Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2778/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, cavabdeh «X1», «Headset Qulaqlıq», İMEİ kodu **********05513 olan «Realme C3» markalı telefon, İMEİ kodu **********18142 olan «Samsung Galaxy A51» markalı telefon almış və nəticədə 1076 (min yetmiş altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 80,40 (səksən manat qırx qəpik) manat (12 ay x 6,7 manat + 0 manat ilkin ödəniş) olan «X1», «Headset Qulaqlıq» üçün ümumilikdə 73 (yetmiş üç) manat olmaqla ondan, 67 (altmış yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 367,2 (üç yüz altmış yeddi manat, iyirmi qəpik) manat (12 ay x 30,6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********05513 olan «Realme C3» markalı telefon üçün ümumilikdə 243 (iki yüz qırx üç) manat olmaqla ondan, 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 884,60 (səkkiz yüz səksən dörd manat, altmış qəpik) manat (18 ay x 43,2 manat + 107 manat ilkin ödəniş) olan İMEİ kodu **********18142 olan «Samsung Galaxy A51» markalı telefon üçün ümumilikdə 760 (yeddi yüz altmış) manat olmaqla ondan, 691 (altı yüz doxsan bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69 (altmış doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 353,2 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 22242172 saylı, xx.xx.2020-ci il tarixli 22083484 saylı və xx.xx.2021-ci il tarixli 22242042 saylı müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu cavabdehə rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilələr ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixli 22242172 saylı müqaviləyə əsasən «X1», «Headset Qulaqlıq» üçün 67 (altmış yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə, xx.xx.2020-ci il tarixli 22083484 saylı müqaviləyə əsasən İMEİ kodu **********05513 olan «Realme C3» markalı telefon üçün 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə, xx.xx.2021-ci il tarixli 22242042 saylı müqaviləyə əsasən İMEİ kodu **********18142 olan «Samsung Galaxy A51» markalı telefon üçün 691 (altı yüz doxsan bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69 (altmış doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 1076 manat borc və 30,76 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1106,76 manat Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22242172 saylı müqavilədən və ona əlavədən görünür ki, "xxxx" MMC «X1» və «Headset Qulaqlığ»ı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22083484 saylı müqavilədən və ona əlavədən görünür ki, "xxxx" MMC İMEİ kodu **********05513 olan «Realme C3» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22242042 saylı müqavilədən və ona əlavədən görünür ki, "xxxx" İMEİ kodu **********18142 olan «Samsung Galaxy A51» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən təqdim edilən təhvil-təslim aktlarından görünür ki, «X1» və «Headset Qulaqlıq», İMEİ kodu **********05513 olan «Realme C3» markalı telefon, İMEİ kodu **********18142 olan «Samsung Galaxy A51» markalı telefon "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 22242172 saylı müqavilə üzrə 67 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu olmaqla, cəmi 73 manat; xx.xx.2020-ci il tarixli 22083484 saylı müqavilə üzrə 221 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 manat cərimə, cəmi 243 manat; xx.xx.2021-ci il tarixli 22242042 saylı müqaviləyə əsasən 691 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69 manat cərimə, cəmi 760 manat, ümumilikdə 1076 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 30,76 (otuz manat, yetmiş altı qəpik) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22242172 saylı, xx.xx.2020-ci il tarixli 22083484 saylı və xx.xx.2021ci il tarixli 22242042 saylı müqavilələrə əsasən "xxxx" MMC «X1» və Headset Qulaqlığ»ı,İMEİ kodu **********05513 olan «Realme C3» markalı telefonu, İMEİ kodu **********18142 olan «Samsung Galaxy A51» markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə müvafiq olaraq 12 ay və 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 22242172 saylı müqavilə üzrə 67 manat ödənilməmiş hissə, 6 manat cərimə, cəmi 73 manat, xx.xx.2020-ci il tarixli 22083484 saylı müqavilə üzrə 221 manat ödənilməmiş hissə, 22 manat cərimə, cəmi 243 manat, xx.xx.2021-ci il tarixli 22242042 saylı müqavilə üzrə 691 manat ödənilməmiş hissə, 69 manat cərimə, cəmi 760 manat; ümumilikdə 1076 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin tələbi müqavilələrə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2021-ci il tarixli 22242172 saylı müqavilə üzrə 6 manat, xx.xx.2020-ci il tarixli 22083484 saylı müqavilə üzrə 22 manat və xx.xx.2021-ci il tarixli 22242042 saylı müqavilə üzrə 69 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 3 manat, 11 manat və 35 manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2021-ci il tarixli 22242172 saylı müqavilə üzrə 67 manat ödənilməmiş məbləğ, 3 manat cərimə borcu; - xx.xx.2020-ci il tarixli 22083484 saylı müqavilə üzrə 221 manat ödənilməmiş məbləğ, 11 manat cərimə borcu; - xx.xx.2021-ci il tarixli 22242042 saylı müqavilə üzrə 691 manat ödənilməmiş məbləğ, 35 manat cərimə borcu olmaqla, cəmi 1028 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30,76 manat dövlət rüsumunun 29,20 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 1,56 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22242172 saylı müqavilə üzrə 67 manat ödənilməmiş məbləğ, 3 manat cərimə borcu; xx.xx.2020-ci il tarixli 22083484 saylı müqavilə üzrə 221 manat ödənilməmiş məbləğ, 11 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli 22242042 saylı müqavilə üzrə 691 manat ödənilməmiş məbləğ, 35 manat cərimə borcu olmaqla, cəmi 1028 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Ödənilmiş 30,76 manat dövlət rüsumunun 29,20 manat hissəsi Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan 1,56 manat hissəsi isə iddiaçı "xxxx" MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2778/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2778/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver