Məhkəmə qərarları › İş №e-2(006)-2549/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2549/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2549/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 İzahət oğlunun iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və sairə tələbinə dair, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbi üzrə bir icraatda birləşdirilmiş mülki işlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC (və ya hüquqi varisi) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinin, yəni 117-M saylı, 118-M-A saylı, 097 saylı müqavilələrdə nəzərdə tutulan müvafiq mənzillərin və qarajın ona təhvil verilməsinin (maneələrin aradan qaldırılması və açarların verilməsi də daxil olmaqla) təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və sairə tələbinə dair mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai Nərimanov, Nizami Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlaram sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti direktor şəxsində X3 şəxsində və digər tərəfdən onun çıxış etdiyi (İddiaçı) 117-M saylı 17 mart 2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən: Nəsimi rayon icra hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən ‘‘Cəmiyyət” Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənəfi Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan “Mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 98,12. m2 mənzili ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə 117,74 m2 əvəzinə, 2.25 m2 güzəşt etməklə 120m2 Vaqif prospektinə baxan bu müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-cizgiyə uyğun olaraq “A” blok, 9-cu mərtəbə sahəsi 110.4 m2 olan 26 saylı mənzili təmirsiz Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi”-nin istəyinə uyğun olaraq təmir xərci 1 m2 250 manatdan olmaqla cəmi 120x250=30000.0 manat, kirayə haqqını, yaşadığı mənzilin açarını təhvil verdiyi gündən hesablamaqla 24 ay 500 manatdan olmaqla cəmi 24x500=1200 manat, ümumilikdə 42000.0 manat (30000.0+12000.0=42000.0) və ya 24.7 m2 sahə (1kv.m 1700 manata bölünərək 42000:1700=24.7 kv.m), eyni zamanda nəzərdə tutulduğu sahədən az sahə verildiyi üçün, yəni 120-110.4=9.6 m2 sahə cəmi 24.7+9.6=34.3 m2 sahə 118-M-A saylı xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən sahə ilə əvəzləşdirilir və onun borc öhdəliyindən çıxılır. “Mülkiyyətçi” bu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada mülkiyyətində olan mənzili söküntü üçün “Cəmiyyət”-ə təhvil verməyi və tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 118-M-A saylı müqavilədə göstərilən 34.3 kv.metr sahə ilə əvəzləşdirilən sahə 71.5 kv.metr təşkil, edir. Yəni “Mülkiyyətçi” 118-M-A saylı müqavilə üzrə 71.5 kv.metr sahəsi olan mənzil üçün ödəməli olduğu (1 kv. Metr üçün 1800 manat olmaqla) 128.700 manat məbləğdən 117-M saylı 17 mart 2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi üzrə 34.3 m2 sahəsinin dəyərini 61740 çıxdıqdan sonra “Cəmiyyət’ə 66960 manat ödənilməli olan borc məbləği qalır. “Cəmiyyət” müqavilə üzrə öhdəliklərini 24 ay ərzində, yəni 2020-ci ilin mart ayında bitirib mənzili təhvil verməli olduğu halda öhdəliklərini yerinə yetirə bilmədiyini, bir aylıq kirayə haqqının məbləğinin 500 manat olmasını, mənzilin hal-hazırla günə qədər təhvil verilmədiyini və 2020-ci ilin mart ayından 36 ayın keçməsini nəzərə alaraq, “Cəmiyyət’‘in müqavilədən irəli gələn kirayə ödənişi öhdəlikləri üzrə 18 000 manat ödəməli olduğu borc məbləği mövcuddur. “Müikiyyətçi'nin 118-M-A saylı müqavilə üzrə “Cəmiyyət”ə 66960 manat ödənilməli olan borc məbləğindən “Cəmiyyət”in müqavilədən irəli gələn kirayə ödənişi öhdəlikləri üzrə 18000 manat ödəməli olduğu borc məbləği çıxdıqdan sonra “Cəmiyyət’ə ödənilməli olan 48960 manat məbləğində borc ödənişi qalır. Dəfələrlə bu borc ödənişinin ödənilməsi ilə bağlı bank hesabının verilməsi üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən heç bir hesab təqdim edilməmişdir. İddiaçı bu ödənişin ödənilməsindən yayınmamışdır, əksinə öhdəliyin pozulması Cavabdeh MMC tərəfindən baş vermişdir. Bunu CavabdehMMC-yə göndərilən, HMO göndərilən məktublar təsdiq edir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Cavabdeh MMC birtərəfli surətdə mənzilləri təhvil verməkdən yayınaraq, 117-M saylı, 118-M-A saylı 097 saylı müqavilələri üzrə öhdəliklərini qanunsuz olaraq icra etmir. Tərəflər arasında bağlanmış digər müqaviləyə əsasan Fədək MMC binanın tikintisini gecikdirmiş, müqavilənin hallanmasından 5 ilə müddətin keçməsinə baxmayaraq hələ də mənzili təhvil verməmiş, tərəfə ödənilməli olan kirayə haqqını ödəməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış sazişə əsasən kirayə haqları müqavilə üzrə ödənişlərə yönəldilməli idi. Belə olan halda isə Fədək MMC bütün ödənişləri borcdan çıxdıqdan sonra ödənişlərin həyata keçirilməsi üçün İddiaçı bildiriş göndərməli idi. Fədək MMC isə İddiaçı ödənişin həyata keçirilməsi ücün bildiriş göndərdikdən sonra qarşı tərəfə guya müqavilənin ödənişlər həyata keçirilmədiyi üçün bildiriş göndərmişdir. Fədək MMC-nin əvvəlki rəhbərliyi dələduzluq etdiyi üçün tikintidən uzaqlaşdırılmışdır. Bundan başqa müqavilələrdə hesab nömrəsi göstərilməmişdir. Göründüyü kimi 118-M saylı müqavilə üzrə öhdəliklər Fədək MMC tərəfindən pozulmuşdur. İddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK və cavabdeh İddiaçı arasında bağlanmış 117-M saylı 17 mart 2018-ci il tarixli və 118-M-A saylı, 17 mart 2018-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 117-M saylı 17 mart 2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı Cavabdeh MTK müqavilədə nəzərdə tutulan mənzilləri cavabdeh İddiaçı təqdim edə bilməməsi səbəbindən İddiaçı iddia tələbi əsasında AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-7018/2021 saylı qərarı ilə Cavabdeh MTK-dən 180000 ABŞ dolları pul məbləğində kompensasiya tutularaq İddiaçı ödənilmişdir. Həmçinin, iddiaçı Cavabdeh MTK və cavabdeh İddiaçı arasında 118-M-A saylı 17 mart 2018-ci il tarixli müqavilə bağlanmışdır. Belə ki, cavabdeh İddiaçı həmin müqavilənin 2.2.1.1-ci bəndinə əsasən 66960 manat məbləğində pul vəsaitini 3 il ərzində hər ay proporsional olaraq ödəmək öhdəliyini öz üzərinizə götürmüş, lakin şirkətə həmin məbləğdə heç bir ödəniş etməmişdir. Bu səbəbdən sözügedən müqavilənin 2.2.3-cü bəndi tətbiq edilərək, mənzil “Satıcı’nın, yəni Cavabdeh MMC-nin mülkiyyətinə qaytarılmış və müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Beləliklə, Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 17-M saylı 17 mart 2018-ci il tarixli müqavilənin ləğv edilməsi, 118-M-A saylı 17 mart 2018-ci il tarixli müqavilənin ləğvinin rəsmiləşdirilməsi üçün, Cavabdeh MTK tərəfindən İddiaçı pretenziya məktubu ilə müraciət edilərək, İddiaçı tərəfindən xx.xx.2023cü il tarixədək həmin müqavilələrinin ləğv edilməsi xahiş edilmişdir. Lakin, İddiaçı tərəfindən həmin pretenziya məktubuna məhəl qoyulmamışdır və bu səbəbdən həmin müqavilələrin ləğv edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki işin İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və sairə tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh MTK-nın iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 İzahət oğlu Cavabdeh MTK-nın iddiasını müdafiə edərək onun təmin olunmasını xahiş etdi, İddiaçı iddiasını etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, İddiaçı iddiası təmin edilməməli, Cavabdeh MTK-nın iddiası təmin edilməlidir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 saylı evin 8 saylı mənzili xüsusi mülkiyyət kimi X1 adına keçmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə mülkiyyətçi İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 117-M saylı əvəzləşdirmə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Nəsimi rayon İcra hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən “Cəmiyyət” Nəsimi rayonu, Azadliq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirali Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan "Mülkiyyətçi”-yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 98,12 m2 mənzilin faktiki ölçülmüş sahə üzrə sahəsinə 20% əlavə etməklə 117.74 m2 əvəzinə, 2.25m2 güzəşt etməklə 120m2 Vaqif prospektinə baxan bu müqaviləyə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-çizgiyə uyğun olaraq “A” blok, 9-cu mərtəbədə sahəsi 110.4 m2 olan 26-saylı mənzili təmirsiz "Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə gotürməsi haqqında bağlanmışdır. Müqavilənin qeyd hissəsində: "Mülkiyyətçi"-nin istəyinə uyğun olaraq təmir xərci 1 m2 250 manatdan olmagla cəmi 120x250=30000 manat, kirayə haqqını, yaşadığı mənzilin açarını təhvil verdiyi gündən hesablanmaqla 24 ay 500 manatdan olmaqla cəmi 24x500=12000.0 manat, ümumilikdə 42000.0 manat (30000.0+12000.0-42000.0) və ya 24.7m2 sahə (1kv.m 1700 manat 120-110,4=9.6 m2 sahə cəmi 24.7+9.6=34.3 m2 sahə 118-M-A saylı xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən sahə ilə əvəzladirilir və onun borc öhdəliyindən çıxılır. “Mulkiyyətçi" bu müqavilədə nəzərdə tutulan müdətdə və qaydada mülkiyyətində olan mənzili söküntü üçün “Cəmiyyət”-ə təhvil verməyi və tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan alıcı İddiaçı ilə satıcı Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 118-M-A saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə "Satıcı"nın Nəsimi rayon İcra hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti və Hənifə Ələsgərova küçəsinin kəsişməsində yerləşən ünvanda layihələndirilən, yüksək mərtəbəli beş bloklu yasayış binasının bu müqavilayə əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan plan-çizgiyə uyğun olaraq “A" blokunda 9 mərtəbədə 1 otaqlı, 27 saylı, sahəsi 71.5 olan manzili 1m2=1800 azn olmaqla Alıcıya təmirsiz şəkildə satması, alıcının isə mənzilin dəyərini bu mügavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməsi haqqında bağlanmışdır. İş materiallarında olan mülkiyyətçi İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 097 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə Cavabdeh MMC-nin Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan 1 ədəd qarajın əvəzinə həmin ünvanda yerləşən yeni binada standart ölçüdə olan 30 saylı avto dayanacaqla təmin etməsinin öz öhdəsinə götürməsi haqqında bağlanmışdır. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan qarajın Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada avtodayancağı qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK-nın İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onunla Cavabdeh MTK arasında 117-M saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliyi icra edə bilmədiklərindən yəni, müqavilədə nəzərdə tutulmuş mənzili ona təqdim edə bilmədiklərindən məhkəmə qərarı ilə 180 000 ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir, odur ki, həmin müqavilə ləğv edilməlidir. Digər 118-M-A saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə isə o, müqavilənin 2.2.1.1-ci bəndinə əsasən 66 960 manat məbləğində pul vəsaitini 3 il ərzində hər ay proporsional olaraq ödəmək məsuliyyətini öz üzərinə götürmüşdür, lakin həmin məbləğdən heç bir ödəniş etmədiyindən müqavilənin 2.2.3-cü bəndi tətbiq edilməklə mənzil satıcının yəni Cavabdeh MMC-nin mülkiyyətinə qaytarılmış və müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq həmin müqavilənin ləğvinin rəsmiləşdirilməsi xahiş edilmişdir. Odur ki, məhkəmə qərarı ilə ödənilmiş 180 000 ABŞ dolları məbləğində kompensasiyanı və öhdəliyinin vaxtında icra etmədiyini nəzərə alaraq xx.xx.2023-cü il tarixinədək onunla Cavabdeh MTK arasında bağlanmış 117-M saylı xx.xx.2018-ci il tarixli və 118-M-A saylı xx.xx.2018-ci il tarixli müqavilələrin ləğv edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşdirmə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh MMC-dən 180 000 ABŞ dolları kompensasiya tutularaq qətnamə icra olunan gün məzənnəyə uyğun hesablanmaqla Azərbaycan manatı ilə İddiaçı ödənilməsi qət edilmişdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Nəsimi rayon icra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən sözügedən binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün onun yerləşdiyi torpaq sahəsi 49 il müddətinə Cavabdeh MMC icarəyə verilmişdir. Eyni zamanda, 07 iyul 2017-ci il tarixdə Nəsimi rayon icra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin şərtlərinə görə şirkət sözügedən binanı sökməyi, binadan köçürülən sakinləri müvəqqəti kirayə edilmiş mənzillərə yerləşdirməyi və bunun binasında müvafiq mənzillər verməyi və sair öz öhdəsinə götürmüşdür. Məlumatların təqdim olunması cavabdehə tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı İddiaçı nümayəndəsi və vəkili tərəfindən iddiaçının iradə ifadəsi olaraq 117-M müqaviləsinə əsasən Fədək MTK-nın kompensasiya qismində ödədiyi vəsaitin MTK-nə geri qaytarılması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi təklifi səsləndirilmişdir. Qeyd edilənlə əlaqədar məhkəmə tərəflərə təklifin müzakirə edilməsi və barışığın əldə edilməsi üçün dəfələrlə şərait yaratmış, lakin cavabdeh kompensasiya məbləğinin kifayət qədər yüksək olmaqla artıq ödənildiyini əsas gətirərək, iddiaçının təklifini qəbul etməmişdir. Tərəflər arasında bağlanmış 117-M nömrəli müqavilə üzrə kompensasiyanın ödənilməsi cavabdeh tərəfindən sökülmüş əmlakın əvəzinə mənzilin verilməsi qismində öhdəliyin icra edilməməsi ilə əlaqədar olmuşdursa, 2018-ci il tarixli 118-M-A saylı müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən 3 il ərzində pulun hər ay proporsianal ödənilməsi ilə əlaqədardır. İddiaçı, S. Yusiflinin nümayəndəsi və vəkili 118-M-A müqavilə üzrə ödənişlərin edilmədiyini, yəni üzərinə düşən öhdəliyi icra etmədiyini MTK tərəfindən ona müvafiq hesabların təqdim edilmədiyi və ödəniş etmək üçün şərait yaradılmaması ilə əsaslandırmışdır. Lakin, öhdəliyin şərtlərinə diqqət yetirdikdə nəzərdə tutulmuş vəsaitin iddiaçı tərəfindən cavabdehə yalnız nağd və ya bank hesabına köçürmə vasitəsi ilə ödənilməsi barədə mütləq qeyd müşahidə edilmir. Odur ki, iddiaçının ödənişin 2018-ci il tarixdən hazıra qədər etməməsini əsaslandırdığı hallar inandırıcı görünmür. Digər tərəfdən, 118-M-A saylı müqavilə üzrə nəzərdə tutulmuş mənzilin ödəniş qiyməti 117-M saylı müqavilənin qeyd hissəsində göstərilən şərtlərlə əhatə edilmişdir. Belə ki, 118-M-A saylı müqavilədə 71.5 m2 mənzilin satış qiyməti 1m2 =1800 manat, yəni 128700 manat razılaşdırıldığı halda, müqavilənin 2.2.1-ci bəndində göstərilən şərtlərə əsasən ödənişin bir hissəsi güzəşt edilərək ödəniləcək yekun məbləğin 66960 manat təşkil etməsi razılaşdırılmışdır. Müqavilənin 2.2.1-ci bəndində 117-M saylı müqaviləyə istinadən güzəşt edilən şərtlərdən biri 117-M saylı müqavilənin 1.1 bəndində “kirayə haqqını, yaşadığı mənzilin açarını təhvil verdiyi gündən hesablamaqla 24 ay 500 manatdan olmaqla cəmi 12000 manat” şərtidir. Bu şərt S. Yusiflinin ona ödəniləcək kirayə haqqından 118-M-A müqaviləsi üzrə ödəniş edərək olmaq niyyətində olduğu mənzilin satış qiymətindən çıxılması xeyrinə imtina etməsini göstərir. Lakin 118-M-A müqaviləsinin 2.2.4 bəndinə əsasən satıcı (Cavabdeh MTK) üzərinə tikinti işlərinin 24 ay ərzində başa çatmadığı təqdirdə alıcını (S. Yusifli) kirayə haqqının (hər ay 500 manat) binanın tikintisi tam başa çatanadək uzadılmasını təmin etmək öhdəliyi razılaşdırılmışdır. Beləliklə, Cavabdeh MTK 118-M-A müqaviləsi üzrə S. Yusiflinin üzərinə düşən öhdəliyin icra edilməməsi səbəbi ilə müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmaqla, S. Yusiflinin həmin müqavilə üzrə əldə etmək istədiyi mənzilin qiymətində güzəştlərin edilməsi məqsədi ilə imtina etdiyi kirayə haqqının ona ödənilməsi tələbini irəli sürmək hüququ yaranır. Tərəflər arasında bağlanmış 097 saylı müqavilənin predmetini iddiaçının mülkiyyətində olan dəmir konstruksiyadan ibarət olan 1(bir) ədəd qarajın əvəzinə həmin ünvanda yerləşən yeni binada standart ölçülərdə olan 30 saylı avto dayanacaqla təmin edilməsi ilə bağlı olmuşdur. İddiaçının müqavilə üzrə dayanacağın verilməsi tələbinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarına dəmir konstruksiyadan ibarət olan qarajın iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmasını bildirən sübut əlavə edilməmişdir. Bundan əlavə, cavabdehin 117-M nömrəli müqavilə üzrə, yəni mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzilin əvəzində yeni inşa ediləcək binada mənzilin verilməsi öhdəliyinin icra etmədiyini və buna görə kompensasiya ödədiyini nəzərə alaraq, cavabdeh tərəfindən həmin binada iddiaçıya dayanacaq verməsi öhdəliyinin icra edəcəyi ağlabatan görünmür. İddiaçı 097 saylı müqavilə üzrə tələbinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə predmetində göstərilən dəmir konstruksiyadan ibarət olan 1(bir) ədəd qarajın iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmasını bildirən sübut təqdim edildiyi təqdirdə iddiaçının müvafiq əsaslarla cavabdehdən müqavilə üzrə öhdəliyin icra edilmədiyinə görə kompensasiya tələbini irəli sürmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 117-M nömrəli əvəzləşdirmə müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin “Cəmiyyət” tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə və ya qismən yerinə yetiriləcəyi təqdirdə, həmçinin gələcəkdə səbəbindən asılı olmayaraq söküntü həyata keçirilən ərazidə tikilmiş yeni binada deyil, digər binadan müvafiq mənzil əvəzləşdirilməsi həyata keçirilməsi zərurəti yarandığı təqdirdə, yaxud səbəbindən asılı olmayaraq mülkiyyətçiyə hazırki müqavilədə nəzərdə tutulan şərt daxilində razılaşdırılmış mənzili təhvil vermədiyi təqdirdə mülkiyyətçiyə verilməsi tutulmuş 120 kv.m hər 1 kv.m üçün 1500 ABŞ dolları olmaqla həmin günün məzənnəsinə uyğun olaraq hesablanmaqla Azərbaycan Manatı ilə cəmiyyət tərəfindən mülkiyyətçiyə kompensasiya olaraq ödəniləcəyi şərtinə əsaslanmaqla Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında İddiaçı 180 000 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi müəyyən edilmişdir. Məhkəmə Cavabdeh MTK-nın iddiasına münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, mənzillərin və qarajın təhvil verilməsi tələbinə dair iddiası təmin edilməməli, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, mənzillərin və qarajın təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli 117-M saylı xx.xx.2018-ci il tarixli 118-M-A saylı müqavilələr ləğv edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar