Məhkəmə qərarları › İş №e-2(006)-2959/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2959/2023

08.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2959/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X41 oğlunun katibliyi ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə «çıxarışın məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə «çıxarışın məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr nömrəsi **********05-1131, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın Ərizəçi ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olması faktının müəyyən edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ünvan 1 ünvanında yerləşən bağ sahəsinin Azərbaycan Respublikası Əmlak X25 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr nömrəsi **********05-1131, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında ümumi birgə mülkiyyətçisidir. Qeyd edilən çıxarışda iddiaçının əsl adı Ərizəçi olduğu halda, adı səhv nəticəsində Bəhrəm əvəzinə Orxan olaraq qeyd edilmişdir. Çünki, Orxan adı Bəhrəmin ikinci, qeyrirəsmi adı olmuşdur və bütün ailə üzvləri Bəhrəmi Orxan adı ilə səsləyirdilər. Halbuki, ərizəçinin malik olduğu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində də soyadı - Süleymanlı, adı - Bəhrəm, ata adı isə Əliheydər oğlu kimi qeyd edilmişdir. Ərizəçinin Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsində qeyd edilən soyad, ad və ata adı düzgün yazılmışdır. Bundan başqa, Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən 25 dekabr 2012-ci il tarixli doğum haqqında şəhadətnamədən də bəlli olduğu üzrə vətəndaş xx.xx.1996-cı il tarixində doğulmaqla ad, soyad və ata adı Ərizəçidur. Həmin doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surəti hazırki iddia ərizəsinə əlavə edilmişdir. Hazırda ərizəçinin məhkəməyə müraciət etməsinin səbəbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr nömrəsi **********05-1131, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış adı çəkilən X3 Ərizəçi adlı şəxslə eyni şəxs olması faktının məhkəmə qaydasında müəyyən edilərək təsdiqlənməsidir. Hazırda digər qohumlarla birgə razılığa gəlinmiş və sözügedən torpaq sahəsinin satılması qərara alınmışdır. Lakin hazırda Ərizəçi adında olan yanlışlıqla əlaqədar torpaq sahəsinin sənədləşməsində müəyyən çətinlik yaranmışdır. O cümlədən, ərizəçi sənədləşmə işlərinin aparılması üçün Əmlak Xidmətləri məkanına, o cümlədən, Daşınmaz Əmlakın Dövlət Reyestrinin aparılmasına səlahiyyətli olan digər İdarələrinə müraciət etdiyi zaman ondan ümumiyyətlə onun sənədlərini götürməkdən imtina edərək izah edirlər ki, o, ilk öncə məhkəmə qaydasında müraciət edərək adda olan yanlışlığı aradan qaldırmalıdır və yalnız bundan sonra onun sənədləri icraata götürülə bilər. Yəni məhkəmənin nəzərinə çatdırırıq ki, vətəndaş bu problemə görə ümumiyyətlə sənədləri ilə müraciət belə edə bilmir, çünki sənədi incələyən istənilən əməkdaş adda olan yalnışlığa görə sənədin icraata götürülməsindən imtina edir. Sözügedən çıxarışda adları qeyd edilən digər şəxslər qohum olmaqla, X31 ərizəçinin xalası, X28 ərizəçinin xalası oğlu, X13 ərizəçinin nənəsi, X32 ərizəçinin anası, X29 ərizəçinin babasıdır. Yəni sözügedən torpaq sahəsi ailə üzvləri arasında ümum birgə mülkiyyət qaydasında əldə edilmişdir. Bu şəxslərin də hər biri təsdiq edə bilər ki, onlarla birgə çıxarışda adı çəkilən X6 əslində Ərizəçidur. Beləliklə, mövcud texniki səhvlərin aradan qaldırılması yalnız məhkəmə qaydasında mümkün olmaqla hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi məhkəmə vasitəsilə edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəməyə gəlməmiş, vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, ərizəçi tərəf olaraq ərizəni müdafiə etdiklərini və hazırlıq iclaslarında vermiş olduğu izahatları məhkəmə çıxışı kimi qəbul edərək, iş üzrə məhkəmənin baxış iclasının iştirakları olmadan keçirərək müvafiq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, şahid ifadələrini nəzərə alıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş: X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun nəvəsidir. Evdə nəvəsini “Orxan” deyə səsləyirlər. Çünki ərizəçinin əsl adı ata babasının adıdır. Babası da ona görə sənəddə adını “Bəhrəm” yox, “Orxan” olaraq qeyd etdirib. Özünün də həmin əmlak üzrə birgə mülkiyyətçi olduğunu əlavə etdi. X28 ifadəsində bildirmişdir ki, ərizəçi ilə xalaoğludur. Onu “Orxan” adı ilə səsləyirlər, lakin sənəddə adı Bəhrəmdir. X22 ifadəsində bildirmişdir ki, ərizəçi ilə xalaoğludur. Onu ailədə hər kəs “Orxan” adı ilə səsləyir, lakin rəsmi adı Bəhrəmdir. Mülki işin materiallarında olan: Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında AZ-İİİ seriyalı 020687 nömrəli şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında X4, anası qrafasında X33 qeyd edilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, yaşayış yeri ünvan 3-dür. P5324601 nömrəli pasportdan görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə doğulmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli 00500003 kodlu JN-31041D nömrəli şəhadətnamədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarı və X9 və istismarı birliyinin 25 saylı orderi ilə Ləhiş bağ massivində yerləşən 5481 saylı 0.12 hektar torpaq sahəsi X11, X7, X14, X15, X3 və X10 mülkiyyətinə verilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında AZ-İ seriyalı 784247 nömrəli şəhadətnamədən görünür ki, X30 xx.xx.2015ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1070 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5481 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 74.97 kv.m olan bağ evi (reyestr nömrəsi: **********05-11301) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə X14 adına adına qeydiyyata alınmışdır. X31 fərdi ev və ümumi birgə torpaq sahəsinin, X28, X13, X32, X29 və X6 isə ümumi birgə torpaq sahəsinin hüquq sahibləridir. Ərizəçi nümayəndəsi Nümayəndə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, çıxarışda Süleymanlı Orxan adının Ərizəçi adı ilə əvəz edilərək yeni çıxarışın verilməsinə dair müraciət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan və məktuba əlavə edilmiş Əhalinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, X6 barədə Əhalinin Dövlət Reyestrinin X1 Sistemində hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.1996-cı il təvəllüdlü, ünvan 3 ünvanında olan şəxs Ərizəçidur. X2, anası X23r. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarı ilə 129 nömrəli BTK nəzdində X12 adına verilmiş 25 saylı order və bağ evinə dair 2004-cü il tarixdə tərtib edilmiş texniki pasport əsasında Ləhiş bağ sahəsi, 5481 saylı bağ evi xx.xx.2004-cü il tarixində X12 adına qeydiyyata alınmışdır. Həmçinin qeyd edilən 25 nömrəli order əsasında 0.12 hektar torpaq sahəsi olan 5481 saylı bağ sahəsinə dair X30, X16, X31, X33, X6 və X10 (sənəddə olduğu kimi) adlarına xx.xx.2006-cı il tarixli kod 00500003 JN-31041D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 2V-402 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-345 reyestr nömrəli miras payının bağışlanması müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 5481 saylı bağ evi xx.xx.2016-cı il tarixdə X14 adına qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra ********** qeydiyyat nömrəli, **********72-11301 reyestr nömrəli çıxarış və JN-31041D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, ümumi sahəsi 74.97 kv.m olan 5481 saylı bağ evi X14, həmin ünvanda yerləşən 0.12 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət kimi X24, X13, X32, X29, X6 və eləcə də X14 adlarına xx.xx.2022-ci il tarixxdə dövlət reyestrində qeydiyyata alınmış və bu barədə 132 nömrəli reyestr kitabının 13225 nömrəli vərəqində müvafiq qeyd aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X9 və İstismarı Birliyinin xx.xx.1998-ci il tarixli 25 saylı orderindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarına əsasən Ləhiş bağ sahəsində 129 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 5481 saylı bağ X17 ayrılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təssərüfatı Birliyi 49 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2004-cü il tarixli arayışından görünür ki, X29 ünvan 3 ünvanında qeydiyyatdadır. Ailəsi 6 nəfərdən ibarətdir. 1996-cı il təvəllüdlü X5 (nəvə) 1998-ci ildən həmin evdə daimi qeydiyyatdadır. X18, X19 və X8 ərizələrindən görünür ki, onlar Ləhiş bağlarında torpaq sahəsi olan 5481 saylı bağın X12 adına özəlləşdirilməsinə etiraz etmirlər. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 0872823) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.01195 ha torpaq sahəsi və ümumi sahəsi 87.68 kv.m olan 5481 saylı bağ evi (reyestr nömrəsi: **********72-11301) tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 132 nömrəli reyestr kitabının 13225 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə X14 adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarı ilə 129 nömrəli BTK nəzdində X12 adına verilmiş 25 saylı order və bağ evinə dair 2004-cü il tarixdə tərtib edilmiş texniki pasport əsasında Ləhiş bağ sahəsi, 5481 saylı bağ evi xx.xx.2004-cü il tarixində X12 adına qeydiyyata alınmışdır. 25 nömrəli order əsasında 0.12 hektar torpaq sahəsi olan 5481 saylı bağ sahəsinə dair X30, X16, X31, X33, X6 və X10 adlarına torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli kod 00500003 JN- 31041D nömrəli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, həmin ünvanda yerləşən bağ evi X14, ümumi birgə torpaq sahəsi isə X14, X28, X8, X18, X12 və X3 adına qeydiyyata alınmışdır. Çıxarışda qeyd edilən X6 əslində AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində və doğum haqqında AZ-İİİ seriyalı 020687 nömrəli şəhadətnamədə göstərilən Ərizəçidur. Belə ki, “Bəhrəm” adı ata babasının adı olduğuna görə evdə hər kəs onu “Orxan” adı ilə çağırmış, bununla da babası sənəddə onun adını səhvən “Orxan” kimi qeyd etdirmişdir. İşdə olan sənədlərlə və şahid ifadələri ilə təsdiq edilir ki, torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli kod 00500003 JN-31041D nömrəli şəhadətnamədə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda qeyd edilən X6 ilə AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində və doğum haqqında AZ-İİİ seriyalı 020687 nömrəli şəhadətnamədə göstərilən Ərizəçi eyni şəxslərdir. Hazırda torpaq sahəsinin satılması ilə əlaqədar razılığa gəldiklərindən və sənəddəki yanlışlıq alqısatqı rəsmiləşdirilməsinə problem yaratdığından, çıxarışın Ərizəçi məxsus olması faktının məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmış, buna görə də ərizəçi müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məsələ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrini aparmağa səlahiyyətli olan orqana dəfələrlə müraciət edilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində və doğum haqqında AZ-İİİ seriyalı 020687 nömrəli şəhadətnamədə göstərilən Ərizəçi ilə torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli kod 00500003 JN- 31041D nömrəli şəhadətnamədə və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda qeyd edilən X6 eyni şəxs olduğundan, ərizə təmin edilməli, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********05-1131 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx.xx.1996-cı il təvəllüdlü Ərizəçi ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********05-1131 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx.xx.1996-cı il təvəllüdlü Ərizəçi ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar