Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2970/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili-nümayəndəsi Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 10 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə geri ödənilməli olan 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 (altı min səkkiz yüz qırx beş) manat məbləğində penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 (on min üç yüz iyirmi bir) manat məbləğində zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 (dörd yüz) manat, fotosessiya üçün ödənilən 200 (iki yüz) manat, tibbi xərclərə görə 1133 (min yüz otuz üç) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat, vəkil orderi üçün 100 (yüz) manat, ümumilikdə 62329 (altmış iki min üç yüz iyirmi doqquz) manat maddi zərər və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərər, toplamda 82329 (səksən iki min üç yüz iyirmi doqquz) manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X2 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin iddiaçı tərəfindən tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 11360 (on bir min üç yüz altmış) manat məbləğin və ödənilmiş 124.08 (bir yüz iyirmi dörd manat səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşin birləşdirilərək Salyan Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə hazırlıq iclasında ilkin iddia üzrə İddiaçı vəkili-nümayəndəsi Vəkil ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşin birləşdirilərək Salyan Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə hazırlıq iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi X3 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin birləşdirilərək Salyan Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə proses iştirakçılarının izahatını və çıxışını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək hesab edir ki, hazırki mülki iş Salyan Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(057)-1121/2023 saylı mülki işlə birləşdirilməli, işə 2(057)-1121/2023 nömrəsi verilməli və iş Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1121/2023 saylı qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixində İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, Cavabdeh MMC tərəfindən Salyan Rayon Məhkəməsinə verilmiş iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi qismində təqdim edilmişdir. Hazırda məhkəmə hesab edir ki, qeyd edilən iki iş bir icraatda baxılmalıdır. Belə ki, işlərin bir icraatda baxılması prosessual qənaət prinsipinin və ədalətli, hərtərəfli, tam məhkəmə araşdırmasının təmin edilməsi baxımından zəruridir. İşlərin birləşdirilərək bir icraatda baxılması həm də ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göstərilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə e-2(006)-2970/2023 saylı mülki işlə, Salyan Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(057)- 1121/2023 saylı mülki iş birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə 2(057)- 1121/2023 nömrəsi verilməlidir. İş Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 43, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə e-2(006)- 2970/2023 saylı mülki işlə, Salyan Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə 2(057)-1121/2023 saylı mülki iş birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(057)-1121/2023 nömrəsi verilsin. Mülki iş Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2970/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2970/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver