Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3001/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsi üzrə borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı "alqı-satqı müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1311 manat əsas, 393,3 manat cərimə, cəmi 1704,3 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1068,5 manat əsas, 320,5 manat cərimə, cəmi 1389 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 222 manat əsas, 66,6 manat cərimə, cəmi 288,6 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 145,9 manat əsas, 43,7 manat cərimə, cəmi 189,6 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2182,9 manat əsas, 654,8 manat cərimə, cəmi 2837,7 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1062,3 manat əsas, 318,6 manat cərimə, cəmi 1380,9 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 684,7 manat əsas, 205,4 manat cərimə, cəmi 890,1 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 781,9 manat əsas, 234,5 manat cərimə, cəmi 1016,4 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 419,9 manat əsas 125,9 manat cərimə, cəmi 545,8 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 365,6 manat əsas, 109,6 manat cərimə, cəmi 475,2 manat borc, xx.xx.2023-cü il tarixli №********** saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 349,9 manat əsas, 104,9 manat cərimə, cəmi 454,8 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 611,9 manat əsas, 183,5 manat cərimə, cəmi 795,4 manat borc, ümumilikdə on iki müqavilə üzrə 9206,5 manat əsas, 2761,3 manat cərimə, 11967,8 manat cəmi borcun və 125.90 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1311 manat əsas, 393,3 manat cərimə, cəmi 1704,3 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1068,5 manat əsas, 320,5 manat cərimə, cəmi 1389 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 222 manat əsas, 66,6 manat cərimə, cəmi 288,6 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 145,9 manat əsas, 43,7 manat cərimə, cəmi 189,6 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2182,9 manat əsas, 654,8 manat cərimə, cəmi 2837,7 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1062,3 manat əsas, 318,6 manat cərimə, cəmi 1380,9 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 684,7 manat əsas, 205,4 manat cərimə, cəmi 890,1 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 781,9 manat əsas, 234,5 manat cərimə, cəmi 1016,4 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 419,9 manat əsas 125,9 manat cərimə, cəmi 545,8 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 365,6 manat əsas, 109,6 manat cərimə, cəmi 475,2 manat borc, xx.xx.2023-cü il tarixli №********** saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 349,9 manat əsas, 104,9 manat cərimə, cəmi 454,8 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 611,9 manat əsas, 183,5 manat cərimə, cəmi 795,4 manat borcu, ümumilikdə on iki müqavilə üzrə 9206,5 manat əsas, 2761,3 manat cərimə borcu olmaqla, 11967,8 manat məbləğində borcu yaranmışdır. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, Nisyə alqı-satqı müqavilələrinin 1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2023-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1475 manat təşkil edən “Samsung A54” markalı telefon üçün 18 ay müddətinə, hər ay 82 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 1311 manat əsas borc, cərimə borcu 3933 manat olmaqla, cəmi 5244 manat müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1483,99 manat təşkil edən “Samsung G990” markalı telefon üçün 18 ay müddətinə, hər ay 83 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 1068,50 manat əsas borc, cərimə borcu 3205 manat olmaqla, cəmi 4273,50 manat müəyyənləşdirilmişdir. xx.xx.2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1377,99 manat təşkil edən “Samsung A736” markalı telefon üçün 18 ay müddətinə, hər ay 77 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 222 manat əsas borc, cərimə borcu 666 manat olmaqla, cəmi 888 manat müəyyənləşdirilmişdir. xx.xx.2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1377,99 manat təşkil edən “Samsung A736” markalı telefon üçün 18 ay müddətinə, hər ay 77 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 145,90 manat əsas borc, cərimə borcu 437 manat olmaqla, cəmi 582,90 manat müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 2225,99 manat təşkil edən “Samsung S911” markalı telefon üçün 18 ay müddətinə, hər ay 124 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 2182,90 manat əsas borc, cərimə borcu 6548 manat olmaqla, cəmi 8730,90 manat müəyyənləşdirilmişdir. xx.xx.2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 3222,39 manat təşkil edən “İphone 14 Pro” markalı telefon üçün 18 ay müddətinə, hər ay 180 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 1062,30 manat əsas borc, cərimə borcu 3186 manat olmaqla, cəmi 4248,30 manat müəyyənləşdirilmişdir. xx.xx.2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1377,99 manat təşkil edən “Samsung A736” markalı telefon üçün 18 ay müddətinə, hər ay 77 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 684,70 manat əsas borc, cərimə borcu 2054 manat olmaqla, cəmi 2738,70 manat müəyyənləşdirilmişdir. xx.xx.2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 3539,99 manat təşkil edən “İphone 14 Pro” markalı telefon üçün 18 ay müddətinə, hər ay 197 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 781,90 manat əsas borc, cərimə borcu 2345 manat olmaqla, cəmi 3126,90 manat müəyyənləşdirilmişdir. xx.xx.2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 1271,99 manat təşkil edən “Samsung A736” markalı telefon üçün 18 ay müddətinə, hər ay 71 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 419,90 manat əsas borc, cərimə borcu 1259 manat olmaqla, cəmi 1678,90 manat müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 603,69 manat təşkil edən “Samsung A235” markalı telefon üçün 18 ay müddətinə, hər ay 34 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 365,60 manat əsas borc, cərimə borcu 1096 manat olmaqla, cəmi 1461,60 manat müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 603,69 manat təşkil edən “Thrustmaster T150” markalı oyun sükanı üçün 12 ay müddətinə, hər ay 50 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 349,90 manat əsas borc, cərimə borcu 1049 manat olmaqla, cəmi 1398,90 manat müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 603,69 manat təşkil edən “Forward Sporting 29” markalı velosiped üçün 18 ay müddətinə, hər ay 39 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən həmin tarixə olan borcu 611,90 manat əsas borc, cərimə borcu 1835 manat olmaqla, cəmi 2446,90 manat müəyyənləşdirilmişdir. Cavabdehə ünvanlanmış xəbərdarlıq bildirişinin surətindən görünür ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 12 alqı-satqı müqaviləsi üzrə cavabdehin 10.405,50 manat məbləğində yaranmış borcunun ödənilməsi tələb olunmuşdur. 58741690 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" MMC 125,90 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 647-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə müvafiq əşyalar almış, ayrılmış həmin əşyaların dəyərini ödəniş cədvəllərinə əsasən ödənilməsini təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilmədiyindən iddia tələbi əşyaların dəyərini təşkil edən məbləğdə pulun tutulması hissəsində əsaslıdır. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında müqavilə şərtlərinə əsasən cərimə ödənilməsi razılaşdırılsa da, iddiaçı tərəfindən hesablanmış cərimə borcu əsas borca mütənasib olaraq azaldılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1311 manat əsas borca münasibətdə 100, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1068,5 manat əsas borca münasibətdə 100, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 222 manat əsas borca münasibətdə 20, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 145,9 manat əsas borca münasibətdə 10, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2182,9 manat əsas borca münasibətdə 200, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1062,3 manat əsas borca münasibətdə 100, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 684,7 manat əsas borca münasibətdə 60, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 781,9 manat əsas borca münasibətdə 70, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 419,9 manat əsas borca münasibətdə 40, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 365,6 manat əsas borca münasibətdə 30, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 349,9 manat əsas borca münasibətdə 30, və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 611,9 manat əsas borca münasibətdə 60 manat cərimə hesablanmaqla, ümumilikdə 9206,5 manat əsas borc və 820 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10.026,5 manat məbləğində borc və 125,90 manat dövlət rüsumuna görə pul Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9206,5 (doqquz min iki yüz altı manat əlli qəpik) manat əsas borc və 820 (səkkiz yüz iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 10.026,5 (on min iyirmi altı manat əlli qəpik) manat məbləğində borc və 125,90 (yüz iyirmi beş manat doxsan qəpik) manat dövlət rüsumuna görə pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3001/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3001/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver