Məhkəmə qərarları › İş №e-2(006)-2545/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2545/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2545/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X16 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000 (beş min) manat məbləğində sığorta ödənişinin, 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 5070.4 (beş min yetmiş manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, "xxxx" MMC-yə məxsus olan, xx.xx.2021-ci il tarixli, MAS-5014 saylı Daxili Lizinq müqaviləsinə əsasən Cavabdeh1 sahibliyinə verilmiş və Cavabdeh2 tərəfindən idarə edilən “Khazar LX” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 02:30 radələrində Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində “Hyundai Sonata” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı ** PU *** dövlət qeydiyyat nişanlı, “Mercedes Citan” markalı ** SU *** dövlət qeydiyyat nişanlı, “Toyota LC” markalı ** UF *** dövlət qeydiyyat nişanlı və “Kia Pride” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuşdur. xx.xx.2022-ci il tarixli TP ******* tarixli inzibati tənbeh vermə haqqında qərara və hadisə ilə bağlı Nəsimi rayon DYPŞ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”a (Forma 4) əsasən xx.xx.2022-ci il tarixli hadisə zamanı Cavabdeh2 “Khazar LX” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyi və səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerindən yayındığı üçün AR İXM-in 332.1, 327.6 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsinə görə ASC tərəfindən “Hyundai Sonata” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 228.02 (iki yüz iyirmi səkkiz manat, iki qəpik) manat, “Hyundai Elantra” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 535.34 (beş yüz otuz beş manat, otuz dörd qəpik) manat "xxxx" ASC-yə ödənilmiş və 123.92 (bir yüz iyirmi üç manat, doxsan iki qəpik) manat məbləğində “City Finance” BOKT tələb hüququna yiyələnmişdir, “Mercedes Citan” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 2491.82 (iki min dörd yüz doxsan bir manat, səksən iki qəpik) manat, “Toyota LC” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 1368.10 (min üç yüz altmış səkkiz manat, on qəpik), “Kia Pride” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 252.80 (iki yüz əlli iki manat, səksən qəpik) manat məbləğində olmaqla, cəmi 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus olan “Khazar LX” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli TP ******* tarixli inzibati tənbeh vermə haqqında qərardan və hadisə ilə bağlı Nəsimi rayon DYPŞ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”lardan (Forma 4) müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli hadisə zamanı Cavabdeh2 “Khazar LX” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyi və səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerindən yayındığı üçün AR İXM-in 332.1, 327.6 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh "xxxx" MMC-dən ASC-yə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli, MAS-5014 saylı Daxili Lizinq müqaviləsinin surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil daxili lizinq müqaviləsi əsasında ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 verilmişdir. İddia ərizəsinə əlavə olunmuş zərərin hesablanması aktlarından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Sonata” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 460 (dörd yüz altmış) manat, “Hyundai Elantra” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1330 (min üç yüz otuz) manat, “Mercedes Citan” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5027 (beş min iyirmi yeddi) manat, “Toyota LC” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2760 (iki min yeddi yüz altmış) manat, “Kia Pride” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər isə 510 (beş yüz on) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin ödəniş tapşırıqlarından müəyyən olunur ki, ASC tərəfindən “Hyundai Sonata” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 228.02 (iki yüz iyirmi səkkiz manat, iki qəpik) manat, “Hyundai Elantra” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 535.34 (beş yüz otuz beş manat, otuz dörd qəpik) manat və 123.92 (bir yüz iyirmi üç manat, doxsan iki qəpik), “Mercedes Citan” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 2491.82 (iki min dörd yüz doxsan bir manat, səksən iki qəpik) manat, “Toyota LC” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 1368.10 (min üç yüz altmış səkkiz manat, on qəpik), “Kia Pride” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün 252.80 (iki yüz əlli iki manat, səksən qəpik) manat məbləğində olmaqla cəmi 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli, BS-S-23/0589 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 5000 (beş min) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5000 (beş min) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutulmalıdır. Bununla bağlı 70 (yetmiş) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4876.08 (dörd min səkkiz yüz yetmiş altı manat səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin, 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 4946.08 (dörd min doqquz yüz qırx altı manat səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında iştirakı təmin edilməmiş, xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək, bütün məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 20 iyul 2021-ci il tarixli MAS-5014 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakın muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Khazar LX” markalı 99PR131 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü ilədək sığortalanmışdır. AE 058816 nömrəli sürücülük vəsiqəsi Cavabdeh2 məxsusdur. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrindən görünür ki: - “Hyundai Sonata minik” markalı, 99MJ227 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r; - “X18 yük” markalı, 99SU753 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5r; - “Toyota Land-Cruiser minik” markalı, 90UF860 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8r; - “Kia Pride minik” markalı, 10XO664 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11. ƏN-Vİİİ 440844 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi X12 tərəfindən “X18 yük” markalı, 99SU753 dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri xx.xx.2023-cü ilədək X4 verilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Nəsimi rayonu Ş.Əzizbəyov küçəsində xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsirli “Khazar LX minik” markalı 99PR131 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə baş verdiyi anda sürücüsü Cavabdeh2 ayıq olmuş, hadisə yerindən qaçmışdır. Zərərçəkmiş avtomobillər isə X3 məxsus “Hyundai Sonata minik” markalı, 99MJ227 dövlət qeydiyyat nişanlı, "xxxx" MMC-yə məxsus “Hyundai Elantra minik” markalı, 77PU250 dövlət qeydiyyat nişanlı, X6 məxsus “X18 yük” markalı, 99SU753 dövlət qeydiyyat nişanlı, X9 məxsus “Toyota Land-Cruiser minik” markalı, 90UF860 dövlət qeydiyyat nişanlı, X13 məxsus “Kia Pride minik” markalı, 10XO664 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri olmuşdur. Zərərin hesablanması aktlarından görünür ki: - “Mercedes Citan” markalı 99SU753 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 5027 manat; - “Hyundai Elantra” markalı 77PU250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1330 manat; - “Hyundai Sonata” markalı 99MJ227 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 460 manat; - “X20” markalı 90UF860 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 2760 manat; - “Kia” markalı 10XO664 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 510 manat məbləğində zərər dəymişdir. Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə saat 02:30-da Nəsimi rayonunda “Khazar LX minik” markalı 99PR131 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 332.1, 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 2491.82 manat məbləğində pul X4 məxsus hesaba köçürülmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 228.02 manat məbləğində pul X3 məxsus hesaba köçürülmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 1368.10 manat məbləğində pul X9 məxsus hesaba köçürülmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 252.80 manat məbləğində pul X14 məxsus hesaba köçürülmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 535.34 manat məbləğində pul "xxxx" ASC-yə məxsus hesaba köçürülmüşdür. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 20 iyul 2021-ci il tarixli MAS-5014 saylı "xxxx" müqaviləsi bağlanmış və MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "xxxx" müqaviləsinin 5.2-ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Daxili lizinq müqaviləsi imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunana kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Qanunverciliyin müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Qeyd edilənlərə əsasən "xxxx" MMC-nin törədilmiş yol-nəqliyyat hadisəsinə hər hansı aidiyyatının olmaması müəyyən edilir. Bununla da "xxxx" MMC-nin hadisə törədilən vaxt avtomobilin mülkiyyətçisi kimi qeydə alınması faktı onun məsuliyyətinin yaranması nəticəsinə gəlməyə əsas verə bilməz. Belə ki, "xxxx" MMC avtomobili lizinq müqaviləsi üzrə Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-yə olan borclarını 5 gün müddətində ödəməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişlər. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə olan borcunu 5 gün müddətində ödəməyəcəyi halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ödənilmiş və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1-ci maddələrində nəzərdə tutulmuş materialda olan: İnzibati xəta haqqında AP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:30-da Cavabdeh2 “AzSamand” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ş.Əzizbəyov küçəsində hərəkət edərkən dayanmış vəziyyətdə olan avtomobilləri vurmuş və hadisə yerini tərk etmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Hadisə zamanı xəsarət alan olmamış, 5 ədəd nəqliyyat vasitəsinə maddi zərər yetirilmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ DYPŞ-də yazdığı izahatdan görünür ki, "xxxx" MMC tərəfindən etibarnamə ilə ona verilən “AzSamand” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində Şamil Əzizbəyov küçəsində özünü pis hiss etdiyi üçün bibisi oğlu Cavabdeh2 vermişdir ki, onu Azadlıq prospektində yerləşən evlərinə çatdırsın. Bibisi oğlu Seyran avtomobili idarə edərkən hadisə törətmiş, nəticədə dayanmış vəziyyətdə olan avtomobillərə dəymişlər. Halı pis olduğundan və avtomobil isə yararsız vəziyyətdə olduğundan, avtomobili orada qoyaraq hadisə yerindən getmişdirlər. Bu barədə heç bir dövlət orqanına məlumat verməmişdir. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ DYPŞ-də yazdığı izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə dayısı oğlu Cavabdeh1 özünü pis hiss etdiyi üçün “AzSamand” markalı, **-PR- *** dövlət qeydiyyat nişanlı avtomobili o idarə etmiş, saat 02:30 radələrində Şamil Əzizbəyov küçəsində avtomobili idarə edən zaman anidən idarəetməni itirmiş və nəticədə yolun sağında dayanmış avtomobillərə dəymişdir. Bundan sonra özünü itirib sükanı sol tərəfə buraraq yolun sol hissəsində dayanmış vəziyyətdə olan “X20” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisənin təsirinindən şoka düşmüş və dayıəsı oğlu Orxan özünü pis hiss etdiyi üçün onu götürüb getmiş, “Khazar LX” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə hadisə yerində qalmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar LX” markalı, 99PR131 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir, “xüsusi qeydlər” bölməsində “lizinq müqaviləsinə əsasən özgələşməsin” yazılmışdır. BB 010060 nömrəli sürücülük vəsiqəsi Cavabdeh1 məxsusdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi üzrə sığortalanmış, "xxxx" MMC-yə məxsus olan, xx.xx.2021-ci il tarixli, MAS- 5014 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 sahibliyinə verilmiş və digər Cavabdeh2 tərəfindən idarə edilən “Khazar LX” markalı 99PR131 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 02:30 radələrində Nəsimi rayonunun Ş.Əzizbəyov küçəsində sürücünün idarə etməni itirməsi səbəbindən dayanmış vəziyyətdə olan “Hyundai Elantra” markalı 77PU250 dövlət qeydiyyat nişanlı, “Mercedes Citan” markalı 99SU753 dövlət qeydiyyat nişanlı, “Kia” markalı 10XO664 dövlət qeydiyyat nişanlı, “X20” markalı 90UF860 dövlət qeydiyyat nişanlı və “Hyundai Sonata” markalı 99MJ227 dövlət qeydiyyat nişanlı avtomobillərə dəymişdir. Hadisə baş verdikdən sonra Cavabdeh2 hadisə yerini tərk etmişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli bilinmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən qeyd olunan nəqliyyat vasitələrinə dəymiş ziyana görə 2491.82 manat, 228.02 manat, 1368.10 manat, 252.80 manat və 535.34 manat olmaqla, cəmi 4876.08 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxslərə ödənilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 iddiaçı tərəfindən sığortalanmış avtomobillə başqa avtomobillərə zərər vurması, daha sonra hadisə yerindən yayınması, yol-nəqliyyat hadisəsində təqsirli bilinməsi, iddiaçının Cavabdeh2 tərəfindən digər avtomobillərə vurulmuş cəmi 4876.08 manat məbləğində zərəri zərərçəkmiş şəxslərə ödəməsi, bununla iddiaçının məhz Cavabdeh2 qarşı subroqasiya qaydasında tələb hüququ yaranması işin mübahisəsiz halıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməlidir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbi olduğundan, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxsin qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2 olması həm də Cavabdeh1 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımamasını deməyə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsi onu avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir. Bununla bağlı qeyd edilməlidir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki “hüququ olmayan şəxs” ifadəsi ilə nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs deyil, onu idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxs başa düşülməlidir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri-təcrübi biliklərə malik olmur və belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Bu isə o deməkdir ki, sığortaçı məsuliyyətsiz şəxslərin, yəni sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslərin davranışı üzündən maliyyə vəsaiti itirir. Odur ki, sığortaçıların (sığorta şirkətlərinin) əsaslı mənafelərinin müdafiəsinin təmin edilməsi məqsədilə belə bir norma qanuna daxil edilib və qanunverici avtomobil idarə edilməsi sahəsində nəzəri-təcrübi bilikləri olmayan şəxslərin hərəkətlərindən sığortaçını müdafiə etmək məqsədini daşıyıb. Təsadüfi deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir. Etibarnaməsi olmayan, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olan şəxs sığortaçının mənafeləri üçün təhlükə yaratmır, çünki “etibarnamə” adlı sənədin avtomobilin idarə edilməsi sahəsində nəzəri-təcrübi biliklərə hər hansı aidiyyəti yoxdur. Əgər sığorta şirkəti etibarnamə olmadan avtomobilin idarə edilməsini qanunsuz hesab edirsə, bu halda zərərçəkənə sığorta ödənişi verməkdən imtina edə bilər. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 13.4 və 53.4-cü maddələrindən görünür ki, mülki məsuliyyət üzrə sığorta təminatı əmlakı qanuni əsasla istifadə edən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Göründüyü kimi, bu maddələrdə “qanuni əsas” ifadəsindən istifadə olunub, həmin Qanunun 53.1-ci maddəsində isə göstərilir ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Başqa sözlə, bu maddədə də “qanuni əsaslar” ifadəsindən istifadə olunub, lakin nəzərə alınmalıdır ki, “qanuni əsas” yalnız etibarnamədən ibarət deyil, mülki hüquq başqa qanuni əsaslar da tanıyır. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyənləşdirib. Bu qadağanı müəyyən etməkdə inzibati hüququn iki məqsədi var: 1) avtomobil mülkiyyətçisinin sahiblik hüququ müdafiə olunsun, yəni onun iradəsi olmadan heç kəs avtomobilə sahiblənə bilməsin; 2) yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları artırılsın, yəni qayda pozanın şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi mümkün olsun. Bu qadağanın sığorta şirkətlərinin mənafeyini müdafiə etmək məqsədi yoxdur. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidməti məşğul olan şəxsləri də buna aid etmək olar. Məhz buna görədir ki, qanunverici avtomobilin mülkiyyətçisinin sərnişin qismində avtomobildə olması halında avtomobili idarə edən şəxsə onun etibarnamə verməsini tələb etmir, çünki bu halda yuxarıda göstərilən iki məqsəd təmin olunur: o, sərnişin kimi avtomobildədirsə, deməli avtomobildən başqasının istifadə etməsi onun iradəsinə uyğundur (yəni 1-ci məqsəd təmin olunub), yol hərəkəti qaydası pozulduğu halda onu törədənin şəxsiyyəti avtomobildə sərnişin qismində olan mülkiyyətçinin vasitəsilə müəyyən olunacaq (yəni 2-ci məqsəd təmin olunub). Hazırki işdə Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə də protokol tərtib edilməsinə baxmayaraq, cavabdehlərin polis idarəsində verdiyi izahatlar əsasında müəyyən edilir ki, qeyd olunan avtomobil Cavabdeh1 razılığı ilə digər Cavabdeh2 tərəfindən idarə edilmiş, hadisə baş verən zaman Cavabdeh1 özü də maşında olmuşdur. Cavabdeh2 sürücülük vəsiqəsi, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olduğundan, bu hal həmin maddənin təsir dairəsinə düşmür. Bir daha qeyd edilməlidir ki, mülkiyyətçinin sərnişin qismində avtomobildə olub-olmamasının mülki məsuliyyətin sığortası üçün əhəmiyyəti yoxdur. Çünki mülki məsuliyyətin sığortası avtomobil mülkiyyətçisinin sahiblik hüququnun müdafiəsi üçün və ya yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanlarının artırılması üçün tətbiq edilmir. Sığorta münasibəti inzibati münasibət deyil, mülki münasibətidir və mülki hüquq normaları ilə tənzimlənir. Mülki hüququn tələbi bundan ibarətdir ki, əşyanın başqasının istifadəsinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır (Mülki Məcəllə, maddə 732). Mülki hüquqa görə avtomobil əşyadır, avtomobilin idarə edilməsi “əşyadan istifadə edilməsi” kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu, o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi, icarə müqaviləsi və s. bu kimi müqavilələr mövcuddur. Mülki qanunvericilik avtomobildən istifadə müqaviləsi üçün yazılı formanı məcburi forma kimi müəyyən etməyib. Mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllə, maddə 362). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə edilmə” deyiləndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin faydalı təbii xassəsi nəqletmədir, çünki o, nəqliyyat vasitəsidir, ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxslərin qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobilin üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. O cümlədən, yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi (istifadə edilməsi) ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən (istifadə edən) şəxs yol hərəkəti münasibətinin iştirakçısına çevrilir və həmin münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçısı anlayışı müəyyən olunub. Həmin anlayışdan görünür ki, “sürücünün nümayəndəsi”, “piyadanın nümayəndəsi”, “sərnişinin nümayəndəsi” və digər bu kimi anlayışlar yoxdur, onların hər biri yol hərəkətində öz adından iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Əgər mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştirak etmirsə (məsələn, avtomobili öz qarajında saxlayaraq ona sahiblik edirsə) inzibati hüquq etibarnamə tələb etmir. Göründüyü kimi, inzibati hüquqda etibarnamə yalnız yol hərəkətində iştirak zamanı əhəmiyyətlidir. Avtomobillə yol hərəkətində iştirak etməyə qoşulan şəxs isə artıq yol hərəkətinin iştirakçılarından biri olan “sürücü” statusunu əldə edir. Onun “avtomobil mülkiyyətçisinin nümayəndəsi” statusunda yol hərəkətinə qoşulması mümkün deyil, çünki yol hərəkətinin “avtomobil mülkiyyətçisi” adlı iştirakçısı yoxdur. Əgər təmsil olunan yoxdursa, deməli, təmsilçilik də yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir və etibarnamə olmadan avtomobil idarə edən şəxsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası baxımından “hüququ olmayan şəxs” kimi qiymətləndirmək normanın həddindən artıq geniş təfsiri deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 888.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir; 899.1.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. 922.1-922.2-ci maddələrinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.1-936.2, 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1, 1097.1-ci maddələrinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar; 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə toplanmış sübutlara yuxarıda istinad edilmiş hüquq normalarına müvafiq olaraq məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4876.08 (dörd min səkkiz yüz yetmiş altı manat səkkiz qəpik) manat pul tutularaq "xxxx" ASC-nin hesabına köçürülməli, iddia Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia Cavabdeh2 münasibətdə təmin edildiyindən, məhkəmə xərcləri də ondan tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 4876.08 (dörd min səkkiz yüz yetmiş altı manat səkkiz qəpik) manat pul, 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi tutularaq "xxxx" ASC-nin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar