Məhkəmə qərarları › İş №e-2(006)-3128/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3128/2023

18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3128/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi AZE0******* №-li xx.xx.2009-cu ildə Bakı şəhəri Nəsimi RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində, xx.xx.1956-ci ildə 49 nömrəli (ZJ948059) doğum haqqında şəhadətnamədə, xx.xx.1983-cü il tarixli, JB031484 nömrəli diplomda və xx.xx.1975-ci ildə tərtib olunmuş PT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan (X1xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.1956-cı il təvəllüdlü) eyni şəxs olmaları faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1956-cı il tarixli, ZJ948059 saylı doğum haqqında şəhadətnamənin, xx.xx.1983-cü il tarixli, JV №-li 031484 nömrəli diplomun, xx.xx.1975-ci ildə tərtib olunmuş PT-İ ******* nömrəli əmək kitabçasının xx.xx.2009-cu il tarixdə Bakı-Nəsimi RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş Ərizəçi məxsus olması faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra iddia tələbini bir daha dəqiqləşdirərək xx.xx.1956-cı il tarixli ZJ 948-059 saylı doğum haqqında şəhadətnamənin xx.xx.2009-cu il tarixdə Nəsimi RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Qafan Rayonunda anadan olmuş Ərizəçi məxsus olma faktının tanınması kimi qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi xx.xx.1956-cı ildə Qafan rayonunda doğulmuş və Qafan rayon VVAQ Şöbəsi tərəfindən erməni dilində doğum haqqında şəhadətnamə verilmişdir. Lakin doğum haqqında şəhadətnamədə X3 yazılsa da, əslində adı Sürayyədir. Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində adı düzgün qeyd olunmuş, lakin əmək kitabçası və diplomunda Sürayə kimi yazılmışdır. Həmçinin təvəllüdü bəzi sənədlərdə xx.xx.1956-cı il, bəzilərində isə xx.xx.1956-cı il kimi qeyd olunmuşdur. Bu kimi hallar onun barəsində sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranmışdır. Ərizəçi və maraqlı şəxslər 5 saylı Bakı Asan Xidmət X7 və Nəsimi rayon qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin ərizəçi, onun nümayəndəsi və vəkili işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Maraqlı şəxslərin nümayəndələri isə məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ərizəçi, onun nümayəndəsi və vəkili məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi xx.xx.1956-cı il tarixdə Qafan rayonunda doğulmuşdur, onun soyadı, adı və ata adı “X4” olaraq qeyd edilmişdir. İş materiallarında olan Nəsimi RPİ tərəfindən xx.xx.2009-cu il tarixində verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı “Ərizəçi” təvəllüdü xx.xx.1956-cı il olaraq qeyd edilmişdir. İş materiallarında olan PT-İ ******* №-li əmək kitabçasının surətindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı “X3” olaraq qeyd edilmişdir. İş materiallarında olan JV seriyalı 031484 №-li Diplomun surətindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı “X2” olaraq qeyd edilmişdir. Həmçinin, 5 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən 31 oktyabr 2022-ci il tarixdə ərizəçiyə göndərdiyi 2090 nömrəli məktubunda qeyd etmişdir ki, hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Beləliklə, ərizəçinin izahatı və iş materiallarında olan sübutlar əsasında xx.xx.1956-cı il tarixli, ZJ948059 saylı doğum haqqında şəhadətnamənin, xx.xx.1983-cü il tarixli, JV №-li 031484 nömrəli diplomun, xx.xx.1975-ci ildə tərtib olunmuş PT-İ ******* nömrəli əmək kitabçasının xx.xx.2009-cu il tarixdə Bakı-Nəsimi RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş Ərizəçi məxsus olması faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin adının düzgün yazılmaması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin hüquqmüəyyənedici sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixli, ZJ948059 saylı doğum haqqında şəhadətnamənin xx.xx.2009-cu il tarixdə Bakı-Nəsimi RPİ tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar