Məhkəmə qərarları › İş №e-2(006)-2689/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2689/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2689/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********45841 “Samsung Galaxy S24 Ultra” markalı telefon və “Samsung Charger” üçün 3297.5 (üç min iki yüz doxsan yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 329.75 (üç yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********01113 “İphone 15 Pro Max” markalı telefon üçün 2595.24 (iki min beş yüz doxsan beş manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 259.52 (iki yüz əlli doqquz manat əlli iki qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Playstation 5” üçün 1558.62 (bir min beş yüz əlli səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 155.86 (bir yüz əlli beş manat səksən altı qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********13227 “Samsung Galaxy S23” markalı telefon və “Samsung Charger” üçün 1552.3 (bir min beş yüz əlli iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 155.23 (bir yüz əlli beş manat iyirmi üç qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********71265 “Blackview Tab 60 markalı planşet, “Samsung Charger”, İmei kod **********08186 “Samsung Galaxy A05” markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə olmaqla, ümumilikdə 10234.03 manat (on min iki yüz otuz dörd manat üç qəpik) borc, 120.71 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********45841 “Samsung Galaxy S24 Ultra” markalı telefon və “Samsung Charger”, İmei kod **********01113 “İphone 15 Pro Max” markalı telefon, “Play station 5”, İmei kod **********13227 “Samsung Galaxy S23” markalı telefon və “Samsung Charger”, İmei kod **********71265 “Blackview Tab 60 markalı planşet, “Samsung Charger”, İmei kod **********08186 “Samsung Galaxy A05” markalı telefon almış və nəticədə 10234.03 manat (on min iki yüz otuz dörd manat üç qəpik) borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3299.94 (üç min iki yüz doxsan doqquz manat doxsan dörd qəpik) manat (18 ay x 183.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********45841 “Samsung Galaxy S24 Ultra” markalı telefon və “Samsung Charger” üçün ümumilikdə, 3627.25 (üç min altı yüz iyirmi yeddi manat iyirmi beş qəpik) manat olmaqla ondan, 3297.5 (üç min iki yüz doxsan yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 329.75 (üç yüz iyirmi doqquz manat yetmiş qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3855.24 (üç min səkkiz yüz əlli beş manat iyirmi dörd qəpik) manat (12 ay x 216.27 manat + 1260 manat ilkin ödəniş) olan İmei kod **********01113 “İphone 15 Pro Max” markalı telefon üçün ümumilikdə, 2854.76 (iki min səkkiz yüz əlli dörd manat yetmiş altı qəpik) manat olmaqla ondan, 2595.24 (iki min beş yüz doxsan beş manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 259.52 (iki yüz əlli doqquz manat əlli iki qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2058.62 (iki min əlli səkkiz manat altmış iki qəpik) manat (18 ay x 86.59 manat + 500 manat ilkin ödəniş) olan “Play station 5” üçün ümumilikdə, 1714.48 (bir min yeddi yüz on dörd manat qırx səkkiz qəpik) manat olmaqla ondan, 1558.62 (bir min beş yüz əlli səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 155.86 (bir yüz əlli beş manat səksən altı qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1842.88 (bir min səkkiz yüz qırx iki manat səksən səkkiz qəpik) manat (18 ay x 87.66 manat + 265 manat ilkin ödəniş) olan İmei kod **********13227 “Samsung Galaxy S23” markalı telefon və “Samsung Charger” üçün ümumilikdə 1707.53 (bir min yeddi yüz yeddi manat əlli üç qəpik) manat olmaqla ondan, 1552.3 (bir min beş yüz əlli iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 155.23 (bir yüz əlli beş manat iyirmi üç qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 878 (səkkiz yüz yetmiş səkkiz) manat (12 ay x 73 manat + 2 manat ilkin ödəniş) olan İmei kod **********71265 “Blackview Tab 60 markalı planşet, “Samsung Charger”, İmei kod **********08186 “Samsung Galaxy A05” markalı telefon üçün ümumilikdə 330 (üç yüz otuz) manat olmaqla ondan, 300 (üç yüz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2631.02 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsuları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin, ona göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilələr, onların əlavəsi, bildirişləri, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər.

3. İddiaçı MMC tərəfindən “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edilərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 3297.5 (üç min iki yüz doxsan yeddi manat əlli qəpik) manat ödənilməmiş hissə, 329.75 (üç yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2595.24 (iki min beş yüz doxsan beş manat iyirmi dörd qəpik) manat ödənilməmiş hissə, 259.52 (iki yüz əlli doqquz manat əlli iki qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1558.62 (bir min beş yüz əlli səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 155.86 (bir yüz əlli beş manat səksən altı qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1552.3 (bir min beş yüz əlli iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 155.23 (bir yüz əlli beş manat iyirmi üç qəpik) manat cərimə olmaqla, ümumilikdə 9904.03 manat borc, 120.71 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddianı əsas borc hissəsində qəbul etdiyini, 2025-ci ilin fevral ayında 50 manat ödəniş etdiyini bildirib, cərimə borclarının silinməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya olan borcunu hər ay 100 manat olmaqla hissə-hissə ödəmək imkanına malikdir.

6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 02679555 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı İmei kod **********45841 “Samsung Galaxy S24 Ultra” və “Samsung Charger” adlı məhsulları Cavabdeh 3299.99 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

8. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 02679555 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.

9. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 07263116 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı İmei kod **********01113 “İphone 15 Pro Max” adlı məhsulu Cavabdeh 3855.19 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

10. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 07263116 nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “Playstation 5” adlı məhsulu Cavabdeh 2058.58 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

12. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ******* nömrəli müqavilə üzrə məhsulu tam qüsursuz halda təhvil almışdır.

13. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03738621 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı İmei kod **********13227 “Samsung Galaxy S23” və “Samsung Charger” adlı məhsulları Cavabdeh 1842.95 manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

14. Əşyaların xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 03738621 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.

15. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

16. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə cəmi 120,71 manat dövlət rüsumu ödənilmişdir.

17. İddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə birlikdə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3297.5 manat ödənilməmiş məbləğ, 329.75 manat dəbbə olmaqla, cəmi 3627.25 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2595.24 manat ödənilməmiş məbləğ, 259.52 manat dəbbə olmaqla, cəmi 2854.76 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1558.62 manat ödənilməmiş məbləğ, 155.86 manat dəbbə olmaqla, cəmi 1714.48 manat; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1552.3 manat ödənilməmiş məbləğ, 155.23 manat dəbbə olmaqla, cəmi 1707.53 manat, ümumilikdə isə 9904.03 manat məbləğində borcu vardır.

18. Cavabdeh 50 manat ödəniş edilməsi barədə qəbz və 07263116 nömrəli müqavilə üzrə 1260 manat ödəniş edilməsi barədə qəbz təqdim etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, iddiaçı müxtəlif növ məhsulları cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğlərini hissə-hissə müvafiq olaraq 18 ay, 12 ay, 18 ay və 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər tam icra edilməmiş, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya borcu yaranmışdır.

20. Hazırda iddiaçı aralarında olan müqavilələr üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə iddiaçıya müqavilələr üzrə əsas borcunun olmasını etiraf edir, və hesablanmış cərimə borclarının silinməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

21. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı müqavilələr üzrə öhdəliyini icra etsə də, cavabdeh müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq aylıq ödənişləri gecikdirmişdir. Buna görə də cavabdehin hərəkətləri mülki qanunvericiliyin normaları baxımından öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

22. İddia tələbinin “müqavilələr üzrə əsas borcun ödənilməsi” hissəsində əsaslı olmasını, müvafiq sübutlarla (müqavilələr, əlavələr, maliyyə arayışı və s.) təsdiq olunmasını, həmçinin cavabdehin iddianı bu hissədə etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “əsas borc” hissəsində təmin edilməlidir.

23. Məhkəmə iddia tələbinin “dəbbə pulunun ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə müqavilələr üzrə tələb edilən dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək belə nəticəyə gəlir ki: - xx.xx.2024-cü il tarixli 02679555 nömrəli müqavilə üzrə 329.75 manat dəbbənin məbləği 150 manat məbləğinədək; - xx.xx.2024-cü il tarixli 07263116 nömrəli müqavilə üzrə 259.52 manat dəbbənin məbləği 100 manat məbləğinədək; - xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 155.86 manat dəbbənin məbləği 50 manat məbləğinədək; - xx.xx.2024-cü il tarixli, 03738621 nömrəli müqavilə üzrə 155.23 manat dəbbənin məbləği 50 manat məbləğinədək azaldılmalıdır.

24. Cavabdehin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, o, dəbbə pulunun silinməsini tələb etsə də, məhkəmə kreditorun bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun tutulması əsaslıdır. Lakin müqavilələr üzrə tələb edilən cərimə borcları (dəbbə pulu) tənasübsüz surətdə yüksək kimi qiymətləndirildiyinə görə məbləği azaldılmalıdır.

25. Məhkəmə cavabdehin 50 manat ödəniş edilməsi barədə təqdim etdiyi qəbzə münasibətdə qeyd edir ki, qəbzdə ödənişin hazırkı işin materiallarında olan və iddia tələbində göstərilən müqavilələr üzrə ödənilməsi müəyyən edilmir. Əksinə MilliÖn elektron ödəmə sistemi vasitəsi ilə Cavabdeh 50 manat ödənildiyi müəyyən edilir. Odur ki, təqdim edilmiş qəbz hazırkı iş üzrə borcun ödənişinə dair mötəbər sübut kimi qəbul edilə bilməz.

26. Məhkəmə cavabdehin 07263116 nömrəli müqavilə üzrə 1260 manat ödəniş edilməsi barədə təqdim etdiyi qəbzə münasibətdə qeyd edir ki, həmin ödəniş iddia tələbində cavabdeh tərəfindən nəzərə alınmış və iddia tələbində qeyd edilməmişdir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

29. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2024-cü il tarixli, 02679555 nömrəli müqavilə üzrə 3.297,50 (üç min iki yüz doxsan yeddi manat əlli qəpik) manat ödənilməmiş məbləğ, 150 (bir yüz əlli) manat dəbbə; - xx.xx.2024-cü il tarixli, 07263116 nömrəli müqavilə üzrə 2.595,24 (iki min beş yüz doxsan beş manat iyirmi dörd qəpik) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat dəbbə; - xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1.558,62 (bir min beş yüz əlli səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş məbləğ, 50 (əlli) manat dəbbə; - xx.xx.2024-cü il tarixli, 03738621 nömrəli müqavilə üzrə 1.552,30 (bir min beş yüz əlli iki /manat otuz qəpik) manat ödənilməmiş məbləğ, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 9.353,66 (doqquz min üç yüz əlli üç manat altmış altı qəpik) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

30. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 115 (bir yüz on beş) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə:

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 02679555 nömrəli müqavilə üzrə 3.297,50 (üç min iki yüz doxsan yeddi manat əlli qəpik) manat ödənilməmiş məbləğ, 150 (bir yüz əlli) manat dəbbə; xx.xx.2024-cü il tarixli, 07263116 nömrəli müqavilə üzrə 2.595,24 (iki min beş yüz doxsan beş manat iyirmi dörd qəpik) manat ödənilməmiş məbləğ, 100 (bir yüz) manat dəbbə; xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1.558,62 (bir min beş yüz əlli səkkiz manat altmış iki qəpik) manat ödənilməmiş məbləğ, 50 (əlli) manat dəbbə; xx.xx.2024-cü il tarixli, 03738621 nömrəli müqavilə üzrə 1.552,30 (bir min beş yüz əlli iki manat otuz qəpik) manat ödənilməmiş məbləğ, 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 9.353,66 (doqquz min üç yüz əlli üç manat altmış altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 115 (bir yüz on beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar