Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2659/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi İddiaçı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsinin Sabunçu rayonu Nardaran bağlar sahəsindəki 0,12 ha torpaq sahəsinə 96 №-li BTK tərəfindən verilmiş 39 №-li orderdə göstərilən X4 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, ərizəçi İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsinin Sabunçu rayonu Nardaran bağlar sahəsindəki 0,12 ha torpaq sahəsinə 96 №-li BTK tərəfindən verilmiş 39 №-li orderin ona aid olmasına dair faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 19 iyul 1996-cı il tarixli 980 №-li Sərəncamı ilə Sabunçu rayonu Nardaran bağlar sahəsində 96 №-li BTK-nın nəzdində ona 0,12 ha 987D nömrəli bağ sahəsi ayrılmışdır. Həmin sərəncama əsasən onun adına 39 №-li order verilmişdir. Həmin orderdə soyadı və atasının adı düzgün göstərilsə də, adında hərf səhvinə yol verilmişdir. Belə ki, doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində adı Əliəsgər olduğu halda, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən ona verilmiş 39 №-li orderdə səhvən «Ələsgər» göstərilmişdir. Bu sənəddə adında «i» hərfinin yazılmaması səbəbindən orderə əsasən ona verilən torpaq sahəsini özəlləşdirə bilmir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanları, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Bağ Təsərrüfatı İdarəsi ləğv edilərək onların arxivlərinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə verilməsi qərarı alınmışdır. xx.xx.2022-ci il tarixdə həmin Xidmətin 1 saylı Ərazi İdarəsinə mövcud bağ sahəsinin sənədələşdirilməsinə və orderdə qeyd edilmiş adında hərf səhvinin düzəliş edilməsinə dair müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə **********90 №-li imtina məktubu almışdır. Ona ünvanlanmış həmin məktubda 26 il onun mübahisəsiz istifadəsində olan bağ sahəsinin sənədləşdirilməsindən və adında olan «i» hərfinin orderdə düzəliş edilməsindən imtina edilmişdir. Faktın məhkəmə tərəfindən müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx xxx 1954-cü il tarixdə doğulmuşdur. Şəhadətnamədə şəxsin adı Əliəsqər kimi göstərilmişdir. - B-İ seriyalı 001897 saylı diplomdan görünür ki, X3 mədəni-maarif işçisi ixtisası üzrə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Diplomda şəxsin adı Əliəskər kimi göstərilmişdir. - Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 987 D saylı bağ sahəsinə dair verilmiş 39 saylı Orderdən görünür ki, Nardaran bağlar sahəsində 96 saylı kooperativ tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 19 iyul 1996-cı il tarixli 980 saylı qərarına əsasən 96 saylı BTK nəzdində 0,12 ha ərazisi olan 987 D saylı bağ sahəsinə dair order X1 verilmişdir. Orderdə şəxsin adı Ələsgər kimi göstərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Ərazi İdarəsinin 18 mart 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı qeyd olunan bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə həmin İdarəyə müraciət etmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, ərizəçinin orderdə göstərilən adı düz gəlmir. Bu səbəbdən, ərizəçiyə MPM-nin 307.2.5-ci maddəsinin tələbləri izah edilmişdir. - 03 iyun 2004-cü il tarixdə Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxx 1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarından göründüyü kimi, ərizəçinin adı şəxsiyyət vəsiqəsində Əliəsgər, digər sənədlərdə isə fərqli yazılışla Əliəsqər, Əliəskər və Ələsgər kimi yazılmışdır. Sənədlərdə bu qəbildən olan səhvlər, həmin dönəmlər üçün xarakterikdir və təcrübədə çox tez-tez rast gəlinir. Bu, ilk öncə qeydiyyat aparan şəxslərin çox vaxt təhsillərinin olmaması və yaxud kifayət qədər olmaması, qeydiyyat aparan şəxsin doğma dilini yaxşı bilməməsi, ikincisi, qeydiyyat aparan şəxslərin bir çox hallarda azərbaycandilli şəxs olmaması ilə bağlıdır. Vətəndaşlar müxtəlif səpkili sənədləşmə işlərinin aparılması zamanı bu səbəbdən çətinlik çəkirlər. Hazırkı iş üzrə ərizəçi də istisna deyil. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsinin Sabunçu rayonu Nardaran bağlar sahəsindəki 0,12 ha torpaq sahəsinə 96 №-li BTK tərəfindən verilmiş 39 №-li order ərizəçiyə təqdim olunsa da, adı Ələsgər kimi qeyd olunmuşdur. Göründüyü kimi, yuxarıda qeyd olunan səbəbdən ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsinin Sabunçu rayonu Nardaran bağlar sahəsindəki 0,12 ha torpaq sahəsinə 96 №-li BTK tərəfindən verilmiş 39 №-li order hazırkı iş üzrə ərizəçi İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsinin Sabunçu rayonu Nardaran bağlar sahəsindəki 0,12 ha torpaq sahəsinə 96 №-li BTK tərəfindən verilmiş 39 №-li order hazırkı iş üzrə ərizəçi İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsinin Sabunçu rayonu Nardaran bağlar sahəsindəki 0,12 ha torpaq sahəsinə 96 №-li BTK tərəfindən verilmiş 39 №-li order hazırkı iş üzrə ərizəçi İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2659/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2659/2022
30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver