Məhkəmə qərarları › İş №e-2(006)-2533/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2533/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2533/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sərliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 26.09.2019-cu il, 17.08.2020-ci il tarixlərindəki müqavilələrə əsasən, İMEİ **********93258 “X1 7” markalı telefon, İMEİ **********93187 “Samsung Galaxy A11” markalı telefon almış və nəticədə 513.2 AZN (beş yüz on üç manat, iyirmi qəpik) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 601 (altı yüz bir) manat (12 ay x 50 AZN + 1 AZN ilkin ödəniş) olan İMEİ **********93258 “X1 7” markalı telefon üçün ümumilikdə, 110 AZN (yüz on) olmaqla ondan, 100 AZN (yüz manat) ödənilməmiş hissə, 10 AZN (on manat) cərimə; 17.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 432 AZN (dörd yüz otuz iki) (12 ay x 36 AZN + 0 manat ilkin ödəniş) olan İMEİ **********93187 “Samsung Galaxy A11” markalı telefon üçün ümumilikdə, 403.2 AZN (dörd yüz üç manat, iyirmi qəpik) olmaqla ondan, 367.2 AZN (üç yüz altmış yeddi, iyirmi qəpik) ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 565.8 AZN təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanmış 26.09.2019-cu il, 17.08.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktına əsasən, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavadehə telefon danışığı, həmçinin göndərilmiş 08.12.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Göstərilənlərə istinadən, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ **********93258 “X1 7” markalı telefon üçün 100 AZN (yüz manat) ödənilməmiş hissə, 10 AZN (on manat) cərimə; 17.08.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********93187 “Samsung Galaxy A11” markalı telefon üçün, 367.2 AZN (üç yüz altmış yeddi, iyirmi qəpik) ödənilməmiş hissə, 36 AZN (otuz altı manat) cərimə, ümumilikdə 513.2 AZN (beş yüz on üç manat, iyirmi qəpik) borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, lakin ünvana çatdırılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 26.09.2019-cu il tarixli, 00939122 saylı müqavilədən görünür ki, "xxxx" MMC “X1 7” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 1 AZN ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 50 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 17.08.2020-ci il tarixli, 21082158 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy A11” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 36 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 11 aprel 2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 26.09.2019-cu il tarixli müqavilə üzrə 100 AZN ödənilməmiş hissə, 10 AZN cərimə, 17.08.2020-ci il tarixli müqavilə üzrə 367.2 AZN ödənilməmiş hissə, 36 AZN cərimə, hər iki müqavilə üzrə isə 467.2 AZN ödənilməmiş hissə, 46 AZN cərimə, ümumilikdə 513.2 AZN məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 08.12.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMC ilə 26.09.2019-cu, 17.08.2020-ci il tarixli müqavilələrə əsasən “X1 7” markalı telefon, “Samsung Galaxy A11” markalı telefon almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 26.09.2019-cu il tarixli müqavilə üzrə 100 AZN ödənilməmiş hissə, 10 AZN cərimə, 17.08.2020-ci il tarixli müqavilə üzrə 367.2 AZN ödənilməmiş hissə, 36 AZN cərimə, hər iki müqavilə üzrə isə 467.2 AZN ödənilməmiş hissə, 46 AZN cərimə, ümumilikdə 513.20 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 26.09.2019-cu il tarixli müqavilə üzrə 100 AZN (bir yüz manat) ödənilməmiş hissə, 10 AZN (on manat) cərimə, 17.08.2020ci il tarixli müqavilə üzrə 367.20 AZN (üç yüz altmış yeddi manat, iyirmi qəpik) ödənilməmiş hissə, 36 AZN (otuz altı manat) cərimə, hər iki müqavilə üzrə isə 467.20 AZN (dörd yüz altmış yeddi manat, iyirmi qəpik) ödənilməmiş hissə, 46 AZN (qırx altı manat) cərimə, ümumilikdə 513.20 AZN (beş yüz on üç manat, iyirmi qəpik) məbləğində borc və 30 AZN (otuz) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 26.09.2019-cu il tarixli müqavilə üzrə 100 AZN (bir yüz manat) ödənilməmiş hissə, 10 AZN (on manat) cərimə, 17.08.2020-ci il tarixli müqavilə üzrə 367.20 AZN (üç yüz altmış yeddi manat, iyirmi qəpik) ödənilməmiş hissə, 36 AZN (otuz altı manat) cərimə, hər iki müqavilə üzrə isə 467.20 AZN (dörd yüz altmış yeddi manat, iyirmi qəpik) ödənilməmiş hissə, 46 AZN (qırx altı manat) cərimə, ümumilikdə 513.20 AZN (beş yüz on üç manat, iyirmi qəpik) məbləğində borc və 30 AZN (otuz) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar