Məhkəmə qərarları › İş №e-2(006)-3082/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3082/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3082/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı Nəsimi rayon İcra şöbəsi və LPO “Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nəsimi rayon İcra şöbəsi və LPO “Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 13 aprel 2018-ci il tarixli 40 saylı X4 Yekunları barədə protokolunun ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, 3-cü alatava küçəsində istifadəsində olan 0,01116 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 11 kv.m köməkçi sahədən ibarət 108 saylı fərdi yaşayış evində qiymətləndirilmə aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(006)970/2015 saylı Qətnaməsi ilə Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı Filalı ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli, 315 saylı kredit müqaviləsi üzrə iddiaçıdan 66848.29 AZN kredit borcunun, 43104.96 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumunun və 31 manat ipoteka haqda bildirişin qeydə alınması ilı bağlı xərclərin əvəzi, cəmi 110012.25 manat məbləğində pulun cavabdehden alınaraq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli 2(103)273/2016 saylı qətnaməsi ilə cavabdehdən tutulacaq borcun faiz məbləği azaldılaraq 21552.48 manat faiz borcu saxlanılmış və qalan hissədə Nəsimi rayon Məhkəməısiinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2017- ci il tarixli 2(102)-4612/2017 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli 2(103)273/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarın İcrası Nəsimi rayon İcra və Probasiya Xidmətinə həvalə edilmişdir. 13 aprel 2018-ci il tarixdə "xxxx" MMC tərəfindən hərrac keçirilərək, iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü alatava küçəsində istifadədə olan 0.01116 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 11 kv.m köməkçi sahədən ibarət 108 saylı fərdi yaşayış evi hərrac yolu ilə satılmışdır. Bu barədə "xxxx" MMC 13 aprel 2018-ci il tarixdə X1 barədə 40 saylı protokol tərtib etmişdir. Hərracın keçirilməsi yeri və tarixi haqqında iddiaçıya heç bir məlumat verilməmişdir və bu, onun mülki hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü alatava küçəsində istifadədə olan 0,01116 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 11 kv.m köməkçi sahədən ibarət 108 saylı fərdi yaşayış evi dəyər qiymətindən aşağı, yəni qərəzli olaraq 89.250 manat hesablanmışdır. Bu hərrac tam ədalətsiz və qanunsuzdur. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü alatava küçəsində istifadədə olan 0,01116 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 11 kv.m köməkçi sahədən ibarət 108 saylı fərdi yaşayış evinin ümumi dəyəri təqribən 210.500 manatdan artıqdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı vəkilinümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən, iclasın təxirə salınmasını xahiş etmiş, digərləri isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iddia ərizəsini və digər materialları araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan: Pakistan Milli Bankının Bakı filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 315 nömrəli kredit müqaviləsindən görünür ki, bank müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalan 70.000 manat məbləğində illik 16 % olmaqla kredit vermiş, borcalan isə 36 ay müddətinə krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür. Kredit biznesin inkişafı məqsədləri üçün verilmişdir. Müqavilənin İddiaçı VÖEN-i (**********) də göstərilmişdir. Pakistan Milli Bankının Bakı filialı ilə İddiaçı arasında bağlanmış “xx.xx.2008-ci il tarixli, 2 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair” xx.xx.2012-ci il tarixli razılaşmadan görünür ki, ipoteka saxlayan və ipoteka qoyan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində istifadədə olan 0,01116 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 11 kv.m köməkçi sahədən ibarət 108 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulmasına dair ipoteka müqaviləsinin müddətinin tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən tam icra olunması tarixinə qədər uzadılması barədə razılığa gəlmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-970/2015 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 315 nömrəli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı cəmi 110.012,25 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində istifadədə olan 0,01116 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 11 kv.m köməkçi sahədən ibarət 108 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, ilkin satış qiymətinin 140.000 manat məbləğində müəyyən edilməsi, evin satışından əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan götürülən məbləğin ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğin cavabdehə qaytarılması və s. qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-273/2016 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-4612/2017 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)- 273/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-273/2016 nömrəli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2017-ci ildə icra vərəqəsi verilmişdir. "xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 40 nömrəli protokolundan görünür ki, müvafiq icra vərəqəsi əsasında ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində istifadədə olan 0,01116 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 11 kv.m köməkçi sahədən ibarət 108 nömrəli fərdi yaşayış evi ipoteka saxlayan tərəfindən əldə edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN statusu: aktiv). Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh MMC müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, İddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs, Cavabdeh MMC isə kommersiya hüquqi şəxsidir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iş materialları əsasında müəyyən edilir ki, İddiaçı (VÖEN: **********) ilə iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO “Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı” arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən iddiaçıya biznesin inkişafı məqsədləri üçün 70.000 manat məbləğində kredit verilmiş, kreditin təminatı kimi iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində istifadədə olan 0,01116 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 11 kv.m köməkçi sahədən ibarət 108 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıdan cəmi 110.012,25 manat məbləğində pulun tutularaq bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində istifadədə olan 0,01116 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.8 kv.m yaşayış, 11 kv.m köməkçi sahədən ibarət 108 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, ilkin satış qiymətinin 140.000 manat məbləğində müəyyən edilməsi, evin satışından əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan götürülən məbləğin ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğin qaytarılması və s. qət edilmişdir. Qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmış, həmin qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, "xxxx" MMC (hazırkı iş üzrə cavabdeh həmin MMC-nin hüquqi varisidir) tərəfindən hərrac təşkil edilmiş və ipoteka predmetinin bank tərəfindən əldə edilməsinə dair protokol tərtib edilmişdir. Hazırda iddiaçı həmin protokolu mübahisələndirir və evin yenidən qiymətləndirilməsini tələb edir. Beləliklə, hazırkı mübahisənin predmeti ilə bağlı qeyd edilməlidir ki, fərdi sahibkar olan iddiaçı biznesin inkişafı məqsədləri üçün ona verilmiş kreditin təminatı olan evinin kommersiya hüquqi şəxsi olan hərrac təşkilatının keçirdiyi hərrac vasitəsilə digər kommersiya hüquqi şəxsi olan bankın mülkiyyətinə keçməsi barədə məsələni mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh qismində cəlb edilmiş hərrac təşkilatı kommersiya hüquqi şəxsi olmaqla, onun sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması, eyni zamanda, iddiaçının fərdi sahibkar olması, mübahisənin yaranma əsasının kommersiya məqsədli kredit müqaviləsi əsasında bağlanmış ipoteka müqaviləsinin predmetinin satışı və həmin satışın nəticəsində kommersiya hüquqi şəxsləri arasında bağlanmış alqı-satqı müqaviləsi ilə bağlı olması, yəni işə Nəsimi Rayon Məhkəməsində baxılmasına əsas olmaması nəzərə alınmalı və hazırki işə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Mülki Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə nəticələri mübahisələndirilən hərrac fərdi sahibkarla kommersiya hüquq şəxsi arasında biznes məqsədilə bağlanmış kredit müqaviləsi üzrə ipoteka predmetinin satışı ilə bağlı olduğundan, hazırki mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı Nəsimi rayon İcra şöbəsi və LPO “Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialı” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMCyə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi və s.” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar