Məhkəmə qərarları › İş №e-2(006)-3145/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3145/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3145/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) arasında xx.xx.2018-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 4/01 saylı müqavilə (bundan sonra müqavilə) bağlanılmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Satıcı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M. Qaşqay, M. Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının Azadllıq prospektində 4-cü blok, 5-ci mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 79.3 m-dan ibarət mənzili tikib Alıcının mülkiyyətinə verməyi, “Alıcı” isə mənzilin haqqını müqavilənin şərtlərinə uyğun şəkildə 2 ödəməyi öz öhdələrinə götürmüşdür. Müqavilənin 2.3-cü maddəsinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 105000 manat təşkil etmişdir. Analoji şərtlər, müqavilənin 1 saylı Əlavəsində razılaşdırılmış və 2 otaqlı mənzilin tikintisinə görə 105000 manat məbləğində pul vəsaitinin MMC-yə ödənilməsi Alıcının “öhdəçiliyi” kimi nəzərdə tutulmuşdir. Cavabdehin xx.xx.2018-ci il tarixli (ciddi mühasibatlıq sənədi sayılmayan-MMC-nin möhürü ilə təsdiq edilmiş daxili) X6 əsasən, X2 tərəfindən 105000 manat ödənilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 01 saylı Maliyyə arayışına əsasən, müqavilə üzrə iddiaçı Alıcının əsas öhdəliyini tam həcmdə icra etdiyi və cavabdeh MMC qarşısında heç bir borcunun olmadığı müəyyən olunur. Müqavilənin 4.1.3cü maddəsinə əsasən, binanın tikinti-quraşdırılma işlərinin təməlqoyma işlərinin başlandığı gündən 30 (otuz) ay müddətində tamamlanması MMC-nin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Binanın tikinti-quraşdırma işləri yekunlaşdıqdan sonra, binadakı mənzillərin Alıcılara-mülkiyyətçilərə təhvil verilməsi prosesi başlandığı zaman iddiaçı da müqavilə üzrə tam məbləğdə ödəniş edərək aldığı mənzili təhvil almaq üçün cavabdeh quruma müraciət etdiyində müqavilədə nəzərdə tutulmayan yeni şərtlər irəli sürülərək, yeni ödənişlər tələb edilərək cavabdeh tərəfindən mənzilin təhvil verilməsindən yayınılmışdır. Bununla bağlı tərəflərindən cavabdehə məktubla müraciət edilərək xx.xx.2018-ci il tarixdə bağlanılmış “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 4/01 saylı müqavilə üzrə öhdəliklərin icra olunaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4-cü blok, 5-ci mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 79.3 m-dan ibarət mənzili/yaşayış sahəsini 3 iş günü ərzində təhvil verilməsi xahiş olunsa da, cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Nəticədə, iddiaçının müqavilədən irəli gələn hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məburiyyətində qalınmışdır. Ayrıca qeyd olunmalıdır ki, cavabdehin bu əsassız hərəkətlərinə görə hazırki iddianın qaldırılmasının təmini məqsədilə iddiaçı məhkəmədə hüquqlarının təmsil edilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosu ilə xx.xx.2024-cü il tarixdə müqavilə bağlamaq məcburiyyətində qalmış və hüquqi yardıma görə həmin büroya 320 manat pul ödəmişdir. Hesab edilir ki, iddia təmin olunmaqla vəkil bürosuna iddiaçı tərəfindən ödənilmiş həmin vəsait də məhkəmə xərci olaraq cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair 4/01 saylı müqavilə üzrə- Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4-cü blok, 5-ci mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 79.3 m2 -dan ibarət mənzili/yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən hüquq xidmətinə görə vəkilə ödənilmiş 320 manat və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “cavabdehin əsl cavabdehlə dəyişdirilməsi”nə dair ərizə təqdim edərək, e-2(006)-3145/2024 saylı mülki iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, icraatdakı iddiaçı X3 tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı irəli sürülmüş “mənzil-yaşayış sahəsinin iddiaçıya təhvil vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.” iddia tələblərinə dair mülki işlə əlaqədar aşağıdakıların bildirilməsi zərurəti yaranmışdır. Belə ki, tərəflərindən məhkəmədə iddia qaldırılarkən cavabdeh hüquqi şəxsin edilməsi üçün tərəflər arasında bağlanılmış müqavilədəki-digər tərəf olan direktor X5 şəxsində təmsil olunan "xxxx" MMC-nin VÖEN kimi yazılmış ********** əsas götürüldü və buna görə sənədlər hazırlandı. Məntiqi uyğunluq olaraq, həmin VÖEN isə Dövlət Vergi Xidmətinin açıq internet resurslarında "xxxx" MMCyə məxsus olduğundan iddia həmin hüquqi şəxsə qarşı qaldırıldı. Bununla belə, məhkəmə sorğularına ARİN DVX MGBİ X4 Qeydiyyat İdarəsi tərəfindən verilən cavab məktubları arasında ortaya çıxmış uyğunsuzluqların araşdırılması zamanı tərəflərindən aşkar edildi ki, müqavilədə yazılmış ********** VÖEN müqavilənin tərəfi olan direktor X5 şəxsində təmsil olunan "xxxx" MMC-yə məxsus deyil. (həmçinin müqavilədə başqa hüquqi şəxsin VÖEN-in yazılmasının isə kargüzarlıqda yol verilmiş texniki xəta olduğu düşüncəsindədirlər, çünki əldə etdikləri məlumatlara görə ********** VÖEN-ə malik "xxxx"xxxx"xxxx" MMC/MTK (VÖEN **********) eyni şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən qurumlardır. Hətta, ictimaiyyətə açıq internet resurslarında da, hər iki şirkətin adı birlikdə qeyd olunmaqdadır. Nəticə etibarilə hesab edilir ki, iddiaçı Lalə Şıxəliyevə ilə müqavilə bağlayaraq öhdəlik daşıyan hüquqi şəxs-direktor X5 şəxsində təmsil olunan "xxxx" MMC olmalıdır. Məhkəməyə təqdim edilən sənədlərdən də açıq aydın oiur ki, X5 adlı şəxs “Azəri-Tikinti Şirkəti" MMC-nin (VÖEN **********) nümayəndəsi olaraq kommersiya X4 reyestrində dövlət qeydiyyatına alınmışdır. Habelə, məhkəmə sorğusuna aidiyyəti qeydiyyat idarəsindən verilən cavabdan görünür ki, ********** VÖEN-ə malik "xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC-nin hüquqi varisidir. (Hazırda binada mənzillərin çıxarışla rəsmiləşdirilməsi prosesi getdiyindən, sənədləşmədə MTK forması daha çevik və az xərcli olduğuna görə bu çevrilmə aktının da ağlabatan və iqtisadi cəhətdən məntiqli olduğu anlaşılır.) a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına” dair müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, Satıcı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M. Qaşqay, M.Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının Azadllıq prospektində 4-cü blok, 5-ci mərtəbəsində 2 otaqlı, ümumi sahəsi 79.3 m-dan ibarət mənzili tikib Alıcının mülkiyyətinə verməyi, “Alıcı” isə mənzilin haqqını müqavilənin şərtlərinə uyğun şəkildə 2 ödəməyi öz öhdələrinə götürmüşdür. Müqavilənin 2.3-cü maddəsinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 105 000 manat təşkil etmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli X6 əsasən, X2 tərəfindən 105 000 manat ödənilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 01 saylı Maliyyə arayışına əsasən, müqavilə üzrə iddiaçı Alıcının əsas öhdəliyini tam həcmdə icra etdiyi və cavabdeh MMC qarşısında heç bir borcunun olmadığı müəyyən olunur. Müqavilənin 4.1.3-cü maddəsinə əsasən, binanın tikintiquraşdırılma işlərinin təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlanması MMC-nin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Binanın tikinti-quraşdırma işləri yekunlaşdıqdan sonra, binadakı mənzillərin Alıcılara-mülkiyyətçilərə təhvil verilməsi prosesi başlandığı zaman iddiaçı da müqavilə üzrə tam məbləğdə ödəniş edərək aldığı mənzili təhvil almaq üçün cavabdeh quruma müraciət etdiyində müqavilədə nəzərdə tutulmayan yeni şərtlər irəli sürülərək, yeni ödənişlər tələb edilərək cavabdeh tərəfindən mənzilin təhvil verilməsindən yayınılmışdır. Bununla bağlı tərəfimizdən cavabdehə məktubla müraciət edilərək yaşayış sahəsinin 3 iş günü ərzində təhvil verilməsi xahiş olunsa da, cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Nəticədə, iddiaçının müqavilədən irəli gələn hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məburiyyətində qalınmışdır. Ona görə də qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, məhkəmə prosesi zamanı cavabdehlə danışıqlar aparılmasına cəhd edilsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməy heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2018-ci il tarixli, 4/01 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Azadlıq prospektində 4-cü blok, 5-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 79.3 kv.m-dən ibarət mənzili tikib iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşdür. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini iddia edərək, müqavilədə nəzərdə tutulan mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və eyni zamanda, vəkil xərci və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən xeyrinə tutulmasını tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan «satıcı» qismində "xxxx" MTK ilə «alıcı» qismində X2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4/01 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, «satıcı» Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Azadlıq prospektində 4-cü blok, 5-ci mərtəbəsində, 2 otaqlı, ___saylı, ümumi sahəsi 79.3 kv.m-dən ibarət mənzili tikib «alıcı»nın mülkiyyətinə verməyi, «alıcı» isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər (bənd 1.1). Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 1324.08 manat müəyyən edilir (bənd 2.1). Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxilolmaq şərti ilə 105.000 manat təşkil edir (bənd 2.3). Bu müqavilə imzalanan gün «alıcı» 105.000 manatı tam həcmdə ödəməyi öhdəsinə götürür. 10.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 01 nömrəli Maliyyə Arayışından görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4/05 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 4cü blokun, 5-ci mərtəbəsində, 2 otaqlı, ____№-li 79.3 kv.metr olan mənzilin dəyəri X2 tərəfindən tam ödənilmiş və həmin mənzilə görə "xxxx" MMC qarşısında heç bir borcu yoxdur. 11.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2018-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X2 tərəfindən 105.000 manat məbləğində pul vəsaiti MMC-yə ödənilmişdir. 12.Mülki işin materiallarında olan iddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən mənzilin 3 gün müddətində ona təhvil verilməsi, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir. 13.Mülki işin materiallarında olan AR İN Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Dövlət reyestr məlumatlarına əsasən bildirilir ki, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və ləğv edilməsi barədə, həmçinin yenidən təşkili barədə məlumat aşkar edilməmişdir. 14.Mülki işin materiallarında olan AR İN Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, hüquqi şəxs xx.xx.2008-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2022-ci il tarixdə yenidən təşkil olunaraq Cavabdehnə (VÖEN **********) çevrilmişdir, Cavabdeh MTK "xxxx" MMCnin hüquqi varisidir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Həmin Məcəllə) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 18.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 19.Həmin Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 20.Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). 23.Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 24.Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. 25.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, hazırki tələbin araşdırılması zamanı tələbin təmin edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının Azadlıq prospektində 4-cü blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79.3 kv.m-dən ibarət iki otaqlı mənzilin tikilib iddiaçının mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən isə öz növbəsində mənzilin mülkiyyətinə qəbul edilməsi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödənilməsi barədə razılığa gəlmişlər. İddiaçı müqavilədə nəzərdə tutulan pul məbləğini cavabdehə verərək (bunu iş materiallarında olan cavabdeh tərəfindən verilən maliyyə arayışı, mədaxil qəbzi təsdiq edir), müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etmiş, lakin buna baxmayaraq cavabdeh müqavilədə nəzərdə tutulan mənzili hələ də iddiaçıya təhvil verməmiş, nəticədə müqavilənin şərtlərini pozmuş və iddiaçı öz mülkiyyətindən məhrum olmuşdur. Buna görə də tərəflərin arasında bağlanan xx.xx.2018-ci il tarixli, 4/01 nömrəli müqavilənin icrasının tam şəkildə təmin edilməsi məqsədilə cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 4-cü blok, 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 79.3 kv.m olan ikiotaqlı mənzilin iddiaçı X1 verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. 26.Bundan başqa, məhkəmə iddia tələbinin vəkil xərci və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam şəkildə təmin edildiyi üçün həmin tələbin qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 100 manat məbləğində dövlət rüsumu və ödənilən 320 manat məbləğində vəkil xərcinin əvəzi Cavabdehndən iddiaçının xeyrinə tutulmalıdır. 27.Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 28.Həmçinin, Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 29.Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 4-cü blok, 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 79.3 kv.m olan ikiotaqlı mənzilin İddiaçı verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 320 manat məbləğində vəkil xərcinin əvəzi Cavabdehndən İddiaçı xeyrinə tutulmalıdır. 30.Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 31.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı "mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması"na dair iddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Qaşqay, M.Rəfili və S.Zeynalov küçələrinin kəsişməsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 4-cü blok, 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 79.3 kv.m olan ikiotaqlı mənzilin İddiaçı verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumu və 320 AZN (üç yüz iyirmi manat) məbləğində vəkil xərcinin əvəzi Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar