Məhkəmə qərarları › İş №e-2(006)-3076/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3076/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3076/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, 948 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 978,40 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli e2(006)- 3076/2025 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5.4-cü maddələrinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «sığorta ödənişinin tutulması» tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta təminatı almış ** DY *** dövlət qeydiyyat nişanlı «Renault-Megane» markalı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Məmmədyarov küçəsi ilə Sabunçu keçidi istiqamətində soldan birinci hərəkət zolağı ilə hərəkət edib yolun «Seyid Market»in qarşısından keçən hissəsində manevr qaydalarının tələblərini pozduğundan idarəetməni itirib yolun sol kənarında yerləşən, işıq dirəyinə və yolun qarşısındakı aptekə dəymişdir. Dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 948 manat məbləğində sığorta ödənişi edilmişdir. Sabunçu Rayon Dövlət X17 tərəfindən xx.xx.2021-ci il tarixli 073-29011-124 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış tərtib edilmişdir. Sabunçu Rayon Polis İdarəsi TŞ-nin təhqiqatçısı, polis leytenantı X7 tərəfindən hadisə ilə bağlı araşdırma aparılmış və 12 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda ** DY *** dövlət qeydiyyat nişanlı «Renault-Megane» markalı avtomobilin mülkiyyətçisi Cavabdeh2 həmin avtomobili etibarnamə ilə cavabdeh X1, sonuncunun Cavabdeh1 sürücülük hüququnun olmadığını bildiyi halda avtomobili etibarnamə olmadan onun idarəçiliyinə verdiyi müəyyən edilmişdir. Həmin qərara əsasən Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 332.4-cü, cavabdeh X8 barəsində Azərbaycan Respublikası CM-nin 335.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün iş materialları Sabunçu RPİ DYPŞ-yə göndərilmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmiş, Cavabdeh1 cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsi ilə məhkəməyə iddiaya münasibətini (etirazını, mülahizəni) göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 18.01.2021-ci il tarixli PAZ********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, X2 məxsus olan ** DY *** dövlət qeydiyyat nişanlı «Renault Megane» markalı minik avtomobili 12 ay müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Sığortalı tərəfindən sığortaçı "xxxx" ASC-yə 42,50 manat sığorta haqqı ödənilmişdir. - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-xx-xx/220449/25 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu ərazisində «Renault» markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş YNH Sabunçu RPİ DYPŞ-nin əməkdaşları tərəfindən sənədləşdirilmiş və hadisədə günahkar sürücü barəsində İXP seriyalı ******* saylı inzibati protokol tərtib edilmişdir. Lakin, Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli qərarı ilə təsdiq edilmiş «Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında» siyahının 8.17-ci bəndinin tələbinə əsasən icrası başa çatdırıldığı üçün baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material Sabunçu RPİ DYPŞ-nin əməkdaşları tərəfindən yandırılma üsulu ilə ləğv edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli M0008 saylı rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində sahibkar X6 aptekinin ekspert baxışına təqdim olunan təmir ediləcək hissəsinə hazırkı vəziyyətdə ümumi dəymiş zərər təxminən 1.148 manat müəyyən olunur. - "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, baş vermiş sığorta hadisəsi ilə bağlı müvafiq prosedur qaydalarına uyğun olaraq sığorta aktı tərtib edilmiş, aktda sığorta hadisəsinə aid məlumatlar və sığorta ödənişinin məbləği əks olunmuşdur. - 22.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərər çəkmiş şəxs X9 948 manat sığorta ödənişi həyata keçirilmişdir. - 17.04.2025-ci il tarixli 451 saylı pretenziya məktubundan görünür ki, "xxxx" ASC Cavabdeh1, Cavabdeh2 və X3 (cavabdehin qohumunun bildirdiyinə görə T.Ələsgərov vəfat etmişdir) mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə müraciət etmişdir. Bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində, "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta təminatı almış ** DY *** dövlət qeydiyyat nişanlı «Renault-Megane» markalı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh1 yol-nəqliyyat hadisəsi törədərək Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi ilə Sabunçu keçidi istiqamətində soldan birinci hərəkət zolağı ilə hərəkət edib yolun «Seyid Market»in qarşısından keçən hissəsində manevr qaydalarının tələblərini pozduğundan idarəetməni itirib yolun sol kənarında yerləşən, işıq dirəyinə və yolun qarşısındakı aptekə dəymişdir. Dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 948 manat məbləğində sığorta ödənişi edilmişdir. Sabunçu Rayon Dövlət X17 tərəfindən xx.xx.2021-ci il tarixli, 07329011-124 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış tərtib edilmişdir. Sabunçu Rayon Polis idarəsi TŞ-nin təhqiqatçısı, polis leytenantı X7 tərəfindən hadisə ilə bağlı araşdırma aparılmış və 12 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda ** DY *** dövlət qeydiyyat nişanlı «Renault-Megane» markalı avtomobilin mülkiyyətçisi Cavabdeh2 həmin avtomobili etibarnamə ilə X1, sonuncunun Cavabdeh1 sürücülük hüququnun olmadığını bildiyi halda avtomobili etibarnamə olmadan onun idarəçiliyinə verdiyi müəyyən edilmişdir. Həmin qərara əsasən Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 332.4-cü, X8 barəsində Azərbaycan Respublikası CM-nin 335.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün iş materialları Sabunçu RPİ DYPŞ-yə göndərilmişdir. Qeyd olunanlara əsasən, ASC əmlaka dəyən zərərə görə ödədiyi 5.000 manat məbləğində sığorta ödənişinin məbləğini və sağlamlığa dəyən zərərə görə ödədiyi 1.500 manat məbləğində pulu tələb etmək hüququna sahib olmuşdur. Odur ki, 5 gün müddətində 948 manat məbləğində pulu ASC-yə ödənilməsi xahiş olunur. Əks təqdirdə ASC tərəfindən sığorta ödənişinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacaq və iddianın təmin olunduğu təqdirdə, bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi müştərək qaydada üzərlərinə düşəcək. Qeyd edilməlidir ki, pretenziya məktubunda adları sadalanan sənədlər (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış, yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumat, 12 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 15 may 2021-ci il tarixli protokol və sxem, aidiyyəti şəxslərin Sabunçu RPİ-yə verdikləri izahatlar və s.) məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh1 tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 948 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, Cavabdeh2 hadisənin törədilməsində təqsirli deyil və ona münasibətdə iddiaçının subroqasiya tələbi yaranmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 948 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət (bank xidməti) haqqı Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar