Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2901/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pulun silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən,İMEİ kodu **********55680 NOKİA 2.3 markalı telefon üçün 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə,26 (iyirmi altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müaviləsinə əsasən, X1 üçün 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə,23 (iyirmi üç) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMAN SOYUDUCU üçün 132 (yüz otuz iki) manat ödənməmiş hissə,13 (on üç) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,İMEİ kodu **********31071 SAMSUNG GALAXY A10 markalı telefon üçün 111(yüz on bir) manat ödənilməmiş hissə,11(on bir) manat cərimə, ümumilikdə, 810 (səkkiz yüz on) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********55680 Nokia 2.3 markalı telefon, X1, Hoffmann Soyuducu, İMEİ kodu **********31071 Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 810 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 393.2 manat (yəni 12 ay x 31.6 manat+ 14 manat ilkin ödəniş) olan İMEİ Kodu **********55680 Nokia 2.3 markalı telefon üçün ümumilikdə, 289 manat olmaqla ondan, 263 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1298 manat (yəni 12 ay x 104 manat+ 50 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə, 254 manat olmaqla ondan, 231 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 565.2 manat (yəni 12 ay x 47.1 manat+ 0 manat ilkin ödəniş) olan Hoffmann soyuducu üçün ümumilikdə, 145 manat olmaqla ondan, 132 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 444 manat (yəni 12 ay x 37 manat+ 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********31071 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə, 122 manat olmaqla ondan, 111 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1963.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5- ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 1298 manat (yəni 12 ay x 104 manat+ 50 manat ilkin ödəniş) olan X1 üçün ümumilikdə, 254 manat olmaqla ondan, 231 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 manat cərimə hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin əlavəsindən görünür ki, HOFFMAN SOYUDUCU üçün 132 (yüz otuz iki) manat ödənməmiş hissə,13 (on üç) manat cərimə hesablanmışdır İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin əlavəsindən görünür ki, alqı-satqı qiyməti 393.2 manat (yəni 12 ay x 31.6 manat+ 14 manat ilkin ödəniş) olan İMEİ Kodu **********55680 Nokia 2.3 markalı telefon üçün ümumilikdə, 289 manat olmaqla ondan, 263 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 manat cərimə hesablanmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin əlavəsindən görünür ki, İMEİ kodu **********31071 SAMSUNG GALAXY A10 markalı telefon üçün 111(yüz on bir) manat ödənilməmiş hissə,11(on bir) manat cərimə hesablanmışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, İMEİ Kodu **********55680 Nokia 2.3 markalı telefonun aylıq ödənişi 31.6 manat, X1-nin aylıq ödənişi 104 manat, Hoffmann soyuducunun aylıq ödənişi 47.1 manat və İMEİ kodu **********31071 olan Samsung Galaxy A10 markalı telefonun aylıq ödənişi 37 manat təşkil edir. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilələrin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu ul və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Dövlət rüsumu haqqında AR Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən,İMEİ kodu **********55680 NOKİA 2.3 markalı telefon üçün 263 (iki yüz altmış üç) manat ödənilməmiş hissə,26 (iyirmi altı) manat cərimə xx.xx.2019-cu il tarixli müaviləsinə əsasən,X1 üçün 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə,23 (iyirmi üç) manat cərimə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,HOFFMAN SOYUDUCU üçün 132 (yüz otuz iki) manat ödənməmiş hissə,13 (on üç) manat cərimə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən,İMEİ kodu **********31071 SAMSUNG GALAXY A10 markalı telefon üçün 111(yüz on bir) manat ödənilməmiş hissə,11(on bir) manat cərimə Ümumilikdə, 810 (səkkiz yüz on) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2901/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2901/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver