Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2739/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi üzrə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ACER komputer, HP CLASSİK BRİEFCASE üçün 418.9 (dörd yüz on səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 41.1 (qırx bir manat on qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ÜTÜ HOFFMANN, HOFFMANN kondisioner üçün 36.6 (otuz altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 3.4 (üç manat qırx qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********61939 REALME C11 markalı telefon üçün 18 (on səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, MSİ komputer üçün 2146.7 (iki min yüz qırx altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 214.3 (iki yüz on dörd manat otuz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, imei kodu **********50167 SAMSUNG GALAXY A02S markalı telefon üçün 335.7 (üç yüz otuz beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 33.3 (otuz üç manat otuz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, KRAKEN qulaqlıq üçün 304 (üç yüz dörd) manat olmaqla ondan 276.48 (iki yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 27.52 (iyirmi yeddi manat əlli iki qəpik) manat cərimə ümumilikdə 3552 manat borc və 55.52 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, ACER komputer, HP CLASSİK BRİEFCASE, ÜTÜ HOFFMANN, HOFFMANN kondisioner, İmei kodu **********61939 REALME C11 markalı telefon, MSİ komputer, imei kodu **********50167 SAMSUNG GALAXY A02S markalı telefon, KRAKEN qulaqlıq almış və nəticədə 3552 (üç min beş yüz əlli iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1460.4 (bir min dörd yüz altmış maat qırx qəpik) manat (24 ay x 60.6 manat + 6 manat ilkin ödəniş) olan ACER komputer, HP CLASSİK BRİEFCASE üçün 460 (dörd yüz altmış) manat olmaqla ondan, 418.9 (dörd yüz on səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 41.1 (qırx bir manat on qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 862.2 (səkkiz yüz altmış iki manat iyirmi qəpik) manat (18 ay x 47.9 manat + 0 manat ilkin ödəniş) ÜTÜ HOFFMANN, HOFFMANN kondisioneüçrün 40 (qırx) manat olmaqla ondan 36.6 (otuz altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 3.4 (üç manat qırx qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) (15 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********61939 REALME C11 markalı telefon üçün 18 (on səkkiz) manat olmaqla ondan 18 (on səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3724.8 (üç min yeddi yüz iyirmi dörd manat səksən qəpik) manat (24 ay x 142.7 manat + 300 manat ilkin ödəniş) olan MSİ komputer üçün 2361 (iki min üç yüz altmış bir ) manat olmaqla ondan 2146.7 (iki min yüz qırx altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 214.3 (iki yüz on dörd manat otuz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 714.4 (yeddi yüz on dörd manat qırx qəpik) manat (12 ay x 56.7 manat + 34 manat ilkin ödəniş) olan imei kodu **********50167 SAMSUNG GALAXY A02S markalı telefon üçün 369 (üç yüz altmış doqquz) manat olmaqla ondan 335.7 (üç yüz otuz beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 33.3 (otuz üç manat otuz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 304 (üç yüz dörd) manat (18 ay x 18.44 manat + 0 manat ilkin ödəniş) olan KRAKEN qulaqlıq üçün 304 (üç yüz dörd) manat olmaqla ondan 276.48 (iki yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 27.52 (iyirmi yeddi manat əlli iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4221.34 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 1460.4 (bir min dörd yüz altmış maat qırx qəpik) manat (24 ay x 60.6 manat + 6 manat ilkin ödəniş) olan ACER komputer, HP CLASSİK BRİEFCASE üçün 460 (dörd yüz altmış) manat olmaqla ondan, 418.9 (dörd yüz on səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 41.1 (qırx bir manat on qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 862.2 (səkkiz yüz altmış iki manat iyirmi qəpik) manat (18 ay x 47.9 manat + 0 manat ilkin ödəniş) ÜTÜ HOFFMANN, HOFFMANN kondisioner üçün 40 (qırx) manat olmaqla ondan 36.6 (otuz altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 3.4 (üç manat qırx qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 360 (üç yüz altmış) (15 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********61939 REALME C11 markalı telefon üçün 18 (on səkkiz) manat olmaqla ondan 18 (on səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 3724.8 (üç min yeddi yüz iyirmi dörd manat səksən qəpik) manat (24 ay x 142.7 manat + 300 manat ilkin ödəniş) olan MSİ komputer üçün 2361 (iki min üç yüz altmış bir ) manat olmaqla ondan 2146.7 (iki min yüz qırx altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 214.3 (iki yüz on dörd manat otuz qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 714.4 (yeddi yüz on dörd manat qırx qəpik) manat (12 ay x 56.7 manat + 34 manat ilkin ödəniş) olan imei kodu **********50167 SAMSUNG GALAXY A02S markalı telefon üçün 369 (üç yüz altmış doqquz) manat olmaqla ondan 335.7 (üç yüz otuz beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 33.3 (otuz üç manat otuz qəpik) manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin əlavəsindən görünür ki,alqı-satqı qiyməti 304 (üç yüz dörd) manat (18 ay x 18.44 manat + 0 manat ilkin ödəniş) olan KRAKEN qulaqlıq üçün 304 (üç yüz dörd) manat olmaqla ondan 276.48 (iki yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 27.52 (iyirmi yeddi manat əlli iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, ACER komputer, HP CLASSİK BRİEFCASE-in aylıq ödənişi 60.6 manat, ÜTÜ HOFFMANN, HOFFMANN kondisioner-in aylıq ödənişi 47.9 manat, İmei kodu **********61939 REALME C11 markalı telefonun aylıq ödənişi 24 manat, MSİ komputerin aylıq ödənişi 142.7 manat, SAMSUNG GALAXY A02S markalı telefonun aylıq ödənişi 56.7 manat, KRAKEN qulaqlıq-ın aylıq ödənişi 18.44 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alğı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 55.52 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 (otuz) manat+1000 manatdan yuxarı iddia qiymətinin 1%-ni təşkil edir. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 55.52 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ACER komputer, HP CLASSİK BRİEFCASE üçün 418.9 (dörd yüz on səkkiz manat doxsan qəpik) manat ödənilməmiş hissə, 41.1 (qırx bir manat on qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, ÜTÜ HOFFMANN, HOFFMANN kondisioner üçün 36.6 (otuz altı manat altmış qəpik) manat ödənilməmiş hissə, 3.4 (üç manat qırx qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********61939 REALME C11 markalı telefonüçün 18 (on səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, MSİ komputer üçün 2146.7 (iki min yüz qırx altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 214.3 (iki yüz on dörd manat otuz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, imei kodu **********50167 SAMSUNG GALAXY A02S markalı telefon üçün 335.7 (üç yüz otuz beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 33.3 (otuz üç manat otuz qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, KRAKEN qulaqlıq üçün 304 (üç yüz dörd) manat olmaqla ondan 276.48 (iki yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 27.52 (iyirmi yeddi manat əlli iki qəpik) manat cərimə; Ümumilikdə, 3552 (üç min beş yüz əlli iki) manat borc və 55.52 (əlli beş manat əlli iki qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2739/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2739/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver