Məhkəmə qərarları › İş №e-2(006)-3022/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3022/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3022/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Lətı̇ f oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə: 1.İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti Cavabdeh Lətı̇ f oğluna qarşı "pul" tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********65883 İphone 11 markalı telefon, Apple Adapter almış və nəticədə 1911 (bir min doqquz yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2384.15 (iki min üç yüz səksən dörd manat on beş qəpik) manat (yəni 15 ay x 158.41 manat + 8 manat ilkin ödəniş) olan İmei kod **********65883 İphone 11 markalı telefon, Apple Adapter üçün ümumilikdə, 1911 (bir min doqquz yüz on bir) manat olmaqla ondan 1737.65 (bir min yeddi yüz otuz yeddi manat altmış beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 173.35 (yüz yetmiş üç manat otuz beş qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 646.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********65883 İphone 11 markalı telefon, Apple Adapter üçün 1737.65 (bir min yeddi yüz otuz yeddi manat altmış beş qəpik) manat ödənilməmiş hissə, 173.35 (yüz yetmiş üç manat otuz beş qəpik) manat cərimə, ümumilikdə 1911 (bir min doqquz yüz on bir) manat borc və 39.11 (otuz doqquz manat, on bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «ABC Telecom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra Cavabdeh Lətı̇ f oğlu məhkəməyə ərizə təqdim edərək, mülki işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. 4.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3022/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh Lətı̇ f oğluna qarşı "pul" tələbinə dair ərizəsi ilə bağlı mülki işə ümumi iddia qaydasında baxılmağı qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, iddiaçıdan İmei kod **********65883 İphone 11 markalı telefon, Apple Adapter almış və nəticədə 1911 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2384.15 manat olan İmei kod **********65883 İphone 11 markalı telefon, Apple Adapter üçün ümumilikdə, 1911 manat olmaqla ondan 1737.65 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 173.35 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 646.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, aprel ayında onlayn qaydada iddiaçı şirkətdən telefon sifariş vermişdir. Həmin aydan etibarən 4 ay telefonun aylıq kreditlərini ödəmişdir. 3 aydan sonra telefon durduq yerə söndü. Bununla bağlı iddiaçı şirkətə müraciət etmişdir. Onlar servisə yönləndirdilər. Servisdən bildirdilər ki, 3 həftə ərzində məlumat verəcəklər. Bu müddətin tamamında bildirdilər ki, “telefonda heç bir qüsur aşkarlaya bilməmişlər, odur ki, telefonu götürərək “İphone” nun rəsmi servisinə aparmaq lazımdır. O, telefonu servisə aparmış, oradan bildirilmişdir ki, telefon yararsızdır və dəyişilməlidir. Lakin bunun üçün onun “İcloud”u deaktiv etmək lazımdır. O da “İcloud” ünvanını unutduğundan bunu etməyi mümkün olmadı. Daha sonra rəsmi servis “İphone” şirkəti ilə birbaşa əlaqə saxlamağı üçün telefon nömrəsi vermişdir. Rəsmi şirkətlə danışdıqda oradan bildirildi ki, ümumiyyətlə mobil telefonunu müəyyən etmək mümkün deyildir. Sistemdə belə bir telefon görünmür. Belə olan halda “İcloud”u dəyişmək mümkün deyildir. Nəticədə, o əldə etdiyi telefondan istifadə edə bilməmişdir. Bunun üçün də ödənişləri etməyi dayandırmışdır. 7.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh Lətı̇ f oğlu alqı-satqı qiyməti 2384.15 (iki min üç yüz səksən dörd manat on beş qəpik) manat (yəni 15 ay x 158.41 manat + 8 manat ilkin ödəniş) olan İmei kod **********65883 İphone 11 markalı telefon, Apple Adapter almış və nəticədə borc yaranmışdır. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir. Cavabdeh isə iddiaçıdan aldığı telefonun “İcloud” ünvanını unutduğu üçün onu dəyişə bilmədiyini və nəticədə də həmin telefondan istifadə edə bilmədiyini və bu səbəbdən telefonun aylıq ödənişlərini dayandırdığını bildirir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh Lətı̇ f oğlu arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 09392583 saylı müqavilədən görünür ki, İddiaçı MMC İMEİ KOD **********65883 İPHONE 11 markalı telefon, APPLE ADAPTER məhsulu Cavabdeh Lətı̇ f oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 8 manat ilkin ödəniş olmaqla, hissə-hissə 15 ay müddətində hər ay 158,41 AZN (yüz əlli səkkiz manat, qırx bir qəpik) ödəməyi öhdəsinə götürmüşdür. 10.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Lətı̇ f oğlunun İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1737,65 (bir min yeddi yüz otuz yeddi manat altmış beş qəpik) manat ödənilməmiş hissə, 173,35 AZN (bir yüz yetmiş üç manat, otuz beş qəpik) manat cərimə borcu, ümumilikdə 1911 (bir min doqquz yüz on bir) manat məbləğində borcu vardır. 11.Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh Lətı̇ f oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 13.Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 14.Eyni Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 15.Göstərilən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 16.Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 17.Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 18.Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 19.Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 20.xx.xx.2023-cü il tarixli, 09392583 saylı müqavilənin 2-ci maddəsinə əsasən ödəniş cədvəlindəki gecikmələrə görə borclu hər gecikdirilən gün üçün aylıq ödənişinin 1%-i həcmində əlavə cərimə ödəyir. 21.Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi Cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli, 09392583 saylı müqaviləyə əsasən İphone 11 markalı telefon, Apple Adapter almış və nəticədə borc yaranmışdır. Bugünədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə xx.xx.2023-cü il tarixli, 09392583 saylı müqavilə üzrə 1737.65 AZN (min yeddi yüz otuz yeddi manat, altmış beş qəpik) ödənilməmiş hissə, 173.35 AZN (yüz yetmiş üç manat, otuz beş qəpik) cərimə borcu, ümumilikdə 1911 AZN (min doqquz yüz on bir manat) məbləğində borcu yaranmışdır. 22.Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 09392583 saylı müqavilə üzrə 1737.65 AZN (min yeddi yüz otuz yeddi manat, altmış beş qəpik) ödənilməmiş hissə, 173.35 AZN (yüz yetmiş üç manat, otuz beş qəpik) cərimə borcu, ümumilikdə 1911 AZN (min doqquz yüz on bir manat) məbləğində borc tutularaq İddiaçı MMC-yə verilməlidir. 23.Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 24.Hazırki iş üzrə iddia tələbi təmin edildiyindən, həmin iddianın qaldırılması üçün ödənilmiş 39.11 (otuz doqquz manat, on bir qəpik) manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməlidir. 25.Bundan başqa, məhkəmə Cavabdeh məhkəmə iclasında qeyd etdiklərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki,mülki işin materiallarından göründüyü kimi tərəflər arasında malın alqı-satqısında dair müqavilə bağlanmış və bundan sonra cavabdeh təhvil-təslim aktına imza etməklə iddiaçıdan əşyaları qüsursuz şəkildə almasını təsdiq etmişdir. Hazırda isə cavabdeh telefonu aldıqdan bir müddət sonra onun işləməməsini, servisə apardıqda isə ona telefonun “İcloud”unu deaktiv edərək dəyişdirilməli olmasının məlum olduğunu qeyd edərək hazırki tələbin rədd edilməsini tələb etsə də, məhkəmə qeyd edir ki, telefonun “İcloud”unu unutması cavabdehin özünün birbaşa səhvi olmuşdur. Belə ki, iş materiallarında olan “Qızıl zəmanət” talonundan da göründüyü kimi məhsulu alan müştəri əgər məhsulda texniki nasazlıq olduğu halda müvafiq sənədlər əsasında servisə müraciət edərək, cihazın düzgün şəkildə işləməsinə mane ola biləcək akkauntlardan (İcloud, Huawei İD və s.) zərurət yarandıqda çıxış etməlidir (bu həm kompensasiya, həm təmir hallarına aiddir). Hazırki vəziyyətdə isə cavabdeh aldığı telefonun “İcloud”unu bilmədiyi üçün servisdə telefonun həqiqətən də nasaz olub-olmamasını müəyyən etmək qeyri-mümkün olmuşdur. Məhkəmə bu yerdə qeyd edir ki, əgər cavabdeh həmin anda telefonun “İcloud”unu açsa və telefonda həqiqətən də nasazlıq olduğu müəyyən edilsə idi, o zaman cavabdehin telefonu iddiaçıya qaytarmaq və ya pul tələbi barədə məhkəməyə müraciət etmək hüququ yaranmış olacaqdı. Hazırki vəziyyətdə isə iddiaçının satdığı məhsulda nasazlığın olması tam şəkildə aşkar edilmədiyi üçün cavabdehin məhkəmə iclasında qeyd etdikləri əsassız olmuşdur. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 28.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 29.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Lətı̇ f oğlundan xx.xx.2023-cü il tarixli, 09392583 saylı alqı-satqı müqaviləsinə əsasən 1737.65 (bir min yeddi yüz otuz yeddi manat altmış beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 173.35 (yüz yetmiş üç manat otuz beş qəpik) manat cərimə olmaqla, ümumilikdə 1911 (bir min doqquz yüz on bir) manat borc və ödənilmiş 39,11 AZN (otuz doqquz manat, on bir qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar