Məhkəmə qərarları › İş №e-2(006)-3159/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3159/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3159/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-cü il, xx.xx.2024-cü il, xx.xx.2021-ci tarixli müqavilələrə əsasən, QURUDUCU MAŞİN BOSCH, İmei kod **********93296 SAMSUNG GALAXY A51 markalı telefon, YENİ QİZİL ZEMANE (Reqemsal) 1 il xidməti, İMEİ kod **********75156 SAMSUNG GALAXY TAB A7 markalı planşet, 2 TB Port almış və nəticədə 1003.64 (bir min üç yüz manat, 64 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2700 (iki min yeddi yüz) manat (24 ay x 112.5 manat + 0 manat ilkin ödəniş) olan QURUDUCU MAŞİN BOSCH üçün ümumilikdə, 483.45 (dörd yüz səksən üç manat, 45 qəpik) manat olmaqla ondan 439.5 (dörd yüz otuz doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 43.95 (qırx üç manat, 95 qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 858.6 (səkkiz yüz əlli səkkiz manat, 60 qəpik) manat (18 ay x 47.7 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********93296 SAMSUNG GALAXY A51 markalı telefon, YENİ QİZİL ZEMANE (Reqemsal) 1 il xidməti üçün ümumilikdə, 87.89 (səksən yeddi manat, 89 qəpik) manat olmaqla ondan 79.9 (yetmiş doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.99 (yeddi manat, 99 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 828 (səkkiz yüz iyirmi səkkiz) manat (18 ay x 46 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********75156 SAMSUNG GALAXY TAB A7 markalı planşet, 2 TB Port üçün ümumilikdə, 432.3 (dörd yüz otuz iki manat, 30 qəpik) manat olmaqla ondan 393 (üç yüz doxsan üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 39.3 (otuz doqquz manat, 30 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il olmaqla cəmi ödədiyi məbləğ 3474.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-cü il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər əsasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən xx.xx.2020-cü il tarixli müqaviləyə əsasən, QURUDUCU MAŞİN BOSCH üçün 439.5 (dörd yüz otuz doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 43.95 (qırx üç manat, 95 qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********93296 SAMSUNG GALAXY A51 markalı telefon, YENİ QİZİL ZEMANE (Reqemsal) 1 il xidməti üçün 79.9 (yetmiş doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 7.99 (yeddi manat, 99 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********75156 SAMSUNG GALAXY TAB A7 markalı planşet, 2 TB Port üçün 393 (üç yüz doxsan üç) manat ödənilməmiş hissə, 39.3 (otuz doqquz manat, 30 qəpik) manat cərimə, ümumilikdə 1003.64 manat borc, 30.04 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-cü il tarixli, 21034078 saylı müqavilədən görünür ki, İddiaçı MMC QURUDUCU MAŞİN BOSCH-u Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödənişsiz hissə-hissə 24 ay müddətində hər ay 112.5 AZN (yüz on iki manat, 50 qəpik) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 22168688 saylı müqavilədən görünür ki, İddiaçı MMC İmei kod **********93296 SAMSUNG GALAXY A51 markalı telefon, YENİ QİZİL ZEMANE (Reqemsal) 1 il xidmətini Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödənişsiz hissə-hissə 18 ay müddətində hər ay 47.70 AZN (qırx yeddi manat, yetmiş qəpik) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 23070688 saylı müqavilədən görünür ki, İddiaçı MMC İMEİ kod **********75156 SAMSUNG GALAXY TAB A7 markalı planşet, 2 TB Port-u Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödənişsiz hissə-hissə 18 ay müddətində hər ay 46 AZN (qırx altı) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 16 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-cü il tarixli müqavilə üzrə 439.5 (dörd yüz otuz doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 43.95 (qırx üç manat, 95 qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 79.9 (yetmiş doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 7.99 (yeddi manat, 99 qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 393 (üç yüz doxsan üç) manat ödənilməmiş hissə, 39.3 (otuz doqquz manat, 30 qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1003.64 (bir min üç yüz manat, 64 qəpik) manat məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2020-cü il tarixli, 21034078 saylı müqaviləyə əsasən QURUDUCU MAŞİN BOSCH, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmei kod **********93296 SAMSUNG GALAXY A51 markalı telefon, YENİ QİZİL ZEMANE (Reqemsal) 1 il xidməti, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********75156 SAMSUNG GALAXY TAB A7 markalı planşet, 2 TB Port almış və nəticədə borc yaranmışdır. Bugünədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə xx.xx.2020-cü il tarixli, 21034078 saylı müqavilə üzrə 439.5 (dörd yüz otuz doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 43.95 (qırx üç manat, 95 qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 22168688 saylı müqavilə üzrə 79.9 (yetmiş doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 7.99 (yeddi manat, 99 qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23070688 müqavilə üzrə 393 (üç yüz doxsan üç) manat ödənilməmiş hissə, 39.3 (otuz doqquz manat, 30 qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1003.64 (bir min üç yüz manat, 64 qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Eyni Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Göstərilən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. xx.xx.2020-cü və xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrin 2-ci maddəsinə əsasən ödəniş cədvəlindəki gecikmələrə görə borclu hər gecikdirilən gün üçün aylıq ödənişinin 1%-i həcmində əlavə cərimə ödəyir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-cü il tarixli, 21034078 saylı müqavilə üzrə 439.5 (dörd yüz otuz doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 43.95 (qırx üç manat, 95 qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 22168688 müqavilə üzrə 79.9 (yetmiş doqquz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 7.99 (yeddi manat, 99 qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23070688 müqavilə üzrə 393 (üç yüz doxsan üç) manat ödənilməmiş hissə, 39.3 (otuz doqquz manat, 30 qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1003.64 (bir min üç yüz manat, 64 qəpik) manat məbləğində borc tutularaq İddiaçı MMC-yə verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş cəmi 30.04 AZN (otuz manat 04 qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-cü il tarixli, 21034078 saylı müqavilə üzrə 439.5 (dörd yüz otuz doqquz manat, əlli qəpik) manat ödənilməmiş hissə, 43.95 (qırx üç manat, doxsan beş qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, 22168688 müqavilə üzrə 79.9 (yetmiş doqquz manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 7.99 (yeddi manat, doxsan doqquz qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 23070688 müqavilə üzrə 393 (üç yüz doxsan üç) manat ödənilməmiş hissə, 39.3 (otuz doqquz manat, otuz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1003.64 (bir min üç manat, altmış dörd qəpik) manat məbləğində borc və 30.04 AZN (otuz manat, dörd qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar