Məhkəmə qərarları › İş №e-2(006)-2458/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2458/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2458/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı MTK-nın vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, PBR 016 saylı 820C nömrəli mənzil və 1 tək dayanacaq yerinin alqı-satqı müqaviləsinə əsasən cavabdehin 3.661 AZN borcunun və iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 56,61 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 3.717,61 AZN məbləğin cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 56,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

3. İş materiallarına hüquqi xidmət göstərilməsi haqqında müqavilə, vəkil xərcinin ödənilməsi ilə bağlı elektron qaimə və ödəniş tapşırığı 110 manat (7 ədəd müqavilə üzrə cəmi 770 manat) əlavə edilmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə hazırlıq iclasında vəkili-nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron qaydada təqdim etdiyi ərizəni müdafiə edib bildirdi ki, iş məhkəmədə olan dövrdə cavabdeh iddiaçıya olan borcunu ödədiyindən, hal-hazırda qətnamə çıxarılmasına zərurət qalmamışdır. Buna görə də iddia ərizəsinin və ona əlavə edilən sənədlərin, iş üzrə ödənilmiş 56,61 manat məbləğində dövlət rüsumunun geri qaytarılması və 110 manat məbləğində hüquqi xidmət xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, ərizəsini (vəsatətini) nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin, ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, hüquqi xidmət xərci isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Əsaslandırıcı hissə:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

8. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə:

9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Vəsatət təmin edilsin. İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 56,61 (əlli altı manat altmış bir qəpik) manat məbləğində pul İddiaçı MTK-ya geri qaytarılsın (qəbz №: **********). İş üzrə hüquqi xidmət xərci kimi ödənilmiş 110 (bir yüz on) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar