Məhkəmə qərarları › İş №e-2(006)-2715/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2715/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2715/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Hoffmann SAAC kondisioner üçün 877,15 (səkkiz yüz yetmiş yeddi manat, on beş qəpik) manat ödənilməmiş hissə, 87,85 (səksən yeddi manat səksən beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Panasonic markalı ev telefonu üçün 50,4 (əlli manat, qırx qəpik) manat ödənilməmiş hissə, 5,6 (beş manat, altmış qəpik) manat cərimə, ümumilikdə 1021 (bir min iyirmi bir) manat borc, 30,21 (otuz manat, iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Hoffmann SAAC kondisioner və Panasonic markalı ev telefonu almış və nəticədə 1021 (bir min iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2394 manat (18 ay x 133 manat + 0 manat ilkin ödəniş) Hoffmann SAAC kondisioner komputer üçün ümumilikdə 965 (doqquz yüz altmış beş) manat olmaqla 877,15 (səkkiz yüz yetmiş yeddi manat, on beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 87,85 (səksən yeddi manat, səksən beş qəpik) manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 182,04 (yüz səksən iki manat, dörd qəpik) manat (12 ay x 15.17 manat + 0 manat ilkin ödəniş) PANASONİC markalı ev telefonu üçün ümumilikdə, 56 (əlli altı) manat olmaqla ondan, 50,4 (əlli manat, qırx qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5,6 (beş manat, altmış qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1648,49 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, 03912539 saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 2394 manat təşkil edən Hoffmann SAAC markalı kondisioneri 0 manat ilkin ödənişlə, 18 ay müddətinə, hər ay 133 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə, həmin müqaviləyə əlavə edilmiş təhviltəslim aktından görünür ki, "xxxx" MMC ümumi dəyəri 182.04 manat təşkil edən Panasonic markalı ev telefonunu 0 manat ilkin ödənişlə, 12 ay müddətinə, hər ay 15,17 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 877,15 manat əsas, 87,85 manat cərimə, cəmi 965 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 50,4 manat əsas, 5,6 manat cərimə, cəmi 56 manat, ümumilikdə 1021 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30,21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03912539 saylı əşyanın alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı 0 manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 18 ay müddətinə aylıq 133 manat ödəniş etməyi, xx.xx.2022-ci il tarixli, ******* saylı əşyanın alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı 0 manat ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və müqavilə üzrə 12 ay müddətinə aylıq 15,17 manat ödəniş etməyi və bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir.İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyaları qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə Hoffmann SAAC kondisioner üçün 877,15 (səkkiz yüz yetmiş yeddi manat, on beş qəpik) manat ödənilməmiş hissə, 87,85 (səksən yeddi manat səksən beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Panasonic markalı ev telefonu üçün 50,4 (əlli manat, qırx qəpik) manat ödənilməmiş hissə, 5,6 (beş manat, altmış qəpik) manat cərimə, ümumilikdə 1021(bir min iyirmi bir) manat borc, 30,21 (otuz manat, iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 877,15 (səkkiz yüz yetmiş yeddi manat, on beş qəpik) manat ödənilməmiş hissə, 87,85 (səksən yeddi manat, səksən beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 50,4 (əlli manat, qırx qəpik) manat ödənilməmiş hissə, 5,6 (beş manat, altmış qəpik) manat cərimə, ümumilikdə 1021 (bir min iyirmi bir) manat borc, 30,21 (otuz manat, iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar