Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2599/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı «****» MMC-nin cavabdeh A.S.A.ya qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «****» MMC cavabdeh A.S.A.ya qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “****” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh A.S.A. arasında bağlanmış aşağıda göstərilən 4 (dörd) nisyə-satış müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. BL142874 saylı 12.05.2018-ci il tarixdə nisyə-satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 12-dən gec olmamaqla 18 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. BL186428 saylı 18.09.2018-ci il tarixdə nisyə-satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 18-dən gec olmamaqla 41 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. BL188536 saylı 24.09.2018-ci il tarixdə nisyə-satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla 32 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. BL206457 saylı 12.11.2018-ci il tarixdə nisyə-satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hərayın 12-dən gec olmamaqla 67 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini bir müddət yerinə yetirsə də, sonradan müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, 15.04.2022-ci il tarixli borca dair arayışlardan görünür ki, BL142874 saylı 12.05.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə hissə-hissə 224 manat ödəniş olunmuş və 94 manat əsas borc, 42 manat 85 qəpik cərimə, ümumilikdə 136 manat 85 qəpik borc qalmışdır. BL186428 saylı 18.09.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə hissə-hissə 283 manat ödəniş olunmuş və 205 manat əsas borc, 110 manat 32 qəpik cərimə, ümumilikdə 315 manat 32 qəpik borc qalmışdır. BL188536 saylı 24.09.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə hissə-hissə 160 manat ödəniş olunmuş və 211 manat əsas borc, 128 manat 63 qəpik cərimə, ümumilikdə 339 manat 63 qəpik borc qalmışdır. BL206457 saylı 12.11.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə hissə-hissə 200 manat ödəniş olunmuş və 599 manat əsas borc qalmışdır. Beləliklə, cavabdeh A.S.A.nın “****” MMC-yə 4 müqavilə üzrə 1109 (bir min yüz doqquz) manat əsas borc, 281 manat 80 qəpik (iki yüz səksən bir manat səksən qəpik) cərimə, ümumilikdə 1390 manat 80 qəpik (min üç yüz doxsan manat, səksən qəpik) borcu vardır. Göstərilənlərə əsasən iddiaçı “****” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh A.S.A. arasında bağlanmış BL142874 saylı 12.05.2018-ci il tarixli, BL186428 saylı 18.09.2018-ci il tarixli, BL188536 saylı 24.09.2018-ci il tarixli, BL206457 saylı 12.11.2018ci il tarixli nisyə satış müqavilələri üzrə yaranmış 1109 (bir min yüz doqquz) manat əsas borc, 281 manat 80 qəpik (iki yüz səksən bir manat səksən qəpik) cərimə, ümumilikdə 1390 manat 80 qəpik (min üç yüz doxsan manat, səksən qəpik) borcun və 34 manat dövlət rüsumunun cavabdeh A.S.A.dan tutularaq “****” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «****» MMC ilə A.S.A. arasında bağlanmış BL142874 saylı 12.05.2018-ci il tarixli, BL186428 saylı 18.09.2018-ci il tarixli, BL188536 saylı 24.09.2018-ci il tarixli, BL206457 saylı 12.11.2018-ci il tarixli nisyə satış müqavilələrindən görünür ki, «****» MMC cavabdeh A.S.A.ya Microwoven Samsung, Toster Bosch, Divar asqı batis, TV LG, Telefon Samsung J400 16GB Black, qızıl qarantiya, TV LG adlı malları satmış, cavabdeh A.S.A. alınmış əşyaların əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. «****» MMC tərəfindən təqdim edilmiş 15.04.2022-ci il tarixli borca dair arayışlardan görünür ki, cavabdeh A.S.A.nun «****» MMC-yə BL142874 saylı 12.05.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 94 manat əsas borc, 42,85 manat cərimə, BL186428 saylı 18.09.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 205 manat əsas borc, 110,32 manat cərimə, BL188536 saylı 24.09.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 211 manat əsas borc, 128,63 manat cərimə, BL206457 saylı 12.11.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 599 manat əsas borc qalmışdır. «****» MMC tərəfindən A.S.A.ya 02.03.2022-ci il tarixdə ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «****» MMC ilə A.S.A. arasında bağlanmış BL142874 saylı 12.05.2018-ci il tarixli, BL186428 saylı 18.09.2018-ci il tarixli, BL188536 saylı 24.09.2018-ci il tarixli, BL206457 saylı 12.11.2018-ci il tarixli nisyə satış müqavilələrinə əsasən «****» MMC cavabdeh A.S.A.ya Microwoven Samsung, Toster Bosch, Divar asqı batis, TV LG, Telefon Samsung J400 16GB Black, qızıl qarantiya, TV LG adlı malları satmış, cavabdeh A.S.A. alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam icra edilməmiş və nəticədə onun «****» MMC-yə BL142874 saylı 12.05.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 94 manat əsas borc, 42,85 manat cərimə, BL186428 saylı 18.09.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 205 manat əsas borc, 110,32 manat cərimə, BL188536 saylı 24.09.2018ci il tarixli nisyə-satış müqaviləsi üzrə 211 manat əsas borc, 128,63 manat cərimə, BL206457 saylı 12.11.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 599 manat əsas borcolmaqla, cəmi 1109 (bir min yüz doqquz) manat məbləğində əsas borc və 281,80 (iki yüz səksən bir manat səksən qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqavilələri üzrə cərimə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu azaldılaraq BL142874 saylı 12.05.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 9 manat, BL186428 saylı 18.09.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 20 manat, BL188536 saylı 24.09.2018-ci il tarixli nisyəsatış müqaviləsi üzrə 21 manat olmaqla 50 manat dəbbə pulu müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, BL142874 saylı 12.05.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 94 manat əsas, 9 manat cərimə, BL186428 saylı 18.09.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 205 manat əsas borc, 20 manat cərimə, BL188536 saylı 24.09.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 211 manat əsas borc, 21 manat cərimə, BL206457 saylı 12.11.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 599 manat əsas borc və 34 (otuz dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1193 (bir min bir yüz doxsan üç) manat məbləğində pul cavabdeh A.S.A.dan alınaraq «****» MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. BL142874 saylı 12.05.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 94 manat əsas borc, 9 manat cərimə, BL186428 saylı 18.09.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 205 manat əsas borc, 20 manat cərimə, BL188536 saylı 24.09.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 211 manat əsas borc, 21 manat cərimə, BL206457 saylı 12.11.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 599 manat əsas borc və 34 (otuz dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1193 (bir min bir yüz doxsan üç) manat məbləğində pul cavabdeh A.S.A.dan alınaraq «****» MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2599/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2599/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver