.xx.2022-ci il tarixli, 35932 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 1564 (bir min beş yüz altmış dörd) manat, cərimə borcu üzrə 100 manat, xx.xx.2022-ci il tarixli, 35933 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 1131 (bir min bir yüz otuz bir) manat 99 (doxsan doqquz) qəpik, cərimə borcu üzrə 80 (səksən) manat cəmi 3190 (üç min bir yüz doxsan) manat 98 (doxsan səkkiz) qəpik borc və 58 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı («Era Electronics» mağazasına) ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 31704 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 299 (iki yüz doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpik, cərimə borcu üzrə 15 (on beş) manat, xx.xx.2022-ci il tarixli, 35932 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 1564 (bir min beş yüz altmış dörd) manat, cərimə borcu üzrə 100 manat, xx.xx.2022-ci il tarixli, 35933 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 1131 (bir min bir yüz otuz bir) manat 99 (doxsan doqquz) qəpik, cərimə borcu üzrə 80 (səksən) manat, cəmi 3190 (üç min bir yüz doxsan) manat 98 (doxsan səkkiz) qəpik borc və 58 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı («Era Electronics» mağazasına) ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-2441/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2441/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver