Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2444/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sərliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehna qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 05.2019-cu il, 21.07.2019-cu il, 16.02.2020-ci il, 12.04.2020-ci il, 11.05.2020-ci il, 28.05.2020-ci il tarixlərindəki müqavilələrə əsasən, İMEİ Kodu **********41119 “Samsung Galaxy A10” markalı telefon, İMEİ Kodu **********20179 “Samsung Galaxy A10” markalı telefon, İMEİ Kodu **********12201 “Samsung Galaxy A40” markalı telefon, “Apple” qulaqlıq, “Hoffmann” kondisioner, “Xiaomi” saat almış və nəticədə 2028 AZN (iki min iyimi səkkiz manat) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.05.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 380 AZN (üç yüz səksən manat) (20 ay x 19 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********41119 “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə, 152 AZN (yüz əlli iki manat) olmaqla ondan 139 AZN (bir yüz otuz doqquz manat) ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 13 AZN (on üç manat) cərimə pulu; 21.07.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 438 AZN (dörd yüz otuz səkkiz manat) (18 ay x 24 AZN + 6 AZN ilkin ödəniş) olan İMEİ Kodu **********20179 “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə, 229 AZN (iki yüz iyirmi doqquz manat) olmaqla, ondan 209 AZN (iki yüz doqquz manat) ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 20 AZN (iyirmi manat) cərimə pulu; 16.02.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 578.4 AZN (beş yüz yetmiş səkkiz manat, qırx qəpik) (12 ay x 48.2 AZN + 0 AZN ilkin ödəniş) olan İMEİ Kodu **********12201 “Samsung Galaxy A40” markalı telefon üçün ümumilikdə, 400.4 AZN (dörd yüz manat, qırx qəpik) olmaqla, ondan 364.4 AZN (üç yüz altmış dörd manat, qırx qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 36 AZN (otuz altı manat) cərimə pulu; 12.04.2020-d il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 378 AZN (üç yüz yetmiş səkkiz) (12 ay x 30 AZN + 18 AZN ilkin ödəniş) olan “Apple” qulaqlıq üçün ümumilikdə, 270 AZN (iki yüz yetrriş manat) olmaqla, ondan 246 AZN (iki yüz qırx altı) ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 24 AZN (iyirmi dörd manat) cərimə pulu; 11.05.2020-d il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 725 AZN (yeddi yüz iyirmi beş manat) (18 ay x 38.5 AZN + 32 AZN ilkin ödəniş) olan “Hoffmann” kondisioner üçün ümumilikdə, 674 AZN (altı yüz yetmiş dörd manat) olmaqla, ondan 613 AZN (altı yüz on üç) ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 61 AZN (altmış bir manat) cərimə pulu; 28.05.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 355.5 AZN (üç yüz əlli beş manat, əlli qəpik) (9 ay x 39.5 AZN + 0 AZN ilkin ödəniş) olan “Xiaomi” saat üçün ümumilikdə 302.6 AZN (üç yüz iki manät, altmış qəpik) olmaqla, ondan 275.5 AZN (iki yüz yetmiş beş manat, əlli qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 27.1 AZN (iyirmi yeddi manat, on qəpik) cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1008 AZN təşkil edir. Cavabdehlə bağlanılmış 20.05.2019-cu il, 21.07.2019-cu il, 16.02.2020-ci il, 12.04.2020-ci il, 11.05.2020-ci il, 28.05.2020-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilən 15.02.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirlsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 20.05.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********41119 “Samsung Galaxy A10” markalı telefon üçün 139 AZN (bir yüz otuz doqquz) ödənilməmiş hissə, 13 AZN (on üç manat) cərimə pulu, 21.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********20179 “Samsung Galaxy A10” markalı telefon üçün 209 AZN (iki yüz doqquz manat) ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu,16.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********12201 “Samsung Galaxy A40” markalı telefon üçün 364.4 AZN (üç yüz altmış dörd manat, qırx qəpik) ödənilməmiş hissə, 36 AZN (otuz altı manat) cərimə pulu, 12.04.2020-ci il tarixli müqaviləyə əsasən, “Apple” qulaqlıq üçün 246 AZN (iki yüz qırx altı manat) ödənilməmiş hissə, 24 AZN (iyirmi dörd manat) cərimə pulu, 11.05.2020-ci il tarixli müqaviləyə əsasən, “Hoffmann” kondisioner üçün 613 AZN (altı yüz on üç manat) ödənilməmiş hissə, 61 (altmış bir manat) cərimə pulu, 28.05.2020-ci il tarixli müqaviləyə əsasən “Xiaomi” saat üçün 275.5 AZN (iki yüz yetmiş beş manat, əlli qəpik) ödənilməmiş hissə, 27.1 AZN (iyirmi yeddi manat, on qəpik) cərimə pulu, ümumilikdə 2028 AZN borc, 40.28 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 20.05.2019-cu il tarixli, 00672457 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy A10” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 20 ay müddətinə hər ay 19 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21.07.2019-cu il tarixli, 00795667 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy A10” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 6 AZN ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 24 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 16.02.2020-ci il tarixli, 20108121 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy A40” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 48,20 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 12.04.2020-ci il tarixli, 20221032 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Apple” qulaqlığı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 AZN ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 30 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 11.05.2020-ci il tarixli, 20273552 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann” kondisioneri Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 32 AZN ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 38,50 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 28.05.2020-ci il tarixli, 20313061 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Xiaomi” saatı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 9 ay müddətinə hər ay 39,50 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 aprel 2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 20.05.2019-cu il tarixli müqavilə üzrə 139 AZN ödənilməmiş hissə, 13 AZN cərimə, 21.07.2019-cu il tarixli müqavilə üzrə 209 AZN ödənilməmiş hissə, 20 AZN cərimə, 16.02.2020-ci il tarixli müqavilə üzrə 364,40 AZN ödənilməmiş hissə, 36 AZN cərimə, 12.04.2020-ci il tarixli müqavilə üzrə 246 AZN ödənilməmiş hissə, 24 AZN cərimə, 11.05.2020-ci il tarixli müqavilə üzrə 613 AZN ödənilməmiş hissə, 61 AZN cərimə, 28.05.2020-ci il tarixli müqavilə üzrə 275,50 AZN ödənilməmiş hissə, 27,10 AZN cərimə, hər altı müqavilə üzrə isə 1846,90 AZN ödənilməmiş hissə, 181,10 AZN cərimə, ümumilikdə 2028 AZN məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 15.02.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMC ilə 05.2019-cu il, 21.07.2019-cu il, 16.02.2020-ci il, 12.04.2020-ci il, 11.05.2020-ci il, 28.05.2020-ci il tarixli müqavilələrə əsasən 2 ədəd “Samsung Galaxy A10” markalı telefon, “Samsung Galaxy A40” markalı telefon, “Apple” qulaqlıq, “Hoffmann” kondisioner və “Xiaomi” saat almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 20.05.2019cu il tarixli müqavilə üzrə 139 AZN ödənilməmiş hissə, 13 AZN cərimə, 21.07.2019-cu il tarixli müqavilə üzrə 209 AZN ödənilməmiş hissə, 20 AZN cərimə, 16.02.2020-ci il tarixli müqavilə üzrə 364,40 AZN ödənilməmiş hissə, 36 AZN cərimə, 12.04.2020-ci il tarixli müqavilə üzrə 246 AZN ödənilməmiş hissə, 24 AZN cərimə, 11.05.2020-ci il tarixli müqavilə üzrə 613 AZN ödənilməmiş hissə, 61 AZN cərimə, 28.05.2020-ci il tarixli müqavilə üzrə 275,50 AZN ödənilməmiş hissə, 27,10 AZN cərimə, hər altı müqavilə üzrə isə 1846,90 AZN ödənilməmiş hissə, 181,10 AZN cərimə, ümumilikdə 2028 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, ümumilikdə hər altı müqavilə üzrə 70 AZN (5 AZN, 10AZN, 15 AZN, 10 AZN, 20 AZN, 10 AZN) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 40,28 AZN (qırx manat, iyirmi səkkiz qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.05.2019-cu il tarixli müqavilə üzrə 139 AZN ödənilməmiş hissə, 5 AZN cərimə, 21.07.2019-cu il tarixli müqavilə üzrə 209 AZN ödənilməmiş hissə, 10 AZN cərimə, 16.02.2020-ci il tarixli müqavilə üzrə 364,40 AZN ödənilməmiş hissə, 15 AZN cərimə, 12.04.2020-ci il tarixli müqavilə üzrə 246 AZN ödənilməmiş hissə, 10 AZN cərimə, 11.05.2020-ci il tarixli müqavilə üzrə 613 AZN ödənilməmiş hissə, 20 AZN cərimə, 28.05.2020-ci il tarixli müqavilə üzrə 275,50 AZN ödənilməmiş hissə, 10 AZN cərimə, hər altı müqavilə üzrə isə 1846,90 AZN ödənilməmiş hissə, 70 AZN cərimə, ümumilikdə 1916,90 AZN məbləğində borc və 40,28 AZN (qırx manat, iyirmi səkkiz qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20.05.2019-cu il tarixli müqavilə üzrə 139 AZN ödənilməmiş hissə, 5 AZN cərimə, 21.07.2019-cu il tarixli müqavilə üzrə 209 AZN ödənilməmiş hissə, 10 AZN cərimə, 16.02.2020-ci il tarixli müqavilə üzrə 364,40 AZN ödənilməmiş hissə, 15 AZN cərimə, 12.04.2020-ci il tarixli müqavilə üzrə 246 AZN ödənilməmiş hissə, 10 AZN cərimə, 11.05.2020-ci il tarixli müqavilə üzrə 613 AZN ödənilməmiş hissə, 20 AZN cərimə, 28.05.2020-ci il tarixli müqavilə üzrə 275,50 AZN ödənilməmiş hissə, 10 AZN cərimə, hər altı müqavilə üzrə isə 1846,90 AZN ödənilməmiş hissə, 70 AZN cərimə, ümumilikdə 1916,90 AZN məbləğində borc və 40,28 AZN (qırx manat, iyirmi səkkiz qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-2444/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2444/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver