Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2845/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sərliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********25777 olan “Samsung Galaxy A50” markalı telefon, 2 ədəd “Playstation” pultu, “Hoffmann Led” televizor, “Apple” qulaqlıq, İMEİ kodu **********12327 olan “iPhone 11” markalı telefon almış və nəticədə 4900 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 832 manat (12 ay x 100 manat + 61 manat ilkin ödəniş) olan, İMEİ kodu **********25777 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 67 manat olmaqla, ondan 61 manat ödənilməmiş hissə, 6 manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 220 manat (6 ay x 36 manat + 4 manat ilkin ödəniş) olan 2 ədəd “Playstation” pultu üçün ümumilikdə 237 manat olmaqla, ondan 216 manat ödənilməmiş hissə, 21 manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1416 manat (24 ay x 59 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann Led” televizor üçün ümumilikdə 843 manat olmaqla ondan 767 manat ödənilməmiş hissə, 76 manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 900 (doqquz yüz) manat (15 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan “Apple” qulaqlıq üçün ümumilikdə 990 (doqquz yüz doxsan) manat olmaqla ondan 900 manat ödənilməmiş hissə, 90 manat cərimə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 2915 manat (18 ay x 156 manat + 107 manat ilkin ödəniş) olan İMEİ kodu **********12327 “iPhone 11” markalı telefon üçün ümumilikdə 2763 manat olmaqla ondan 2512 manat ödənilməmiş hissə, 251 manat cərimə. Cavabdehin cəmi ödədiyi məbləğ 1827 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********25777 olan “Samsung Galaxy A50” markalı telefon üçün 61manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd “Playstation” pultu üçün 216 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Hoffmann Led” televizor üçün 767 manat ödənilməmiş hissə, 76 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, “Apple” qulaqlıq üçün 900 manat ödənilməmiş hissə, 90 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********12327 olan “iPhone 11” markalı telefon üçün 2512 manat ödənilməmiş hissə, 251 manat cərimə olmaqla, ümumilikdə 4900 manat borc, 69 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 00597838 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy A50” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 100 manat ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 61 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 01121119 saylı müqavilədən görünür ki, "xxxx" MMC 2 ədəd “Playstation-4” markalı pultları Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 4 manat ilkin ödəniş etməklə hissə-hissə 6 ay müddətinə hər ay 36 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 00647576 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann Led” markalı televizoru Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 59 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 01064673 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Apple” markalı qulaqlığı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 15 ay müddətinə hər ay 60 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 01020206 saylı müqavilədən görünür ki, "xxxx" MMC “iPhone 11” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 107 manat ilkin ödəniş etməklə hissə-hissə 24 ay müddətinə hər ay 156 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 04 may 2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 61 AZN ödənilməmiş hissə, 6 AZN cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 216 AZN ödənilməmiş hissə, 21 AZN cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 767 AZN ödənilməmiş hissə, 76 AZN cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 900 AZN ödənilməmiş hissə, 90 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 613 AZN ödənilməmiş hissə, 61 AZN cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2512 AZN ödənilməmiş hissə, 251 AZN cərimə, hər beş müqavilə üzrə isə 4456 AZN ödənilməmiş hissə, 444 AZN cərimə, ümumilikdə 4900 AZN məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən “Samsung Galaxy A50” markalı telefon, 2 ədəd “Playstation” pultlar, “Hoffmann Led” televizor, “Apple” qulaqlıq, “iPhone 11” markslı telefon almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 61 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 216 manat ödənilməmiş hissə, 21 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 767 manat ödənilməmiş hissə, 76 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 900 manat ödənilməmiş hissə, 90 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2512 manat ödənilməmiş hissə, 251 manat cərimə, hər beş müqavilə üzrə isə 4456 manat ödənilməmiş hissə, 444 manat cərimə olmaqla, ümumilikdə 4900 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 69 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 61 (altmış bir) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 767 (yeddi yüz altmış yeddi) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2512 (iki min beş yüz on iki) manat ödənilməmiş hissə, 251 (iki yüz əlli bir) manat cərimə, hər beş müqavilə üzrə isə 4456 (dörd min dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 444 (dörd yüz qırx dörd) manat cərimə olmaqla, ümumilikdə 4900 (dörd min doqquz yüz) manat məbləğində borc və 69 (altmış doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 61 (altmış bir) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 767 (yeddi yüz altmış yeddi) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2512 (iki min beş yüz on iki) manat ödənilməmiş hissə, 251 (iki yüz əlli bir) manat cərimə, hər beş müqavilə üzrə isə 4456 (dörd min dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 444 (dörd yüz qırx dörd) manat cərimə olmaqla, ümumilikdə 4900 (dörd min doqquz yüz) manat məbləğində borc və 69 (altmış doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-2845/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2845/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver