Məhkəmə qərarları › İş №e-2(006)-2781/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2781/2023

06.06.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2781/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi LPO Ərizəçi1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi LPO Ərizəçi1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi və s.” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi LPO Ərizəçi1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanan MŞQ-MT-2023-00223 saylı barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, LPO Ərizəçi1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (birinci tərəf) Maraqlı şəxs2 və Maraqlı şəxs1 (ikinci tərəf) arasında xx.xx.2023-cü il tarixində MŞQ-MT-2023-00223 saylı Barışıq sazişi imzalanmışdır (mediator MT- 0036 X1). Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs2 və Maraqlı şəxs1 LPO Ərizəçi1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında xx.xx.2013-cü il tarixli 1554/1 saylı kredit müqaviləsi üzrə 22.190,74 (iyirmi iki min bir yüz doxsan manat, 74 qəpik) manat əsas borcun, 4.334,56 (dörd min üç yüz otuz dörd manat, 56 qəpik) manat faiz borcunun, 8.063,44 (səkkiz min altmış üç manat 44 qəpik) manat cərimə borcu olmaqla, cəmi 34.588,75 (otuz dörd min beş yüz səksən səkkiz manat, 75 qəpik) manat ödənilməmiş borcun olduğunu təsdiq etmişlər. Bu sazişin 1.1-ci bəndində qeyd olunan borc məbləğinin təminatı kimi xx.xx.2013-cü il tarixli, 1554 saylı ipoteka müqaviləsin 1 saylı əlavəsinə Maraqlı şəxs2 məxsus olan, Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0,05 ha torpaq sahəsində yerləşən, 84 kv.m. yardımçı sahədən, 35 kv.m. yaşayış sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İkinci tərəf barışıq sazişinin 1.3-cü bəndinə əsasən 22.190,74 (iyirmi iki min bir yüz doxsan manat, 74 qəpik) manat qalıq əsas borcu xx.xx.2023-cü il tarixə qədər hər ay 617 (altı yüz on yeddi) manat məbləğində ödənilməsini öz üzərinə götürmüşdür. Həmin barışıq sazişinin 1.3-cü bəndində qeyd edilən öhdəlik lazımi qaydada icra edilmədikdə 34.588,75 (otuz dörd min beş yüz səksən səkkiz manat, 75 qəpik) manat borcun ondan tutulmasını təsdiq edir, tutmanın Maraqlı şəxs2 məxsus olan Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0,05 ha torpaq sahəsində yerləşən, 84 kv.m. yardımçı sahədən, 35 kv.m. yaşayış sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı yaşayış evinə yönəlməsi və əmlakın açıq hərracda satılması, əldə olunan pul vəsaitinin birinci tərəfə ödənilməsi barədə razılıq əldə edilmişdir. Sazişə əsasən ipoteka predmetinə tutma yönəldikdən sonra ipoteka qoyan həmin ünvanda yaşayanlarla birlikdə könüllü olaraq əmlakı boşaldılması öhdəliyini öz üzərinə götürmüşdür. Maraqlı şəxs2 və Maraqlı şəxs1 Balabəy qızı LPO Ərizəçi1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə xx.xx.2023-cü il tarixdə imzaladığı MŞQ-MT-2023-00223 saylı barışıq sazişinin 1.3-cü bəndinin şərtini pozaraq bu günə qədər banka heç bir ödəniş etməmişlər. Təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, Maraqlı şəxs2 və Maraqlı şəxs1 Balabəy qızı 2023-cü ildə ümumiyyətlə heç bir ödəniş həyata keçirməmişlər. Məhkəmə iclasında ərizəçi LPO Ərizəçi1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 barışıq sazişinin məzmunu ilə tanış olduğunu və barışıq sazişinə etirazının olmadığını bildirdi. Ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək, səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini qeyd etmiş, onun iştirakı olmadan evin satışına icazə verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və barışıq sazişini araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş xx.xx.2013-cü il tarixli 1554/1 nömrəli kredit müqaviləsindən görünür ki, Ərizəçi1 ASC fərdi ev təmiri üçün Maraqlı şəxs2 illik 22 % ödəmək şərtilə 24 ay müddətinə 25000 manat məbləğində kredit vermişdir. Ərizəyə əlavə edilmiş 1554 saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 1 saylı əlavədən görünür ki, ipoteka saxlayan Ərizəçi1 ASC ilə borcalan (və ipoteka qoyan) Maraqlı şəxs2 arasında Quba şəhərində bağlanmış xx.xx.2013-cü il tarixli, 2000 saylı kredit müqaviləsinə əsasən, Ərizəçi1 ASC borcalana 24 ay müddətinə illik 22 % olmaqla 25000 manat kredit verir. Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi Maraqlı şəxs2 DƏDRX Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35 kv.m. yaşayış, 84 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. Ərizəyə əlavə edilmiş AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Maraqlı şəxs2 məxsus olan Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0,05 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Ərizəçi1 ASC-nin Quba filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2013-cü il tarixli 1554-1 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə üzrə zamin Maraqlı şəxs1 özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1554 saylı kredit müqaviləsi üzrə Maraqlı şəxs1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞQ-MT-2023-00223 saylı barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:

1. İkinci tərəf (Maraqlı şəxs2 və Maraqlı şəxs1) Birinci tərəf (LPO Ərizəçi1 ASC) qarşısında xx.xx.2013-cü il tarixli 1554/1 saylı kredit müqaviləsi üzrə 22190.75 (iyirmi iki min yüz doxsan manat yetmiş beş qəpik) AZN əsas borc, 4334.56 (dörd min üç yüz otuz dörd manat əlli altı qəpik) AZN faiz borcu, 8063.44 (səkkiz min altmış üç manat qırx dörd qəpik) AZN cərimə borcu olmaqla, ümumilikdə 34588.75 (otuz dörd min beş yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat icra edilməmiş borc öhdəliyinin olduğunu təsdiq edir. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən öhdəliyin təminatı aşağıda qeyd edilən əmlakların olduğunu Tərəflər təsdiq edir: 1.2.1. xx.xx.2013-cü il tarixli 1554 saylı ipoteka müqaviləsinə 1 saylı Əlavə əsasında girov qoyulmuş, Maraqlı şəxs2 məxsus Quba şəhəri, Dəvədabanı yaşayış massivi ünvanında olan 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 84.0 kv.m yardımçı sahədən, 35.0 kv.m yaşayış sahəsindən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi. 1.3. İkinci tərəf (Maraqlı şəxs2 və Maraqlı şəxs1) 22190.75 (iyirmi iki min yüz doxsan manat yetmiş beş qəpik) manat məbləğində borcu xx.xx.2026cı il tarixinədək hər ay 617 (altı yüz on yeddi) manat ödənilməsi öhdəliyini öz üzərinə götürür. 1.4. Bu Sazişin 1.3-cü bəndində qeyd edilən öhdəliklər göstərilən müddətədək icra edilmədikdə ümumilikdə 34588.75 (otuz dörd min beş yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində borcun İkinci tərəfdən (Maraqlı şəxs2 və Maraqlı şəxs1) tutulmasını Tərəflər təsdiq edir və tutmanın bu Sazişin 1.2-ci bəndində qeyd edilən əmlaklara yönəldilməsinə və açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin Birinci tərəfə (LPO Ərizəçi1 ASC-yə) ödənilməsinə Tərəflər etiraz etmirlər. 1.5. İpoteka predmetlərinə tutma yönəldikdən sonra ipoteka predmetlərinin ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tərəfindən könüllü olaraq boşaldılması öhdəliyini ipoteka qoyanlar öz üzərlərinə götürürlər.

2. Tərəflər razılaşırlar ki, bu Sazişin 1.1-ci bəndində qeyd edilən öhdəliklər tam icra edilərək öhdəlikdən sonra bu Sazişin 1.2-ci bəndində qeyd edilən ipoteka predmetləri ipoteka qoyanların müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur.

3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və ya nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə birdəfəlik azad edirlər.

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır.

7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir.

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.

13. Tərəflər razılaşırlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyasının həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həlli variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin ilkin həllinə dair rəy və təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaları pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 13.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 13.2. bu məlumatların açıqlanması qanunverciliklə tələb edilən şəxslərə; 13.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəməyə və aidiyyəti qurumlara; 13.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə).

17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

18. Tərəflər bu Sazişlə üzərlərinə götürdüyü öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikdə, qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallarda daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar. Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvercilikdəki dəyişikliklər, dövlət və yerliözünü idarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır

24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.

25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik __ (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələr də hazırlana bilər). Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, ərizəçi LPO Ərizəçi1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixli MŞQ-MT-2023-00223 saylı barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Məhkəmə qeyd etməyi zəruri sayır ki, sözügedən xx.xx.2023-cü il tarixli MŞQ-MT-2023- 00223 saylı barışıq sazişinin bir hissəsi ümumi şərtlərdən ibarətdir. Buna görə də barışıq sazişinin həmin hissədə təsdiq edilməsinə zərurət yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, ərizəçi LPO Ərizəçi1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞQ-MT-2023-00223 nömrəli barışıq sazişinin aşağıdakı hissələri təsdiq edilməli: “1. İkinci tərəf (Maraqlı şəxs2 və Maraqlı şəxs1) Birinci tərəf (LPO Ərizəçi1 ASC) qarşısında xx.xx.2013-cü il tarixli 1554/1 saylı kredit müqaviləsi üzrə 22190.75 (iyirmi iki min yüz doxsan manat yetmiş beş qəpik) AZN əsas borc, 4334.56 (dörd min üç yüz otuz dörd manat əlli altı qəpik) AZN faiz borcu, 8063.44 (səkkiz min altmış üç manat qırx dörd qəpik) AZN cərimə borcu olmaqla, ümumilikdə 34588.75 (otuz dörd min beş yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat icra edilməmiş borc öhdəliyinin olduğunu təsdiq edir. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən öhdəliyin təminatı aşağıda qeyd edilən əmlakların olduğunu Tərəflər təsdiq edir: 1.2.1. xx.xx.2013-cü il tarixli 1554 saylı ipoteka müqaviləsinə 1 saylı Əlavə əsasında girov qoyulmuş, Maraqlı şəxs2 məxsus Quba şəhəri, Dəvədabanı yaşayış massivi ünvanında olan 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 84.0 kv.m yardımçı sahədən, 35.0 kv.m yaşayış sahəsindən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi. 1.3. İkinci tərəf (Maraqlı şəxs2 və Maraqlı şəxs1) 22190.75 (iyirmi iki min yüz doxsan manat yetmiş beş qəpik) manat məbləğində borcu xx.xx.2026-cı il tarixinədək hər ay 617 (altı yüz on yeddi) manat ödənilməsi öhdəliyini öz üzərinə götürür. 1.4. Bu Sazişin 1.3-cü bəndində qeyd edilən öhdəliklər göstərilən müddətədək icra edilmədikdə ümumilikdə 34588.75 (otuz dörd min beş yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində borcun İkinci tərəfdən (Maraqlı şəxs2 və Maraqlı şəxs1) tutulmasını Tərəflər təsdiq edir və tutmanın bu Sazişin 1.2-ci bəndində qeyd edilən əmlaklara yönəldilməsinə və açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin Birinci tərəfə (LPO Ərizəçi1 ASC-yə) ödənilməsinə Tərəflər etiraz etmirlər. 1.5. İpoteka predmetlərinə tutma yönəldikdən sonra ipoteka predmetlərinin ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tərəfindən könüllü olaraq boşaldılması öhdəliyini ipoteka qoyanlar öz üzərlərinə götürürlər.

2. Tərəflər razılaşırlar ki, bu Sazişin 1.1-ci bəndində qeyd edilən öhdəliklər tam icra edilərək öhdəlikdən sonra bu Sazişin 1.2-ci bəndində qeyd edilən ipoteka predmetləri ipoteka qoyanların müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur”; ərizə qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 Balabəy qızından müştərək qaydada tutularaq LPO Ərizəçi1 ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi LPO Ərizəçi1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞQ-MT-2023- 00223 nömrəli barışıq sazişinin aşağıdakı hissələri təsdiq edilsin:

1. İkinci tərəf (Maraqlı şəxs2 və Maraqlı şəxs1) Birinci tərəf (LPO Ərizəçi1 ASC) qarşısında xx.xx.2013-cü il tarixli 1554/1 saylı kredit müqaviləsi üzrə 22190.75 (iyirmi iki min yüz doxsan manat yetmiş beş qəpik) AZN əsas borc, 4334.56 (dörd min üç yüz otuz dörd manat əlli altı qəpik) AZN faiz borcu, 8063.44 (səkkiz min altmış üç manat qırx dörd qəpik) AZN cərimə borcu olmaqla, ümumilikdə 34588.75 (otuz dörd min beş yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat icra edilməmiş borc öhdəliyinin olduğunu təsdiq edir. Bu Sazişin 1.1-ci bəndində qeyd edilən öhdəliyin təminatı aşağıda qeyd edilən əmlakların olduğunu Tərəflər təsdiq edir: 1.2.1. xx.xx.2013-cü il tarixli 1554 saylı ipoteka müqaviləsinə 1 saylı Əlavə əsasında girov qoyulmuş, Maraqlı şəxs2 məxsus Quba şəhəri, Dəvədabanı yaşayış massivi ünvanında olan 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 84.0 kv.m yardımçı sahədən, 35.0 kv.m yaşayış sahəsindən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi. 1.3. İkinci tərəf (Maraqlı şəxs2 və Maraqlı şəxs1) 22190.75 (iyirmi iki min yüz doxsan manat yetmiş beş qəpik) manat məbləğində borcu xx.xx.2026cı il tarixinədək hər ay 617 (altı yüz on yeddi) manat ödənilməsi öhdəliyini öz üzərinə götürür. 1.4. Bu Sazişin 1.3-cü bəndində qeyd edilən öhdəliklər göstərilən müddətədək icra edilmədikdə ümumilikdə 34588.75 (otuz dörd min beş yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində borcun İkinci tərəfdən (Maraqlı şəxs2 və Maraqlı şəxs1) tutulmasını Tərəflər təsdiq edir və tutmanın bu Sazişin 1.2-ci bəndində qeyd edilən əmlaklara yönəldilməsinə və açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin Birinci tərəfə (LPO Ərizəçi1 ASC-yə) ödənilməsinə Tərəflər etiraz etmirlər. 1.5. İpoteka predmetlərinə tutma yönəldikdən sonra ipoteka predmetlərinin ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tərəfindən könüllü olaraq boşaldılması öhdəliyini ipoteka qoyanlar öz üzərlərinə götürürlər.

2. Tərəflər razılaşırlar ki, bu Sazişin 1.1-ci bəndində qeyd edilən öhdəliklər tam icra edilərək öhdəlikdən sonra bu Sazişin 1.2-ci bəndində qeyd edilən ipoteka predmetləri ipoteka qoyanların müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 müştərək qaydada tutularaq LPO Ərizəçi1 ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar