Məhkəmə qərarları › İş №e-2(006)-2832/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2832/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2832/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “behin ikiqat tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «behin ikiqat tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 340.000 (üç yüz qırx min) manat pul vəsaitinin, hüquqi xidmətə görə 500 manat haqqın, 630,5 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın (Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsinin) iddiaçı tərəfindən gələcəkdə əldə olunmasını nəzərdə tutan xx.xx.2024-cü il tarixli beh müqaviləsi bağlanılmışdır. Notarial formaya əməl olunmuşdur. Həmin beh müqaviləsi əsasında cavabdehə 170.000 (yüz yetmiş min) manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin şərtinə əsasən alqı-satqı müqaviləsi xx.xx.2024-cü il tarixinə qədər bağlanmalıdır və əmlakın tam dəyəri 2.890.000 manat müəyyən edilmişdir. 08 aprel 2024cü il tarixində iddiaçı cavabdehə (nümayəndəsi X4) məlumat verilməklə behlə təmin edilmiş əmlakı almağa hazır olduğunu bildirmiş və Bakı şəhəri 54 saylı notariat ofisində görüş baş tutmuşdur. Pul vəsaiti hazır vəziyyətdə notariat ofisində yerləşən "xxxx" ASC-nin şöbəsinə təqdim edilmək üçün hazır gətirilmişdir. Buna baxmayaraq cavabdehin nümayəndəsi telefonla apardığı onlara məlum olmayan danışıqlardan sonra elan etdi ki, cavabdeh beh müqaviləsinin şərtlərini icra etmək istəmir. Bu səbəbdən də həmin gün alqısatqı baş tutmamışdır. Bundan sonra iddiaçının nümayəndəsi cavabdehə müvafiq məzmunda pretenziya məktubu göndərmişdir (pretenziya məktubu iddia ərizəsinə əlavə edilmişdir). Həmin pretenziyada beh müqaviləsinin şərtləri qeyd olunmaqla alqı-satqı müqaviləsinin bağlanılması üçün cavabdehə münasib olan tarix barədə iddiaçıya rəsmi məlumat verilməsi təklif olunmuşdur. Bundan sonra cavabdeh iddiaçının nümayəndəsinə cavab məktubu göndərərək bildirmişdir ki: onun 15 aprel 2024-cü il tarixli məktubunuza cavab olaraq bildirirəm ki, təmsil etdiyi şəxslə (Cavabdeh) onun təmsil etdiyiniz şəxs İddiaçı arasında Ü.Hacıbəyov küçəsi, 27 ünvanda yerləşən 476,8 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında ilkin razılaşma daşınmaz əmlakın alqı-satqısı üzrə agent X2 vasitəçiliyi ilə 2023-cü ildə əldə olunub. Həmin razılaşmaya görə təmsil etdiyi şəxs qeyri-yaşayış sahəsini yalnız bütövlükdə sata biləcəyini bəyan edib. Alıcı qismində çıxış edən İddiaçı və X6 isə obyekti bütövlükdə, amma 3 yerə bölməklə hissə-hissə alacağını bildiriblər. Beləliklə, ümumi sahəsi 476,8 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısı bütövlükdə 4,100,000 ABŞ dolları ekvivalentində manata İddiaçı satılması razılaşdırılıb. Alıcı Obyekt üçün razılaşdırılmış məbləği bir dəfəyə ödəmək imkanı olmadığından onu 3 ayrı-ayrı hissə şəkilndə 2024-cü ilin avqust ayının sonunadək alacağını vəd edib. Alqısatqının rəsmiləşdirilməsi tarixlər üzrə aşağıdakı kimi razılaşdırılıb: 1) Birinci alqı-satqı əməliyyatı – sahəsi 123,3 kv.m olan, hazırda icarədə olan və Optika dükanı kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin mart ayında həyata keçiriləcək, 2) 2-ci alqı-satqı əməliyyatı sahəsi – 137 kv.m olan, həmin dövrdə icarədə olan və paltar mağazası kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin may ayında həyata keçiriləcək, 3) 3-cü alqı-satqı əməliyyatı isə - sahəsi 216,5 kv.m olan, hazırda icarədə olan və Kimyəvi təmizləmə məntəqəsi kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin avqust ayında həyata keçiriləcək. Bu razılaşmaya uyğun olaraq Alıcı tərəfindən obyektin bütövlükdə alınacağına zəmanət kimi sonuncu alınacaq obyekt (216,5 kv.m) üçün 170,000 AZN beh ödənilib və bu barədə notariusda müvafiq beh müqaviləsi bağlanıb. Həmin beh məbləğinin 50%-i dərhal alqı-satqı prosesinə vasitəçilik edən daşınmaz əmlak agenti Orucov Elçinə ödənilib. Eyni zamanda birinci alqısatqı əməliyyatı üçün də 5,000 AZN beh ödənilib və müvafiq beh müqaviləsi imzalanıb. 8 aprel 2024-cü ildə təmsil etdiyiniz İddiaçı vasitəçi Orucov Elçinlə birlikdə ilkin razılaşmaya görə alqı-satqısı 3-cü növbədə həyata keçirilməli olan 216,5 kv.m qeyri-yaşayış sahəsi üçün 1,700,000 ABŞ dolları ekvivalentində manat gətirdiyini bildirib və alqı-satqı əqdinin bağlanmasını tələb edib. Bununla da Alıcı və daşınmaz əmlak üzrə agent birlikdə ilkin razılaşmanı pozublar. Ona görə də təmsil etdiyi Satıcı bu mərhələdə obyektin sözügedən hissəsini satmaqdan imtina edib. Satıcı razılaşdırılmış şərtlərin Alıcı tərəfindən pozulmasını potensial olaraq Alıcı və vasitəçi tərəfindən aldadılmaq cəhdi kimi qiymətləndirir və belə düşünməyə əsas var. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirir ki, bütövlükdə qeyri-yaşayış sahəsinin razılaşdırılmış qiyməti (4,100,000 ABŞ dolları ekvivalentində manat) beh müqaviləsində göstərilmiş müddətdə, yəni 31 avqust 2024-cü ilədək Alıcı tərəfindən ödənilmədiyi halda Alqı-satqı əməliyyatı baş tutmamış hesab olunacaq və beh müqaviləsinin şərtlərinə görə beh məbləği geri qaytarılmayacaq. Beləliklə, cavabdeh öz məktubunda açıq mətnlə bəyan etmişdir ki, gətirdiyi formal və həqiqətə uyğun olmayan dəlillərə əsaslanaraq xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş beh müqaviləsinin şərtlərini pozur və ödənilmiş behi mənimsəyir. Bu açıq iradə ifadəsi ilə cavabdeh açıq-aşkar şəkildə iddiaçının hüquqlarını pozmuş və yaranmış mübahisənin məhkəməyə daşınmasını zəruri etmişdir. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirmişdir ki, cavabdeh tərəfin onun təmsil etdiyi şəxslə aralarında beh müqaviləsində göstərilənlərdən başqa razılaşmaları olmamışdır. Aralarında olan yeganə razılaşma beh müqaviləsində göstərilən şərtdən ibarətdir. Təmsil etdiyi şəxs həmin şərti icra etmək məqsədilə notariusa gəlsə də, cavabdeh tərəf beh müqaviləsinin icrasından boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, tərəflər arasında olan razılaşma yalnız beh müqaviləsində əks olunan şərtdən ibarət olmamışdır. Tərəflərin razılaşması qeyri-yaşayış sahəsinin hissəhissə olmaqla mərhələli şəkildə alqı-satqısından ibarət olmuşdur. Təmsil etdiyi şəxs də məhz buna görə beh müqaviləsinin məhz orda qeyd edilən formada icrasından imtina etmişdir. Hazırda da təmsil etdiyi şəxs məhz tərəflərin razılaşmasına, yəni mərhələli şəkildə alqı-satqıya razıdır. Təmsil etdiyi şəxs alqı-satqının beh müqaviləsində göstərilən şərtlə icrasına ona görə razı deyil ki, əslində razılaşma başqa cür olmuşdur. İş materialları: RX seriyalı, ******* nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh (nümayəndəsi X7) ilə İddiaçı (nümayəndəsi Vəkil) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Beh müqaviləsinin surətindən görünür ki, beh verən İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsinə dair beh alan Cavabdeh 170.000 (yüz yetmiş min) manat pulu notariusun depozit hesabı vasitəsilə beh verir. Beh verən xx.xx.2024-cü il tarixədək əmlakın tam dəyərini, yəni ******* (iki milyon səkkiz yüz doxsan min) manatı alqı-satqı müqaviləsi bağlanan zaman ödəməlidir. Cavabdeh (nümayəndəsi X7) ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Beh müqaviləsinin surətindən görünür ki, beh verən X6 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsinə dair beh alan Cavabdeh 5000 (beş min) manat pulu notariusun depozit hesabı vasitəsilə beh verir.Beh verən xx.xx.2024-cü il tarixədək əmlakın tam dəyərini, yəni ******* (üç milyon doqquz yüz on min) manatı alqı-satqı müqaviləsi bağlanan zaman ödəməlidir. X7 ilə X6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən borc verən X7 borc alan X5 85000 manat 00 qəpik (səksən beş min manat sıfır qəpik) məbləğində, xx.xx.2024-cü il tarixədək qaytarılması şərtilə pul borc verir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixində daşınmaz əmlakın bir hissəsinin (Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsinin) alqı-satqısı ilə əlaqədar beh müqaviləsi bağlanılmışdır. Həmin beh müqaviləsi əsasında cavabdehə (nümayəndəsi D.Rzayevə) 170.000 (yüz yetmiş min) manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin şərtinə əsasən alqı-satqı müqaviləsi xx.xx.2024-cü il tarixinə qədər bağlanmalıdır. 08 aprel 2024-cü il tarixində nümayəndəsi X4 məlumat verib behlə təmin edilmiş əmlakı (əmlakın bir hissəsini) almağa hazır olduqlarını bildirmiş və Bakı şəhəri 54 saylı notariat ofisində görüşmüşlər. Pul vəsaiti hazır vəziyyətdə notariat ofisində yerləşən "xxxx" ASC-nin şöbəsinə təqdim edilmək üçün hazır gətirilmişdi. Buna baxmayaraq nümayəndəsi telefonla apardığı onlara məlum olmayan danışıqlardan sonra elan etdi ki, o, əmlakı satmaq fikrindən daşınmışdır. Bu səbəbdən də həmin gün alqı-satqı baş tutmadı. Xatırlatmaq istəyir ki, beh müqaviləsinin 1.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsini bağlamaq öhdəliyi xx.xx.2024-cü il tarixinə qədər cavabdeh tərəfindən icra olunmadıqda behin iki misli beh verən İddiaçı ödənilməlidir. Bu səbəbdən də cavabdehə təklif edilmişdir ki, alqı-satqı müqaviləsini bağlamaq üçün ona münasib olan tarix barədə iddiaçıya rəsmi məlumat verilsin. Cavabdeh nümayəndəsi Dadaş Rzayev tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, təmsil etdiyi şəxslə (Cavabdeh) onun təmsil etdiyi şəxs İddiaçı arasında Ü.Hacıbəyov küçəsi, 27 ünvanda yerləşən 476,8 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında ilkin razılaşma daşınmaz əmlakın alqı-satqısı üzrə agent X2 vasitəçiliyi ilə 2023-cü ildə əldə olunub. Həmin razılaşmaya görə təmsil etdiyi şəxs qeyri-yaşayış sahəsini yalnız bütövlükdə sata biləcəyini bəyan edib. Alıcı qismində çıxış edən İddiaçı və X6 isə obyekti bütövlükdə, amma 3 yerə bölməklə hissə-hissə alacağını bildiriblər. Beləliklə, ümumi sahəsi 476,8 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısı bütövlükdə 4,100,000 ABŞ dolları ekvivalentində manata İddiaçı satılması razılaşdırılıb. Alıcı obyekt üçün razılaşdırılmış məbləği bir dəfəyə ödəmək imkanı olmadığından onu 3 ayrı-ayrı hissə şəkilndə 2024-cü ilin avqust ayının sonunadək alacağını vəd etmişdir. Alqı-satqının rəsmiləşdirilməsi tarixlər üzrə aşağıdakı kimi razılaşdırılmışdır: 1) Birinci alqı-satqı əməliyyatı - sahəsi 123,3 kv.m olan, hazırda icarədə olan və Optika dükanı kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin mart ayında həyata keçiriləcək, 2) 2-ci alqı-satqı əməliyyatı sahəsi - 137 kv.m olan, həmin dövrdə icarədə olan və paltar mağazası kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin may ayında həyata keçiriləcək, 3) 3-cü alqı-satqı əməliyyatı isə - sahəsi 216,5 kv.m olan, hazırda icarədə olan və Kimyəvi təmizləmə məntəqəsi kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin avqust ayında həyata keçiriləcək. Bu razılaşmaya uyğun olaraq Alıcı tərəfindən obyektin bütövlükdə alınacağına zəmanət kimi sonuncu alınacaq obyekt (216,5 kv.m) üçün 170,000 azn beh ödənilib və bu barədə notariusda müvafiq beh müqaviləsi bağlanıb. Həmin beh məbləğinin 50%-i dərhal alqı-satqı prosesinə vasitəçilik edən daşınmaz əmlak agenti Orucov Elçinə ödənilib. Eyni zamanda birinci alqısatqı əməliyyatı üçün də 5,000 azn beh ödənilib və müvafiq beh müqaviləsi imzalanıb. 8 aprel 2024-cü ildə təmsil etdiyi İddiaçı vasitəçi Orucov Elçinlə birlikdə ilkin razılaşmaya görə alqı-satqısı 3-cü növbədə həyata keçirilməli olan 216,5 kv.m qeyri-yaşayış sahəsi üçün 1,700,000 ABŞ dolları ekvivalentində manat gətirdiyini bildirib və alqı-satqı əqdinin bağlanmasını tələb edib. Bununla da Alıcı və daşınmaz əmlak üzrə agent birlikdə ilkin razılaşmanı pozublar. Ona görə də təmsil etdiyi Satıcı bu mərhələdə obyektin sözügedən hissəsini satmaqdan imtina edib. Satıcı razılaşdırılmış şərtlərin Alıcı tərəfindən pozulmasını potensial olaraq Alıcı və vasitəçi tərəfindən aldadılmaq cəhdi kimi qiymətləndirir və belə düşünməyə əsas var. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirir ki, bütövlükdə qeyri-yaşayış sahəsinin razılaşdırılmış qiyməti (4,100,000 ABŞ dolları ekvivalentində manat) beh müqaviləsində göstərilmiş müddətdə, yəni 31 avqust 2024-cü ilədək Alıcı tərəfindən ödənilmədiyi halda Alqı-satqı əməliyyatı baş tutmamış hesab olunacaq və beh müqaviləsinin şərtlərinə görə beh məbləği geri qaytarılmayacaq. Cavabdeh tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixində beh müqaviləsi bağlanmışdır. Həmin beh müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsinin İddiaçı satılması nəzərdə tutulmuşdur. Beh müqaviləsinin bağlanması üçün əsas olan razılaşmanın şərtlərinin icrası ilə əlaqədar tərəflər arasında yaranmış anlaşılmazlığın həlli üçün İddiaçı tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ilə müraciət edilmişdir. Hazırkı müraciət ilə bildirir ki, xx.xx.2024-cü il tarixli beh müqaviləsi çərçivəsində alqı-satqının həyata keçirilməsinə razıdırlar. Göstərilən beh müqaviləsinin tərəfi olaraq İddiaçı tərəfindən hazırkı məktuba xx.xx.2024-cü il tarixinədək rəsmi cavab verilməsini xahiş edir və bildirir ki, bu məktuba cavab verilməməsi İddiaçı tərəfindən beh müqaviləsinin icrasından imtina edilməsi kimi qəbul ediləcəkdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024 tarixli məktubunu bu gün oxumuşdur. Həmin məktubun mətnini iddiaçı (beh verən) İddiaçı təqdim etmişdir. Həmin məktubda göstərilir ki, “xx.xx.2024-cü il tarixinədək rəsmi cavab verilməsini xahiş edirik və bildiririk ki, "bu məktuba cavab verilməməsi İddiaçı tərəfindən beh müqaviləsinin icrasından imtina edilməsi kimi qəbul ediləcək"”. Diqqətə çatdırır ki, beh müqaviləsindən imtina edən cavabdeh olmuşdur və beh müqaviləsində son müddət kimi xx.xx.2024-cü il göstərilmişdir. Həmin müddətin notarial saziş olmadan qısaldılması yolverilməzdir. Digər tərəfdən əmlak üzərinə Bakı Apellyasiya Məkəməsinin 16(103)-363/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur (özgəninkiləşdirilməsi qadağan olunmuşdur). Bu səbəbdən də qeyd etdiyi tarix intervalında və hazırki vaxtda alqı-satqı müqaviləsinin bağlanması hər bir halda mümkünsüz olmuşdur. Eyni zamanda məhkəmə iclasında barışıq sazişinin bağlanmasının mümkün olmasını da bir daha xatırlatmışdır. Tərəflər arasında razılıq əldə oluna bilərsə, bu əvvəlcə barışıq sazişi ilə rəsmiləşdirilməli, həmin saziş məhkəmə tərəfindən təsdiq olunmalı, sonra isə həmin sazişin şərtləri icra olunmalıdır. Əks halda iddia tələbini müdafiə edəcəkdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş yazılı izahatdan görünür ki, iddiaçı ilə cavabdeh arasında cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın (Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsinin) iddiaçı tərəfindən gələcəkdə əldə olunmasını nəzərdə tutan xx.xx.2024-cü il tarixli beh müqaviləsi bağlanmışdır. Həmin beh müqaviləsi əsasında cavabdehə 170.000 (yüz yetmiş min) manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin şərtinə əsasən alqı-satqı müqaviləsi xx.xx.2024-cü il tarixinə qədər bağlanmalı idi və əmlakın tam dəyəri 2.890.000 manat müəyyən edilmişdir. Göstərilənlər işin mübahisəsiz halıdır. 08 aprel 2024-cü il tarixində iddiaçı cavabdehə məlumat verilməklə behlə təmin edilmiş əmlakı almağa hazır olduğunu bildirmiş və Bakı şəhəri 54 saylı notariat ofisində görüş baş tutmuşdur. Pul vəsaiti hazır vəziyyətdə notariat ofisində yerləşən "xxxx" ASC-nin şöbəsinə təqdim edilmək üçün gətirilmişdir. Buna baxmayaraq cavabdehin nümayəndəsi telefonla apardığı onlara məlum olmayan danışıqlardan sonra elan etmişdir ki, cavabdeh beh müqaviləsinin şərtlərini icra etmək istəmir. Bu səbəbdən də həmin gün alqı-satqı baş tutmamışdır. Göstərilənlər işin mübahisəsiz halıdır. İddiaçının nümayəndəsi cavabdehə pretenziya məktubu göndərərək beh müqaviləsinin şərtlərini bir daha izah etmiş və alqı-satqı müqaviləsinin bağlanılması üçün cavabdehə münasib olan tarix barədə iddiaçıya rəsmi məlumat verilməsi təklif etmişdir.Cavabdeh pretenziya məktubuna xx.xx.2024-cü il tarixində cavab verərək bildirmişdir: Qeyri-yaşayış obyekti üç hissədən ibarətdir: 1) sahəsi 123,3 kv.m olan, hazırda icarədə olan və Optika dükanı kimi fəaliyyət göstərən obyekt; 2) sahəsi 137 kv.m olan, həmin dövrdə icarədə olan və paltar mağazası kimi fəaliyyət göstərən obyekt; 3) sahəsi 216,5 kv.m olan, hazırda icarədə olan və Kimyəvi təmizləmə məntəqəsi. Obyekti bütövlükdə satmaq istəyir, beh müqaviləsinin şərtinə uyğun olaraq 216,5 kv.m hissəsini ayrıca satmaqdan imtina edir. Nəinki behi ikiqat qaytarmaq istəmir, heç behi qaytarmağı də təklif etmir, behin qaytarılmayacağını bildirir. Guya hansısa qeyri-rəsmi razılaşma olub və guya iddiaçı üzərinə beh müqaviləsində qeyd olunmayan öhdəliklər götürüb. Bildirir ki, iddiaçı beh müqaviləsində göstərildiyi kimi yalnız obyektin 216,5 kv.m hissəsini 2.890.000 manat məbləğə xx.xx.2024-cü il tarixinə qədər alacağını öhdəsinə götürüb. Pretenziyaya xx.xx.2024-cü il tarixli cavab məktubunda obyektin bütöv alınmasına dair qeyri-rəsmi razılaşmanın olması barədə göstərilənlər həqiqətə uyğun deyil. Sonradan xx.xx.2024-cü il tarixində cavabdeh iddiaçının nümayəndəsinə məktub göndərərək beh müqaviləsi çərçivəsində alqı-satqının həyata keçirilməsinə razıdır, lakin həmin məktuba xx.xx.2024-cü il tarixinə qədər rəsmi cavab verilməməsi beh müqaviləsinin icrasından imtina kimi qəbul olunacaq. Həmin xx.xx.2024-cü il tarixli məktuba iddiaçı tərəf xx.xx.2024-cü il tarixində cavab verərək izah etmişdir ki, beh müqaviləsinin şərtlərini icra etməkdən cavabdeh özü imtina etmiş, daşınmaz əmlakın özgəninkiləşdirilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16(103)-363/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə qadağan edilmiş, gələcəkdə məhkəmədə barışıq sazişi bağlanarsa bunun mümkün olacağı göstərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi əvvəlki mövqedən fərqli olaraq bildirmişdir ki, obyektin 216.5 kv.m hissəsini iddiaçının adına rəsmiləşdirməyə hazırdırlar, xx.xx.2024-cü il tarixli məktub göndərilən zaman obyektin üzərində məhdudiyyət olduğunu bilməyiblər, obyektin üç hissədən ibarət olmasına dair təmsil etdiyi cavabdehin göndərdiyi xx.xx.2024-cü il tarixli məktubla razılaşmır, həmin məktubda qeyd olunan hissələrin ölçülərinin dəyişdiyini və sahəsi 216,5 kv.m olan kimyəvi təmizləmə məntəqəsi, artıq mövcud olmadığını, 216,5 kv.m sahəni obyektin başqa hissəsindən satmağa hazır olduqlarını bildirmişdir. Hakim xx.xx.2024-cü il tarixli məktubda yazılanları ona bir daha xatırlatsa da, nümayəndə eyni fikirdə qalmışdır. İddiaçının nümayəndəsinin barışıq sazişinin layihəsini hazırlayıb təqdim etmək təklifinə cavabdehin nümayəndəsi rədd cavabı vermişdir. Əslində isə obyekt beh müqaviləsi imzalanan gün olduğu kimi qalmış, nümayəndənin bildirdikləri qeyri-səmimi olmuşdur: xx.xx.2024-cü il tarixində cavabdeh beh müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi icraata qəbul olunsa da, sonradan baxılmamış saxlanılmışdır. Sözü gedən iddia ərizəsində xx.xx.2024-cü il tarixli məktubda göstərildiyi kimi cavabdeh yenidən mövqeyini dəyişərək obyektin 216.5 kv/m hissəsini yox, guya obyekti tam olaraq iddiaçıya satmaq barədə razılaşması barədə mülahizə xarakerli fikirlər əks edilmişdir. Göründüyü kimi cavabdeh tez-tez mövqeyini dəyişib hər hansı yolla beh müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməməyə çalışır. Cavabdeh vəd etdiyi alqı-satqı müqaviləsini bağlamaqdan imtina etməklə və iddiaçının üzərinə beh razılaşması ilə əhatə olunmayan ağır öhdəliklər qoymağa cəhd etməklə xx.xx.2024-cü il tarixli beh müqaviləsindən imtina etməsini açıqca bəyan etmiş, bununla da iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixinə qədər gözləmədən məhkəmədə iddia qaldırmağa şərait yaratmışdır. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış mülahizənin surətindən görünür ki, iddianın əsasını təşkil edən beh müqaviləsi Cavabdeh məxsus obyektin satılması üçün bağlanmışdır. Belə ki, 2023-cü ildə daşınmaz əmlak alqısatqısı üzrə agent X1 Cavabdeh oğluna müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsini alıcı İddiaçı satmağı təklif etmişdir. Təklifə əsasən həmin qeyri-yaşayış sahəsinin tam formada 4.100.000 (dörd milyon yüz min) ABŞ dollarının manat ekvivalentində İddiaçı satılması razılaşdırılmışdır. Alıcı əmlak üçün razılaşdırılmış məbləği bir dəfəyə ödəmək imkanı olmadığından onu 3 ayrı-ayrı hissə şəkilində 2024-cü ilin avqust ayının sonunadək alacağını vəd etmişdir. Alıcının təklifinə əsasən 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi tarixlər üzrə aşağıdakı kimi razılaşdırılmışdır: 1) Birinci alğı-satqı əməliyyatı - sahəsi 123,3 kv.m olan hissə üzrə 2024-cü ilin mart ayında həyata keçiriləcək, 2) 2-ci alğı- satqı əməliyyatı sahəsi - 137 kv.m olan hissə üzrə 2024-cü ilin may ayında həyata keçiriləcək, 3) 3-cü alğı-satqı əməliyyatı isə - sahəsi 216,5 kv.m olan hissə üzrə 2024-cü ilin avqust ayında həyata keçiriləcək. Bu razılaşmaya uyğun olaraq Alıcı tərəfindən obyektin bütövlükdə alınacağına zəmanət kimi sonuncu alınacaq obyekt (216,5 kv.m) üçün 170,000 AZN beh ödənilib və bu barədə notariusda müvafiq beh müqaviləsi bağlanmışdır. Həmin beh məbləğinin 50%-i (85000 manat) dərhal alqı-satqı prosesinə vasitəçilik edən daşınmaz əmlak agenti Orucov Elçinə vasitəçilik haqqı kimi ödənilib. Qeyd olunan məbləğin Orucov Elçinə ödənilməsini təsdiq etmək üçün borc müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin gün ümumi razılaşma üzrə qeyd edilən daşınmaz əmlakın 137 kv.m hissəsinin alğı-satqısı üçün X6 ilə Cavabdeh arasında beh müqaviləsi bağlanmışdır. Həmin beh müqaviləsinə görə X1 Cavabdeh oğluna həmin qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsinin alğı-satqısı üçün 5000 AZN beh ödəmiş və həmin 137 kv.m hissə üçün xx.xx.2024-cü il tarixədək ******* (üç milyon doqquz yüz on min) manat ödəyərək alğı-satqı müqaviləsinin bağlanması barədə razılaşmışlar. Tərəflər arasında ümumi razılaşma qeyd edilən formada olsa da, İddiaçı və Orucov Elçinin əsas və gizli niyyətləri başqa olmuşdur. Belə ki, 08 aprel 2024-cü il tarixdə tərəflər ilkin mərhələ üzrə alqı-satqı həyata keçirmək üçün notariusa gəldikdə cavabdehlər iddiaçının nümayəndəsinə bildirmişlər ki, onlar ilkin olaraq 3-cü mərhələdə alqı-satqısı həyata keçirilməli olan 216,5 kv.m hissəni almaq üçün gəliblər, digər hissələri də yaxın vaxtlarda alacaqlar. Bununla əlaqədar Orucov Elçin öz yazısı ilə alqı-satqı üçün yeni və fərqli plan da hazırlamışdır. Lakin, Cavabdeh nümayəndəsi ilkin razılaşmanın pozulduğunu başa düşərək həmin vaxt əməliyyatın icrasını dayandırmışdır. Bundan sonra İddiaçı hazırkı iddiaçıya bildiriş göndərərək beh müqaviləsinin icra edilməsini xahiş etmiş və Cavabdeh tərəfindən həmin bildirişə cavab verilərək alqı-satqının ümumi razılaşdırılmış proses üzrə getmədiyindən alqı-satqı əməliyyatının baş tutmamış hesab olunacağını bildirmişdir. İddiaçı bu cavabı müqavilədən imtina kimi dəyərləndirib ikiqat beh məbləği tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, cavabdehlər İddiaçı və Orucov Elçinin yuxarıda qeyd edilən beh müqavilələrini bağlamaqda niyyətləri əslində İddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin 216.5 kv.m olan hissəsini daha ucuz qiymətə əldə edilməsi və bu alınmadıqda isə ikiqat beh məbləğini əldə etmək olmuşdur. Göstərilən hal aşağıdakılarla sübut olunur: İlk öncə qeyri-yaşayış sahəsinin bütövlükdə satılması razılaşdırılmış və alıcının birdəfəyə almağa imkanı çatmadığı üçün obyektin 3 hissəyə bölünərək satılması razılaşdırılıb. Yəni qeyri-yaşayış sahəsinin bütövlükdə İddiaçı tərəfindən Orucov Elçinin vasitəçiliyi ilə satın alınması razılaşdırılmışdır. Bununla bağlı sübut Orucov Elçinin öz yazısı ilə hazırladığı yeni planda əks olunur. Həmin planda sahələrin satışındakı ardıcıllıq bilərəkdən dəyişdirilmiş, ümumi qiyməti 4.100.000 ABŞ dolları qeyd edilmiş və həmin pulun 100.000 ABŞ dolları hissəsinin Orucov Elçinə çatacağı qeyd edilmişdir. Tərəflərin razılığı ilə obyektin ümumi qiyməti 4.100.000 ABŞ dolları olacağı (6.970000 manat) qəbul edilib. Bu məbləğin 100.000 ABŞ dolları (170000 manat) vasitəçi Orucov Elçinə verilməsi razılaşdırılıb. Obyektin ümumi sahəsi 476.8 kv.m olduğu üçün hər kv.m-in qiyməti 8598.99 ABŞ dolları (14618,283 manat) edir. Lakin 3-cü mərhələdə satılmalı olan və 170000 manat beh məbləği verilən 216,5 kv.m obyektin satış qiyməti 1.700.000 ABŞ dolları (2.890.000 manat) müəyyən edilmişdir ki, bu da hər kv.m üçün 7852.194 ABŞ dolları (13.348,7298 manat) edir. Lakin, ikinci mərhələdə satılması nəzərdə tutulan 137 kv.m üçün isə 3.910000 manat (2.300.000 ABŞ dollan) qiymət razılaşdırılıb (Elçin Orucovla olan beh müqaviləsində). Yəni 137 kv.m sahənin bir kv.m üçün 28540 manat (16788 ABŞ dollan) qiymət müəyyən edilib. Göründüyü kimi obyektin 216.5 kv.m-lik hissəsinə 137 kv.m-lik hissədən daha ucuz qiymət yazdırılmış, lakin yekunda bütün obyekt üçün ümumi 4.100.000 ABŞ dollan ödəniləcəyi vədi ilə iddiaçı aldadılmışdır. Həmin 137 kv.m-lik sahənin satışına dair beh məbləği isə 5000 manat müəyyən edilməklə cavabdehlərin əsl niyyətinin nə olduğu müəyyən edilmişdir. Nəticə olaraq qeyri-yaşayış sahəsinin 3-cü mərhələdə alınmalı olan hissəsi üçün ən ucuz qiymət qoyulmuş və sonradan həmin hissəni birinci almağa çalışmaqla cavabdehlərin əsas niyyəti mövcud razılaşmanı pozmaq və əmlakı daha ucuz qiymətə almaq və bu alınmadıqda isə ikiqat beh məbləğini əldə etməyə nail olmaq olmuşdur. Cavabdeh tərəfindən İddiaçı nümayəndəsinə xx.xx.2024-cü il tarixdə beh müqaviləsi üzrə alqı-satqının həyata keçirilməsinə dair müraciət ünvanlanmışdır. Həmin müraciətə cavab olaraq İddiaçı nümayəndəsi bildirmişdir ki, əmlakın üzərinə həbs qoyulmuşdur və tərəflər arasında alğısatqının təsdiqi üçün məhkəmə çərçivəsində barışıq sazişi olmalıdır (Məktub Əlavə edilir). Prosesin davamı olaraq İddiaçı ikiqat beh məbləğini tələb etdiyi iş üzrə (Nəsimi RM 2(006)-2832/2024 nömrəli iş) xx.xx.2024-cü il tarixli məhkəmə prosesində Cavabdeh nümayəndəsi tərəfindən beh müqaviləsi üzrə alqı-satqının həyata keçirilməsinə razı olubolmadıqlan soruşulmuşdur. Lakin, İddiaçı nümayəndəsi yalnız iddia tələbini (ikiqat behin tələb edilməsi) müdafiə etmiş və beh müqaviləsi üzrə alqı-satqının həyata keçirilməsindən imtina etmişdir. Göstərilən hal Məhkəmənin videoqeydiyyatlı iclas protokollarında öz əksini tapmışdır. Bu fakt bir daha sübut edir ki, İddiaçı məqsədi həqiqi razılaşmanın icra edilməsi deyil, yalnız beh verməklə ikiqat beh məbləğinin əldə edilməsinə nail olmaq olmuşdur. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 630 manat 50 qəpik dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, ********** VÖEN hesabına müştəri Pənah M.M. tərəfindən 500 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Ali Məhkəməsinin Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli 02/2022 saylı qərardadının 26-cı bəndində qeyd olunmuşdur ki, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər arasında digər şəxslərin də iştirakı ilə danışıqlar aparılmış və nəticədə ümumi sahəsi 476,8 kv.m olan qeyri-yaşayış sahəsinin mərhələli şəkildə alqı-satqısı barədə razılaşma olmuşdur. Hazırki iş üzrə tərəflərin, habelə digər şəxslərin iştirakı ilə eyni tarixdə, yəni 8 yanvar 2024-cü il tarixdə Cavabdeh iştirak etdiyi iki beh müqaviləsi və bir borc müqaviləsi imzalanmışdır. Hazırki iş üzrə iddiaçı (nümayəndəsi qismində Vəkil) tərəfindən imzalanmış beh müqaviləsində tərəflər ümumi sahəsi 476.8 kv.m olan qeyriyaşayış sahəsinin 216,5 kv.m sahəsinin və X2 imzaladığı beh müqaviləsində isə həmin qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsinin xx.xx.2024-cü il tarixədək dəyəri tam ödənilməklə alqı-satqısının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən məsələ məhkəmədə bu qənaətə gəlməyə əsas yaradır ki, tərəflər arasında razılaşmanın hazırki iş üzrə iddiaçının irəli sürdüyü beh müqaviləsində olan şərtdən fərqli olmasına əsaslar vardır. Lakin, cavabdeh tərəfindən beh müqaviləsinin etibarsızlığının mübahisələndirilməsi ilə bağlı məsələ baxışı mərhələsində irəli sürüldüyündən məhkəmə beh müqaviləsinin etibarsızlığı məsələsini kifayət qədər araşdırmaq imkanından məhrum olmuşdur. Hazırki mərhələdə məhkəmə yalnız irəli sürülən tələbin əsaslığı ilə bağlı məsələni araşdırıb qeyd edir ki, beh müqaviləsinin özündə, habelə qanunvericilikdə beh müqaviləsini tənzimləyən normaların tələbinə görə beh verənə behin ikiqat qaytarılması yalnız beh müqaviləsinin icra edilməməsində beh alan tərəfin məsuliyyəti müəyyən edildikdə mümkündür. Hazırki iddianın əsaslı olub-olmamasını müəyyən etmək üçün birinci növbədə alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyan tərəf müəyyən edilməlidir. İddiaçı tərəf müqavilə şərtlərinə əməl etmək niyyətini açıq aşkar göstərərək cavabdehin təqsirindən müqavilə bağlanmadığını iddia edir və cavabdeh tərəf müqavilə öhdəliyini pozaraq müqavilənin icra edilməsindən yayındığından behin iki mislinin ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf bunu həmin müqavilələrin etibarsız olması ilə əsaslandırmış, bu baxımdan da müvafiq iddia ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. Beh müqaviləsinin şərtlərinə əsasən alqı-satqı müqaviləsinin bağlanması üçün son müddət xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Lakin, həmin müddətdə alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Belə ki, tərəflər arasında mübahisə məhkəmə araşdırmasının predmetinə çevrildiyindən müddətə riayət edilməsi mümkün olmamışdır. İşin araşdırılmış halları müəyyən edilir ki, tərəflər arasında beh müqaviləsi 8 yanvar 2024-cü il tarixdə bağlanmaqla beh müqaviləsi üzrə icranın xx.xx.2024-cü il tarixədək baş tutması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən alqı-satqının mərhələli şəkildə razılaşdırılması inkar edilsə də, icrası məhz xx.xx.2024-cü il tarixədək həyata keçirilməli olan alqı-satqı üçün tərəflərin məhz 8 aprel 2024-cü il tarixdə həmin alqı-satqı ilə bağlı notariat orqanında görüşməsi inkar edilmir. Həmçinin iddiaçı tərəf təkidlə bildirir ki, tərəflər 8 aprel 2024-cü il tarixdə notariusda məhz beh müqaviləsində nəzərdə tutulmuş sahənin alqı-satqısı üçün görüşmüşlər, lakin alqı-satqı cavabdeh tərəfindən pozulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, göründüyü kimi cavabdeh tərəflərin razılaşmasında nəzərdə tutulmuş icradan boyun qaçırmamışdır. Cavabdehin də nümayəndəsinin 8 aprel 2024-cü il tarixdə məhz mərhələli alqı-satqının həyata keçirilməsi üçün notariusda iştirakı onu deməyə əsas verir ki, cavabdehin də alqı-satqının həyata keçirilməsində niyyəti olmuşdur. Lakin, cavabdehin iştirakına baxmayaraq alqı-satqının baş tutmaması məhz hazırki iş üzrə tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmadan kənarlaşmalara görə olmuşdur. Belə ki, iddiaçı tərəfin cavabdehə ünvanladığı pretenziyaya cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda tərəflərin ümumi razılaşmaları tam əks olunmuşdur. Yəni, hazırki iş üzrə iddiaçı məhkəməyə müraciət etməzdən və iş məhkəmə müstəsivində mübahisələndirilmədən də öncə cavabdeh tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmanın məhz qarşı tərəfin davranışı ilə əlaqədar pozulmasına dair mövqeyini aydın şəkildə ifadə etmişdir. Tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmanın pozulmasında məhz iddiaçının və digər şəxslərin davranışı nəzərə alınmaqla məhkəmə cavabdehin behin şərtlərinin pozulmasında məsuliyyətini müəyyən etmədiyindən iddiaçının iddia etdiyi kimi behin ikiqat tutulması tələbini əsaslı hesab etmir. Hətta iş məhkəmə müstəvisində mübahisələndirilən mərhələdə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya müraciət edilmiş, bir daha beh müqaviləsinin icrası təklif edilmişdir. Lakin, iddiaçı tərəfindən bu məktuba cavabda tam olaraq razılıq ifadə edilməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında beh müqaviləsinin icrasına razılığın olmaması ilə bağlı mövqeyi bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdeh tərəf ümumi razılaşmanın məhz fərqli olmasına istinad etməklə beh müqaviləsinin icrasının mümkün olmadığını bildirmişdir. Eyni zamanda cavabdeh əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürməsinin və əqdin etibarsızlığının hüquqi nəticəsi kimi ödənilmiş behin qaytarılmasına dair mövqeyini də məhkəmə iclası zamanı ifadə etmişdir. Son icra müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş alqı-satqının məhz 8 aprel 2024-cü il tarixdə hissə-hissə və mərhələli icrasını mümkünsüz edən hal cavabdehə aydın olduğundan cavabdeh həmin məqamda və sonradan beh müqaviləsindən imtina etməli olmuşdur. Belə ki, cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsini hissə-hissə olmaqla mərhələli şəkildə satmağı düşünmüş, lakin 8 aprel 2024-cü il tarixdə ən son mərhələdə satılması razılaşdırılmış hissəsinin iddiaçı tərəfindən dəyəri ödənilməklə alqı-satqısına dair təklif onda haqlı narazılığa əsas vermişdir. Odur ki, məhkəmə hesab edir ki, bütövlükdə behlə təmin edilmiş öhdəliyin icrasında cavabdehin məsuliyyəti müəyyən edilmədiyindən cavabdehdən behin ikiqat tutulması tələbi əsassızdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbi bütövlükdə əsas hesab edildiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “behin ikiqat tutulması” tələbi rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar