Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2799/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəlb edilməklə) "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəlb edilməklə) "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı dəymiş, 500.000 (beş yüz min) manat məbləğində mənəvi zərərin cavabdeh vasitəsilə dövlət büdcəsindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1996- cı il Qaradağ rayonunda anadan olmuş, orta təhsillidir, Azərbaycanlıdır, 2016-cı ilin 04 aprel tarixində müddətli həqiqi hərbi xidmətə çağırılmış və hərbi andı qəbul edənə Qədər karantin müddətində Goranboy rayonunda N saylı hərbi hissədə olmuşdur. Hərbi Andı qəbul etdikdən sonra əvvəlcə N saylı hərbi hissənin Bərdə rayonunda yerləşən Qərargahına, bir neçə gün sonra isə N saylı hərbi hissəyə əsgər kimi göndərilmişdir. Təxminən 2016-cı ilin may ayının sonlarına qədər N saylı hərbi hissənin rabitə Bölüyündə xidmət etmiş, həmin ilin iyun ayından etibarən əsgər kimi 2- ci tabor, 4-cü bölük, 2-ci tağım, 2-ci manqa, pulemyotçu vəzifəsinə təyin edilmiş, 4-cü bölük həmin vaxtı 13, 14 Və 15-ci döyüş postlarına xidmətə çıxmış və o, həmin bölüyün 2- ci tağımının əsgəri kimi Həmin postlara döyüş növbətçiliyinə çıxmışdır. 2016- cı ilin iyun- 2017- ci ilin may ayının 01 May tarixinə qədər həmin postlarda xidmət etmiş, həmin müddət ərzində heç bir intizam Pozuntusu olmamış, xidmətini yüksək səviyyədə qurmuşdur. 2- ci tağımın komandiri X7, 4-cü bölük komandiri isə kapitan Zamin Yusubov olmuş, sonuncu Ezamiyyətdə olduğundan onu baş leytenant Yusif Əsədov əvəz etmiş, 2- ci manqa Komandiri kiçik çavuş Mehman Hüseynov olmuş, xx.xx.2017- ci il tarixdən xx.xx.2017- ci il Tarixə keçən gecə 2-ci tağımın əsgəri kimi yuxarıda qeyd etdiyi döyüş postlarından birində Gücləndirmə xidmətində olmuşdur. Həmin vaxt post başçısının kim olduğunu dəqiq Xatırlamamış, postda xidmətdə olarkən gecə saat 1- 2 radələrində bölükdən rabitə ilə əlaqə Saxlayaraq postdan bölüyə düşmək əmri verilmişdir. Postda olan manqanı briqadanın Kəşfiyyat bölüyünün maskalı tanımadığı əsgərləri əvəz etmişlər. Post ilə bölüyün dayaq Məntəqəsi arasında təxminən 3- 5 km məsafə olmuş, o, postdakı adlarını xatırlamadığı Digər əsgərlər və post başçısı ilə birlikdə bölüyün dayaq məntəqəsinə düşmüşlər. Bölüyün Dayaq məntəqəsində hərbi hissənin qərargah rəisi Firdovsi Bəyov və 2-ci tabor Komandirinin müavini, Rövşən Qəribov qarşılayaraq silahları təhvil vermək əmrini Vermişlər. Digər əsgərlər kimi silahını təhvil verdikdən sonra onları piyada şəkildə N saylı hərbi hissənin qərargahına aparmışlar. Onlar piyada hərəkət edərkən Firdovsi Bəyov və Rövşən Qəribov onları maşında müşayiət etmişlər. Bölüyün komandir heyəti, X10rla birgə olmuşlar. Onlar bir neçə saat yol getdikdən sonra N saylı hərbi hissənin Qərargahına çatdıqda bölüyün şəxsi heyətini sinif otaqlarına yığaraq daha sonra bir-bir Hamını həkim yoxlanışına aparmışlar. Həkim hamının arxa keçəcək nahiyəsini müayinə Etmiş, lakin müayinənin nəticəsi barədə nə isə deməmişlər. Onları nə üçün bu formada Yoxladıqlarını başa düşməmiş və daha sonra Rövşən Qəribov onları ayrı- ayrılıqda sinif Otaqlarından birində qəbul etmişdir. Söhbət zamanı Rövşən Qəribov ona “posta erməni Gəlibmi?, erməniyə satqınlıq məqsədilə sənə yaxınlaşan olubmu?, hər hansı formada arxa Keçəcək nahiyəsindən zorlamaya məruz qalmısanmı, postda hər hansı qanunsuz hərəkət Görmüsənmi?” məzmunlu müxtəlif suallar vermişdir. O, sualların hər birini cavablandıraraq Belə halların heç birinin baş vermədiyini, bu kimi hallara şahid olmadığını demiş, Rövşən Qəribov nəsə bildiyi təqdirdə deməyini, əks halda onu başqa bir yerə göndərəcəyini və Orada danışdıracaqlarını, bəri başdan öz xoşu ilə danışmağını bildirmişdir. O, bir daha Belə halların baş vermədiyini bildirmiş, Rövşən Qəribovun onu hara göndərəcəyi ilə bağlı Həmin vaxtı heç bir təsəvvürü olmamış, “Məni danışdıracaqları yer” deyərkən nə nəzərdə Tutduğunu bilməmiş, sonuncu daha sonra onu otaqdan çıxararaq digər əsgərləri qəbul etmişdir. Bölüyün bütün şəxsi heyəti ilə Rövşən Qəribov söhbət etdikdən sonra onları Dəhlizdə sıraya düzmüşlər, sonuncu sıranın qabağında sağa-sola gedərək bir- bir hamısına Baxmış, daha sonra onu və kiçik çavuş Müşviq Əhmədlini işarə edərək qabağa çıxmağı əmr etmişdir. Onlar qabağa çıxdıqdan sonra qəfildən hansısa istiqamətdən 4 nəfər kəşfiyyatçılara xas geyimdə, qara maskalı şəxs onlara doğru yaxınlaşmışlar. Həmin şəxslər Müşviqin və onun qollarını arxaya buraraq hərəkət etmək əmri vermiş və onları Rövşən Qəribovun müşayiəti ilə binanın çölünə çıxarıb “UAZ” markalı maşına mindirmişlər. Başlarını əlləri ilə aşağı doğru sıxmışlar, maşına minərkən Rövşən Qəribov ona və Müşviqə baxıb “burda yaxşı danışmadız, sizi orada başa salacaqlar, etiraf edəssiz” Məzmunlu sözlər işlətmişdir. Maşında Müşviq, onları tutan 2 nəfər şəxs, sürücü və onun Yanında oturan şəxsdən başqa heç kim olmamış, gecə qaranlıq olduğundan sürücünün Yanında kimin oturduğunu bilməmişdir. Maşınla 10-15 dəqiqə yol getdikdən sonra maskalı Şəxslər onların başlarını əlləri ilə aşağı sıxaraq maşından düşürdüb gözlərini və əllərini əski parçası və skoçla bağladıqdan sonra ətrafı ümumiyyətlə görməmişdir. Onun qolundan tutaraq pilləkanlarla 2-ci mərtəbəyə qaldırıb, pilləkanlarla yuxarıya qalxarkən ətrafdan müxtəlif qışqırıq, sızıltı, yalvarış səsləri eşidilmiş, yuxarı qaldırdıqdan sonra əynindəki geyimləri soyundurularaq lüt vəziyyətdə qalmışdır. Onu üzü divara tərəf döndərib əllərini yuxarı qaldırmağı və ayaqlarını isə aralı saxlamağı əmr etmişlər. Bir neçə saniyə sonra onun kürək və bud nahiyələrinə çoxsaylı zərbələr vurmuşlar, zərbələrin təsirindən onların bu zərbələri hərbi kəmər və plastik turbalar vasitəsilə endirdiklərini hiss etmiş və dayanmadan ona çoxsaylı zərbələr vurduqlarından dəhşətli dərəcədə ağrımağa və qışqırmağa başlamışdır. Bir neçə dəqiqə sonra işgəncələrə dözməyərək yerə yıxıldıqda onu yerdən qaldırıb yenidən üzü divara ayaq üstə saxlayıb turba və kəmərlərə döymüşlər. Həmin proses təxminən 2-3 saat davam etmiş və onu döyən şəxslər mütəmadi olaraq “etiraf et, bölüyün MAXE-si kiçik çavuş Mehman Hüseynov səni ermənilərə satıb, səni Ermənilər zorlayıblar, səni videoya çəkiblər, başqa hansı əsgərlər zorlanıb?, başqa kimi Görmüsən?, ermənilər posta nə vaxt gəlib?” məzmunlu sözlər işlədib danışmağı əmr etmişlər. O, deyilənlərin heç birinin baş vermədiyini, hamısının şər və böhtan, yalan Olduğunu dedikcə onlar daha güclü zərbələr endirmişlər. Təxminən 2-3 saat döyüldükdən sonra yalandan onu döyən şəxslərə kiçik çavuş Mehman Hüseynovun onu ermənilərə satdığını dedikdə döyülməsi dayandırılmış və həmin sözləri aparacaqları yerdə bildirməyi tapşırmışlar. İki nəfər şəxs qoluna girərək sürüyüb başqa otağa apardıqda tanımadığı səsli şəxs Mehman Hüseynovun onu ermənilərə satıb- satmadığını soruşduqda o, döyülmək qorxusundan yalandan Mehman Hüseynovun onu ermənilərə satdığını demişdir. Bundan sonra həmin sualı verən şəxs “Mehman bəs deyirdin belə şey olmayıb” məzmunlu söz İşlətdikdən sonra otaqda olan digər şəxs “olub düz deyirsiz, İddiaçı ermənilərə Satmışam” məzmunlu söz işlətmişdir. Həmin şəxsin səsindən manqa komandiri Mehman Hüseynov olduğunu başa düşmüş, sonuncunun bu sözlərindən sonra ətrafdan “satqın Şərəfsiz xain” sözləri eşitmiş və Mehmanın döyüldüyünü hiss etmişdir. Onu döyən şəxslər “erməniyə neçə dəfə satılmısan?” məzmunlu sual verdikdə o, yalandan bir dəfə satıldığını Dedikdə, həmin şəxslər ona yalan dediyini, düzünü danışmağı, onu şüşə butulka ilə Arxadan zorlayacaqlarını, cinsiyyət orqanına tok verəcəklərini qeyd etmişlər. Şərəf və Ləyaqətini ləkələyəcəklərindən qorxub yalandan Mehman Hüseynovun onu erməniyə 2 Dəfə satdığını və 2 dəfə zorlandığını demişdir. Yalandan etiraf etdikdən sonra onun Qolundan başqa otağa apararaq gözünü açmış və otaqda olan çoxlu sayda işlənmiş hərbi Geyimlərdən birini geyindikdən sonra onu 1-ci mərtəbədə başqa bir otağa aparmışlar. Otaqda ondan başqa 15- 20 nəfər, hərbi geyimləri cırıq vəziyyətdə olan işgəncə görmüş Tanımadığı əsgərlər olmuş, həmin vaxt 2 nəfər maskalı şəxs əllərində dəmir və plastik Turbalarla onun başının üstündə dayanmış və bir neçə saniyə sonra otağa təxminən 25- 30 Yaşlarında, kişi cinsindən olan mülki geyimli, əlində notebook kompüteri olan, xarici Görkəmi tam yadında qalmayan şəxs içəri daxil olaraq kompüterdə yazmağa başlamış və Mehman Hüseynovun onu ermənilərə necə satmasına dair suallar verdikdə o, yalandan Mehmanın onu guya ermənilərə verməsinə dair sözlər demiş, kompüterdə izahatı yazan Şəxs müəyyən dəqiqləşdirici suallar vermişdir. O, yalandan sözlər uydurub Mehmanın onu 2 dəfə erməniyə satdığını, zorlandığını demiş, kompüterdə yazan şəxs izahatı Yekunlaşdırıb çap etmiş və o, izahatı imzalamışdır. Yalan etiraf izahatını verdikdən sonra Gözünü bağlayıb başqa bir otağa aparılmış, həmin yerdə ona su və yemək verilməmiş, ətrafda onun kimi digər bir neçə şəxsin olduğunu başa düşmüşdür. Həmin günün səhəri maskalı şəxslər onu və otaqda olan digər 3-4 nəfər tanımadığı əsgəri seçib gözlərini açmış, işgəncələr zamanı yerə tökülmüş qan ləkələrini təmizləməyə məcbur etmişlər. Bir neçə saat ərzində binanın 2-ci mərtəbəsinin dəhlizini və 1-ci mərtəbəyə düşən pilləkənlərdəki qanı silib təmizləmişlər. Həmin müddət ərzində 2-ci mərtəbədəki ootaqlarda işgəncə səsləri gəlmiş və həmin səslərdən tağım komandiri olmuş Faiq Əhmədovun, Nasif Əliyevin, bölüyün manqa komandiri Elxan Ağazadənin, Mehman Hüseynovun səslərini Tanımışdır. Bir neçə saat sonra xx.xx.2017- ci il tarixdə maskalı şəxslər onu və digər Tanımadığı 2 əsgəri “varanok” maşınına mindirib Bərdədə Hərbi Polisin hauptvaxtına Aparmışlar. O maşında tanıdığı şəxslər ilə danışarkən onların da işgəncə gördüyünü, Həmçinin işgəncə verilən yerin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən N saylı hərbi Hissənin köhnə qərargah binası olduğunu başa düşmüşdür. Onlar Bərdə Hərbi Polisində Haupvaxtın kameraya salınmış, orada işgəncə verilməmiş, ancaq gündəlik təmizlik İşlərində işlətmiş, nəzarətçilər vətən xaini kimi onları təhqir etmişlər. xx.xx.2017-ci il tarixdə Onu Bakı şəhərindəki Hərbi Polisin Biləcəridəki hauptvaxtına etap etmişlər, orada əsgər X6, Dursun Əlilli, Tələt Xankişizadə, Mehdiyev soyadlı əsgər ilə eyni Kamerada işgəncə görmədən qalmışlar. xx.xx.2017-ci il tarixdə yenidən Bərdə Haupvaxtına aparılmış, orada 2 gün qaldıqdan sonra xx.xx.2017-ci il tarixdə N saylı Hərbi hissənin yeni binasına göndərilmişdir. Orada işgəncə verilmədən qaldıqdan sonra xx.xx.2017-ci il tarixdə Pirəkəşgül qəsəbəsindəki hərbi hissəyə, daha sonra isə Qusar Rayonunda yerləşən Müdafiə Nazirliyinin hərbi hissəsinə göndərilmiş və hərbi xidmətini Sonuna qədər orada davam etdirmişdir. Tərxis olunduqdan qısa müddətdə sonra Bakı Şəhərində Hərbi Prokurorluğa çağırılaraq zərərçəkmiş kimi tanınmış, orada yalandan Mehman Hüseynova qarşı verdiyi ifadələrini təsdiq etmiş, sonra 2018-ci ildə məhkəmədə də ifadəsini təsdiqləmiş, əvvəl ifadələrində yazılanların düz olduğunu qeyd etmişdir. Hal-hazırda iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş zərərin əvəzinin cavabdeh vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə ödənilməsini xahiş edir. Daha sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsinə etiraz ilə müraciət edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz cinayət təqibinə məruz qalmasını əsas göstərərək ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 500.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən barəsində cinayət işi başlanılmamış, cinayət təqibinə məruz qalmamış, o cümlədən azadlığı məhdudlaşdırılmamışdır. Ümumiyyətlə barəsində qanuni qüvvəyə minmiş hər hansı məhkəmə hökmü yoxdur. İddia ərizəsindən də göründüyü kimi iddiaçının kompensasiya tələbi qanunun təsir dairəsinə düşmədiyi üçün hüquqi əsası yoxdur və təmin edilməməlidir. İş materialları əsasında, sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir, onun mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddiaçı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyi münasibətdə təmin edilə bilməz. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilin izahatlarını, etirazı və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, əsgər İddiaçı barəsində dövlətə xəyanət şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq X9, X4 və digər dəstə üzvləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxladıqdan sonra İddiaçı fiziki və psixi ağrılara dözməyərək manqa komandiri Mehman Hüseynov və Nasif Əliyev tərəfindən düşmənə verildiyini və düşmən tərəfindən zorlanmasını yalandan təsdiq etsə də, qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü xx.xx.2017-ci il tarixə kimi ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında, daha sonra cinayətkar əməllərini davam etdirib xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bərdə şəhərində yerləşən Bərdə qarnizonu hauptvaxtında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Bakı qarnizonu hauptvaxtında, yenidən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bərdə qarnizonu hauptvaxtında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Yevlax rayonu Aran qəsəbəsində yerləşən N saylı hərbi hissənin köhnə inzibati binasında mütəşəkkil dəstənin üzvləri tərəfindən eyni qaydada fiziki zor tətbiq edilərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib dərəcəsi təyin edilməyən “sağ kürək nahiyyəsində piqmentasiyalar” xəsarətləri yetirib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verməklə 26 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Mülki Məcəllə: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 X2”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, dövlət orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1100-cü maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı qanunsuz olaraq işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində özü və ailəsinin stress və sarsıntı keçirdiyini, ehtiyata buraxılandan sonra yaşadığı kəndin sakinləri, qonşuları tərəfindən ona “Vətən xaini” kimi yanaşılmasını, hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyünün onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratması, iztirab çəkməsinə səbəb olması nəticəsində ona mənəvi ziyan vurulduğunu bildirərək 500.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə hesab edir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 26 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği hər gün üçün 500 manat məbləğdə müəyyənləşdirilməlidir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini hər gün üçün 500 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya hər gün üçün 500 (beş yüz) manat, ümumillikdə 13.000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Bundan başqa hazırkı işdən müəyyən olunur ki, baş vermiş hadisədən artıq 7 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı bütövlükdə 26 gün müddətində qanunsuz hərəkətlərə məruz qalmasını nəzərə alaraq, müəyyən edilməli pul kompensasiyasının onun mənəvi aləmində müəyyən müsbət dəyişikliklərə səbəb olmasını əsas götürməklə vurulmuş mənəvi zərərə görə 13.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 13.000 (on üç min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2799/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2799/2025
15.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver