Məhkəmə qərarları › İş №e-2(006)-2677/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2677/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2677/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 150 (yüz əlli) manat pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 180 (yüz səksən) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu ərazisində Cavabdeh idarə etdiyi "xxxx" ASC-də mülki məsuliyyəti PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş “X9” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X1 idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisə zamanı Cavabdeh hadisə yerindən yayınmışdır. Baş vermiş hadisə ilə bağlı Binəqədi rayon DYPŞ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə İXP ******* nömrəli protokol yazılmışdır və TP ******* nömrəli qərar qəbul edilmişdir. “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 150 (yüz əlli) manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, iddiaçı "xxxx" ASC tərəfindən nümayəndənin iştirakı təmin edilməmiş, iddiaçının nümayəndəsi AZEMİS “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsinə iştirakı olmadan baxılıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan AD seriyalı 083926 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. Mülki işin materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı, 468153 №-li etibarnamədən görünür ki, X4 mülkiyyətində olan “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X2 “sürücülük hüququ olduqda idarə etmək” səlahiyyətini vermişdir. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, “X9” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X5 avtomobili idarə etmək üçün Cavabdeh etibarnamə vermişdir. Mülki işin materiallarında olan Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 02:00 radələrində Binəqədi-Novxanı kanal üstü yolda “X9” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə görə 30 (otuz) manat, görülən işlərə görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 150 manat zərər dəymişdir. Mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X9” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-cil tarixli müqaviləsi üzrə icbari sığorta edilmiş, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci ildir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli CML-1565/2021- AKT1936/21 saylı aktından müəyyən edilir ki, “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı müəyyən edilmiş zərərin məbləği 150,00 (yüz əlli) manatdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, AKT1936 saylı akta əsasən "xxxx" ASC tərəfindən X1 "xxxx" QSC-də olan hesabına 150,00 (yüz əlli) manat sığorta ödənişi edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh Binəqədi RPİ-də yazdığı izahatdan görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 02:00 radələrində idarə etdiyi “X9” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Binəqədi-Novxanı yolunda kanalın qırağı ilə hərəkət edərkən manevr edib sağ tərəfə Sumqayıt istiqamətinə dönəndə həmin istiqamətdən gələn “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Tələsdiyi üçün hadisə yerindən getmişdir. O, yol verdiyi qayda pozuntusunu qəbul etmiş, dəymiş ziyanı ödəməyə hazır olduğunu qeyd etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat rüsum ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan iddiaçı "xxxx" ASC tərəfindən sığorta müddətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci tarixədək sığortalanmış “X9” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmiş, həmin yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən 150 (yüz əlli) manat sığorta ödənişi edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 150 (yüz əlli) manat məbləğində ziyan sığortaçı tərəfindən ödənildiyindən və sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 150 (yüz əlli) manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı ödənilmiş 150 (yüz əlli) manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh yüksək təhlükə mənbəyi olan “X9” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə əsasında idarə etmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin onun Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola və eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və hadisə yerindən yayındığından, həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC tərəfindən sığorta müddətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci tarixədək sığortalanmış “X9” minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh “Mercedes Benz C180” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə ödənilmiş 150 (yüz əlli) manat pul və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 180 (yüz səksən) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 150 (yüz əlli) manat pul və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 180 (yüz səksən) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar