Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-286/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Lexus» markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 16.42-də Sulutəpə dairəsi tərəfindən Xocasən dairəsinə orta zolaqla daxil olarkən solda hərəkət edən «VAZ 2121» markalı, 22MB610 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının avtomobilini vurmuşdur. Bunun nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. «VAZ 2121» markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Avtomobilinə dəymiş zərər qiymətləndirilmiş və 2500 manat zərərin dəyməsi müəyyən edilmişdir. İddiaçı cavabdeh sığorta şirkətindən sığorta ödənişinin ödənilməsini tələb etsə də, lakin cavabdeh təşkilat üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir, ziyanı ödəmir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə müraciət etmək üçün iddiaçı 45 manat dövlət rüsumu, 160 manat vəkilə ödənilən xərc çəkmişdir. Bununla da iddiaçı həm də əlavə olaraq məhkəməyə müraciət üçün də əlavə maddi ziyana məruz qalmışdır. Hesab edir ki, cavabdeh şirkət tərəfindən qeyd edilən maddi zərər ona ödənilməlidir. Göstərilənlərə əsasən iddiaçıya dəymiş 2500 maddi zərərin əvəzi olaraq, məhkəməyə müraciət etdiyinə görə 45 manat ödənilmiş dövlət rüsumu, 160 manat vəkilə ödədiyi ödəniş pulu, ümumilikdə 2705 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin göstərmişdir ki, «Lexus» markalı, 90RX095 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus olmuş və xx.xx.2022-ci il tarixdə saat 16.42-də Sulutəpə dairəsi tərəfindən Xocasən dairəsinə orta zolaqla daxil olarkən solda hərəkət edən «VAZ 2121» markalı, 22BM610 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının avtomobili ilə toqquşmuşdur. Bunun nəticəsində iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. «VAZ 2121» markalı, 22BM610 dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Avtomobilinə dəyən zərər qiymətləndirilmiş və 2500 manat zərərin dəyməsi müəyyən edilmişdir.İddiaçı tərəfindən cavabdeh sığorta şirkətindən sığorta ödənişinin ödənilməsini tələb edilsə də, cavabdeh təşkilat üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmiş, ziyanı ödəməkdən yayınmışdır. Əlavə olaraq bildirmək istəyir ki, keçən iclasda cavabdehin nümayəndəsi tərəfindən təklif olunmuş 1400-1500 manat həcmində ödənişin olunması ilə iddiaçı razılıq verməmiş və iddia tələbinin tam müdafiə edərək, təmin olunmasını xahiş edir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsim məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini qismən qəbul edərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə «Avtonəqliyyat vasitesi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» müqaviləsi ilə sığortalanmış, X12 tərəfindən idarə olunan «VAZ 21213» minik markalı, 22BM610 dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı tərəfindən idarə olunan «Lexus RX300» minik markalı 90RX005 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar dərhal Şirkətin qəza komissarı hadisə yerinə gəlmiş, hadisəni qeydə almışdır. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş və qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən «Lexus RX300 minik» markalı, 90RX095 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən 570 manat məbləğində müəyyən edilmişdir. Zərərçəkən avtomobilə dəymiş zərərə görə müəyyən olunmuş qiymətlə razılaşmadığından, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq, zərərin qiymətləndirilməsi məqsədi ilə "xxxx" MMC-yə müraciət etmişdir. Həmin MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ME0095/22 nömrəli ekspert rəyinə əsasən, «Lexus RX300 minik» markalı, 90RX095 dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Lakin zərərçəkən avtonəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi ilə əlaqədar, Şirkətə hər hansı melumat vermədən, öz təşəbbüsü ilə "xxxx" MMC-yə müraciət etmişdir. Həmin MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci tarixli qiymətləndirmə aktına əsasən, avtomobilə dəymiş zərər 2500 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert deyildir və Azərbaycan Rospublikası Mərkəzi Bankının reyestrinə daxil deyildir. Buna görə də hesab edirlər ki, avtomobilə dəymiş zərəri qiymətləndirməyə həmin MMC-nin ixtiyarı yoxdur, müvafiq olaraq, işə baxılması zamanı həmin MMC tərəfindən tərtib olunmuş qiymətləndirmə aktı məhkəmə tərəfindən mötəbər subut kımı qəbul ədilə bilməz, eyni zamanda iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunduğu halda ekspert rəyinin verilməsi uçün əsas ola bilməz. Qeyd olunanlara əsasən, hesab edirlər ki, sığorta hadisəsi ilə əlaqədar iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin qiymətləndirilməsində xx.xx.2022ci il tarixli MF 0095/22 nömrəli ekspert rəyi əsas götürülməli, iddiaçıya 800 manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı vəkilə göstərdiyi yardıma görə 160 manat vəsaitin ödənildiyini iddia etmiş və həmin xərcin cavabdehdən tutulmasını tələb etmişdir. Lakin qeyd olunan xərcin iddiaçı tərəfindən vəkilə ödənilməsini təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Buna görə də hesab edir ki, iddia tələbı həmin hissədə əsassızdır. Həmçinin, iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsinə dair ********* nömrəli mədaxil qəbzindən görunür ki, həmin vəsait işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün ödənilmişdir. Hesab edirlər ki, məhkəmə tərəfindən işə baxılarkən qeyd olunan fakta diqqət yetirilməsinə zərurət vardır. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddia tələbini qismən 1400-1500 manat aralığında qəbul edirlər və həmin hissədə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş BB183380 nömərli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90RX095 qeydiyyat nişanlı «Lexsus» minik markalı nəqliyyat vasitəsi X4 qızının adına qeydiyyata alınmışdır.
7. İş materiallarında olan Gəncə RQİ və TBŞ tərəfindən verilmiş AD011343 nömərli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 22MB610 qeydiyyat nişanlı «VAZ21213» minik markalı nəqliyyat vasitəsi X7 adına qeydiyyata alınmışdır.
8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətinə əsasən X13 tərəfindən «VAZ21213» minik markalı 22MB610 dövlət nömrə minik avtomaşının idarə edilməsi üçün xx.xx.2029-cu il tarixədək X9 etibarnamə verilmişdir.
9. İş materiallarında olan Ekologiya Yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP5003726 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, X12 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir.
10. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, «Lexsus» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 2118,64 manat, ƏDV 381,36 manat, cəmi 2500 manat vəsait hesablanmışdır.
11. İş materiallarında olan X1 ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ME0095/22 nömrəli ekspert rəyinin surətindən görünür ki, 2019-cu il buraxılış ili olan, «Lexsus» markalı 90RX095 dövlət qeydiyyat nişanlı avtomobilə, ekspert baxışına təqdim olunan «Lexsus» markalı avtomobilin təmirdən əvvəlki ümumi qiymət təxminən 800 manat müəyyən olunur.
12. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» müqaviləsi üzrə şirkətində sığortalanmış «VAZ 21213» markalı, 22BM610 dövlət qeydiyyat nişanlı avtomobili lə xx.xx.2022-ci il tarixdə, Binəqədi rayon ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi «Lexsus RX300» markalı, 90RX095 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi barədə müraciətə baxılmışdır. Azərbaycan Respublikası «İcbari Sığortalar haqqında» Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi, sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Bununla bağlı bildirmək istəyirlər ki, avtomobilə dəymiş zərər hesablanaraq 800 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmənin nəticəsi ilə razı olmadığı təqdirdə, avtomobili şirkətinin əməkdaşlıq etdiyi servis-təmir müəssisələrinin birinə təqdim etməsini xahiş etmişlər.
13. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7752 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablaşma yolu ilə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktı və "xxxx"nin xx.xx.2022-ci il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı «Lexsus» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2118,0 manat müəyyən edilmişdir. Aparılmış ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.
14. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinə əsasən məhkəməyə müraciət etdiyinə görə iddiaçı 46,40 manat dövlət rüsumu ödəmişdir.
15. İş materiallarında əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə və ödəniş qəbzinə əsasən iddiaçı 14 saylı vəkil bürosunun hesabına 160 manat məbləğində pul ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı Həsər Qasımovanın mülkiyyətində olan «Lexus RX300» markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan dəymişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti dəymiş ziyanı 570 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı avtomobilə dəymiş zərərə görə müəyyən olunmuş qiymətlə razılaşmadığından "xxxx" MMC-yə müraciət etmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktı ilə iddiaçının avtomaşına dəymiş ziyan 2500 manat təşkil etmişdir. İddiaçı öz təşəbbüsü ilə "xxxx" MMC-yə müraciət etmiş və "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə «Lexsus RX300» markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat məbləğində ziyan dəymişdir. İş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, «Lexsus» markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2118 manat təşkil etmişdir. Hazırda iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 2500 manat məbləğində sığorta ödənişinin, həmçinin 45 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 160 manat vəkilə ödənilmiş xərcin tutulmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur.
18. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur.
19. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən «Lexus» markalı, **-RX-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanın ümumi məbləği 2118,64 manat, ƏDV ilə 381,36 manat , cəmi 2500 manat təşkil edir.
20. İddiaçının sifarişinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli eksper rəyinə əsasən «Lexsus» markalı, **-RX-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanın ümumi məbləği 800 manat təşkil edir.
21. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh şirkət tərəfindən iddia tələbinin qismən, yəni avtomaşına vurulmuş ziyanın məbləği 1400-1500 manat qəbul edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş avtomaşının bərpa edilməsinə dair qiymətləndirmə aktına əsasən həmin məbləğ 2500 manat təşkil edir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
23. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
27. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.
28. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.
29. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
30. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktı və "xxxx"nin xx.xx.2022-ci il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı «Lexus» markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2118,0 manat müəyyən edilmişdir.
31. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf daha böyük məbləği məhkəmədə sübut edə bilmədiyindən, həmçinin cavabdeh tərəf də bunun əksinə dair mötəbər sübutu təqdim edə bilmədiyindən bu halda ekspertizanın vermiş olduğu rəy əsaslı hesab edilməlidir.
32. Məhkəmə iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləğinin 2118 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin avtomaşına vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən dəymiş ziyan kimi iddiaçının xeyrinə 2118 manat məbləğində pul tutulmalıdır.
33. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. (məhkəmənin elektron informasiya sistemindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili mübahisəli rüsum qəbzini və vəkil xərcinə dair qəbzi də elektron qaydada məhkəmənin elektron bazasına yükləmişdir.)
35. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 2118 manat (iddia tələbinin 84,72%) məbləğində maddi ziyanın tutulması həddində təmin edildiyindən, həmçinin iddiaçı tərəfindən hüquqi xidmət xərcinin və dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut (mədaxil və ödəniş qəbzləri) məhkəməyə təqdim edildiyindən, ödənilmiş hüquqi xidmət xərci kimi 160 manatın 24,50 manatı (15,28%) İddiaçı, 135,50 manatı (84,72%) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manatın 6,88 manatı (15,28%) İddiaçı, 38,12 manatı (84,72%) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın 7,64 manatı (15,28%) İddiaçı oğluna, 42,36 manatı (84,72%) isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aid edilməlidir.
36. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı məxsus olan 2019-cu il buraxılışlı «Lexus RX300» markalı, **-RX-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan kimi 2118 (iki min yüz on səkkiz) manat, dövlət rüsumunun əvəzi kimi 38,12 (otuz səkkiz manat on iki qəpik) manat və hüquqi xidmətə görə ödənilmiş 135,50 (bir yüz otuz beş manat əlli qəpik) manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
37. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun 7,64 (yeddi manat altmış dörd) manatı İddiaçı və 42,36 (qırx iki manat otuz altı qəpik) manatı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.
38. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı məxsus olan 2019-cu il buraxılışlı «Lexus RX300» markalı, **-RX-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan kimi 2118 (iki min yüz on səkkiz) manat, dövlət rüsumunun əvəzi kimi 38,12 (otuz səkkiz manat on iki qəpik) manat və hüquqi xidmətə görə ödənilmiş 135,50 (bir yüz otuz beş manat əlli qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun 7,64 (yeddi manat altmış dörd) manatı İddiaçı və 42,36 (qırx iki manat otuz altı qəpik) manatı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov