Məhkəmə qərarları › İş №e-2(006)-2682/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2682/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2682/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə "hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) maraqlı şəxs qismində cəlb edilməklə "hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair" ərizə ilə məhkəməyə müraciət ederək, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan “Kondisioner” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən bağ massivindəki 1755-1756 saylı bağların hüquqi sahibinin adı X1 göstərilsə də, hüquq müəyyənedici sənəddə həmin adlın və sahənən ona, yəni Ərizəçi məxsus olması faktının təsdiq olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxx 1954-cü ildə anadan olmaqla, xx.xx.2031-ci ilədək qüvvədə olan AA******* saylı, FİN: xxxxxxx olan şəxsiyyət vəsiqəsi almışdır. Bu günədək ona aid olan bütün sənədlərdə adı Ərizəçi olaraq getmişdir. Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı Qərarı və “Kondisioner” Bağçılıq- Yoldaşlıq təsərrüfatının xx.xx.1996-cı il tarixli 03 saylı protokolu əsasında ona Suraxanı rayonunun Hövsan bağ massivində bağ ev tikintisi üçün 1000 kv.m olan 1755-1756 saylı torpaq sahəsi və “Kondisioner” Bağçılıq-Yoldaşlıq təsərrüfatının üzvülük kitabçası verilmişdir. “Kondisioner” Bağçılıq-Yoldaşlıq təsərrüfatının sədri tərəfindən 1000 kv.m olan 1755-1756 saylı torpaq sahəsinin planı da tərtib olunmuşdur. Göstərilən torpaq sahəsi X4 kitabında xx.xx.2009-cu il tarixdə 18625 sayla Ərizəçi adına uçota alınmış, A 247571 saylı vəsiqə verilmişdir. “Kondisioner” Bağçılıq-Yoldaşlıq təsərrüfatının Suraxanı rayonunun Hövsan bağ massivində yerləşən 1000 kv.m olan 1755-1756 saylı bağlar 1996-cı ildən ona verilmiş və hazırda da onun sahiblik və istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin, 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 5-21-3-30/2-27201/2024, **********01 saylı məktubla “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından” imtina olunmuşdur. İmtina məktubunda qeyd olunmuşdur ki, idarənin arxivində saxlanılan “Kondisioner” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adı “Filurə” deyl “Flora” kimi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan “Kondisioner” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən bağ massivindəki 1755-1756 saylı bağların hüquqi sahibinin adı X1 göstərilsə də, hüquq müəyyənedici sənədlərin, həmin sahənən ona yəni Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -“Kondisioner” Bağçılıq-Yoldaşlıq təsərrüfatının xx.xx.1996-cı il tarixli 03 saylı protokoldan çıxarışın surətindən görünür ki, “Kondisioner” Bağçılıq-Birliyi tərəfindən ümumi sahəsi 1000 kv.m olan 1755-1756 saylı torpaq sahəsinin Ərizəçi keçirilməsi qərara alınmışdır. - A 247571 saylı vəsiqənin surətindən görünür ki, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi X4 kitabında xx.xx.2009cu il tarixdə 18625 sayla Ərizəçi adına uçota alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişin surətindən görünür ki, idarənin arxivində saxlanılan “Kondisioner” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adı “Flora”, təqdim edilmiş sənədlərdə “Filurə” kimi qeyd edilmişdir. --“Kondisioner” Bağçılıq-Yoldaşlıq təsərrüfatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi, uzun müddətdir həqiqətən “Kondisioner” Bağçılıq-Yoldaşlığın üzvüdür və Hövsan qəsəbəsi, bağlar massivində 1755 və 1756 nömrəli bağların sahibidir. Ancaq “Kondisioner” bağçılıq tərəfindən dövlət reyestr xidmətinə təqdim edilmiş siyahıda onun adı səhvən X1 yazılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, “Kondisioner” bağçılıq yoldaşlığı birliyinin İdarəsinin arxivində mövcud olan üvlərinin siyahısında X2 adına 1755- 1756 saylı bağ sahəsi qeyd edilmişdir. - ödəniş qəbzindən (№**********) görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş materiallarına CD-disk əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi X4 kitabında xx.xx.2009-cu il tarixdə 18625 sayla Ərizəçi adına uçota alınsa da, “Kondisioner” bağçılıq tərəfindən dövlət reyestr xidmətinə təqdim edilmiş siyahıda onun adı səhvən X1 yazılmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən bağ massivindəki 1755-1756 saylı bağların Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə "hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair" ərizəsi təmin edilsin. Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən bağ massivindəki 1755-1756 saylı bağların Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar