Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2714/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 19 may 2020-ci il tarixli, 119 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 172.04 (yüz yetmiş iki manat dörd qəpik) manat məbləğində dəbbə pulunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 89,72 (səksən doqquz manat yetmiş iki qəpik) manat məbləğində pulun müştərək qaydada tulularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 119 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı sifariş əsasında ümumi dəyəri və təyinatı müqavilənin tərkib hissəsi olan X1 əks olunan texniki avadanlıqları (malları) dəyəri nağd və ya hissə-hissə ödənilməklə cavabdehə satmağı, cavabdeh isə malları qəbul edib qaimə-fakturalarda əks olunan qiyməti iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almış, yoxlayaraq qəbul etmişdir. Həmin tarixdə müqaviləyə əlavə olaraq imzalanmış ödəniş cədvəlinə əsasən, cavabdeh 10000 manat ilkin ödəniş, 15 ay müddətinə hər ay 1000, ümumilikdə 25000 manat ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən bu günədək müqavilə üzrə ödənilməli məbləğdən yalnız 18200 manat ödənilmiş, cavabdehin iddiaçıya 6800 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh öhdəliyinin icrasından yayınmış, satın aldığı malların əvəzini ödəməmişdir. Bundan əlavə, zamin Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 19 may 2019-cu il tarixli zaminlik müqaviləsinə görə zamin iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin öhdəliklərinin yerinə yetirilməsinə görə sonuncu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, satın aldığı malların dəyərini tam olaraq iddiaçıya ödəməmiş, nəticədə iddiaçı qarşısında 6800 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş, son ödəniş tarixindən indiyədək bir təqvim ilinə yaxın müddət keçmiş, öhdəliyin icrası həmin müddətə gecikdirilmişdir. Onu da nəzərə almaq lazımdır ki, cavabdehin müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərin icra edilməsi üçün zamin iddiaçı qarşısında öhdəlik götürmüşdür. Belə olan halda, müqavilə üzrə icra edilməmiş öhdəlik – 6800 manat, öhdəliyin icra edilmədiyi müddət – xx.xx.2022xx.xx.2023-ci il (253 gün) hər gecikdirilmiş gün üçün 0,01% olmaqla, 172.04 manat (6800 x 0,01% x 253) cərimə, ümumilikdə 6972.04 manat məbləğ və ödənilmiş dövlət rüsumu cavabdeh və zamindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsi məhkəməyə verilənədək (xx.xx.2023-cü il) cavabdeh qismində cəlb edilən Cavabdeh2 öldüyü (xx.xx.2023-cü il) məhkəmə tərəfindən müəyyən edildiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2714/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinin “Cavabdeh2 qarşı “pul” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məlumat təqdim edərək, üzrlü səbəbdən xx.xx.2023-cü il tarixinə təyin olunmuş iclasda iştirak edə bilməyəcəyini, işə iddiaçının iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2020-ci il tarixli ilkin razılaşma protokolundan görünür ki, müştəri Cavabdeh2 və zamin Cavabdeh1 ilə İddiaçı arasında ümumi dəyəri 25000 AZN olan “Honkon 808 kk” adlı avadanlığın kreditlə - 10000 manat ilkin ödəniş, 1000 manat aylıq ödəniş edilməklə 15 ay müddətinə satılması barədə ilkin razılıq əldə olunmuşdur. xx.xx.2020-ci il tarixli 119 saylı alqı-satqı haqqında müqavilədən və ödəniş cədvəlindən görünür ki, satıcı İddiaçı MMC sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcı Cavabdeh2 satmağı, Cavabdeh2 isə malı qəbul edib və qaimə-fakturalarda əks olunan qiymətini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Malın ümumi dəyəri 25000 manat təşkil etmiş, tərəflər 10000 manat ilkin ödəniş və 15 ay müddətinə hər ay 1000 manat məbləğində ödəniş edilməsi barədə razılığa gəlmişlər. Cədvələ görə sonuncu ödəniş tarixi xx.xx.2021-ci ildir. xx.xx.2020-ci il tarixli 119 saylı alqı-satqı müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, 1 ədəd “Honkon 808 kk” adlı avadanlıq digər əlavələrlə birlikdə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh2 təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 firma İddiaçı MMC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 119 saylı alqı-satqı müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqaviləyə görə borclu öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə zamin firma qarşısında borclunun öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvercilikdə və ya bu müqavilədə və ya ona əlavədə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin borclu ilə birgə məsuliyyət daşıyırlar. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 89.72 (səksən doqquz manat yetmiş iki qəpik) manat rüsum ödənilmişdir. Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli X-2784 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixində ölümü ilə əlaqədar 32 saylı notariat ofisində vərəsəlik işi açılmış, ondan qalan miras əmlak vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdeh1 tərəfindən qəbul edilmiş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Açılmış vərəsəlik işi ilə bağlı sənədlərin surəti məktuba əlavə edilmişdir. Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli X-2784 nömrəli cavab məktubuna əlavə edilmiş: Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında AZ-İİ seriyalı 343972 saylı şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 588 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki: - Cavabdeh1 xx.xx.2023-cü ildə ölmüş anası Cavabdeh2 miras qalmış əmlakı qəbul etdiyini bildirərək, əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş; - Bozkurt Oguz xx.xx.2023-cü ildə ölmüş arvadı Cavabdeh2 irs qalmış mirasın ona çatası hissəsindən imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən Cavabdeh2 (FİN: xxxxxxx, AZE ********) vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023cü il tarixli cavab məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində Cavabdeh2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı haqqında 119 nömrəli müqavilə bağlanmış, müqavilə və ona əlavələrə əsasən ümumi dəyəri 25000 manat olan “Honkon 808 kk” adlı avadanlıq iddiaçı tərəfindən Cavabdeh2 satılmış, Cavabdeh2 10000 manat məbləğində ilkin ödəniş etmiş, qalan 15000 manat məbləğində pulu isə hər ay 1000 manat olmaqla, 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılığı ilə tərtib edilərək müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə Cavabdeh2 tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci ildə edilməli idi. Cavabdeh1 isə Cavabdeh2 öhdəliyinin icrasını öz zaminliyi ilə təmin etmiş və onunla iddiaçı arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, müqavilədə onun Cavabdeh2 ilə birgə məsuliyyət daşıması qeyd edilmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bundan sonra – xx.xx.2023-cü ildə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin müqavilə üzrə ödənilməmiş 6800 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 172.04 manat məbləğində dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun müştərək qaydada tulularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı Cavabdeh2 iddia ərizəsi məhkəməyə verilənədək ölməsi müəyyən edilmiş, buna görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2714/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “Cavabdeh2 qarşı “pul” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmış, qərardad qanuni qüvvəsini almışdır. Hazırda baxılan tələb “Cavabdeh1 həmin müqavilə üzrə ödənilməmiş 6800 manat məbləğində pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 172.04 manat məbləğində dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun tulularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi” məzmunundadır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, kreditorla borclu arasında bağlanmış müqavilə üzrə ödəniş cədvəli ilə müəyyən edilir ki, sonuncu ödəniş xx.xx.2021-ci ildə edilməli imiş. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı zamin Cavabdeh1 qarşı xx.xx.2022-ci ilədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, yəni əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddia təmin edilməməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, bu müddətin tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0, 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2714/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadında Cavabdeh2 vərəsələri müəyyən edildiyi təqdirdə, iddiaçı tərəfin Cavabdeh2 qarşı olan hazırki tələbini onun vərəsələrinə qarşı irəli sürməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olması iddiaçı tərəfin diqqətinə çatdırılmışdır. Bununla əlaqədar məhkəmə vurğulamağı zəruri hesab edir ki, məhkəmə araşdırmaları nəticəsində Cavabdeh1 xx.xx.2023-cü ildə ölmüş anası Cavabdeh2 miras qalmış əmlakı qəbul etdiyini bildirərək, əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etməsi, Bozkurt Oguzun isə mirasın ona çatası hissəsindən imtina etməsi müəyyən edilmişdir. Bununla da hazırki cavabdeh iddiaçı ilə olan qarşılıqlı mülki münasibətlərdə 2 statusda olmuş olur:
1. zamin;
2. vərəsə. Zamin kimi həmin cavabdehə qarşı iddia tələbinin təmin edilməməsinin əsasları artıq yuxarıda göstərilmişdir. Bununla yanaşı məhkəmə iddiaçı tərəfin diqqətinə onu da çatdırır ki, iddiaçının eyni cavabdehə qarşı eyni tələblə lakin başqa əsasla (vərəsə qismində) məhkəməyə müraciət etmək hüququ var. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova