Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-278/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 930 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 960 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Opel Zafira” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il noyabrın 08-də Cavabdeh idarə etdiyi “Opel Zafira” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomobillə X3 idarə etdiyi “Seat İbiza” markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Yasamal DYPŞ tərəfindən xx.xx.2020-ci il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Yasamal DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 1454 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Seat İbiza” markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomobilə 930 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 930 manat məbləği zərərçəkmiş şəxs X4 ödəmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, iddianı müdafiə etdiyini, mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, 300 manat ödəməyə imkanı çatdığını, artığını ödəyə bilməyəcəyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan AD seriyalı 424272 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Zafira” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur. Mülki işin materiallarında olan AD seriyalı 970611 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Seat İbiza” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X1 Səfər Bağban oğluna “Seat İbiza” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini vermişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədədir. Mülki işin materiallarında olan Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 20:26 radələrində A.M.Şərifzadə küçəsində “Opel Zafira” markalı, **-RF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş 1454 saylı qiymətləndirmə aktından görünür ki, “Seat İbiza” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir məbləği qiymətləndirmə aktı üzrə yekun olaraq 930 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Opel Zafira” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixli müqavilə üzrə sığorta edilmiş, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci ildir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin PXA73403 saylı sığorta aktından müəyyən edilir ki, Yasamal rayonu, Şərifzadə küçəsində xx.xx.2020-ci il tarixdə saat 20:30-da sığortalanmış “Opel Zafira” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Seat İbiza” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Sığorta predmetinə dəymiş zərərin məbləği "xxxx" MMC tərəfindən verilmiş akta əsasən 930,00 (doqquz yüz otuz) manatdır. 930,00 manat məbləğində sığorta ödənişi X3 hesabına köçürülmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişini almaq üçün plastik kart (İBAN nömrəsi: AZ64HAJC********************) X4 təhvil verilmişdir. Mülki işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Yasamal, Şərifzadə ünvanında xx.xx.2020-ci il tarixdə saat 20:30-da nəqliyyat vasitələrinin toqquşması baş vermişdir. Hadisənin baş verməsində təqsirli “Opel Zafira” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh (avtomobilin sahibi Cavabdeh özüdür), zərəçəkmiş şəxs isə “Seat İbiza” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs X6r (mülkiyyətçi – X2r). Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli cari hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə AZ64HAJC******************** hesab nömrəsinə PXA73403 təyinatı üzrə "xxxx" ASC tərəfindən 930 (doqquz yüz otuz) manat pul köçürülmüşdür. Mülki işin materiallarında olan Cavabdeh Yasamal RPİ-də yazdığı izahatdan görünür ki, o, xx.xx.2020-ci il tarixdə saat 20:26 radələrində Şərifzadə küçəsində öz maşını ilə İnşaatçılar metrosu istiqamətində hərəkət edərkən ondan öndə olan “Seat İbiza” markalı 90NT073 dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsinə toxunmuşdur. Səhhətində yaranmış narahatçılıq səbəbindən oradan uzaqlaşmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/01-884 nömrəli bildirişdən görünür ki, Cavabdeh dəymiş zərərin subroqasiya qaydasında ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/7779 №-li Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, “Seat İbiza” markalı **- NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 725.0 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə olunan iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “Opel Zafira” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Seat İbiza” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, yol nəqliyyat hadisəsində cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən 930 (bir min altı yüz) manat sığorta ödənişi zərərçəkən X4 edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Seat İbiza” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 930 (doqquz yüz otuz) manat məbləğində ziyan sığortaçı tərəfindən ödənildiyindən və sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 930 (doqquz yüz) manat məbləğində dəymiş zərərin subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddiaçının tələb olunan 930 (doqquz yüz otuz) manat məbləğin şişirdildiyini hesab etdiyini, buna görə də ekspertiza təyin edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün məhkəmə-avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspert rəyinə görə “Seat İbiza” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 725 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə, ekspert rəyinin obyektiv həqiqətin müəyyən olunmasında əsaslı və mötəbər sübut olduğunu qeyd etməklə, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin onun Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* №-li, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola, eləcə də həmin protokol əsasında çıxarılmış TP ******* №-li, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və hadisə yerindən yayındığından, həmin zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Cavabdeh 725 (yeddi yüz iyirmi beş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 23 (iyirmi üç) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməli, qalan 7 (yeddi) manat hissəsi isə iddiaçı "xxxx" ASC-yə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun 39 (otuz doqquz) manat hissəsi Cavabdeh, qalan 11 (on bir) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 725 (yeddi yüz iyirmi beş) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 23 (iyirmi üç) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülsün, qalan 7 (yeddi) manat hissəsi isə iddiaçı "xxxx" ASC-yə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun 39 (otuz doqquz) manat hissəsi Cavabdeh, qalan 11 (on bir) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-278/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-278/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver