Məhkəmə qərarları › İş №e-2(006)-289/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-289/2024

06.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-289/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh X1 nümayəndəsi və vəkili və Cavabdeh2 vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı "mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı "mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi və vəkili və Cavabdeh2 vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında hazırki iddia ilə bağlı barışıq sazişi bağlanmışdır. Sazişi məhkəməyə təqdim edərək, onun təsdiq edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir. Keçən məhkəmə iclasında barışıq sazişini hər iki tərəf imzalamışdır. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh X1 nümayəndəsi və vəkili və Cavabdeh2 vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanan barışıq sazişi qismən təmin edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən:

1. Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881 və Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq bu sazişi imzalamaqla öz aralarında hüquqlar və iddialar barəsində mübahisələri qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər.

2. İkinci və üçüncü tərəf mübahisə predmeti və ümumi paylı mülkiyyətdə olan Mercedes Benz S360 Minik markalı, **-NL-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə olan pay hüquqlarından Birinci tərəfin xeyrinə imtina edirlər.

3. Birinci tərəf, barışıq sazişi imzalandıqdan sonra 15 gün müddətində İkinciivə Üçüncü tərəfin hər birinə 4200 (dörd min iki yüz) manat, cəmi 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitini nəqliyyat vasitəsinə olan pay hüquqlarından imtina etmələrinə görə kompensasiya olaraq ödəməyi öhdəsinə götürür.

4. Kompensasiya məbləğləri tam ödənildikdən sonra İkinciivə Üçüncü tərəf nəqliyyat vasitəsinin Birinci tərəfin tam mülkiyyətinə keçməsi üçün zəruri hərəkətləri etməyi və müvafiq hüquqi tədbirləri görməyi öhdələrinə götürürlər.

5. Adı çəkilən nəqliyyat vasitəsi ilə bağlı İkinciivə Üçüncü tərəf Birinci tərəfdən gələcəkdə nə əmlak, nə də pul tələb edə bilməzlər.

6. Birinci tərəf hazırkı mülki iş üzrə mövcud olan bütün iddia tələblərindən imtina edir.

7. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlanılır və digər nüsxəsi barışıq sazişinin təsdiq edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cənab Ramin Xəlilova təqdim olunur.

8. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişinin 1-ci bəndi sazişin bağlanmasına əsas olmuş ümumi şərtlərin yaranması barədə razılıq olduğundan həmin hissədə barışıq sazişinin təsdiq edilməsinə zərurət yoxdur. Bundan başqa, barışıq sazişinin 6-cı bəndi məhkəməyə müraciət etməyin qarşısının alınması və qanunun tələblərinin hüquqi nəticələri ilə bağlı olduğundan barışıq sazişi bu hissədə də təsdiq edilə bilməz. Əlavə olaraq, həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbindən imtina barışıq sazişi əsasında yox, ərizə əsasında həyata keçirilir. Daha sonra məhkəmə barışıq sazişinin 7 və 8-ci bəndlərinə münasibətdə isə qeyd edir ki, barışıq sazişinin həmin bəndləri də sazişin ümumi şərtləri olduğundan prosessual qənaət prinsipi nəzərə alınmaqla həmin hissələrdə də sazişin təsdiq edilməsinə zərurət qalmamışdır. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı "mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi və s." tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən olmaqla aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İkinci və üçüncü tərəf mübahisə predmeti və ümumi paylı mülkiyyətdə olan Mercedes Benz S360 Minik markalı, **-NL-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə olan pay hüquqlarından Birinci tərəfin xeyrinə imtina edirlər.

2. Birinci tərəf, barışıq sazişi imzalandıqdan sonra 15 gün müddətində İkinciivə Üçüncü tərəfin hər birinə 4200 (dörd min iki yüz) manat, cəmi 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitini nəqliyyat vasitəsinə olan pay hüquqlarından imtina etmələrinə görə kompensasiya olaraq ödəməyi öhdəsinə götürür.

3. Kompensasiya məbləğləri tam ödənildikdən sonra İkinciivə Üçüncü tərəf nəqliyyat vasitəsinin Birinci tərəfin tam mülkiyyətinə keçməsi üçün zəruri hərəkətləri etməyi və müvafiq hüquqi tədbirləri görməyi öhdələrinə götürürlər.

4. Adı çəkilən nəqliyyat vasitəsi ilə bağlı İkinciivə Üçüncü tərəf Birinci tərəfdən gələcəkdə nə əmlak, nə də pul tələb edə bilməzlər. Barışıq sazışı qalan hissələrdə təsdiq edilməsin. İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı "mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar