Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2559/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Həmı̇ d qızının cavabdeh Qulı̇ yeva Nı̇ gar Vüqar qızına qarşı "qanunsuz tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Həmı̇ d qızı cavabdeh Qulı̇ yeva Nı̇ gar Vüqar qızına qarşı "qanunsuz tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, ünvan 3-də olan zirzəmi xx.xx.2013-cü il tarixdən iddiaçının mülkiyyətində və istifadəsindədir. İllərdi iddiaçının bununla bağlı heç bir problemi olmamış, Cavabdeh həmin mağazanı əldə etdikdən sonra iddiaçıya məxsus hissəni zəbt edərək pilləkən tikmişdir. Bu qanusuzluqla əlaqədar iddiaçı tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 9/8-60151 saylı məktubuna əsasən ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, cavabdeh Qulı̇ yeva Nı̇ gar Vüqar qızına məxsus Bakı şəhəri, H.Əliyev küçəsi, bina 15-də yerləşən “S-Lady” mağazasına qalxan qanunsuz olaraq inşa edilmiş pilləkənin sökülməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, ekspertiza mərkəzinin rəyi ilə tanış olmuşlar, rəydə qeyd olunanlar ilə razı deyillər.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, rəylə tanış olmuş, rəydə qeyd olunanlarla razıdır. Qeyd olunan ekspert rəyindən də aydın olur ki, cavabdeh tərəfindən tikilmiş olan pilləkən iddiaçının əmlakına giriş-çıxışına heç bir maneə törətmir. Odur ki, iddia tələbi tam əsassızdır. Buna görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 saylı qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 115 saylı reyestr kitabının 10755 nömrəli vərəqində qeydiyyat aparılmışdır.
7. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatrı tərəfindən İddiaçı ünvanlanmış 9/S-60-151 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, aralarında yaranmış mülkiyyət hüquqlarının pozulmasına dair mübahisəli vəziyyət məhkəmə predmeti olduğundan məhkəməyə müraciət olunmalıdır.
8. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən ünvan 2 ünvanlanmış 7411 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, bina 15-də yerləşən “S-Lady” mağazası Qulı̇ yeva Nı̇ gar Vüqar qızına məxsusdur.
9. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 saylı qeyri-yaşayış sahəsi Qulı̇ yeva Nı̇ gar Vüqar qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə qeydiyyat aparılmışdır.
10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən və qeyri-yaşayış sahəsinin indiki vəziyyətinin əks olunduğu eskizdən görünür ki, Qulı̇ yeva Nı̇ gar Vüqar qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 qeyri-yaşayış sahəsi dörd tikilidən ibarətdir, qeyri-yaşayış sahəsindən küçə tərəfə qapı açılmış və qeyri-yaşayış sahəsinə giriş-çıxış üçün pilləkən marşı və meydançası mövcuddur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5645 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyində bildirilir ki, baxış zamanı əldə edilən məlumatlarla, tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş 01 dekabr 2021-ci il tarixli texniki pasportun məlumatları müqayisə edilərkən, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində giriş-çıxış üçün inşa edilmiş pilləkənin texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir, iddiaçı ilə cavabdehə məxsus qeyri-yaşayış sahələrinə giriş-çıxış yollarının (keçidin) ayrıayrılıqda yanaşı sahələrdə yerləşdiyini, hər iki sahəyə sərbəst giriş-çıxışın mümkün olduğunu nəzərə alaraq, cavabdeh Qulı̇ yeva Nı̇ gar Vüqar qızının mülkiyyətində olan ünvan 3 ünvanında tikdiyi pilləkən iddiaçının əmlakının giriş-çıxışına maneçilik yaratmadığı müəyyən olunur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin mülkiyyətçiləridirlər. Cavabdeh tərəfindən mülkiyyətçisi olduğu qeyri-yaşayış sahəsinin qarşısında pilləkən inşa edilmişdir. İddiaçı Həmı̇ d qızı Cavabdeh ünvan 3 ünvanında icazəsiz şəkildə inşa etdiyi pilləkənin sökülməsini tələb etmiş və daha sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
14. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
15. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir
16. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
17. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Hazırki mübahisəli vəziyyət üzrə xüsusi bilik tələb olunduğundan iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən pilləkən qeyri-yaşayış sahəsinə aid texniki pasportun məlumatlarında nəzərdə tutulduğunu və eləcə də, həmin tikiliyə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2019-cu il tarixli çıxarış verildiyini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1 və 4.2-ci bəndlərinə uyğun şəhərsalma, tikinti norma və qaydalarına uyğun inşa olduğu müəyyən edilir. ünvan 3 ünvanda yerləşən pilləkən hər iki tərəfin giriş-çıxış qapıları ayrı-ayrılıqda olduğundan hər hansı bir maneçilik törətmədiyi müəyyən edilir. ünvan 3 ünvanda yerləşən pilləkənin inşa olunmasına dair mülki iş materiallarında müvafiq icazəverici sənədlərin olmadığı müəyyən edilmişdir. Lakin mülki iş materialına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportun məlumatları ilə qeyri-yaşayış sahəsinə aid pilləkən öz əksini tapmışdır.
20. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
22. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
23. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
25. Məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
26. Belə ki, ekspertin rəyinin digər sübutlarla birgə qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, qeyd olunan pilləkənin mövcud olması, istifadə edilməsi iddiaçıya, onun əmlakına, səhhətinə və s. maraqlarına heç bir təhlükə törətmir, iddiaçının həmin pilləkənlə bağlı narahat olması üçün obyektiv heç bir səbəb yoxdur. Pilləkənin bu vəziyyətdə tikilməsi iddiaçının mənafeyinə xələl gətirmir.
27. İddiaçı tərəf tələbində pilləkənin iddiaçının öz mənzilinə giriş-çıxışına maneə törətdiyini bildirsə də, ünvan 3 ünvanda yerləşən pilləkən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə hər hansı bir maneçilik törətmədiyi müəyyən edilmişdir.
28. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, pilləkənlə bağlı iddiaçının tələbində məhz cavabdehin inşa etmiş olduğu pilləkənin qanunsuz olması bildirilsədə, bu qanunsuzluğun nədə öz əksini tapması da iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir.
29. Belə ki, tikilmiş pilləkənlə bağlı cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportu mövcud olmaqla, həmin texniki pasportda pilləkən qəfəsi öz əksini tapmış və ekspert rəyi ilə də həmin pilləkən qəfəsinin inşasında qanunsuzluq (uyğunsuzluq) müəyyən edilməmişdir.
30. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
31. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
34. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
35. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).
36. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Həmı̇ d qızının cavabdeh Qulı̇ yeva Nı̇ gar Vüqar qızına qarşı "qanunsuz tikilinin sökülməsi tələbi"nə tələbinə dair iddiası əsassız olduğundantəmin edilməməlidir.
37. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Həmı̇ d qızının cavabdeh Qulı̇ yeva Nı̇ gar Vüqar qızına qarşı "qanunsuz tikilinin sökülməsi tələbi"nə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov