Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-295/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Məmmədov Nurəddı̇ n Bı̇ lal oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdeh Məmmədov Nurəddı̇ n Bı̇ lal oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Ford” markalı, ** UB *** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani 192 ərazisində hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsus dəmir jalüzə dəyərək maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Azərbaycan Respublikası Yasamal rayon DYPS tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən “Ford” markalı, ** UB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsus dəmir jalüzə 1502 AZN (min beş yüz iki manat) maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS230563 saylı, xx.xx.2023-cü il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən ümumilikdə 1502 AZN (min beş yüz iki manat) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Göstərilənlərə əsasən Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlundan 1502 AZN yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 35,42 AZN dövlət rüsumu, ümumilikdə 1537,42 AZN tutularaq "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə cavabdeh X3 bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.
4. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-3844/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Məmmədov Nurəddı̇ n Bı̇ lal oğluna qarşı "pul" tələbinə dair ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında cavabdeh Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlu iddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iddiaçının nümayəndəsi X2 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlu “Ford” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ara məsafəsini düzgün seçməmiş, nəticədə, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsus dəmir jalüzə dəyərək maddi zərər dəymişdir. Sığorta aktına əsasən "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmişdir. Hazırda isə "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ 1502 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
10. Həmçinin məhkəmə tərəfindən müəyyən olundu ki, Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlu yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır.
b) Mülki işin materialları:
11. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında xx.xx.2023-cü il tarixdəbaş vermiş hadisə nəticəsində “Ford” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən "xxxx" MMC-yə məxsus dəmir jalüzə dəymiş ziyanın məbləğinin 1502 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: mal-material – 1232 manat, işçilik – 270 manat.
12. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin hesabına dəymiş zərərin əvəzi kimi 1502 manat ödəniş edilmişdir.
13. Mülki işin materiallarında olan İAS230563 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 1502 manat, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilmiş sığorta ödənişinin məbləği 1502 manat təşkil etmişdir.
14. Mülki işin materiallarında olan PME********** saylı, xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumata əsasən Məmmədov Nurəddı̇ n Bı̇ lal oğluna məxsus «Ford Transit» markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndə sığortalanmışdır.
15. Mülki işin materiallarında olan DİN Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Ford Transit” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir.
16. Mülki işin materiallarında olan DİN Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Ford” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlu İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir.
17. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən Məmmədov Nurəddı̇ n Bı̇ lal oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Səbail rayonu X7 İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş İXP5332646 saylı inzibati haqqında protokolda onun hadisə yerindən yayındığı qeyd olunmuşdur. Bu səbəbdən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödəniləcək sığorta ödənişi ondan geri alınacaqdır.
18. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7505 saylı, xx.xx.2023-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məxsus dəmir jalüzün təmir-bərpa xərci təxminən 1502 manat müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
22. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
23. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
24. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi qanuni əsaslarla Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlu tərəfindən idarə edildiyindən, həmçinin onun inzibati xəta haqqında protokola əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlu məsuliyyət daşımalıdır.
25. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
26. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır.
27. Qeyd olunanlara əsasən cavabdeh Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlundan subroqasiya hüququ əsasında 1502 AZN (bir min beş yüz iki manat) məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilməlidir.
28. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. İddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35,42 AZN (otuz beş manat, qırx iki qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
31. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) cavabdeh Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlundan tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
32. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlundan subroqasiya hüququ əsasında 1502 AZN (bir min beş yüz iki manat) məbləğində pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,42 AZN (otuz beş manat, qırx iki qəpik) dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) Məmmədov Nurəddı̇ n Bı̇ lal oğlundan tutulub Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.