Məhkəmə qərarları › İş №e-2(006)-3008/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3008/2022

09.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3008/2022 09.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vəsatət təqdim edərək bildirmişdir ki, vərəsələrdən X2 da eyni Cavabdeh qarşı eyni iddia tələbi ilə məhkəməyə iddia ərizəsi vermiş və həmin mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyev tərəfindən baxılır. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbi»nə dair mülki işlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbi”nə dair mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin fikrini dinləyib, ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin olunmalı, hazırda icraatda olan İddiaçı Cavabdeh qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbi»nə dair 2(006)-3008/2022 saylı mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbi»nə dair 2(006)-2503/2022 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçının nümayəndəsinin işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. İddiaçı Cavabdeh qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbi»nə dair 2(006)-3008/2022 saylı mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin icraatında olan iddiaçı X1 Cavabdeh qarşı «vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbi»nə dair 2(006)-2503/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar