Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2781/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ECK4718758 saylı müqavilə üzrə 150 manat əsas borc, 45 manat faiz borcu, ECK514653 saylı müqavilə üzrə 640 manat əsas borc, 191 manat faiz borcu və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 1057 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ********** №li VÖEN əsasında fəaliyyət göstərən, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərində alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2017-cu il tarixli ECK4718758 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 719 manat olan 1 ədəd “Acer” markalı noutbook almış, ilkin ödəniş olaraq 119 manat ödəniş etmiş, nəticədə 600 manat borc yaranmışdır. xx.xx.2018-ci il tarixli ECK514653 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 842 manat olan 1 ədəd “Samsung Galaxy A5” markalı telefon almış, ilkin ödəniş olaraq 50 manat ödəniş etmiş, nəticədə 792 manat borc yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli ECK4718758 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 50 manat və xx.xx.2018-ci il tarixli ECK514653 saylı müqavilə üzrə sonucu dəfə xx.xx.2019-cu il tarixdə 20 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, o, müqavilənin şərtlərini pozmuş və alqı-atqı qiyməti ECK4718758 saylı müqavilə üzrə ümumi 719 manat olan 1 ədəd “Acer” markalı noutbook üçün ümumilikdə 150 manat ödənilməmiş hissə, 45 manat faiz borcu yaranmış və alqısatqı qiyməti ECK514653 saylı müqavilə üzrə ümumi 842 manat olan 1 ədəd “Samsung Galaxy A5” markalı telefon üçün ümumilikdə 640 manat ödənilməmiş hissə, 191 manat faiz borcu yaranmışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən ödənilməmiş hissəsi, “Alıcı” tərəfindən və ya “Alıcı”nın müvəkkil etdiyi şəxs tərəfindən birmənalı şəkildə “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun həyata keçirilir. “Alıcı”, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində “Satıcı”nın xeyrinə gecikmə faizi ödəyir. Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, səhhətində olan problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi bildirilərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli 514653 saylı nisyə alqı-satqı müqavilələri bağlanmış və cavabdehə dəyəri müqavilədə qeyd olunan əşya (əşyalar) verilmişdir. Cavabdeh qeyd olunan əşyanın (əşyaların) dəyərini müqavilə şərtlərinə uyğun olaraq hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 30 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə 150 manat əsas borc, 45 manat faiz borcu və xx.xx.2018-ci il tarixli 514653 saylı alqı-satqı müqaviləsi üzrə 640 manat əsas, 191 manat fazi borcu olmaqla, cəmi 1026 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşya (əşyalar) almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə 1026 manat (əsas və faiz) borc məbləği yaranmışdır. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 150 manat əsas borc, 45 manat faiz borcu, xx.xx.2018-ci il tarixli, 514653 saylı alqı-satqı müqaviləsi üzrə 640 manat əsas, 191 manat fazi borcu olmaqla, cəmi 1026 manat və ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 150 manat əsas borc, 45 manat faiz borcu, xx.xx.2018-ci il tarixli, 514653 saylı alqı-satqı müqaviləsi üzrə 640 manat əsas, 191 manat fazi borcu olmaqla, cəmi 1026 manat və ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2781/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2781/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver