Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3088/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Apple saat, 3 ədəd Apple qulaqlıq, Hoffmann ütü almış və nəticədə 3457 AZN (üç min dörd yüz əlli yeddi) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1500 AZN (bir min beş yüz) (12 ay x 125 manat + 0 manat ilkin ödəniş) olan Apple saat üçün ümumilikdə, 1650 manat (bir min altı yüz əlli) olmaqla ondan 1500 AZN (bir min beş yüz) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 150 AZN (bir yüz əlli) cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1276.8 AZN (6 ay x 212.8 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Apple qulaqlıq üçün ümumilikdə, 1170 AZN (bir min yüz yetmiş) manat olmaqla ondan, 1063.8 AZN (bir min altmış üç manat, səksən qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 106.2 AZN (yüz altı manat, iyirmi qəpik) cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 597.6 AZN (beş yüz doxsan yeddi manat, altmış qəpik) (3 ay x 193.12 manat + 8 manat ilkin ödəniş) olan Apple qulaqlıq, Hoffmann ütü üçün ümumilikdə, 637 AZN (altı yüz otuz yeddi) olmaqla ondan, 579.6 AZN (beş yüz yetmiş doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57.4 AZN (əlli yeddi manat, qırx qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 231 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Apple saat üçün 1500 (bir min beş yüz) manat ödənilməmiş hissə, 150 (bir yüz əlli) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Apple qulaqlıq üçün 1063.8 (bir min altmış üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 106.2 (yüz altı manat, iyirmi qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Apple qulaqlıq, Hoffmann ütü üçün 579.6 (beş yüz yetmiş doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 57.4 (əlli yeddi manat, qırx qəpik) manat cərimə; ümumilikdə, 3457 manat borc və 54.7 manat ödənilmiş dövlə rüsümunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23003017 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1500 AZN olan Apple saatı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 125 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23010464 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 1276.8 AZN olan 2 ədəd Apple qulaqlığı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 6 ay müddətinə hər ay 212.8 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23053281 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 597.6 AZN olan Apple qulaqlığı və Hoffmann ütünü Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 18 manat ilkin ödəniş etməklə bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 3 ay müddətinə hər ay 193.2 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 24 may 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1500 AZN ödənilməmiş hissə, 150 AZN cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1063.8 AZN ödənilməmiş hissə, 106.2 AZN cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 579.6 AZN ödənilməmiş hissə, 57.4 AZN cərimə olmaqla, ümumilikdə 3457 AZN məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən xx.xx.2021-ci il tarixli, 23003017 saylı müqaviləyə əsasən Apple saat, xx.xx.2021-ci il tarixli, 23010464 saylı müqaviləyə əsasən 2 ədəd Apple qulaqlıq, xx.xx.2021-ci il tarixli, 23053281 saylı müqaviləyə əsasən, Apple qulaqlıq və Hoffmann ütü almışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə müqavilə üzrə 3457 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılmalı, xx.xx.2021-ci il tarixli, 23003017 saylı müqavilə üzrə 70 AZN, xx.xx.2021-ci il tarixli, 23010464 saylı müqavilə üzrə 50 AZN, xx.xx.2021-ci il tarixli, 23053281 saylı müqavilə üzrə 30 AZN məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 54.57 AZN (əlli dörd manat, əlli yeddi qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23003017 saylı müqaviləyə əsasən 1500 (bir min beş yüz) ödənilməmiş hissə, 70 AZN (yetmiş) cərimə; xx.xx.2021-ci il tarixli, 23010464 saylı müqaviləyə əsasən 1063.80 (bir min altmış üç manat, səksən qəpik) ödənilməmiş hissə, 50 AZN (əlli) cərimə; xx.xx.2021-ci il tarixli, 23053281 saylı müqaviləyə əsasən, 579.60 AZN (beş yüz yetmiş doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 30 AZN (otuz) məbləğində cərimə olmaqla, ümumilikdə 3293.40 (üç min iki yüz doxsan üç manat, qırx qəpik) məbləğində borc və 54.57 AZN (əlli dörd manat, əlli yeddi qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23003017 saylı müqaviləyə əsasən 1500 (bir min beş yüz) ödənilməmiş hissə, 70 AZN (yetmiş) cərimə; xx.xx.2021-ci il tarixli, 23010464 saylı müqaviləyə əsasən 1063.80 (bir min altmış üç manat, səksən qəpik) ödənilməmiş hissə, 50 AZN (əlli) cərimə; xx.xx.2021-ci il tarixli, 23053281 saylı müqaviləyə əsasən, 579.60 AZN (beş yüz yetmiş doqquz manat, altmış qəpik) ödənilməmiş hissə, 30 AZN (otuz) məbləğində cərimə olmaqla, ümumilikdə 3293.40 (üç min iki yüz doxsan üç manat, qırx qəpik) məbləğində borc və 54.57 AZN (əlli dörd manat, əlli yeddi qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-3088/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3088/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver