Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-283/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3200 manat məbləğində vurulmuş zərər və 52 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 3252 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: “Toyota Hilux” markalı, 99–EY–474 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il oktyabrın 11-də Cavabdeh idarə etdiyi “Toyota Hilux” markalı, 99–EY–474 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, S.Quliyev küçəsində “Hyundai Sonata” markalı, 90–AS–759 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Bakı şəhər DYP-in xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYP-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarxində verilmiş verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Hyundai Sonata” markalı, 90–AS–759 dövlət nömrə nişanlı avtomobilə 3200 manat zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 3200 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödəmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin hazırlıq iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etsə də, məhkəmə baxış iclaslarında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəmənin iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Maşına dəyən zərərin məbləği 3200 manat deyil. 2000 manat ödəməyə razı idi. Maşını həmin ərazidə qoyub getmişdir, hadisə yerindən yayınmaq fikri yox idi. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş qiymətləndirmə ekspertiza rəyində, qiymətləndirməni həyata keçirən 2 (iki) ekspertiza icraçısı haqqında məlumatlar təqdim olunmuşdur. Ekspertiza icraçısı İntiqam Nadir oglu Babayev, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi” ixtisası üzrə 2023-ci ildən ekspert iş stajı olduğu qeyd edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VİQ nömrəli Qanunun 5.1. maddəsinə (Bu Qanunun 5.2-ci maddəsi nəzərə alınmaqla, ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər.) əsaslanaraq, qeyd olunan ekspertin iş stajının 3 ildən az olduğu üçün həmin ekspertin Azərbaycan Respublikasının X1ması şübhə yaradır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş qiymətləndirmə ekspertiza rəyində qiymətləndiricilərin üzvlük haqqında məlumatlar təqdim olunmamışdır. Ona görə də verilmiş rəylə razı deyil, təqdim etdiyi X4 Mərkəzi tərəfindən verilmiş rəyin əsas götürülərək müvafiq qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC-nin PXA 96587 saylı xx.xx.2021-ci il tarixli, sığorta aktnın suətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Toyota Hilux” markalı, 99–EY–474dövlət nömrə nişanlı avtomobil “Hyundai Sonata” markalı, 90–AS–759 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən, Bakı şəhər DYPİ bildirir ki, xx.xx.2021-ci il tarixdə saat 19:18 dəqiqədə Bakı şəhəri, yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsirli olan şəxs tərəfindən idarə edilən avtonəqliyyat vasitəsi “Toyota Hilux” markalı, 99–EY–474dövlət nömrə nişanlıdır. Mülkiyyətçisi və hadisə baş verdiyi anda sürücü Cavabdeh olmuşdur. Hadisə zamanı zərər vurulan əmlak olaraq şəxsə dəymiş ziyan qeyd edilmişdir. TP ******* saylı xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara və İXP ******* saylı xx.xx.2021-ci il tarili inzibati xəta haqqında protokola əsasən, Cavabdeh İXMnin 327.1. və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən, hadisə zamanı Cavabdeh idarə etdiyi Toyota Hilux” markalı, 99–EY–474 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülkiməsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundai Sonata” markalı, 90–AS–759 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 3200 manat dəyərində qiymətləndirilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilən dövlət rüsumunun məbləği 52 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7107-8/2436 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2018-ci buraxılışlı “Hyundai Sonata” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaq 3047,00 manat, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 1697,00 manat; - Təmir- bərpa işlərinin qiyməti - 1350,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2851,00 manat, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti -1501,00 manat Təmir- bərpa işlərinin qiyməti- 1350.00 manat dəyərində qiymətləndirilmişdir. X4 Mərkəzinin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən, “Hyundai Sonata” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2065 manat müəyyən edilmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. 936.1-936.2, 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər;.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1-3.3-cü maddələrinə əsasən, icbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa Mərkəzi Bankdan icazəsi olan sığortaçı bağlaya bilər. İcbari sığortanın növləri, aparılması qaydaları və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və icbari sığorta qanunları ilə müəyyən edilir. Bu Qanunun 16.5-ci maddəsini nəzərə almaqla könüllü sığortanın növləri və müvafiq sığorta qaydaları sığortaçı tərəfindən müəyyən edilir.
«İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
«Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun: -7-ci maddəsinin 1- ci bəndindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. -8-ci maddəsinin 1-ci bəndinə əsasən, üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh tərəfindən idarə edilən «Toyota Hilux» markalı, 99–EY–474 dövlət qeydiyyat nişanlı avtomaşın “Hyundai Sonata” markalı, 90–AS–759 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və Cavabdeh hadisə yerindən yayınmışdır. "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq 3200 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. «Toyota Hilux» markalı, 99–EY–474 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərar ilə Azərbaycan Respublikası İXM-nin 327.1. və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. “İcbari sığortalar haqqında” Qanunun tələbinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh idarə etdiyi «Toyota Hilux» markalı, 99–EY–474 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığına görə iddiaçı "xxxx" ASCnin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh zərərin məbləğini mübahisələndirdiyindən, iş üzrə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilmiş və məhkəməyə təqdim edilən ekspert rəyi əsasında isə müəyyən edilmişdir ki, “Hyundai Sonata” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaq 3047,00 manat (dəyişilməli hissələrin qiyməti - 1697,00 manat, təmir- bərpa işlərinin qiyməti - 1350,00 manat), dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2851,00 manat (dəyişilməli hissələrin qiyməti - 1501,00 manat, təmir-bərpa işlərinin qiyməti- 1350.00 manat) dəyərində qiymətləndirilmişdir. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən faydalanan şəxsin hesabına “Hyundai Sonata” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci kimi 3200 manat məbləğində pul köçürülsə də, iş üzrə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7107-8/2436 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2018-ci il buraxılışlı, “Hyundai Sonata” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2851 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat (əlli) təşkil etmişdir. Cavabdehin təqdim etdiyi X4 Mərkəzinin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən isə “Hyundai Sonata” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 2065 manat (təmir-bərpa işlərinə 700 manat, ehtiyat hissələri 1365 manat) olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş sual üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili də nəzərə alınaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə də məhkəmə hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi daha obyektiv və mötəbər hesab edildiyindən həmin ekspert rəyi əsas götürülməklə, “Hyundai Sonata” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 2851 manat məbləğində olduğu müəyyən edilməli və həmin məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 52 manat məbləğində dövlət rüsumunun 46 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 40 manatı cavabdehdən, 10 manatı isə iddiaçıdan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 2851.00 (iki min səkkiz yüz əlli bir) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 46 (qırx altı) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 40 manatı Cavabdeh, 10 AZN (on manat) isə iddiaçı "xxxx" ASC-dən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva