Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2493/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********88088 İPHONE 11 markalı telefonüçün 2516 (iki min beş yüz on altı) manat ödənilməmiş hissə, 251 (iki yüz əlli bir) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Mətbəx mebeli (0187) üçün 1193 (bir min yüz doxsan üç) manat ödənilməmiş hissə, 119 (yüz on doqquz) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********48479 SAMSUNG GALAXY A32 markalı telefon, AKAMİ CLEAR CASE ,KİNGSTON flash yaddaüşçün 472.8 (dörd yüz yetmiş iki manat səksən qəp) manat ödənilməmiş hissə, 47.2 (qırx yeddi manat iyirmi qəp) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********96253 İPHONE SEüçün 389.2 (üç yüz səksən doqquz manat iyirmi qəp) manat ödənilməmiş hissə, 38.8 (otuz səkkiz manat səksən qəp) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********92592 NOKİA2.4 markalı telefonüçün 320.8 (üç yüz iyirmi manat səksən qəp) manat ödənilməmiş hissə, 32.2 (otuz iki manat iyirmi qəpik) manat dəbbə; Ümumilikdə 5380 manat borc, 73.80 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən,İmei kodu **********88088 İPHONE 11 markalı telefon, Mətbəx mebeli (0187), İmei Kodu **********48479 SAMSUNG GALAXY A32 markalı telefon, AKAMİ CLEAR CASE ,KİNGSTON flash yaddaş, İmei Kodu **********96253 İPHONE SE, İmei Kodu **********92592 NOKİA 2.4 markalı telefon almış və nəticədə 5380 (beş min üç yüz səksən) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2664 (iki min altı yüz altmış dörd) manat (18 ay x 148 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********88088 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 2767 (iki min yeddi yüz altmış yeddi) manat olmaqla ondan, 2516 (iki min beş yüz on altı) manat ödənilməmiş hissə, 251 (iki yüz əlli bir) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1507.2 (bir min beş yüz yeddi manat iyirmi qəp) manat (24 ay x 62.8 manat + 0 manat ilkin ödəniş) olan Mətbəx mebeli (0187) üçün ümumilikdə, 1312 (bir min üç yüz on iki) manat olmaqla ondan 1193 (bir min yüz doxsan üç) manat ödənilməmiş hissə, 119 (yüz on doqquz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 758.4 (yeddi yüz əlli səkkiz manat qırx qəpik) manat (18 ay x 33.8 manat + 150 manat ilkin ödəniş) olan İmei Kodu **********48479 SAMSUNG GALAXY A32 markalı telefon, AKAMİ CLEAR CASE ,KİNGSTON flash yaddüaçşün ümumilikdə, 520 (beş yüz iyirmi) manat olmaqla ondan, 472.8 (dörd yüz yetmiş iki manat səksən qəp) manat ödənilməmiş hissə, 47.2 (qırx yeddi manat iyirmi qəp) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1573.2 (bir min beş yüz yetmiş üç manat iyirmi qəp) manat (18 ay x 64.9 manat + 405 manat ilkin ödəniş) olan İmei Kodu **********96253 İPHONE SE markalı telefonüçün ümumilikdə, 428 (dörd yüz iyirmi səkkiz) manat olmaqla ondan, 389.2 (üç yüz səksən doqquz manat iyirmi qəp) manat ödənilməmiş hissə, 38.8 (otuz səkkiz manat səksən qəp) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444.6 (dörd yüz qırx dörd manat altmış qəp) manat (18 ay x 24.7 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********92592 NOKİA 2.4 markalı telefon üçün ümumilikdə, 353 (üç yüz əlli üç) manat olmaqla ondan, 320.8 (üç yüz iyirmi manat səksən qəp) manat ödənilməmiş hissə, 32.2 (otuz iki manat iyirmi qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 2055.6 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyərlərini müqavilələrin şərtlərinə uyğun olaraq hissə-hissə ödəmək şərti ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən,İmei kodu **********88088 İPHONE 11 markalı telefon, Mətbəx mebeli (0187), İmei Kodu **********48479 SAMSUNG GALAXY A32 markalı telefon, AKAMİ CLEAR CASE ,KİNGSTON flash yaddaş, İmei Kodu **********96253 İPHONE SE, İmei Kodu **********92592 NOKİA 2.4 markalı telefon almışdır Müqavilələrin şərtlərinə görə Cavabdeh alınmış əşyalara görə müxtəlif müddətlərə hər ay müvafiq ödənişlər etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" MMCdən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müxtəlif əşyalar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən 4891,8 manat əsas borc, 488,2 manat dəbbə pulu borcu, cəmi 5380 manat borcu yaranmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, Cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 73 manat 80 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********88088 İPHONE 11 markalı telefon üçün 2516 (iki min beş yüz on altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Mətbəx mebeli (0187) üçün 1193 (bir min yüz doxsan üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********48479 SAMSUNG GALAXY A32 markalı telefon, AKAMİ CLEAR CASE ,KİNGSTON flash yaddaüşçün 472.8 (dörd yüz yetmiş iki manat səksən qəp) manat ödənilməmiş hissə, 8 (səkkiz manat iyirmi qəp) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********96253 İPHONE SE üçün 389.2 (üç yüz səksən doqquz manat iyirmi qəp) manat ödənilməmiş hissə, 2,8 (iki manat səksən qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********92592 NOKİA2.4 markalı telefonüçün 320.8 (üç yüz iyirmi manat səksən qəp) manat ödənilməmiş hissə, 3.2 (üç manat iyirmi qəpik) manat dəbbə; Ümumilikdə 4891,8 manat əsas borc, 55 manat dəbbə pulu borcu, 73.80 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan müqavilələr üzrə müvafiq olaraq 24 manat, 17 manat, 8 manat, 2,8 manat, 3,2 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcların tutulması ilə yanaşı, yuxarıda qeyd olunan müqavilələr üzrə müvafiq olaraq 24 manat, 17 manat, 8 manat, 2,8 manat, 3,2 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********88088 İPHONE 11 markalı telefon üçün 2516 (iki min beş yüz on altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Mətbəx mebeli (0187) üçün 1193 (bir min yüz doxsan üç) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********48479 SAMSUNG GALAXY A32 markalı telefon, AKAMİ CLEAR CASE ,KİNGSTON flash yaddaüşçün 472.8 (dörd yüz yetmiş iki manat səksən qəp) manat ödənilməmiş hissə, 8 (səkkiz manat iyirmi qəp) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********96253 İPHONE SE üçün 389.2 (üç yüz səksən doqquz manat iyirmi qəp) manat ödənilməmiş hissə, 2,8 (iki manat səksən qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********92592 NOKİA2.4 markalı telefonüçün 320.8 (üç yüz iyirmi manat səksən qəp) manat ödənilməmiş hissə, 3.2 (üç manat iyirmi qəpik) manat dəbbə; Ümumilikdə 4891,8 manat əsas borc, 55 manat dəbbə pulu borcu, 73.80 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2493/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2493/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver