Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2629/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu tarixli, MCK03345 №-li müqavilə üzrə 135 manat qalıq borcu, 137.88 manat cərimə borcu olmaqla, cəmi 272.88 manat məbləğində, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu tarixli, MCK03345 №-li nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, 12 ay müddətinə hissə-hissə hər ay üçün 33 manat, sonuncu ay üçün isə 36 manat ödəmək şərti ilə, 399 manat dəyərində Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə - Təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, MCK03345 saylı müqavilə üzrə qalıq borcu 135 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 459.60 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəmək borcludan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 137.88 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2019-cu tarixli, MCK03345 saylı müqavilə üzrə 135 manat qalıq borcu, 137.88 manat cərimə borcu olmaqla, cəmi 272.88 manat borcu yaranmışdır. Faktor «X2 Olmayan Kredit Təşkilatı» MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MCK03345 №-li nisyə alqısatqı müqaviləsindən irəli gələn pul tələbi «X2 Olmayan Kredit Təşkilatı» MMC-yə güzəşt edilmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2019-cu il tarixli, MCK03345 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin «X2 Olmayan Kredit Təşkilatı» MMCyə güzəşt edilməsi barədə bildiriş verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə gəlməmiş, ərizə təqdim edərək, işlərin çoxluğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı tam müdafiə etdiyini, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini bildirərək, baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MCK03345 nömrəli nisyə alqı-satqı müqaviləsindən və ona əlavədən görünür ki, "xxxx" MMC 399 manat dəyərində “Samsung” markalı 1 ədəd telefon Cavabdeh satmış, Cavabdeh malı qəbul edib, malın dəyərini hər ay 33 AZN, sonuncu ay isə 36 AZN ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, 399 manat dəyərində “Samsung” markalı 1 ədəd telefon "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. "xxxx" MMC (müştəri) ilə "xxxx" MMC (faktor) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01 nömrəli faktorinq müqaviləsindən görünür ki, bu müqaviləyə görə Müştəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəsində(lərində) qeyd edilən Borclu(lar) ilə bağladığı müqavilə(lər)dən (yəni Pul tələbinin irəli gəldiyi müqavilədən) irəli gələn pul tələbini Faktora güzəşt edir, Faktor isə Tələbin güzəşti müqabilində Əlavədə nəzərdə tutulan pul vəsaitini Müştərinin təqdim etdiyi Pul tələbinin etibarlı olmasını təsdiqləyən sənədlər (hesab-faktura, qəbz, akt və s.) əsasında xx.xx.2023-cü il tarixdə (bu bənddə nəzərdə tutulan məbləğin 50%ni) və xx.xx.2023-cü il (bu bənddə nəzərdə tutulan məbləğin 50%-ni) tarixdə ona verməyi öhdəsinə götürür. Faktor bu Müqavilə imzalandığı andan etibarən bu Müqüavilənin 01 saylı əlavəsində göstərilən müqavilələr əsasında borclulara məxsus pul vəsaitlərinin tələb edilməsi ilə bağlı qanunvericiliyə əsasən müvafiq tədbirləri başlamaq səlahiyyəti əldə edir. Müştəri razılaşır ki, Faktor topladığı pul vəsaitlərinin 80%-nin tam yarısını xx.xx.2023-cü il tarixdə, qalan yarısını xx.xx.2023-cü il tarixdə Müştəriyə ödəyəcəkdir. Tərəflər razılaşır ki, xx.xx.2023cü il tarixinədək bu müqaviləyə uyğun olaraq güzəşt edilmiş tələb hüququ üzrə borclulardan yığılmamış vəsaitlər üzrə tələb hüquqları bu Müqaviləyə əsasən Müştəriyə güzəşt edilə bilər. Müştəri bu Müqavilənin 3.2-ci bəndinin icrasının təmin edilməsi öhdəliyini qeyd-şərtsiz öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli 01 nömrəli faktorinq müqaviləsinə xx.xx.2022-ci il tarixli 01 nömrəli əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli MCK03345 nömrəli müqavilə üzrə Cavabdeh olan 135 manat məbləğində tələb hüququ "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə güzəşt edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, MCK03345 №-li nisyə satış müqaviləsi üzrə qalıq borcunun məbləği 135 manat, cərimə məbləğinin 30 %-i 137.88 manat, cəmi 272.88 manat təşkil edir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMC-yə 33 manat ödəniş etmiş, 135 manat qalıq qalmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MCK03345 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 399 manat dəyərində nisyə aldığı telefonun dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 33 manat, sonuncu ay 36 manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürümüşdür. İddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanan xx.xx.2022-ci il tarixli 01 nömrəli faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavəyə əsasən, "xxxx" MMCnin cavabdehə qarşı olan 135 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun müqavilə üzrə iddiaçıya 135 manat əsas borc, 137.88 manat cərimə borcu olmaqla, cəmi 272.88 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, "xxxx" MMC ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, "xxxx" MMC həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. "xxxx" MMC iddiaçı "xxxx" MMC ilə faktorinq müqaviləsi bağlayaraq, cavabdehə olan tələb hüququnu iddiaçıya güzəşt etmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış borcun ödənilməsini cavabdehdən tələb edir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh isə bildirmişdir ki, 135 manat əsas borcu qəbul edir, lakin səhhətini və maddi vəziyyətini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını istəyir. Məhkəmə tərəfindən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh hərəkətsizliyinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı olduğundan, iddiaçı "xxxx" MMC-nin tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 137.88 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 10 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 193.1-193.2, 194.2-ci maddələrinə görə, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2 və 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı əsas borc hissəsində etiraf etməsini müvafiq qaydada tədqiq edərək hesab edir ki, onun etirafında qanunazidd və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozan hallar aşkar edilmir. Buna görə də cavabdehin iddianı qismən etiraf etməsi məhkəmə tərəfindən qəbul edilir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 135 (bir yüz otuz beş) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 16 (on altı) manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməli, qalan 14 (on dörd) manat hissəsi isə iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 135 (bir yüz otuz beş) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 145 (bir yüz qırx beş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 16 (on altı) manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan 14 (on dörd) manat hissəsi isə iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2629/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2629/2023
04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver