Məhkəmə qərarları › İş №e-2(006)-2961/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2961/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2961/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sərliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********86357 X1 9S markalı telefon, DECT Panasonic ev telefonu, Xiaomi Saat almış və nəticədə 574 AZN borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 714 AZN olan İMEİ kodu **********86357 “X1 9S” markalı telefon üçün ümumilikdə 392 AZN olmaqla ondan, 357 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35 AZN cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 81 AZN (6 ay x 13.5 AZN + 0 AZN ilkin ödəniş) “DECT Panasonic” ev telefonu üçün ümumilikdə 12 AZN olmaqla ondan, 11 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1 AZN cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 314 AZN (12 ay x 22 AZN + 50 AZN ilkin ödəniş) “Xiaomi” saat üçün ümumilikdə 170 AZN olmaqla ondan, 154.1 AZN ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.9 AZN cərimə miqdarında borc yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 586.9 AZN təşkil edir. Ödəniş cədvəlinin 2-cii bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-ı həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********86357 “X1 9S” markalı telefon üçün 357 AZN ödənilməmiş hissə, 35 AZN cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “DECT Panasonic” ev telefonu üçün 11 AZN ödənilməmiş hissə, 1 AZN cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, “Xiaomi” saat üçün 154.1 AZN ödənilməmiş hissə, 15.9 AZN cərimə, ümumilikdə 574 AZN borc və 30 AZN ödənilməmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 22012275 saylı müqavilədən görünür ki, "xxxx" MMC “X1 9S” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş etmədən hissə-hissə 12 ay müddətinə hər ay 59,50 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 22137133 saylı müqavilədən görünür ki, "xxxx" MMC “DECT Panasonic” ev telefonunu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş etmədən hissə-hissə 6 ay müddətinə hər ay 13,50 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 22173078 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Xiaomi” saatını Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 50 AZN ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 22 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 13 may 2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 357 AZN ödənilməmiş hissə, 35 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 11 AZN ödənilməmiş hissə, 1 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 154.10 AZN ödənilməmiş hissə, 15.90 AZN cərimə, hər üç müqavilə üzrə isə 522.10 AZN ödənilməmiş hissə, 51.90 AZN cərimə, ümumilikdə 574 AZN məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən “X1 9S” markalı telefon, “DECT Panasonic” ev telefonu, “Xiaomi” saatı almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 357 AZN ödənilməmiş hissə, 35 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 11 AZN ödənilməmiş hissə, 1 AZN cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 154.10 AZN ödənilməmiş hissə, 15.90 AZN cərimə, hər üç müqavilə üzrə isə 522.10 AZN ödənilməmiş hissə, 51.90 AZN cərimə, ümumilikdə 574 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 357 AZN (üç yüz əlli yeddi manat) ödənilməmiş hissə, 35 AZN (otuz beş manat) cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 11 AZN (on bir manat) ödənilməmiş hissə, 1 AZN (bir manat) cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 154.10 AZN (bir yüz əlli dörd manat, on qəpik) ödənilməmiş hissə, 15.90 AZN (on beş manat, doxsan qəpik) cərimə, hər üç müqavilə üzrə isə 522.10 AZN (beş yüz iyirmi iki manat, on qəpik) ödənilməmiş hissə, 51.90 AZN (əlli bir mnanat, on qəpik) cərimə, ümumilikdə 574 AZN (beş yüz yetmiş dörd manat) məbləğində borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 357 AZN (üç yüz əlli yeddi manat) ödənilməmiş hissə, 35 AZN (otuz beş manat) cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 11 AZN (on bir manat) ödənilməmiş hissə, 1 AZN (bir manat) cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 154.10 AZN (bir yüz əlli dörd manat, on qəpik) ödənilməmiş hissə, 15.90 AZN (on beş manat, doxsan qəpik) cərimə, hər üç müqavilə üzrə isə 522.10 AZN (beş yüz iyirmi iki manat, on qəpik) ödənilməmiş hissə, 51.90 AZN (əlli bir manat, doxsan qəpik) cərimə, ümumilikdə 574 AZN (beş yüz yetmiş dörd manat) məbləğində borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar