Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2540/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmammədin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********80411 olan “Samsung Galaxy A10” markalı telefon, “Genius mouse”, “Canyon” markalı qulaqlıq, “Asus” markalı notbuk üçün 1005 manat ödənilməmiş hissə, 301 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 01691 kodlu mebel üçün 1400 manat ödənilməmiş hissə, 420 manat dəbbə; xx.xx.2019-cui il tarixli müqaviləyə əsasən, “Gorenje” markalı aspirator üçün 174 manat ödənilməmiş hissə, 52 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********87088 olan “Samsung Galaxy A50” markalı telefon üçün 529 manat ödənilməmiş hissə, 159 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı kombi seksiya üçün 1919 manat ödənilməmiş hissə, 576 manat dəbbə pulu olmaqla, ümumilikdə 6.535 manat borc və 85.35 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “ABC TELECOM’’ MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cui il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********80411 olan “Samsung Galaxy A10” markalı telefon, “Genius mouse”, “Canyon” markalı qulaqlıq, “Asus” markalı notbuk, 01691 kodlu mebel, “Gorenje” markalı aspirator, İMEİ kodu **********87088 olan “Samsung Galaxy A50” markalı telefon, “HOFFMANN” markalı kombi seksiya almış və nəticədə 6535 (altı min beş yüz otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1342 (min üç yüz qırx iki) manat (20 ay x 67 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********80411 olan “Samsung Galaxy A10” markalı telefon, “Genius mouse”, “Canyon” markalı qulaqlıq, “Asus” markalı notbuk üçün ümumilikdə, 1306 (min üç yüz altı) manat olmaqla ondan, 1005 (min beş) manat ödənilməmiş hissə, 301 (üç yüz bir) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1680 (min altı yüz səksən) manat (24 ay x 70 manat + 0 manat ilkin ödəniş) olan 01691 kodlu mebel üçün ümumilikdə, 1820 (min səkkiz yüz iyirmi) manat olmaqla ondan, 1400 (min dörd yüz) manat ödənilməmiş hissə, 420 (dörd yüz iyirmi) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cui il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 275 (iki yüz yetmiş beş) manat (11 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan “Gorenje” markalı aspirator üçün ümumilikdə, 226 (iki yüz iyirmi altı) manat olmaqla ondan, 174 (yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 954 (doqquz yüz əlli dörd) manat (18 ay x 53 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********87088 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə, 688 (altı yüz səksən səkkiz) manat olmaqla ondan, 529 (beş yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 159 (yüz əlli doqquz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2198 (iki min yüz doxsan səkkiz) manat (18 ay x 120 manat + 38 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı kombi seksiya üçün ümumilikdə, 2495 (iki min dörd yüz doxsan beş) manat olmaqla ondan, 1919 (min doqquz yüz on doqquz) manat ödənilməmiş hissə, 576 (beş yüz yetmiş altı) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1422 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cui, xx.xx.2019-cu, xx.xx.2019-cu il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%- nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 1.342 manat təşkil edən İMEİ kodu **********80411 olan “Samsung Galaxy A10” markalı telefon, “Genius mouse”, “Canyon” markalı qulaqlıq, “Asus” markalı notbuk, xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 1.680 manat təşkil edən 01691 kodlu mebel, xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 275 manat təşkil edən “Gorenje” markalı aspirator, xx.xx.2019cu il tarixdə ümumilikdə dəyəri 954 manat təşkil edən İMEİ kodu **********87088 olan “Samsung Galaxy A50” markalı telefon, xx.xx.2019-cu il tarixdə ümumilikdə dəyəri 2.198 manat təşkil edən “HOFFMANN” markalı kombi, seksiyanın alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Əlavə Ödəniş cədvəllərinin 2-ci bəndlərinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2019-cu il tarixli müqavilə üzrə 301 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 420 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 52 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 159 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 576 manat təşkil edir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********80411 olan “Samsung Galaxy A10” markalı telefon, “Genius mouse”, “Canyon” markalı qulaqlıq, “Asus” markalı notbuk tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə 01691 kodlu mebel tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “Gorenje” markalı aspirator tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********87088 olan “Samsung Galaxy A50” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə “HOFFMANN” markalı kombi, seksiya tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 85,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən tərəf olduğu xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehə 1005 manat əsas borc, 301 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1400 manat əsas borc, 420 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 174 manat əsas borc, 52 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 529 manat əsas borc, 159 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1919 manat əsas borc, 576 manat cərimə borcu olmaqla, bütün müqavilələr üzrə isə ümumilikdə 6.535 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 140 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 17 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 50 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 190 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.005 manat, cərimə borcu üzrə 100 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.400 manat, cərimə borcu üzrə 140 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 174 manat, cərimə borcu üzrə 17 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 529 manat, cərimə borcu üzrə 50 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.919 manat, cərimə borcu üzrə 190 manat, ümumilikdə 5.524 manat və dövlət rüsumu kimi ödənilmiş 85,35 manatın 73 manatı məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.005 manat, cərimə borcu üzrə 100 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.400 manat, cərimə borcu üzrə 140 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 174 manat, cərimə borcu üzrə 17 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 529 manat, cərimə borcu üzrə 50 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.919 manat, cərimə borcu üzrə 190 manat və dövlət rüsumu kimi ödənilmiş 85,35 manatın 73 manatı, cəmi 5.597 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2540/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2540/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver