Məhkəmə qərarları › İş №e-2(006)-3082/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3082/2022

06.06.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3082/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçi İddiaçı maraqlı şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “barışıq sazişinin təsdiqi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “barışıq sazişinin təsdiqi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasına gəlməyəcəklərini bildirərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Belə olan halda məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı maraqlı şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “barışıq sazişinin təsdiqi tələbi”nə dair ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, eyni zamanda ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. Ərizəçi İddiaçı maraqlı şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “barışıq sazişinin təsdiqi tələbi”nə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar