Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2855/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-yə və maraqlı şəxs "xxxx" ASC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi, hesablanmış əsassız cərimə və faizlərin silinməsi ” tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin xitamı, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 MMC və maraqlı şəxs "xxxx" ASC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi, hesablanmış əsassız cərimə və faizlərin silinməsi ” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən ona dəymiş 19.693,51 manat məbləğində maddi ziyanın əvəzi olaraq 5.000,00 manat və dövlət büdcəsinə ödənilmiş 164,08 manat dövlət rüsumunun, ümumilikdə 24.857,59 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması, o cümlədən müqavilə üzrə hesablanmış cərimə və faizlərin əsassız hesab edərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsasladırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 X2 arasında bağlanmış LİZ- 00112-05/19A saylı, 11 oktyabr 2019-cu il tarixli “X4 Müqaviləsi”nin 1.1-ci bəndinə əsasən, tərəflər bu müqaviləyə əsasən lizinqverən lizinqalan tərəfindən seçilmiş bu müqavilənin 1.2-ci bəndində göstərilən ona məxsus əmlakı İddiaçı mülkiyyət hüquq ilə əldə etməyi və lizinq vasitəsilə lizinq ödənişləri müqabilində Azərbaycan Respublikası qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq, lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi, lizinqalan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında, lizinqə qəbul etməyi və lizinq ödənişləri ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Porshe Cayenne” (mühərrik D04907, ban: WP1 ZZZ92ZDL93176 buraxılış ili 2013, rəngi Qara) markalı avtonəqliyyat vasitəsidir. Bundan başqa, bağlanmış lziinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə mülkiyyət və onun tərkibi olan sərəncam hüququ bu müqavilənin qüvvədə olduğu ərzində lizinq verənə, sahiblik və istifadə hüququ isə lizinq alana məxsusdur. Lizinq alan yalnız hazırkı, müqavilə üzrə bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra lizinq obyektinə mülkiyyət hüququnu əldə edə bilər. Belə ki, tərəflər arasında lizinq obyektinin sığortasına dair münasibətlər həmin Müqavilənin 7-ci fəslin bəndləri ilə tənzimlənir, həmin fəslin bəndlərinin müddəalarına görə Lizinq alan öz maliyyə vəsaiti hesabına, Lizinq verənin istədiyi sığorta şirkətində sığorta obyektini sığortalamalıdır. Bu səbəbdən sığortalı-sığorta olunan və faydalanan şəxs qismində çıxış edən "xxxx" X2ti ilə sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış MC********** nömrəli, 14 oktyabr 2019-cu il tarixli "Sığorta şəhadətnaməsi"nə əsasən "Porche Cayenne" 2013-cü il buraxılışlı, WP1 ZZZ92ZDL93176 ban nömrəli, D04907 mühərrik nömrəli, 4810 mühərrək həcmli, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (lizinq obyekti) 15 oktyabr 2019-cu il-15 oktyabr 2022-ci il sığorta ili (1096 gün), 73.000,00 (yetmiş üç min) manat sığorta dəyəri, 51.000,00 (əlli bir min) manat sığorta məbləği, 4.360,50 (dörd min üç yüz altmış manat, 50 qəpik) manat ümumi sığorta haqqı, hər il 1.453,50 (min dörd yüz əlli üç manat, 50 qəpik) manat olmaqla sığorta obyekti sığortalanmışdır. Beləliklə, tərəflər arasında lizinq obyektinin sığortasma dair münasibətlər həmin Müqavilənin 7-ci fəslin bəndləri ilə tənzimlənir, həmin fəslin bəndlərinin müddəalarına görə Lizinq alan öz maliyyə vəsaiti hesabına, Lizinq verənin istədiyi sığorta şirkətində sığorta obyektini sığortalamasını üzərinə götürmüşdür. Bu səbəbdən sığortalı-sığorta olunan və faydalanan şəxs qismində çıxış edən "xxxx" X2ti ilə sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış MC********** nömrəli, 14 oktyabr 2019-cu il tarixli "Sığorta şəhadətnaməsi"nə əsasən, "Porche Cayenne" 2013-cü il buraxılışlı, WP1ZZZ92ZDL93176 ban nömrəli, D04907 mühərrik nömrəli, 4810 mühərrək həcmli, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (lizinq obyekti) 15 oktyabr 2019-cu il-15 oktyabr 2022-ci il sığorta ili (1096 gün), 73.000,00 (yetmiş üç min) manat sığorta dəyəri, 51.000,00 (əlli bir min) manat sığorta məbləğ, 4.360,50 (dörd min üç yüz altmış manat, 50 qəpik) manat ümumi sığorta haqqı, hər il 453,50 (bir min dörd yüz əlli üç manat, 50 qəpik) manat olmaqla sığorta obyekti sığortalanmışdır. Belə ki, sığorta obyekti 12 dekabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi baş vermiş, bu səbəbdən sığorta ödənişinin verilməsi məqsədi ilə sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmiş və sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin AS-22/145 nömrəli, 15 fevral 2022-ci il tarixli məktubu ilə sığorta ödənişinin verilməsində imtina etmiş, imtina məktubuna səbəb isə sığortalının hadisənin baş verdiyi vaxtadək sığorta haqqının 14 oktyabr 2021-ci il tarixədək ödənilməli olan 1.453,50 (bir min dörd yüz əlli üç manat, 50 qəpik) manat hissəsi tam ödənilməmiş, yəni həmin hissənin yalnız 500,00 (beş yüz) manatı sığortalı tərəfindən ödənilmişdir. Bundan başqa, sığorta şəhadətnaməsi üzrə sığorta haqqının 14 oktyabr 2021-ci il tarixədək ödənilməli olan 1.453,50 (bir min dörd yüz əlli üç manat, 50 qəpik) manat hissəsi 12 dekabr 2021-ci il tarixədək sığorta hadisəsi baş verənədək ödənilməmişdir. Sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəyən maddi zərər sığortaçı tərəfindən 28.920,00 (iyirmi səkkiz min doqquz yüz iyirmi) manat qiymətləndirilmiş, sığorta obyekti sığorta dəyərinin 69,86 (altmış doqquz tam səksən altı qəpik) % hissəsi sığortalandığı üçün sığortaçı tərəfindən ödənilməli olan yekun vəsait 20.203,51 manat- 510,00 manat şərtsiz azad olma olmaqla =19.693,51 (on doqquz min altı yüz doxsan üç manat, 51 qəpik) manat təşkil etməli idi. Belə ki, sığorta obyekti 12 dekabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi baş vermiş, bu səbəbdən sığorta ödənişin ödənilməsi məqsədi ilə sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmiş və sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin AS-22/145 nömrəli, 15 fevral 2022-ci il tarixli məktubu ilə sığorta ödənişinin verilməsindən imtina edilmiş, imtinaya səbəb isə sığortalının hadisənin baş verdiyi vaxtadək sığorta haqqı 14 oktyabr 2021-ci il tarixədək ödənilməli olan 1.453,50 (bir min dörd yüz əlli üç manat, 50 qəpik) manat hissəsi tam ödənilməmiş, yəni həmin hissənin yalnız 500,00 manatı sığortalı tərəfindən ödənilmişdir. Bundan başqa, sığorta şəhadətnaməsi üzrə sığorta haqqının 14 oktyabr 2021-ci il tarixədək ödənilməli olan 1.453,50 (bir min dörd yüz əlli üç manat, 50 qəpik) manat hissəsi 12 dekabr 2021-ci il tarixədək sığorta hadisəsi baş verənədək ödənilməməsi olmuşdur. Sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəyən zərər sığortaçı tərəfindən 28.920,00 (iyirmi səkkiz min doqquz yüz iyirmi) manat qiymətləndirilmiş, sığorta obyekti sığorta dəyərinin 69,86 (altmış doqquz tam səksən altı) % hissəsi sığortalandığı üçün sığortaçı tərəfindən ödənilməli olan yekun vəsait 20.203,5 (iyirmi min iki yüz üç manat, 51 qəpik) manat- 510,00 (beş yüz) manat şərtsiz azad olma olmaqla =19.693,51 (on doqquz min altı yüz doxsan üç manat, 51 qəpik) manat təşkil etmişdir. Cavabdeh "xxxx" X2t tərəfindən ödənilən sığorta haqqı məbləğini vaxtında sığortaçıya ödəməməsi nəticəsində hazırda onun sahiblik və istifadəsində olan və gələcəkdə potensial mülkiyyət hüququnu təşkil edəcək lizinq obyektinə maddi ziyan vurmuşdur. Bununla da, Cavabdeh1 müqavilə üzrə düşən öhdəliklərinin vaxtında lazımi qaydada icra etməməsi nəticəsində ona 19.693,51 (on doqquz min altı yüz doxsan üç manat 51 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa keçirmiş olduğu sarsıntlar nəticəsində ona 5.000,00 (beş min) manat məbləğində mənəvi zərər vurulmuşdur. Əlavə olaraq, Cavabdeh1 müqavilə üzrə əsassız cərimə və faizlər hesablamışdır. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh1 MMC xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC ilə qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı arasında imzalanmış LİZ-00112-05/19A saylı, xx.xx.2019-cu il tarixli X4 müqaviləsinə xitam verilməsi, tərəflər arasında imzalanmış LİZ-00112- 05/19A saylı, xx.xx.2019-cu il tarixli X3 müqaviləsi əsasında, lizinq alana verilmiş Porche Cayenne markalı, qara rəngli, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun mülkiyyətçisi lizinqverənə qaytarılması, lizinq müqaviləsinin vaxtında icra edilməsi nəticəsində lizinq verənə müqavilə üzrə xx.xx.2022-ci il tarixinə ödənilməli olan 19.244,08 manat lizinq müqaviləsi üzrə borc, 1410,94 manat lizinq mükafatı, 4422,9 manat cərimə olmaqla, cəmi 25077,92 manat borc və ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh2 tutularaq Cavabdeh1 MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Baku Leasing “ MMC və üçün şəxs Ata Sığorta"ASC-yə qarşı maddi və mənəvi zərərin tutulmasını məhkəmədən xahiş etmişdir. İlkin olaraq, qeyd edilir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bu qanunsuz və əsasız iddiasını qəti olaraq qəbul edilmir. Bu iddia tələbi tamamilə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Baku Leasing" MMC ilə İddiaçı arasında bağlanmış LİZ-00112-05/19A saylı, xx.xx.2019-cu il tarixli X4 müqaviləsinə əsasən, PORCHE CAYENNE markalı, qara rəngli nəqliyyat vasitəsi cəmi 57 manata 36 aylıq lizinq alanın istifadəsinə verilmişdir. Eyni zamanda Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış ZLİZ-00112-05/19A saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi əsasında o, İddiaçı ilə Cavabdeh1 MMC arasında imzalanmış Mallyyə Lizinqi müqaviləsinə zamin durmuşdur. Bu müqavilə üzrə lizinq alan xx.xx.2021-ci il tarixində sığorta hadisəsi- qəza törətmiş, daha sonra sığorta şirkətinə sığorta ödənişi almaq üçün müraciət etmişdir. Lakin, sığorta şirkəti tərəfindən ünvanlanan cavab məktubundan görünür ki, lizinq alan illik cəmi 1453 manat təşkil edən kasko sığorta ödənişini tam olaraq xx.xx.2021-ci il tarixinədək ödəməli olduğu halda ödəməmişdir. Bu səbəbdən də sığorta ödənişini sığorta şirkəti verməkdən imtina etmişdir. Eyni zamanda İddiaçı xx.xx.2019-cu ildə İddiaçı iki iltizam vermişdir ki, sığorta ödənişlərini 1 illik sığorta müddəti başa çatana qədər özü ödəyəcək. Həmçinin, digər iltizamda qeyd etmişdir ki, sığorta hadisəsi baş verdiyi halda bu onun öhdəliklərini icrasına təsir etməyəcəkdir. Bu hadisə baş verəndən sonra artıq İddiaçı bağladığı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməkdən yayınır. Bundan başqa bağlanmış müqavilənin xitam edilməsinə dair özünə bildiriş göndərilsə də, o, ona təqdim edilmiş nəqliyyat vasitəsini lizinq verənə təqdim etməkdən boyun qaçırır. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 ilkin iddia ərizəsinə uyğun izahat verərək və tələbi müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, iddiaçı iddiasında qeyd edir ki, guya müqavilənin 7-ci fəslinə əsasən, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış sığorta şəhadətnaməsinə əsasən, lizinqə verilən nəqliyyat vasitəsi Cavabdeh1 MMC tərəfindən sığortalanmalı idi. Eyni iddia ərizəsində dəfələrlə qeyd edilir ki, nəqliyyat vasitəsi lizinq alan tərəfindən sığortalanmalı idi. Göründüyü kimi, iddia ərizəsində iddiaçı ümumiyyətlə iddiasını əsaslandıra bilməmişdir. Bildirilir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında imzalanmış LİZ-00112-05/19A saylı, xx.xx.2019-cu il tarixli Daxili X1 əsasən, Porsche Cayenne markalı, qara rəngli nəqliyyat vasitəsi cəmi 71.117,57 manata 36 aylıq lizinq alanın istifadəsinə verilmişdir. Eyni zamanda Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında imzalanmış zaminlik müqaviləsi əsasında o, İddiaçı iddiası üzrə bağladığı sözügedən müqaviləyə zamin durmuşdur. Bu müqavilə üzrə lizinq alan xx.xx.2021-ci il tarixində sığorta hadisəsi- qəza törətmiş, daha sonra sığorta şirkətinə sığorta almaq üçün müraciət etmişdir. Lakin, sığorta şirkəti tərəfindən ünvanlanan cavab məktubundan görünür ki, lizinq alan illik cəmi 1453 manat təşkil edən kasko sığorta ödənişini xx.xx.2021-ci il tarixinədək ödəməli olduğu halda ödəməmişdir. Bu səbəbdən də sığorta ödənişini sığorta şirkəti verməkdən imtina etmişdir. Ona müqavilə üzrə etibar edilmiş nəqliyyat vasitəsinin salamatlılığını qorumaq, əmlakı sığortalamaq lizinq alanın məsuliyyətindədir. Lizinq verən isə sığorta hadisəsində faydalanan şəxsdir. Belə olan halda iddiaçının onlara qarşı olan qanunsuz və əsassız iddiasını qəbul etmədiklərini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ilkin və qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. - iş materiallarından görünür ki, 11 oktyabr 2019-cu il tarixdə İddiaçı Cavabdeh1nə ərizə ilə müraciət edərək, ona 36 ay müddətinə Porsche Cayenne minik markalı WP1ZZZ92ZDL93176 ban nömrəli, Qara rəngi olan avtomobili lizinqə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - iş materiallarında olan 11 oktyabr 2019-cu il tarixli, LİZ-00112-05/19A saylı “X4 Müqaviləsi”nə əsasən, lizinqverən- Cavabdeh1 ilə lizinqalan-İddiaçı arasında X4 müqaviləsi bağlanmışdır Bu müqaviləyə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş bu müqavilənin 1.2-ci bəndində göstərilən İddiaçı məxsus əmlakı (bundan sonra lizinq obyekti) mülkiyyət hüququ ilə əldə etməyi və lizinq vasitəsilə lizinq ödənişləri müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi və lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq obyekti- Porsche Cayenne (mühərrik: D04907, ban: WP1ZZZ92ZDL93176, buraxılış ili: 2013, rəngi: qara) markalı avtonəqliyyat vasitəsi. Lizinq obyekti lizinq alana lizinq verən tərəfindən 36 ay müddətinə lizinqə verilmişdir. Lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 70.117,57 manat təşkil edir. - iş materiallarında olan 11 oktyabr 2019-cu il tarixli, ZLİZ-00112-05/19A saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə “zamin” adlandırılacaq Cavabdeh2 arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, zamin lizinq verən qarşısında lizinq alanın 11 oktyabr 2019cu il tarixli, LİZ-00112-05/19A saylı 51.000 manat məbləğdə, 36 ay müddətinə “X4 Müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürür. Zamin lizinq alanın lizinq verən qarşısında lizinq müqaviləsinin tam və keyfiyyətli icrası üçün məsuliyyət daşıyır. Zamin lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, bu müqavilənin 3.2.2-ci bəndində əks olunmuş cərimələrin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə borcverən qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. - iş materiallarında olan 11 oktyabr 2019-cu il tarixli, LİZ-00112-05/19A saylı “X4 Müqaviləsi”nə Əlavə 2 Təhvil-Təslim aktından görünür ki, lizinq verənə məxsus 11 oktyabr 2019-cu il tarixli, LİZ-00112-05/19A saylı X3 müqaviləsində göstərilən lizinq obyekti müqaviləyə əsasən, lizinq alanın istifadəsinə və sahibliyinə verilmişdir. Bu aktı imzalamaqla lizinq alan lizinq obyekti müqavilənin şərtlərinə tam uyğunluğunu və lizinq obyektində hər hansı çatışmamazlığın olmamasını təsdiq edir. - iş materiallarında olan MC********** nömrəli Sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh1 MMC arasında sığorta şəhadətnaməsi imzalanmış, həmin şəhadətnaməyə əsasən, **-PC-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtonəqliyyat vasitəsi 73.000,00 manat dəyərində sığorta olunmuşdur. - iş materiallarında olan xx.xx.2022-ci il tarixli, AS-22/145 №-li "xxxx" ASC tərəfindən ünvanlanan məktubdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixdə MC********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Porsche Cayenne” markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Cavabdeh1 MMC-nin rəhbərliyi şirkətə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə qəzaya uğradığını bildirməklə hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Lakin, bildirilmişdir ki, hadisənin baş verdiyi vaxtadək sığorta haqqının xx.xx.2021-ci il tarixədək ödənilməli olan 1.453,50 manat hissəsi tam ödənilməmişdir- 500,50 manat ödənilmişdir. Göründüyü kimi, şəhadətnamə üzrə sığorta haqqının xx.xx.2021-ci il tarixədək ödənilməli olan 1.453,50 manat hissəsi xx.xx.2021-ci il tarixdə sığorta hadisəsi baş verənədək ödənilməmişdir. Qeyd olunanlara əsasən, tərəflərindən xx.xx.2022-ci il tarixli, AS-22/140 saylı məktubla Cavabdeh1 MMC-nin rəhbərliyinə və Cavabdeh2 hadisə ilə bağlı sığorta ödənişinin verilməsinin mümkün olmaması barədə məlumat verilmişdir. - iş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilən İddiaçı məxsus Maliyyə Arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, LİZ-00112-05/19A saylı müqaviləyə əsasən, müqavilə üzrə verilən əsas borc 51.000 manat, müqavilə üzrə verilən lizinq mükafatı 19.117,67 manat, müqavilə üzrə hesablanacaq cərimə faizinin dərəcəsi 0,50%, müqavilə üzrə ödənilməyən əsas borc 19.244,08 manat, müqavilə üzrə ödənilməyən lizinq mükafatı 1.1410,94 manat, müqavilə üzrə ödənilməyən cərimə borcu 4.422,90 manat, müqavilə üzrə cəmi borc 25.077,92 manat, müqavilə üzrə gecikmə günlərinin sayı isə 158 gün təşkil edir. - iş materiallarında olan xx.xx.2019-cu il tarixli, LİZ-00112-05/19A saylı daxili X1 Əlavə 1 (Ödəmə cədvəli) görünür ki, müqavilə üzrə əsas borc 51.000,00 manat olmaqla, ödəniş məbləği 70.117,57 manat təşkil etmişdir. - iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 2003 №-li Cavabdeh1 MMC tərəfindən lizinq alanın zamini Cavabdeh2 ünvanlanan “lizinq müqaviləsi üzrə öhdəliklərin vaxtlı-vaxtında və lazımınca icra olunmamasına dair” pretenziya məktubundan görünür ki, zamin Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli, LİZ-00112-05/19A saylı X1 əsasən, Cavabdeh1 MMC ümumi dəyəri 70.117,57 manat olan, 1 ədəd “Porsche Cayenne” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin dəyərini alqı-satqı müqaviləsinə əsasən tam dəyərini ödəməklə satıcıdan alıb öz mülkiyyətinə çevirərək, həmin avtomobili lizinq şərtləri ilə lizinq alanın müvəqqəti istifadəsinə vermişdir. Tərəflər arasında imzalanmış müvafiq lizinq müqaviləsi üzrə lizinq predmetindən istifadəyə görə aylıq ödəniş tarixi hər ayın 11-i olmaq şərtilə 2021-ci il oktyabr ayının 11-dək ödənilməlidir. Belə ki, noyabr ayının ödənişi xx.xx.2020-ci il tarixində 2 gün gecikmə ilə ödənilmiş, dekabr ayının ödənişi xx.xx.2020-ci il tarixində 8 gün gecikmə ilə ödənilmiş, may ayının ödənişi xx.xx.2020-ci il tarixində 15 gecikmə ilə ödənilmiş, iyun ayının ödənişi xx.xx.2020-ci il tarixində 4 gün gecikmə ilə ödənilmiş, iyul ayının ödənişi xx.xx.2020ci il tarixində 30 gün gecikmə ilə ödənilmiş, avqust ayının ödənişi xx.xx.2020-ci il tarixində 27 gün gecikmə ilə ödənilmiş və hal-hazırda sentyabr ayı ödənişi 46 gündən artıq gecikir və tərəflərindən ödəniş həyata keçirilmir. Nəticədə tərəflər arasında imzalanmış müvafiq lizinq müqaviləsi üzrə öhdəliklər kobud sürətdə pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, LİZ-00112-05/19A saylı maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklər tərəflərindən təkrar pozulduğu halda həmin müqavilənin 8.1-ci bəndinə uyğun olaraq tərəflərindən lizinq müqaviləsinə birtərəfli qaydada xitam verilərək lizinq obyekti lizinqalandan geri tələb olunacaq, həmçinin lizinq müqaviləsi üzrə borc məbləğinin lizinq alandan və zamindən müştərək qaydada tutulması üçün qanunvericiliyə müvafiq olaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - iş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh1 MMC tərəfindən İddiaçı və Cavabdeh2 ünvanlanan Pretenziya məktublarından görünür ki, lizinq alan İddiaçı artıq xx.xx.2022ci il tarixindən müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırır. Bundan başqa Cavabdeh1 MMC-yə məxsus olan və mübahisə predmeti olan “Porsche Cayenne” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2021-ci ildə avtoqəza törətmiş, avtomobilə ziyan dəymişdir. Lizinq alan avtomobili kasko sığorta etməli olduğu halda sığorta qarşısında da öhdəliklərini icar etmədiyindən sığorta şirkəti də dəymiş ziyanı ödəməmişdir. Maşının lizinq alan tərəfindən təmir edilib-edilməməyi barədə məlumat yoxdur. Qeyd olunanlara əsasən, aralarında imzalanmış xx.xx.2019-cu il tarixli LİZ-00112-05/19A saylı lizinq müqaviləsi üzrə əsas borc 19.244,08 manat, 1399 manat lizinq mükafatı, 4392 manat cərimə borcu olmaqla, cəmi 25.035,08 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks halda müqavilə üzrə pozulmuş hüquqlarının bərpası və borcun ödənilməsi, avtomobilin lizinq verənə qaytarılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. - iş materiallarında olan 11 oktyabr 2019-cu il tarixli lizinq alan İddiaçı tərəfindən verilən iltizamlardan görünür ki, İddiaçı lizinq müqaviləsinə əsasən bağlanan 1 illik kasko sığortanın müddətinin bitməsinə qədər müqavilə müddətinə uyğun olaraq növbəti illərin sığorta ödənişini ilbəil ödəyəcəyinə söz vermiş və bunu öz imzası ilə təsdiq etmiş, həmçinin müqavilədə göstərilən öhdəlik bitənə qədər sığorta hadisəsi baş verdikdə yaranan çətinliklər-sığorta şirkəti və ya servis ilə bağlı narazılığın bank qarşısında olan aylıq öhdəliyinə heç bir təsir etməyəcəyinə söz vermiş və bunu öz imzası ilə təsdiq etmişdir. Beləliklə, işin mübahisələndirilən hallarından müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında 11 oktyabr 2019-cu il tarixdə X4 müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, lizinqverən Cavabdeh1 MMC tərəfindən “Porsche Cayenne” markalı avtonəqliyyat vasitəsi 36 ay müddətinə lizinq ödənişlərinin ümumi məbləği 70.117,57 manat olmaqla lizinq alan İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Eyni zamanda, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, zamin lizinq verən qarşısında lizinq alanın müqavilə üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Əlavə olaraq, "xxxx" ASC ilə sığortalı Cavabdeh1 MMC arasında sığorta şəhadətnaməsi imzalanmış, həmin şəhadətnaməyə əsasən, lizinq obyekti olan **- PC-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtonəqliyyat vasitəsi sığorta olunmuşdur. Hal-hazırda ilkin iddia üzrə İddiaçı "xxxx" ASC maraqlı şəxs qismində cəlb edilməklə, Cavabdeh1 MMC tərəfindən maşına qəza nəticəsində dəymiş maddi və həmçinin mənəvi ziyanın ödənilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC isə qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı (lizinq alan) və Cavabdeh2 (zamin) X4 müqaviləsinə xitam verilməsi, lizinq obyektinin geri qaytarılmasını, müqavilə öhdəliklərinin vaxtında icra edilməməsi nəticəsində yaranmış borcun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsini tələb edir. Məhkəmə ilkin iddia tələbini əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra həmin Məcəllə) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Həmin Məcəllənin 747.2-ci maddəsinə əsasən, lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur; Həmin Məcəllənin 747-1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır; Həmin Məcəllənin 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır; Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır; Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Bundan başqa, tərəflər arasında bağlanılmış “X4” müqaviləsinin: 1.1-ci bəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş bu müqavilənin 1.2-ci bəndində göstərilən nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti istifadəsinə verir, lizinq alan isə müqavilənin şərtlərinə uyğun olaraq əmlakı qəbul edib lizinq ödənişlərini ödəməyi öz üzərinə götürür. 6.2.6-cı bəndinə əsasən, lizinq alan lizinq obyektini lazımi qayğı ilə təyinatı üzrə istifadə etməli, onu istifadəyə yararlı halda saxlamalı və lizinq obyektinin dəyərinin saxlanılması üçün bütün zəruri tədbirləri görməlidir. 6.2.8-ci bəndinə əsasən, lizinq alan lizinq obyektini bədbəxt hadisələrdən, yanğından, oğurluqdan, digər risklərdən qorunması üçün tədbirlər görməlidir. 6.2.12-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin şərtlərinə uyğun olaraq ödənilməlidir. 7.2-ci bəndinə əsasən, lizinq obyektinə sahiblik hüququnun əldə edilməsindən əvvəl lizinq alan lizinq obyektini öz vəsaiti hesabına onun tam dəyərində itirilmə, zədələnmə, məhv edilmə və digər risklərdən sığorta ödənişini almaq hüququ lizinq verənə məxsus olmaq şərti ilə bu müqavilənin qüvvədə olduğu bütün müddət üçün lizinq verən tərəfindən seçilmiş sığorta şirkətində sığortalanmalıdır və sığorta şəhadətnaməsi lizinq verənə təqdim edilməldir. 7.6-cı bəndinə əsasən, lizinq obyekti zədələndikdə lizinq alan sığorta ödənişini öz hesabına lizinq obyektini ilkin vəziyyətdə bərpa etməldir, baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyi halda, habelə ödənişin verilməsindən imtina edildikdə və ya sığorta ödənişinin məbləği kifayət etmədikdə öz hesabına ilkin vəziyyətə bərpa etməlidir. 8.1.3-cü bəndinə əsasən, lizinq alan lizinq ödənişini cədvəl üzrə ardıcıl olaraq iki dəfə, və ya il ərzində bir dəfə sığorta haqqını ödəməkdən yayınarsa müqavilə birtərəfli qaydada xitam edilə bilər. 9.1-ci bəndinə əsasən, lizinq alanın öz vəzifələrini vaxtında və lazımınca icra etməməsi səbəbindən məhkəmə xərcləri və vəkil xidmətlərinə görə xərclər də daxil olmaqla lizinq verənin çəkdiyi xərclər lizinq alandan tutulur. Qanunvericiliyin və tərəflərin arasında bağlanmış X4 müqaviləsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan təhvil-təslim aktından göründüyü kimi lizinq alan təhvil-təslim aktını imzalamaqla lizinq obyektinin müqavilənin şərtlərinə tam uyğunluğunu və lizinq obyektində hər hansı çatışmamazlığın olmamasını təsdiq etmişdir. Yəni, lizinq obyekti heç bir qüsur olmadan lizinq alana təhvil verilmişdir. Lakin, iş materiallarından göründüyü kimi lizinq alan müqavilənin şərtlərini pozaraq ödənişləri vaxtlı-vaxtında icra etməmişdir. Əlavə olaraq isə xx.xx.2021-ci il tarixdə qəza törətmiş, müqavilə öhdəliklərini icra etmədiyi kimi sığorta ödənişini də vaxtında lazımi şəkildə ödəmədiyi üçün sığorta şirkəti tərəfindən ona sığorta ödənişi verilməmişdir. İlkin iddia üzrə iddiaçı bunu əsas gətirərək qəza nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Halbuki, müqavilənin şərtlərinə əsasən sığorta ödənişlərini lizinq alan icra etməli olduğu halda icra etməmişdir. Digər tərəfdən, ilkin iddia üzrə iddiaçı iddia tələbi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin daxili lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməməsi, bununla da lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi, lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququnu yaratmış olur. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC ilə qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı arasında imzalanmış LİZ-00112-05/19A saylı, xx.xx.2019-cu il tarixli X4 müqaviləsinə xitam verilməli, lizinq müqaviləsinin vaxtında icar edilməsi nəticəsində lizinq verənə müqavilə üzrə xx.xx.2022-ci il tarixinə ödənilməli olan 19.244,08 manat lizinq müqaviləsi üzrə borc, 1410,94 manat lizinq mükafatı, cəmi 20.655,02 manat borc və ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər İddiaçı və Cavabdeh2 tutularaq Cavabdeh1 MMC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 166 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC və maraqlı şəxs "xxxx" ASC-yə qarşı “dyəmiş maddi və mənəvi zərərin ödənilməsi, hesablanmış əsassız cərimə və faizlərin silinməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin xitamı, lizinq obyektinin qaytarılması, lizinq müqaviləsi üzrə borcun, lizinq mükafatının, cərimə borcunun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC ilə qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı arasında imzalanmış LİZ-00112-05/19A saylı, xx.xx.2019-cu il tarixli X4 müqaviləsinə xitam verilsin. Lizinq müqaviləsinin vaxtında icra edilməsi nəticəsində lizinq verənə müqavilə üzrə xx.xx.2022-ci il tarixinə ödənilməli olan 19.244,08 manat lizinq müqaviləsi üzrə borc, 1410,94 manat lizinq mükafatı, cəmi 20.655,02 manat borc və ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər İddiaçı və Cavabdeh2 tutularaq Cavabdeh1 MMC-yə ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2855/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2855/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver